Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 56 57 58 59 60 61 62 63 64 » #
    MTRŞ mədəniyyət kanalı ilə bağlı müsabiqənin müddətini uzadıb
    Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı elan olunan müsabiqəyə sənəd qəbulunun müddəti uzadılıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib.
    MTRŞ sədri qeyd edib ki, elan olunan müsabiqəyə bir ay ərzində yalnız “Azərbaycan Televiziyası və Radiosu” Qapalı Səhmdar Cəmiyyəti müraciət edib. Onun sözlərinə görə, Şura yalnız bir iştirakçı müraciət etdiyi üçün qanunvericiliyin tələblərini əsas tutaraq müsabiqənin müddətinin bir ay uzadılması barədə qərar qəbul edib.
    06.09.10 Məqaləni oxumaq
     
    Neft-qaz kəşfiyyatı ilə məşğul olanlar üçün monoqrafiya nəşr olunub
    AMEA-nın müxbir üzvü Kərim Kərimovun “Azərbaycanda və Cənubi Xəzərdə depression zonaların dərinlik quruluşları, neftliliyi və qazlılığı” adlı kitabı “CBS” mətbəəsində çap olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Bu monoqrafiya müasir dövrümüzün ən vacib problemlərindən biri olan, bəşəriyyəti bütün növ enerjidaşıyıcılarla, ələlxüsus neft, qaz və onlardan alınan məhsullarla təminatı məsələlərinin həllinə həsr edilib. Monoqrafiyada vulkan mənşəli qatların arasında və bəzən də altında yatan çöküntü süxurlarının da neftli-qazlı olmasının mümkünlüyü və axtarış-kəşfiyyat işlərində böyük əhəmiyyət kəsb etməsi əsaslandırılıb. Kitab neftçilər, neft-qaz sahəsində çalışan alim və mütəxəssislər, həmçinin neft və qazın axtarış və kəşfiyyatı ilə məşğul olan yerli və xarici şirkətlərin nümayəndələri üçün nəzərdə tutulub.
    02.09.10 Məqaləni oxumaq
     
    Bakıda Beynəlxalq Festival keçiriləcək
    Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi ilə əlaqədar Bakıda Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzədə tutulur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Festival çərçivəsində dünya şöhrətli dirijor Vladimir Spivakov, İsveçrədən “Amaltea” Ansamblı, MDB Ölkələrinin Birləşmiş Gənclər Simfonik Orkestri, Sinqapurdan “T`ANG” simli kvarteti, Türkiyədən “Orfeon” xoru, Kanadadan pianoçu Nina Koqan, skripkaçı Atis Bankas, Rusiyadan Aleksandr Gindin və başqalarının ifaları nümayiş olunacaq. Eyni zamanda müxtəlif konsertlərin, tədbirlərin keçirilməsi, Ü.Hacıbəylinin səhnə əsərlərinin nümayişi də baş tutacaq. Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçirilməsi məqsədilə tədbirlər planı təsdiq olunub. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsi, Mədəniyyət siyasəti şöbəsi, Elm və təhsil şöbəsi, Kinematoqrafiya və Nəşriyyat, Reklamın təşkili və informasiya şöbəsi qeyd olunan tarixlərdə Festivalın yüksək bədii-təşkilati səviyyədə keçirilməsinin təmin edilməsi üçün səfərbər olunublar.
    02.09.10 Məqaləni oxumaq
     
    “Kinoşok-2010” XIX açıq festivalı sentyabrın 11-də başlayacaq
    “Kinoşok-2010” MDB, Latviya, Litva və Estoniya ölkələrinin XIX açıq festivalı Anapada sentyabrın 11-19-də keçiriləcək. KƏLAMİNFO festivalın mətbuat xidmətinə istinadən xəbər verir ki, festival çərçivəsində ənənəvi “KinoMalıŞok” uşaq oyun və animasiya filmlərinin festivalı keçiriləcək. “Kinoşok” kino festivalının prezidenti tanınmış dramaturq, rejissor Viktor Merejkodur. Festivalın Təşkilat komitəsinə RF Prezident Aparatının rəhbəri Serqey Narışkin rəhbərlik edir. Baş direktor qismində isə aktrisa İrina Şevçuk çıxış edir. İTAR-TASS xəbər verir ki, festival çərçivəsində beş müsabiqə keçiriləcək.
    01.09.10 Məqaləni oxumaq
     
    GUAM-ın turizm agentlikləri Tokioda turizm sərgisində iştirak edəcək
    GUAM-ın katibliyində GUAM-Yaponiya əməkdaşlığı çərçivəsində turizmin inkişafı üzrə tərəflərin növbəti görüşü keçirilib. KƏLAMİNFO GUAM-ın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə təşkilatın Baş katibi V.Çeçelaşvili, proqramların əlaqələndiricisi S.Temirov, Ukrayna Mədəniyyət və Turizm Nazirliyinin İdarə rəisi A.Şenin, “Qermes Travel” turizm şirkətinin əməkdaşı xanım Q.Osipenko, Gürcüstan XİN-in əməkdaşı İ.Lomidze və digər şirkətlərin nümayəndələri iştirak edib. Yapon tərəfini isə görüşdə Yaponiyanın Ukraynadakı səfirliyinin əməkdaşı D.Kitade, Yaponiyanın Beynəlxalq əməkdaşlıq üzrə Agentliyinin nümayəndəsi xanım Y.Doi və Təkamül Turizmi İnstitutunun nümayəndəsi, professor T.Kobayaşi təmsil ediblər.
    31.08.10 Məqaləni oxumaq
     
