Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  54 55 56 57 58 59 60 61 62  #
    Heydər Əliyev haqqında kitab türk dilində çap olunacaq
    Cari ilin sonuna kimi “Türk dünyasını tanıyaq və tanıdaq” layihəsi çərçivəsində Azərbaycan xalqının və bütün türk dünyasının böyük oğlu Heydər Əliyev haqqında kitabın Türkiyə türkcəsində Türkiyənin müxtəlif bölgələrində və Kıprısda təqdimatı keçiriləcək. KƏLAMİNFO-ya bu haqda məlumatı kitabın müəllifi Qənirə Paşayeva bildirib. Q.Paşayeva həmçinin qeyd edib ki, gələn ilin əvvəlində isə layihə daxilində Türk dünyasının digər bir lideri Atatürk haqqında yazdığı və çap olunmuş məqalələri kitab halında işıq üzü görəcək.
    29.09.10 Məqaləni oxumaq
     
    “Azərbaycan rəngkarlığı kraliçası” sənədli filminin təqdimatı olacaq
    Sabah Beynəlxalq Muğam Mərkəzində rejissor Nicat Feyzullayevin “Azərbaycan rəngkarlığının kraliçası” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. “Yaddaş” studiyasında çəkilmiş film ötən əsrin ortalarında yaşayıb yaratmış görkəmli Azərbaycan rəssamı Vəcihə Səmədovaya həsr olunub. Filmin ssenari müəllifi Aqşin Mir-Feyzullazadə, operator Nizami Abbasdır.
    28.09.10 Məqaləni oxumaq
     
    İçəri Şəhər haqqında kitab çıxıb
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Azərmarka şirkəti Bakının mərkəzində yerləşən tarixi-memarlıq qoruğu olan İçəri Şəhərə həsr olunmuş kitabın nəşrini təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya RİTN-nin mətbuat xidmətindən veriblər.
    Azərbaycan və ingilis dillərində İçəri Şəhərin təsviri, eləcə də onun tarixi, buradakı tanınmış tikililər və abidələr haqqında bəhs edən kitab nəfis dizayna malikdir və suvenir nəşr kimi ərsəyə gətirilib. Kitabda həmçinin İçəri Şəhər haqqında Azərmarka tərəfindən bir qədər bundan əvvəl dövriyyəyə buraxılmış 12 marka və poçt bloku öz əksini tapıb. Burada hər bir markanın təsviri haqqında geniş izah da verilir.
    25.09.10 Məqaləni oxumaq
     
    Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin müşavirəsi keçiriləcək
    Sabah Dövlət Rus Dram Teatrında mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri direktorlarının müşavirəsi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Müşavirə “Respublikanın uşaq musiqi, incəsənət və rəssamlıq məktəbləri üzrə 2009/2010-cu tədris ilinin yekunları” mövzusuna həsr olunacaq. Müşavirədə respublikamızda bədii təhsilin inkişafı, uşaq və gənclərin keyfiyyətli təhsilə yiyələnməsi sahəsində qarşıda duran vəzifələr, 2009/2010-cu tədris ilində uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti, nailiyyətlər, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışılacaq.
    21.09.10 Məqaləni oxumaq
     
    Respublika Uşaq Kitabxanası yeni ünvana köçürüləcək
    Sabah Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının yeni ünvana köçürülməsi ilə əlaqədar açılış mərasimi keçiriləcək. Mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müasir tələblərə cavab verən yeni kitabxana binasını kiçik yaşlı oxucuların istifadəsinə təqdim edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Tədbirdə ziyalılar, uşaq yazarları, ictimaiyyət və KİV nümayəndələri, iştirak edəcəklər. F.Köçərli adına Respublika Uşaq Kitabxanası 1965-ci il 1 yanvar tarixində Mədəniyyət Nazirliyinin qərarı ilə yaradılıb. Kitabxananın 250 minə yaxın kitab fondu, 19 min 519 nəfər oxucusu var. Kitabxanada 8 şöbə, 4 bölmə, 2 oxu zalı fəaliyyət göstərir.
    20.09.10 Məqaləni oxumaq
     
    BDU-da Özbəkistan prezidentinin kitabının təqdimatı olub
    Bu gün Bakı Dövlət Universitetində (BDU) Özbəkistan prezidenti İslam Kərimovun müəllifi olduğu “Yüksək mənəviyyat- yenilməz güc” adlı kitabın Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsinin təqdimatı olub. KƏLAMİNFO xəbər verir ki, tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov kitabı Özbəkistanla yanaşı Azərbaycan üçün tarixi hadisə adlandırıb. O, qeyd edib ki, nəşrin Bakıda təqdimatının keçirilməsinə səbəb onun əhatə etdiyi mövzunun Azərbaycan mühüti ilə ortaq olmasıdır. “Eyni zamanda Özbəkistan və Azərbaycan arasında tarixi, dini və digər baxımdan yaxınlıq və sıx əməkdaşlığın olması bu gün bu kitabın BDU-da təqdim olunmasına səbəbədir. Özbəkistan prezidentinin şəxsi məhsulu olan nəşrin Azərbaycan ictimaiyyətində yayılması, ölkə başçısı İlham Əliyevin Daşkəndə səfəri ərəfisində iki ölkə arasında əlaqələrin inkişafına təkan verəcək”,-deyə rektor vurğulayıb. Özbəkistanın ölkmizdəki səfiri İsmətulla İrqaşev prezident İ.Kərimovun müəllifi olduğu nəşrin tərcüməsinə və Bakıda təqdimatına görə BDU-nun rəhbərliyinə minnətdarlığını bildirib.
    17.09.10 Məqaləni oxumaq
     
