Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
    Bakıda GÜAM üzvü olan ölkələrin turizm üzrə qurum rəhbərləri səviyyəsində V iclası keçirilib
    Bu gün Bakıda GÜAM üzvü olan ölkələrin turizm üzrə qurum rəhbərləri səviyyəsində V iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son illər ölkənin turizm sektorunda aparılan islahatlar barəsində danışaraq görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib. O qeyd edib ki, bu günkü iclas GUAM ölkələri tərəfindən hazırlanmış yeni layihəyə həsr olunub. Onun sözlərinə görə, layihə məhz Yaponiya turistlərinin mütəşəkkil şəkildə GUAM ölkələrinə gətirilməsi və onlar üçün lazımi xidmətlərin səviyyəsini təmin etməklə yanaşı, hər bir ölkənin mədəniyyəti, adət-ənənələri, mətbəxi ilə tanış etməkdən ibarətdir. Nazir bildirib ki, bu gün respublikada eyni zamanda 5 ədəd 5 ulduzlu beynəlxalq otel tikilir.
    26.06.10 Məqaləni oxumaq
     
    Ə.Qarayev: “Azərbaycanın turizm obyektlərində xidmətlərin qiymətlərində müəyyən endirimlər müşahidə olunub”
    Cari il Azərbaycanda fəaliyyət göstərən turizm obyektlərində xidmətlərin qiymətlərində müəyyən endirimlər müşahidə olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Onun sözlərinə görə, bu məqsədlə yaradılan monitorinq qrupu ötən həftə Xaçmaz, Quba rayonlarında olub və orada fəaliyyət göstərən turizm şirkətlərinin fəaliyyəti ilə tanış olub. Bu zaman yerli icra hakimiyyətlərinə bəzi iradlar bildirilib və hazırda həmin nöqsanlar aradan qaldırılmaqdadır. Nazir bildirib ki, bu kimi müəssisələrin çoxluğu rəqabət artımı ilə nəticələnir ki, bu da qiymətlərin formalaşmasına müsbət təsir göstərəcək.
    25.06.10 Məqaləni oxumaq
     
    İranda Azərbaycan Mədəniyyət Günləri keçirilir
    İranın paytaxtı Tehran şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilir. KƏLAMİNFO İran KİV-lərinə istinadən xəbər verir ki, sabah bu tədbirlər çərçivəsində Tehranın “Vəhdət” konsert sarayında Azərbaycandan gəlmiş musiqiçilərin iştirakı ilə Azərbaycan klassiklərinin musiqiləri səsləndiriləcək. Azərbaycan Mədəniyyət Günləri beş gün davam edəcək.
    25.06.10 Məqaləni oxumaq
     
    ADU-da Avstriya kitabxanası açıldı
    Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Avstriya kitabxanasının açılış mərasimi keçirildi. KƏLAMİNFO xəbər verir ki, mərasimdə Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqer və bu ölkənin Azərbaycanda yeni təyin olunmuş səfiri Silvia Mayer Kaybiç iştirak ediblər. Əvvəlcə Avstriya kitabxanasının açılış rəmzini bildirən qırmızı lent kəsilib. Açılışdan sonra M.Şpindeleqqer kitabxanaya baxış keçirdi və kitabxananın fəaliyyət istiqamətləri ilə tanış oldu. Daha sonra universitetin İnformasiya Resurs Kompleksində (İRK) Avstriya xarici işlər nazirinin Alman dili fakultəsinin tələbə və müəllim heyyəti ilə görüşü oldu. Görüşdə ilk olaraq Tərcümə fakultəsinin dekanı, dosent Vilayət Hacıyev açılış nitqi ilə çıxış etdi. O,Avstriyalı diplomata ADU-nun rektoru Səməd Seyidovun salamlarını çatdırdı. Alman dili fakultəsinin II-kurs tələbəsi Ülviyə Cəfərova tələbələr adından, Alman dilinin leksikologiyası və üslubiyyətı kafedrasının müdiri, dosent Sevinc Rzayeva isə professor-müəllim heyəti adından ADU-da Avstirya kitabxanasının açılmasına görə nazir M.Şpindeleqqerə minnətdarlıq etdilər. M.Şpindeleqqer kitabxananın açılmasının iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə xidmət etdiyini vurğuladı.
    24.06.10 Məqaləni oxumaq
     
    YUNESKO-nun Baş Qərargahında Baş Assambleyanın III sessiyası öz işinə başlayır
    Bu gün Fransanın paytaxtı Parisdə, YUNESKO-nun Baş Qərargahında Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiya iştirakçısı olan dövlətlərinin Baş Assambleyasının III sessiyası öz işinə başlayır. Tədbirdə Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi və mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında nümayəndə heyəti iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sessiya zamanı Konvensiyanın fəaliyyət qaydaları nəzərdən keçirilərək, üzv dövlətlər tərəfindən edilmiş dəyişiklikər müzakirə ediləcək. Eyni zamanda sessiyada Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəyə 12 yeni üzv seçiləcək. Azərbaycan da bu Komitəyə öz namizədliyini irəli sürüb. Namizədliyin dəstəklənməsi ilə bağlı Azərbaycanın bir sıra daxili dövlət qurumları və xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri tərəfindən müvafiq təşviqat işləri aparılıb. Sessiya iyunun 24-dək davam edəcək.
    23.06.10 Məqaləni oxumaq
     
