Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
    “Azərbaycan kino plakatı. 1930-1980” sərgisi təşkil ediləcək
    Mədəniyyət və Turizm Nazirliyi 2 avqust kino günü münasibətilə “Azərbaycan kino plakatı. 1930-1980” sərgisi təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Tədbir avqustun 2-də Muzey Mərkəzində keçiriləcək. Tədbirin proqramına mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbriki, kino veteranlarının təltif edilməsi, “Bayramdan bayrama” video filminin nümayişi, “Azərbaycan kino plokatatı. 1930-1980” sərgisinin açılışı və Heydər Əliyev Sarayında R.İbrahimbəyovun “Kabusun gözüylə” filminin təqdimatı daxildir.
    28.07.10 Məqaləni oxumaq
     
    Qəbələdə II Beynəlxalq musiqi festivalı keçirilir
    Heydər Əliyev Fondunun dəstəyi ilə Qəbələ şəhərində II Beynəlxalq Musiqi Festivalına start verilib. KƏLAMİNFO xəbər verir ki, musiqi bayramı Azərbaycan bəstəkarlarının əsərləri ilə başlanıb. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında tamaşaçılara bəstəkar Oqtay Zülfüqarovun “Bayram uvertyurası”, Fikrət Əmirovun “Fortepiano və orkestr üçün konsert”i, Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçalar, “Vasif Adıgözəlovun “Fortepiano və orkestr üçün konserti” musiqi əsərləri təqdim olunub. Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadə konsertin solistləri olublar. Musiqi əsərlərinə Yalçın Adıgözəlov və Azad Əliyev dirijorluq ediblər. Avqustun 5-dək davam edəcək festival çərçivəsində müxtəlif konsertlər və musiqi tədbirləri keçiriləcək. Klassik musiqi həvəskarları ABŞ, Rusiya, İngiltərə, Fransa və İtaliyadan gələn istedadlı musiqiçilərin, o cümlədən Yuri Başmet, Boris Berezovski kimi dünya şöhrətli korifeylərin, festivalın fəxri qonağı olacaq Böyük Britaniyanın Kral Filarmonik Okestrinin ifasında ölməz əsərləri dinləyə biləcəklər. Festivalda iştirak edəcək gənc musiqiçilər üçün ötən ildəki kimi ustad dərslərinin keçirilməsi də planlaşdırılır.
    28.07.10 Məqaləni oxumaq
     
    Üzeyir Hacıbəylinin əsəri beynəlxalq festivalda nümayiş olunub
    Türkiyənin İstanbul şəhərində İstanbulun cari il üçün Avropa Mədəniyyət Paytaxtı elan olunması ilə əlaqədar hazırlanmış Tədbirlər Planı çərçivəsində 1-ci Beynəlxalq İstanbul Opera Festivalı keçirilir. Tədbirdə “Koroğlu” opreası da təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. İlk dəfə olaraq təşkil olunan Beynəlxalq İstanbul Opera Festivalının əsas özəlliyi türk xalqlarının mədəniyyət və yaşamını özündə əks etdirməsidir. Beynəlxalq Koroğlu Operası layihəsi TÜRKSOY-a üzv olan 6 ölkədən, Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və Başqırdıstanın 250 sənətçisinin iştirakı ilə keçən il Bişkek, Almatı, Ankara və Bakı şəhərlərində böyük uğurla səhnələnib. Bu il türk dilində səsləndiriləcək Koroğlu operası Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan və digər türk ölkələrinin sənətçilərinin iştirakı ilə səhnələşdiriləcək.
    22.07.10 Məqaləni oxumaq
     
    Fransız Mədəniyyət Mərkəzində elmi seminar keçiriləcək
    İyulun 22-i Fransız Mədəniyyət Mərkəzində “Postsovet dövründə Azərbaycan şərqşünasları İslam təbliğatçıları və tədqiqatçıları rolunda” mövzusunda elmi seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fransanın Azərbaycandakı səfirliyindən veriblər. Fransanın Anadolu Araşdırmaları İnstitutunun nəzdində Qafqaz Tədqiqatları Mərkəzi və Fransız Mədəniyət Mərkəzinin təşkilatçılığı ilə reallaşacaq seminarda Bakı Dövlət Universitetinin (BDU) müəllimi Altay Göyüşov çıxış edəcək. Seminar rus dilində aparılacaq.
    22.07.10 Məqaləni oxumaq
     
    Gənclər Kitabxanası Milli Orduya həsr olunmuş layihə işləyib
    C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası Milli Orduya həsr olunmuş layihə işləyib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Layihə əsasında kitabxananın veb-saytında “Dağlıq Qarabağ problemi”, “Bunu hər kəs bilməlidir. Azərbaycanın qanlı tarixi”, “Onları hamı tanımalıdır” linkləri hazırlanıb. Kitabxanada “Qəhrəmanlığı zirvə tutduq” başlığı altında görüş, “Milli qəhrəmanlar zirvəsi” kitabının təqdimatı keçirilib.
    17.07.10 Məqaləni oxumaq
     
