Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 55 56 57 58 59 60 61 62 63 » #
    “Respublika əhəmiyyətli böyük fondun yaradılmasına eһtiayac var”
    Arxeloji qazıntılar nəticəsində tapılan maddi mədəniyyət nümunələrinin saxlanılmasında müəyyən problemlər var. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı AMEA-nın prezidenti, akademik Mahmud Kərimov söyləyib. M.Kərimov bildirib ki, arxeoloji tapıntıları saxlamaq üçün xüsusi fondlar olmalı və bu fondlar müəyyən avadanlıqlarla təchiz olunmalıdır. Arxeoloji tapıntıların saxlanılması üçün bir neçə xırda fondların mövcudluğunu xatırladan M.Kərimov respublika əhəmiyyətli böyük fondun yaradılmasının vacib olduğunu önə çəkib.
    14.09.10 Məqaləni oxumaq
     
    “Tapılan nümunələr Azərbaycan tarixinin qara səhifələrini açıb”
    Son illər dövlət tərəfindən göstərilən dəstək nəticəsində Azərbaycanda aparılan arxeoloji qazıntılarla bağlı işlər sürətlənib. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova söyləyib. O qeyd edib ki, 2008-ci ildən bu vaxta qədər 40-a yaxın ekspedisiya təşkil edilib və onların apardıqları arxeoloji qazıntılar nəticəsində minlərlə maddi mədəniyyət nümunələri tapılıb. Onun sözlərinə görə, tapılan nümunələr Azərbaycan tarixinin qara səhifələrini açıb. M.Rəhimova əlavə edib ki, arxeoloji qazıntılarda ABŞ, Almaniya, Fransa və digər ölkələrin tədqiqatçı alimləri də iştirak edib.
    14.09.10 Məqaləni oxumaq
     
    “Elazığ çələngi” kitabının təqdimatı olacaq
    Sentyabrın 15-də Milli Kitabxanada çağdaş Elazığ (Türkiyə) şairlərinin şeirlərindən ibarət “Elazığ çələngi” adlı kitabın təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər. Tədbirdə tanınmış elazığlı şairlərdən Şener Bulud, Tarik Özcan, Şükrü Kacar, Hadi Önal, Midhət Yılmaz, Günerken Aydoğmuş və başqalarının iştirakı gözlənilir.
    14.09.10 Məqaləni oxumaq
     
    Akademik Milli Dram Teatrının açılışı təxirə salınıb
    Azərbaycan Akademik Milli Dram Teatrının payız mövsümündə açılışı tyəxirə salınıb. Səbəb teatrda aparılan təmir işləridir. KƏLAMİNFO xəbər verir ki, bu barədə teatrdan məlumat verilib. Milli Dram Teatrı yeni mövsümü gələn il martın 27-də Beynəlxalq Teatr Günündə açacaq. Açılış gününə kimi teatrda bir neçə tamaşa yeni quruluşda səhnələşdiriləcək. Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında teatrın baş rejissoru Mərahim Fərzəlibəyovun quruluş verdiyi “Hökmdar və qızı” tamaşasının məşqləri artıq başlanıb. Nəzərdə tutulan digər tamaşaların məşqlərinə isə oktyabrın 1-dən başlanacaq.
    13.09.10 Məqaləni oxumaq
     
    Parisdə Işçi Qrupun növbəti iclası keçirilir
    Bu gün Parisdə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi qrupunun növbəti iclası keçiriləcək. İclasda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Növbəti günlərdə isə forumla bağlı YUNESKO katibliyi, Fransa rəsmilərilə müzakirələrin aparılması, həmçinin Azərbaycanın qeyri maddi mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri maddi irsin Reprezentativ siyahısına daxil edilməsi, Azərbaycan nümayəndəsinin YUNESKO qeyri maddi irs üzrə Komitəsində işləməsi üçün namizədliyinin təqdim edilməsi, Luvr muzeyi ilə əməkdaşlıq məsələlərinə dair danışıqlar aparılacaq. Qeyd edək ki, 2011-ci ilin aprel ayında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur. Forumla bağlı YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurasının Şimal-Cənub Məkəzi və nazirliyin nümayəndələrindən ibarət işçi qrup müvafiq sənədləri hazırlayır.
    13.09.10 Məqaləni oxumaq
     
