Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
    Teatr mövsümünün açılışı Sumqayıtda keçiriləcək
    Bu il Azərbaycanda 138-ci teatr mövsümünün açılışı Sumqayıt Dövlət Musiqili Dram Teatrının qarşısındakı meydanda keçiriləcək. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, mərasimdə teatrların yaradıcı kollektivlərinin ifasında tamaşalardan fraqmentlər nümayiş etdiriləcək. Tədbir çərçivəsində Teatr Muzeyi və M.F.Axundov adına Milli Kitabxana tərəfindən Azərbaycan teatrına həsr olunan sərgi də açılacaq.
    19.08.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyinə məxsus kinoteatr yanıb
    Göygöl şəhərində Mədəniyyət və Turizm Nazirliyinə məxsus kinoteatrda yanğın olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) veriblər. Nəticədə ümumi sahəsi 680 kv.m. olan kinoteatrın giriş qapısının və döşəməsinin yanar konstruksiyaları 30 kv.m. sahədə yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
    18.08.10 Məqaləni oxumaq
     
    İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək
    Cari il sentyabrın 25-dən 30-dək İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Bu barədə KƏLAMİNFO-ya Azərbaycanın İrandakı səfirliyindən məlumat veriblər. Mədəniyyət Günləri çərçivəsində Qara Qarayev adına Dövlət kamera orkestrinin, Dövlət mahnı və rəqs ansamblının rəqs qrupunun, muğam ifaçılarının konsertlərinin keçirilməsi, turizm stendinin təqdimatı, foto və kitab sərgilərinin təşkili və filmlərin nümayişi planlaşdırılır.
    17.08.10 Məqaləni oxumaq
     
    Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
    Bu gün Azərbaycanın xalq şairi, görkəmli görkəmli ədəbiyyatçı alim Bəxtiyar Vahabzadənin doğum günüdür. KƏLAMİNFO xəbər verir ki, B.Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. B.Vahabzadə 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub. B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun “Vicdan”, “İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı” pyesləri tamaşaya qoyulub. Şair, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir. Onun məhşur “Gülüstan” poeması hələ SSRİ dövründə Azərbaycanın ictimai mühitində milli ruhun oyanmasında əvəzsiz rol oynayıb. Xalq şairi 13 fevral 2009-cu ildə Bakıda dünyasını dəyişib.
    17.08.10 Məqaləni oxumaq
     
    “Azərbaycan” kinoteatrı yeni formatda film nümayişinə başlayacaq
    Növbəti mövsümdə “Azərbaycan” kinoteatrı 3D formatlı kino nümayişinə başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Kinoteatrdan veriblər.
    Bu formatda film nümayişi üçün lazım olan avadanlıqlar yaxın zamanlarda Azərbaycana gətiriləcək. Hələlik üç filmin – “Böyük beyin”, “Taxt-tac: miras”, “Harri Potter və ölüm bacarığı: birinci hissə” filmlərinin sözügedən formatda təqdimatı müəyyən olunub. Kinoteatrdan bildiriblər ki, gələn aydan burada 4D və 5D formatında da filmlərin nümayişi mümkün olacaq.
    14.08.10 Məqaləni oxumaq
     
    Bakıda Beynəlxalq görüş-seminar keçiriləcək
    Cari ilin 16-20 avqust tarixlərində Bakı şəhərində yerli və əcnəbi yaradıcı gənclərin iştirakı ilə “Gənclər bu gün” adlı beynəlxalq görüş-seminar keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
    Tədbirdə teatr, kino və moda sahələri üzrə Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Belarusdan da yaradıcı gənclər iştirak edəcək. Seminar müddətində qeyd edilən sahələr üzrə müzakirələr aparılacaq, sərgilər və moda nümayişi təşkil olunacaq, filmlər göstəriləcək. Bundan başqa yerli və əcnəbi mütəxəssislərin gənclərlə ustad dərsləri planlaşdırılır.
    14.08.10 Məqaləni oxumaq
     
    Qəbələdə fərqli formada muzey yaradılacaq
    Qəbələ rayonunda açıq səma şəraitində fərqli formada muzey yaradılacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Muzey iki ilə hazır olacaq. Azərbaycan və Koreyanın birgə əməkdaşlığı sayəsində yaradılacaq muzey Qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin öz dövrünün bir çox böyük şəhərləri ilə müqayisə edildiyini bir daha sübuta yetirəcək. Hazırda qədim şəhərin xarabalıqlarını üzə çıxarmaq istiqamətində intensiv qazıntı işləri aparılır. Bu xarabalıqlar torpaq altından çıxdıqdan sonra yaradılacaq muzeyə çoxsaylı turistlər də maraq göstərəcək.
    12.08.10 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi ilə görüşüb
    Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT-nin ölkəmizdəki Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının və BMT-nin Əhali Fondunun Rezident Nümayəndəsi Fikrət Akçura ilə görüşüb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüş zamanı Azərbaycan ilə BMT arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, gələcəkdə bir sıra yeni proqram və layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. Ə.Qarayev Nazirliyin UNDP ilə birgə həyata keçirdiyi layihənin uğurundan bəhs edərək bu istiqamətdə işlərin daha da inkişaf etdirilməsi, təkcə turizm sahəsi deyil, eyni zamanda mədəniyyət sahəsində, insan resurslarının təkmilləşdirilməsi ilə bağlı birgə proqramların hazırlanmasını təklif edib. F.Akçura öz növbəsində mövcud əməkdaşlıqdan razılığını bildirərək, bu sahələrdə əməkdaşlığın vacib olduğunu vurğulayıb.
    06.08.10 Məqaləni oxumaq
     
    Azərbaycan kinosunun 112-ci ildönümünə həsr olunan tədbir keçirilib
    Dünən Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun yaranmasının 112-ci ildönümünə həsr olunan tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Film Fondunun direktoru Cəmil Quliyev bütün kino işçilərini peşə bayramları münasibətilə təbrik edib, son illər Azərbaycanda mədəniyyətin inkişafı istiqamətində atılmış addımlardan danışıb. C.Quliyev qeyd edib ki, prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci ildə imzaladığı Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Tədbir çərçivəsində “Bayramdan bayrama” videofilmi nümayiş etdirilib və “Azərbaycan kino plakatı. 1930-1980” sərgisi açılib.
    04.08.10 Məqaləni oxumaq
     
    Atçılıq Turizm Mərkəzində infotur keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi və Respublika Atçılıq Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə ölkədə atçılıq turizminin təbliği və təşviqi məqsədilə tədbirlər həyata keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Bununla əlaqədar cari ilin 03 -05 avqust tarixlərində daxili turizm bazarında fəaliyyət göstərən aparıcı turizm şirkətləri və KİV nümayəndələri üçün Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində infotur keçiriləcək. On beşə yaxın turist şirkətinin nümayəndəsinin iştirak edəcəyi tədbirdə yeni atüstü turist marşrutlarının təqdimatı nəzərdə tutulub.
    31.07.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30