    Həsən bəy Zərdabi və “Əkinçi” kitabının təqdimatı oldu
    Bu gün “Caspian Plaza”da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA ) və Söz Azadlığını Müdafiə Fondunun (SAMF) dəstəyi ilə Azərbaycan Milli jurnalistikasının 135 illiyi münasibətilə Həsən bəy Zərdabi və “Əkinçi” kitabının təqdimat mərasimi oldu. KƏLAMİNFO xəbər verir ki, kitaba Həsən bəy Zərdabinin bioqrafiyasını, onun mətbuat tariximizdəki xidmətlərini, milli oyanış və geniş maarifçilik fəaliyyətini əks etdirən tarixi materiallar və tədqiqatlar daxil edilib. Tədbirdə SAMF sədri, şair Musa Yaqub çıxış edərək bildirdi ki, Həsən bəy Zərdabi mətbuatın bünövrəsini qoyan, öz canını mətbuata fəda edən bir şəxsiyyətdir. Onun sözlərinə görə, kitabda “Əkinçinin tarixi yenidən tədqiq olunub və toplanan materiallar Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova Abayevanın, qızı Qəribsoltan xanımın xatirələri və böyük ictimai-siyasi xadim Əlimərdan bəy Topçubaşovun qeydləri əsasında yazılıb. Bu gün yaxşı qələmi olan jurnalistlər olsa da, Zərdabi kimi fədakar olanı yoxdur.
    15.07.10 Məqaləni oxumaq
     
    İstirahət mövsümü ilə əlaqədar ölkə ərazisindəki otellərdə monitorinqlər aparılır
    Hazırda yay mövsümü ilə əlaqədar olaraq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkənin turizmlə bağlı ərazilərində fəaliyyət göstərən otellərdə monitorinqlər keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat katibi İntiqam Hümbətov verib. Onun sözlərinə görə, monitorinqlər əsasən ölkənin yay mövsümündə turizm üçün əlverişli olan bölgələrində, xüsusi ilə də Şimal bölgəsində aparılır. “Yoxlamalar zamanı əsasən otellərin keyfiyyətinə, xidmətinə və qiymət məsələlərinə diqqət yetirilir. Monitorinqlərin yaxın həftə ərzində yekunlaşması gözlənilir. Dəqiq nəticələr barədə yekundan sonra məlumat veriləcək”,-deyə İ.Hümbətov vurğulayıb.
    14.07.10 Məqaləni oxumaq
     
    “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyası çap olunub
    AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun mərhum alimi Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” monoqrafiyası “Nurlan” nəşriyyatında çap olunub. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, monoqrafiyada XIX əsrdə Azəbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərmiş “Divani-hikmət”, “Gülüstan”, “Əncümənüş-şüəra”, “Fövcül-füsəha”, “Beytüs-səfa”, “Məclisi-üns”, “Məclisi-fəramuşan”, “Məcməüş-şüəra” kimi ədəbi dərnəklərin fəaliyyəti təhlil olunub, bu məclislərin iştirakçılarının həyat və fəaliyyəti öyrənilib. Kitabı institutun əməkdaşı Vüsalə Musalı müəllifin namizədlik dissertasiyası əsasında nəşrə hazırlayıb və redaktə edib.
    13.07.10 Məqaləni oxumaq
     
    Ramiq Muxtarın yaradıcılığına həsr edilən ədəbi məclis keçiriləcək
    Sabah M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında tanınmış şair-dramaturq, prezident təqaüdçüsü Ramiq Muxtarın yaradıcılığına həsr edilən ədəbi məclis keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər. Tədbirdə şairin şeirləri və sözlərinə yazılan mahnılar səsləndiriləcək.
    13.07.10 Məqaləni oxumaq
     
    Ə.Cəfərova: ”Milli Kitabxanada oxucu problemi yoxdur”
    Əvvəlki illərə nisbətən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına gələn oxucuların sayında artım müşahidə olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Milli Kitabxananın elmi katibi Əminə Cəfərova söyləyib. Kitabxanada çoxsaylı oxu zallarının fəaliyyət göstərdiyini vurğulayan Ə.Cəfərova bildirib ki, təmsil olunduğu qurumda oxucu problemi yoxdur və oxuculara hər bir şərait yaradılıb. Cari ilin altı ayı ərzində kitabxanada 16 min 494 oxucunun qeydiyyatdan keçdiyini diqqətə çatdıran Ə.Cəfərova bildirib ki, davamiyyət isə 102 410 olub. Milli Kitabxanada 4 525033 kitabın oluduğunu qeyd edən Ə.Cəfərova onların müəyyən sayının elektronlaşdırıldığını söyləyib və bildirib ki, kitabların elektron versiyaya çevrilməsi üzərində iş davam etdirilir. Ə.Cəfərova bildirib ki, cari ilin altı ayı ərzində kitabxananın elektron versiyasından yararlanan virtual oxucuların sayı isə 128 421 nəfər olub. Xatırladaq ki, ötən ilin sonuna kimi Milli Kitabxanada qeydiyyatdan keçən oxucuların sayı 38666, davamiyyət isə 209522 olub.
    12.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30