    Media Akademiyasında “Mədəniyyət həftəsi” davam edir
    “İRƏLİ” İctimai Birliyinin Media Akademiyasında “Mədəniyyət həftəsi” davam edir. “İRƏLİ”-dən KƏLAMİNFO-ya verilən məlumata görə, “Ali və Nino” mağazalar şəbəkəsinin direktoru Nigar Köçərli, Milli Kitab mükafatının II yer sahibi, yazıçı Əjdər Ol və ABŞ-ın Kaliforniya Universitetinin kitabxanaçısı Liladhar Pendtse tələbələrlə görüş keçiriblər. “Gənclər vaxtını dəyərləndirməli, çətinliklərə qarşı dözümlü olmalıdır. Deviziniz vaxt itirməmək olsun. Ən azından mütailə edin. Amma bekar qalmayın. Çünki bekar adamlar ən təhlükəli insanlardır”-deyə Əjdər Ol gəncliyə səslənib. Ə.Ol ölkəmizə gəlməkdə məqsədi Azərbaycan mədəniyyəti ilə yaxından tanış olmaq olan Liladhar Pendtse isə Azərbaycanlı müəlliflərin kitablarını Kaliforniya kitabxanasında yerləşdirmək istəyindən söz açıb. Görüşün ikinci yarısında tanınmış teleaparıcı Nərgiz Cəlilova və Azərbaycanın əməkdar artisti, müğənni Tünzalə Ağayeva tələbələrlə görüşə qatılıb.
    17.09.10 Məqaləni oxumaq
     
    Bu gün Antaliyada Azərbaycanın da iştirakı ilə toplantı başlayıb
    Bu gün Antalyada TÜRKSOY beynəlxalq təşkilatının dəstəyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsi tərəfindən “Qeyri-maddi mədəni irsin təhsildə səmərəli istifadəsi” barədə mütəxəssislərin toplantısı öz işinə başlayıb. Toplantıda Azərbaycan da təmsil olunur. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Tədbirə YUNESKO, TÜRKSOY və müxtəlif ölkələrdən mədəniyyət siyasətçiləri və tədqiqatçıları qatılıb. İclasda ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi Qeyri-maddi mədəni irs sektorunun müdiri Y.Hüseynli təmsil edir. O, Azərbaycanda qeyri-maddi mədəni irs sahəsində aparılan islahatlar barədə geniş təqdimat keçirəcək. Toplantı sentiyabrın 19-a kimi davam edəcək.
    16.09.10 Məqaləni oxumaq
     
    Sumqayıtda Ü.Hacıbəyovun abidəsinin açılışı olacaq
    Sumqayıt şəhəri Üzeyr Hacıbəyov küçəsində inşa edilən dahi bəstəkarın abidə kompleksinin qurraşdırılması işi başa çatıb. Sentyabrın 15-də abidənin açılışı olacaq. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, abidə kompleksinin inşa edildiyi xiyabanın eni – 23 metr, ərazinin uzunluğu–61 metr təşkil edir. 1340 kv/metrlik abadlaşdırılan sahənin təxminən 740 kv/metr hissəsində tamet döşəmə salınıb, yaşıllaşdırılan sahələrdə, əsasən, çəmən, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılıb. Xatırladaq ki, Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun müəllifi olduğu Ü.Hacıbəyovun abidəsinin ümumi hündürlüyü 12 m, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi verilib, üzərində 5 m yüksəklikdə yerləşən bürüncdən hazırlanan barelyefin fonu isə ağ mərmərdən üzük qaşı formasında işlənilib. Əks tərəfdən isə eyni fon üzərində milli musiqi alətlərimizin, tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib.
    15.09.10 Məqaləni oxumaq
     
    Ağsu arxeoloji tədqiqatlarına həsr olunan konfrans keçirildi
    Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri respublika konfransı keçirildi. KƏLAMİNFO xəbər verir ki, AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransdan öncə “Ağsu möcüzəsi” sərgisinin açılışı və “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışının təqdimatı oldu. Konfransda çıxış edən Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı bildirdi ki, cari ilin mart ayında Ağsu şəhərində arxeoloji qazıntılar aparılıb və qısa müddətdə ciddi elmi nəticələr əldə edilib.
    14.09.10 Məqaləni oxumaq
     
    Səhifələr : #  54 55 56 57 58 59 60 61 62  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30