Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 53 54 55 56 57 58 59 60 61 » #
    Azərbaycan və Türkiyə tələbələri "Kitabi Dədə Qorqud" dastanının boyları əsasında film çəkəcək
    İstanbul Kültür Universiteti və Bakı Slavyan Universitetinin (BSU) tələbələri "Kitabi Dədə Qorqud" dastanının boyları əsasında birgə qısametrajlı film çəkəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya BSU-nun mətbuat xidmətindən veriblər. 2007-ci il noyabrın 5-də hər iki universitetin rəhbərliyinin imzaladıqları qarşılıqlı əməkdaşlıq haqqında müqaviləyə uyğun olaraq artıq bu sahədə ortaq işlərin görülməsinə başlanılıb. Məlumat üçün bildirək ki, qısametrajlı filmin çəkilişləri həm Türkiyə, həm də Azərbaycanda aparılacaq.
    13.10.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir
    Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edir. Nazirliyin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: ərizə (2 nömrəli əlavə), ağ fonda rəngli fotoşəkil 1 ədəd ( 3 x 4 sm ölçüdə). Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu oktyabrın 5-dən 19-dək Mədəniyyət və Turizm Nazirliyinin Kadrlar şöbəsi tərəfindən aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər. Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.
    08.10.10 Məqaləni oxumaq
     
    Teatrlarda kard dəyişikliyi aparılıb
    Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə teatr islahatlarının növbəti mərhələsinə başlayıb. Bölgə teatrlarının fəaliyyətini yaxşılaşdırmaq üçün yeni kadr təyinatı aparılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Gümrah Ömərov Gəncə Dövlət Dram Teatrının baş rejissoru, Oruc Qurbanov İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, Həsən Həsənov Mingəçevir Dövlət Dram Teatrının direktoru, Günay Səttarova Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru təyin edilib.
    07.10.10 Məqaləni oxumaq
     
    A.İmanquliyevanın 71 illik yubileyinə həsr olunan sərgi təşkil edilib
    Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın 71 illik yubileyinə həsr olunan sərgi təşkil edilib. KƏLAMİNFO xəbər verir ki, sərgidə alimin müxtəlif dillərdə nəşr olunan 30-a yaxın kitabı, 40-dan çox məqaləsi, o cümlədən “Yeni ərəb ədəbiyyatı korifeyləri”, “Qələmlər birliyi” və Mixail Nuaymə, “Cübran Xəlil Cübran”, “Şərq və Qərb: ortaq mənəvi dəyərləri” əsərləri nümayiş etdirilib. Nümayiş etdirilən nəşrlər arasında alimin “Assoüiaüiə pera i Mixail Nuayme”, “Modern arap edebiyyatının usta kalemleri” kimi müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatı ayrıca yer tutub. Sərgidə görkəmli şərqşünasın həyat və yaradıcılığına həsr olunan 70-ə yaxın əsər və fotomateriallar nümayiş olunub. Qeyd edək ki, ənənəvi sərgi ilə bərabər MEK-in zalında virtual sərgi də hazırlanıb.
    07.10.10 Məqaləni oxumaq
     
    Musiqili Komediya Teatrının rejissoru Rusiyaya gedəcək
    Oktyabrın 7-də Musiqili Komediya Teatrının gənc rejissoru Elvin Mirzəyev Rusiyanın Yekaterinburq vilayətinə gedəcək. Musiqili Komediya Teatrından KƏLAMİNFO-ya verilən məlumata görə, E.Mirzəyev Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında ixtisasını artıracaq. Xatırladaq ki, teatrın əməkdaşları - dekorçu rəssam Elgün Vəliyevlə işıqçı Tural Şərifov isə dünya şöhrətli Robert Sturuanın rəhbərlik etdiyi Ş.Rustaveli adına Akademik Dram Teatrında təcrübə keçmək üçün oktyabrın 1-dən Tiflis şəhərinə ezam olunub.
    05.10.10 Məqaləni oxumaq
     
    Azərbaycanda türk xalqları aşıqlarının Beynəlxalq festivalı keçiriləcək
    Oktyabrın 20-28-də Azərbaycanda ilk dəfə olaraq türk xalqları aşıqlarının Beynəlxalq festivalı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Aşıqlar Birliyindən veriblər. Festivalda Türkiyə, İran, Gürcüstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxstan, Şimali Kipr və Kərkükdən nümayəndələr iştirak edəcəklər. Tədbir öz işinə Bakıda, Heydər Əliyev Sarayında başlayacaq və Gəncədə sona catacaq. Festivalın iştirakçıları, həmçinin Qazaxda, Gürcüstanda, Rusiyanın Dağıstan Respublikasının Dərbənd şəhərində də olacaqlar.
    04.10.10 Məqaləni oxumaq
     