    ABŞ səfirliyi Sumqayıt Kitabxanasına kitab hədiyyə edib
    ABŞ-ın Azərbaycandakı səfirliyi Sumqayıt şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ingilis dilində müxtəlif kitablar  hədiyyə edib. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, kitablar bir neçə gün əvvəl ABŞ Səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi B.Mayer ilə görüş zamanı əldə edilmiş razılıq əsasında verilib. Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qaffarov ingilis dilində izahlı lüğətlər, ədəbi əsərlərin, amerikan müəlliflərin Azərbaycan dilinə tərcümə olunmuş roman və hekayələrindən ibarət olan kitabların Sumqayıt şəhərinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalara paylanacağını bildirib. Görüşdə həmçinin ABŞ səfirliyi ilə Sumqayıtın mədəniyyət müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə səylərin gücləndiriləcəyi qeyd olunub.
    31.08.10 Məqaləni oxumaq
     
    Moskvada milli kinomatoqrafiyaların forumu keçiriləcək
    Avqustun 28-dən sentyabrın 3-dək Moskvada milli kinematoqrafiyaların XIV forumu keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, forumu Kinematoqrafçılar İttifaqları Konfederasiyası MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə təşkil edir. Tədbirin proqramına Azərbaycan, Belarus, Qazaxıstan, Litva, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan, Ukrayna və Estoniya kinematoqraflarının 10 tammetrajlı bədii filmi daxil edilib. Azərbaycan rejissoru Rüstəm İbrahimbəyov “Kabusun gözü ilə” filmini təqdim edib. Mərkəzi Kino Evində keçiriləcək açılış mərasimində MDB və Baltikyanı ölkələrin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədri Rüstəm İbrahimbəyov iştirak edəcək.
    28.08.10 Məqaləni oxumaq
     
    Dünya Türk Forumu keçiriləcək
    Oktyabrın 20-22-də Türkiyənin Mardin şəhərində “Türk koalisiyası, türk diasporu: sosial-iqtisadi əlaqələr” mövzusunda Dünya Türk Forumu keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib. Forumun təşkilatçısı Türk Asiya Araşdirmalar Mərkəzi (TASAM) və Türkiyə Cümhuriyyətinin Mardin valiliyidir. Toplantıda bütün türkdilli dövlətlərin diaspor təşkilatlarının və bu istiqamətdə fəaliyyət göstərən QHT-lərin nümayəndələri iştirak edəcək. Dünya Türk Forumunda qlobal və regional problemlərin türk dünyasına təsiri, türk dünyası QHT-lərinin qarşılaşdığı problemlər, türk dünyasında təhsil, elm və mədəniyyət sahəsində QHT-lərin əməkdaşlığı, türk dünyasının gələcəyi üçün vahid layihələrin hazırlanması, türk dünyası mədəniyyət arenası, fərqli mədəniyyətlərdən mədəniyyətlərarası dialoqa, türk dünyasında sosial-iqtisadi vəziyyət, yeni əməkdaşlıq sahələri və təşkilatlanma, ermənilərin sözdə “soyqırım” iddiasına qarşı türk dünyasının vahid işbirliyi kimi mövzuların müzakirəsi nəzərdə tutulur.
    25.08.10 Məqaləni oxumaq
     
    Hüseyn Cavidin aforizmlərindən miniatür kitab nəşr edilib
    Dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin seçmə aforizmlərindən ibarət miniatür kitab nəşr edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Azərbaycan Kitab Cəmiyyətinin çap etdirdiyi kitab 55-38 mm ölçüdə, 248 səhifədən ibarətdir və 200 nüsxə tirajla çap edilib. Miniatür kitabda böyük mütəfəkkirin əsərlərindən 16 kompozisiya yerləşdirilib. Qeyd edək ki, kitab AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən hazırlanıb. Kitabın təqdimatının isə cari ilin sentyabrında Bakı və Naxçıvanda keçiriləcəyi gözlənilir.
    21.08.10 Məqaləni oxumaq
     
    Bu gün Maestro Niyazinin doğum günüdür
    Bu gün dünya şöhrətli azərbaycanlı musiqiçi Maestro Niyazinin doğum günüdür. KƏLAMİNFO xəbər verir ki, SSRİ və Azərbaycanın xalq artisti Niyazi Zülfüqar oğlu Tağızadə- Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflis şəhərində məhşur bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində anadan olub. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir.
    20.08.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 56 57 58 59 60 61 62 63 64 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30