    Reykyavikdə Azərbaycan Mədəniyyət Günü keçirilib
    Azərbaycanın Böyük Britaniyada yerləşən, eyni zamanda Islandiyada akkreditə olunmuş səfirliyi, Avropa-Azərbaycan Cəmiyyəti və Islandiyada fəaliyyət göstərən “Azəri” İslandiya-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə paytaxt Reykyavikdə yerləşən Borg mehmanxanasında Azərbaycan Mədəniyyət Günü keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya BB-dakı səfirliyimizdən veriblər. Tədbirdə bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Reykyavik ictimaiyyətinin təmsilçiləri, eləcə də bu ölkədə yaşayan həmyerlilərimiz iştirak ediblər. Tədbirdə səfirliyin, Avropa-Azərbaycan Cəmiyyəti və “Azəri” Cəmiyyətinin nümayəndələri çıxış edərək, belə bir mədəni tədbirin İslandiyada keçirilməsinin ölkəmizin zəngin mədəniyyətinin bu ölkədə təbliği baxımından xüsusi önəm kəsb etdiyini vurğulayıblar. Sonra 2007-ci ildə ölkəmizdə olmuş islandiyalı jurnalist xanım Qurdun Helqa çıxış edib və ölkəmizdəki məcburi köçkünlərin vəziyyəti ilə bağlı lentə aldığı qısa film nümayiş etdirilib.
    19.06.10 Məqaləni oxumaq
     
    “İRƏLİ” İB Almaniyada “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edəcək
    “İRƏLİ” İctimai Birliyinin Almaniya nümayəndiliyi Almaniyanin Laypziq şəhərində, Laypziq Universiteti tərəfindən ənənəvi olaraq həyata keçirilən “Kosmopolit Laypziq?!” adlı 16-cı Beynəlxalq Tələbə Həftəsi çərçivəsində iyunun 23-də “Azərbaycan - Odlar Yurdu” adı altında Mədəniyyət Gecəsi təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”-dən veriblər. Qeyd edək ki, 1994-cü ildən indiyədək təşkil olunan bu tədbirdə ilk dəfə Azərbaycan mədəniyyəti təmsil olunacaq. Gecənin təşkil olunmasinda “İRƏLİ” İB-nin Almaniya nümayəndiliyi Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi və Laypziq Universiteti ilə sıx əməkdaşliq edir. Tədbirə 200 nəfərə yaxın əcnəbi qonaq dəvət olunub. Qonaqlar əsasən alman və xarici tələbə və professorlardan, eləcə də Almaniya rəsmilərindən ibarət olacaq.
    18.06.10 Məqaləni oxumaq
     
    Respublika üzrə II Kukla Teatrları Həftəsi başlayır
    İyun 17-dən 23-dək Qax şəhərində II Kukla Teatrları Həftəsinin keçirilməsi planlaşdırılıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirdə respublikamızda fəaliyyət göstərən Dövlət Kukla Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Salyan Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Kukla Teatrı iştirak edəcək, sənətsevərlərə 10 tamaşa təqdim olunacaq. Tanınmış teatr tənqidçiləri, aktyor və rejissorların iştirakı ilə kukla teatrının bu gününə, inkişaf problemlərinə həsr olunmuş Dəyirmi masanın keçirilməsi də nəzərdə tutulub. Gələn il Bakıda UNİMA-nın (Beynəlxalq Kukla Teatrları Assosiasiyası) iştirakı ilə kukla teatrları həftəsinin keçirilməsi planlaşdırılır. II Kukla Teatrları Festivalının keçirilməsinin məqsədi eyni zamanda həmin beynəlxalq tədbir ərəfəsində respublika kukla teatrlarında hazırlanmış tamaşalara ölkədaxili baxış mahiyyətini daşıyır.
    17.06.10 Məqaləni oxumaq
     
    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət sahəsindəki fəaliyyəti ilə bağlı ingilis dilində kitab hazırlanıb
    Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət və incəsənət sahəsindəki fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyinin növbəti layihəsi əsasında ingilis dilində hazırlanan “Culture and cultural masterpieces of Azerbaijan are unique the message to the future generations” (“Azərbaycanın mədəniyyəti və mədəni inciləri gələcək nəsillərə bənzərsiz ərməğandır”) kitabında əksini tapıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Kitabda (8 fəsil) M.Əliyevanın 1995-2009-cu illərdə mədəniyyət sahəsində çoxşaxəli fəaliyyəti əks olunur. Kitabın ön sözünün müəllifi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdir. Kitabda çoxlu sayda maraqlı və ilk dəfə oxuculara təqdim olunan şəkillər verilib. Yaxın günlərdə kitab geniş ictimaiyyətə təqdim olunacaq. Hazırda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən kitabın elektron versiyası hazırlanır.
    12.06.10 Məqaləni oxumaq
     
    Xalq artisti Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş “İkinci ömür” sənədli filminin təqdimatı keçiriləcək
    İyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Yaddaşâ€ť sənədli filmlər studiyasında istehsal edilmiş görkəmli Azərbaycan aktyoru, respublikanın xalq artisti Lütfəli Abdullayevin xatirəsinə həsr olunmuş “İkinci ömür” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Sənətkar və onun yaradıcılığı haqqında teatr və kino xadimləri, aktyorun pərəstişkarları, ailə üzvləri çıxışlar edəcək, onun haqqında xatirələrlə bölüşəcəklər. Filmin rejissoru Gülnarə Abdullayeva, operator Samir Həsənov, səs rejissoru Teymur Abdullayev, montaj Elmar Vəliyev, prodüser Abdulnəsir Kutiyevdir.
    11.06.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30