    Azıx düşərgəsinin kəşfinin 50 illiyinə həsr olunan konfrans keçirilir
    Bu gün “İrşad” mehmanxanasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə Azıx paleolit mağara düşərgəsinin kəşfinin 50 illiyinə həsr olunan “Qarabağ daş dövründə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir. KƏLAMİNFO xəbər verir ki, konfransda Azərbaycan alimləri ilə yanaşı, Almaniya, Rusiya, Ukrayna və digər ölkələrin alimləri iştirak edirlər. Qeyd edək ki, konfrans oktyabrın 7-dək davam edəcək.
    04.10.10 Məqaləni oxumaq
     
    Zərdabda Heydər Əliyev Mərkəzi tikiləcək
    Zərdab rayonunda 4,5 ha ərazini əhatə edən Heydər Əliyev adına park müasir tələblər səviyyəsində yenidən qurulur. Zərdab rayon İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, parkda yeni istirahət guşələrinin yaradılması, müəyyən olunan ərazilərə dekorativ daşların düzülməsi, yeni fəvvarələrin tikilməsi nəzərdə tutulub. Hazırda bu istirahət guşəsini əhatə edən hasarlar aqlay daşlarla üzlənir. Yeni işıq xətlərinin çəkilməsinə hazırlıq işləri görülür. Yaxın günlərdə parkın mərkəzində sahəsi 1400 kvadratmetr olan Heydər Əliyev Mərkəzinin tikintisinə başlanılacaq. Rəsm qalereyasından, dərnək otaqlarından, kompüter mərkəzindən, elektron kitabxana və akt zalından ibarət olan ikimərtəbəli binada ulu öndərin həyat və fəaliyyətini işıqlandıran guşələr də yaradılacaq. Hazırda isə yeni mərkəzin bünövrəsinin tökülməsinə hazırlıq işləri görülür. Bundan əlavə ulu öndərin adını daşıyan prospektdə də təmir-bərpa işləri aparılır. Yolun hər iki tərəflərində istinad divarları hörülərək daşlarla üzlənir. Burada yerləşən çoxmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilir, fasadları müasir görkəmə salınır.
    02.10.10 Məqaləni oxumaq
     
    “Türkdilli xalqların diasporları” kitabı çap olunub
    Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşı Zaur Əliyevin müəllif olduğu “Türkdilli xalqların diasporları” kitabı işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, kitabda türkdilli xalqların diasporları, onların məskunlaşma coğrafiyası, tarixi, təşkilati strukturu, müasir durumu ilə bağlı məlumatlar verilib. Nəşrdə türkdilli dövlətlərin xarici siyasətinin formalaşmasında, türkdilli xalqların problemlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor amilinin rolunu əks etdirən məqamlara da toxunulub. Kitab türkdilli xalqların tarixini və diaspor mövzusunu araşdıran tədqiqatçılar, alimlər və mütəxəssislər, eləcə də xarici ölkələrdə yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub.
    01.10.10 Məqaləni oxumaq
     
    “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının təqdimatı olub
    Sumqayıtda tanınmış publisist, əməkdar jurnalist Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” kitabının təqdimatı olub. Sumqayıt şəhər İcra Hakimiyyətindən KƏLAMİNFO-ya verilən məlumata görə, təqdimatda çıxış edən Sumqayıt ictimaiyyətinin nümayəndələri publisistin əməyini yüksək qiymətləndiriblər. Sumqayıtda baş vermiş hadisələr haqqında informasiyanın yayılması şəbəkəsinin yaradılması üçün maraqlı təkliflər irəli sürüblər. Bu, müəllifin həmin mövzuya ilk müraciəti deyil. Sumqayıtda çıxan “Exo Sumqayıta” qəzetinin baş redaktoru E.Məmmədov ermənilərin Sumqayıtda törətdikləri faciəli hadisələrin şahidi olub. Erməni ideologiyasının Dağlıq Qarabağ münaqişəsinin əsas mahiyyətini ifşa edən bir sıra kitab və məqalələr onun qələminə məxsusdur. O, 1988-ci il fevralın 27-29-da Sumqayıtda baş vermiş qanlı hadisələrə həsr olunmuş “Sumqayıtın əks-sədası” tammetrajlı ikiseriyalı sənədli filmin müəlliflərindən biridir. Qeyd edək ki, əməkdar jurnalist Eyruz Məmmədovun “Ermənilərin Sumqayıtda qanlı aksiyası” adlı kitabı daha əvvəl “İyirmi il sonra...” adı altında rus dilində çapdan çıxmış kitabın yenilənmiş və tamamlanmış variantıdır.
    01.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 53 54 55 56 57 58 59 60 61 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30