    ARTE kanalında DQ balğı filmin nümayişi dayandırılıb
    Fransanın ARTE kanalında “Dünyanın bütün dağları” silsilə verlişləri çərçivəsində “Dağlıq Qarabağ: Gomehassar” adlı sənədli film nümayiş etdirilib. Xarici İşlər Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, sənədli filmdə kanalın müxbirləri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionuna qanunsuz səfər edərək yerli əhalidən müsahibə götürüb, əhalinin pis vəziyyətdə yaşamasını, lakin tezliklə bu regiona sülhün gəlməsini arzu etdiyini göstərib. Sənədli filmin Kütləvi İnformasiya Vasitələrində işıqlandırılmasına qarşı səfirliyimiz dərhal ARTE televiziya kanalının rəhbərliyinə etiraz məktubu ünvanlayıb. ARTE kanalının prezidenti Jerom Kleman səfirliyimizə göndərdiyi cavab məktubunda “Dünyanın bütün dağları” silsilə verilişlərinin məqsədinin heç də dağlıq regionların geosiyasəti ilə məşğul olmaq olmadığı, sadəcə mənzərənin, ənənələrin, mifologiyanın və ya yerli inkişafın əsas meyarlarının işıqlandırılması olduğunu qeyd edib, Dağlıq Qarabağla bağlı verilişdə məsələnin bütün aspektlərini qısa vaxt ərzində verilməsinin qeyri mümkün olduğu vurğulanıb.
    09.09.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Gürcüstan müştərək film istehsal edib
    Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycan və Gürcüstanın istehsalı olan “SAHƏ” bədii filmi (The Precinct) ərsəyə gətirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Film məşhur fotoqrafın öz uşaqlıq dövrünə etdiyi müəmmalı səyahətindən bəhs edir. Filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, bədii rəhbər Cəmil Quliyev,; filmin prodüseri Nəriman Məmmədovdur. Filmin Azərbaycanda premyerası payızda planlaşdırılır.
    08.09.10 Məqaləni oxumaq
     
    “Şəki-Zaqatalada turizmin inkişaf perspektivləri” adlı seminar keçirilib
    İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə mərkəzin Şəki nümayəndəliyində “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, “Şəki-Zaqatala iqtisadi rayonunda turizmin inkişaf perspektivləri” mövzusunda seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya İİN-dən veriblər.
    07.09.10 Məqaləni oxumaq
     
    MTRŞ mədəniyyət kanalının açılması üçün müsabiqə elan edir
    Milli Televiziya və Radio Şurası (MTRŞ) ixtisaslaşdırılmış televiziya kanalının (mədəniyyət televiziya kanalının) açılması üçün Bakı və Abşeron ərazisində televiziya üzrə 44-cü tezlik resursuna müsabiqə elan edib. MTRŞ-dən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqə “Televiziya və radio yayımı haqqında” AR qanununun 15-ci maddəsinin tələblərinə uyğun keçirilir. Qeyd edək ki, cari il avqustun 4-dən sentyabrın 4-dək elan edilmiş yuxarıda göstərilən müsabiqədə iddiaçıların sayı 3-dən az olduğuna görə müsabiqə baş tutmamış hesab edilib.
    07.09.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi yeni turizm marşurutu aşkar edib
    Yeni formada ekstremal dağ turizmi marşrutu aşkar edilib. Sentyabrın 3-dən 5-nə kimi Mədəniyyət və Turizm Nazirliyi və “Club 4x4” klubunun təşkilatçılığı ilə ilk dəfə olaraq, “Azərbaycanın yeni turist marşrutlarını kəşf edək” layihəsi həyata keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin Turizm İdarəsindən veriblər.
    Həyata keçirilən layihədə 12 avtomobil, 40-a yaxın dövlət və özəl sektorun əməkdaşlarının iştirakı ilə ölkənin Quba rayonundan dağ yolları ilə Şamaxı rayonuna doğru avtomobil yürüşü baş tutub. Yürüş zamanı Böyük Qafqaz sıra dağlarının ən yüksək zirvələrindən, keçilməz dağ yollarından və çaylardan şütüyən yürüş təyinat məntəqəsinə çatıb. Yolboyu yürüş iştirakçıları qədim Şabran şəhərinin qalıqlarına ekskursiya ediblər. Quba rayonu ərazisində XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırım qurbanlarının basdırıldığı kütləvi məzarlıq və Şamaxı rayonu ərazisində qayalıqlar üzərində inşa edilən “Diri Baba” türbəsi də layihə çərçivəsində iştirakçıların ziyarət yeri olub.
    07.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 55 56 57 58 59 60 61 62 63 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30