Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 51 52 53 54 55 56 57 58 59 » #
    Qafqazşünaslar “Qafqaz evi” ideyasını Gürcüstanda müzakirə edirlər
    Gürcüstanda qafqazşünasların ikinci beynəlxalq konfransı başlayıb. KƏLAMİNFO Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Tbilisi Dövlət Universitetində keçirilən konfransda Azərbaycan, Türkiyə, Rusiya, Avropa və ABŞ-ın bir sıra mütəxəssisləri iştirak edir. Konfransda 220 məruzəçinin çıxışı planlaşdırılıb. Konfransın əsas məqsədi dünya ölkələrinin alimləri arasında əlaqələri inkişaf etdirmək, sülh və vahid “Qafqaz evi” ideyasını dərinləşdirməkdir. Konfrans noyabırın 12-dək davam edəcək. Xatırladaq ki, qafqazşünasların birinci beynəlxalq konfransı 2007-ci ilin oktyabr ayında keçirilib.
    11.11.10 Məqaləni oxumaq
     
    “Atropatena Dastanı” kitabı çap olunub
    Azərbaycanda oxucusu üçün maraqlı olacaq “Atropatena Dastanı” kitabı çap olunub. KƏLAMİNFO xəbər verir ki, kitabın müəllifi Vahid Məmmədlidir. “Atropatena dastanı” hər birimizin həyatını dəyişəcək bir kitabdır. Kitabda tarixi köklərimizə əsaslanıb, necə qəhrəman babaların nəvələri olduğumuzu dərindən anlayıb mənalı, maraqlı və sağlam həyat yaşamağın vaxtı gəldiyini anlayacayıq. Qorxmaz, ədalətli və zəngin olmağın sirlərini öyrənəcəyik. Maraqlı magiyalar və sehrlərlə, fantastik qəhrəmanlarla, detektiv, döyüş və məhəbbət səhnələri ilə zəngin olan bir kitab toplanmış üç kitabdan ibarətdir. Trilogiyanın birinci kitabı “Albaner”, ikinci kitab “Qazaka” və üçüncü kitab isə “Atropat” adlanır. Kitabda həmçinin əsl cəngavər necə olmalıdır? Cəngavərliyin kitabı nədən ibarətdir? Onlar hansı xüsusiyyətlərə malik olmalıdırlar? Bütün bu suallara da məhz bu kitabda cavab verilir.
    06.11.10 Məqaləni oxumaq
     
    Azərbaycanda Türkmənistan Mədəniyyət Günlərinə start verilib
    Bu gündən noyabrın 7-dək Azərbaycanda Türkmənistan Mədəniyyət Günləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, 60 nəfərlik nümayəndə heyətinə Türkmənistan Milli Mədəniyyət Mərkəzinin Baş direktoru xanım Tuvakbibi Durdıyeva rəhbərlik edir. Nümayəndə heyətinə Türkmənistan İncəsənət Muzeyinin direktoru Saparmamed Meredov, “Dokmaçılar” rəqs qrupu, tanınmış müğənnilər, televiziya və KİV nümayəndələri daxildir.
    04.11.10 Məqaləni oxumaq
     
    Şair, publisist F.Sadıqın 80 illik yubileyi qeyd ediləcək
    Noyabrın 8-də Gənc Tamaşaçılar Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, publisist əməkdar mədəniyyət işçisi Fikrət Sadıqın 80 illik yubileyi münasibətilə mərasim keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AYB sədrinin müşairi Rauf Aslanov söyləyib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi və AYB-nin birgə təşkilatçılığı ilə reallaşacaq. Mərasimdə ölkənin tanınmış ziyalıları, o cümlədən ictimi-siyasi xadimlər iştirak edəcək. Xatırladaq ki, çoxsaylı kitabların müəllifi olan Fikrət Sadıq 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olub. ADU-nun filologiya fakültəsində təhsil alıb. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı, “Əməkdə igidliyə görə” medalı ilə təltif olunub. Prezidentin fəxri təqaüdçüsüdür.
    03.11.10 Məqaləni oxumaq
     
    “CTV - Sinema” “Təlatüm” filminin çəkilişlərini başa çatdırıb
    Cənub bölgəsində yerləşən “CTV - Sinema” tərəfindən “Təlatüm” adlı bədii filmin çəkilişləri tamamlanıb, hazırda filmin səsyazma prosesi davam edir. KƏLAMİNFO xəbər verir ki, filmdə iki fərqli insan qrupundan bəhs edilir: birincilər - cəmiyyətdə baş verənlərə dözməyib səsini ucalda bilməyənlər, çıxış yolunu içkiyə qurşanmaqda görənlər, ikincilər isə narkomaniyaya qurşanaraq həyatda özlərini itirənlər, onların ailə dramları, başlarına gələn faciələrdən bəhs olunur. Onlarla bu həyatı yaşamağa məhkum olanlar və inadkarlar, harınlaşmış mənsəb sahiblərinin özbaşınalığı. Hər şeyi özü həll etmək istəyən tək qəhrəman var. Bütün bunlar filmdə əks olunan və bir-birini əvəzləyən dinamik süjet xəttinin əsasını təşkil edir. Qeyd edək ki, film Bəxtiyar Axundovun ssenarisi əsasında çəkilir. Filmin quruluşçu rejissoru Şamil Muradov, operatoru Bəhruz Səmədov, əsas rolun ifaçısı Orxan Cahangirdir. Filmdə 40-a yaxın obraz canlandırılıb. Filmin tam olaraq 2011-ci ilin ikinci yarısında təhvil veriləcəyi gözlənilir. Yaradıcı qrup isə kinosevərlərə bəyan edir ki, bu filmi gözləməyə və izləməyə dəyər!
    03.11.10 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Xalq artisti Mənsum İbrahimovun 50 illiyini qeyd edəcək
    Mədəniyyət və Turizm Nazirliyi noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti, professor Mənsum İbrahimovun anadan olmasının 50 illiyini qeyd edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Tədbirdə sənətkarın sənət dostlarının maraqlı ifaları dinləniləcək, Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanan, sənətkarın həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdiriləcək.
    01.11.10 Məqaləni oxumaq
     
    Bu gün “Gümüş maska” Müasir İncəsənət Sərgisinin açılışı olacaq
    Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasından səmərəli surətdə istifadə edilməsi, teatrın yaradıcı insanların toplaşdığı, müxtəlif tədbirlərin, görüşlərin keçirildiyi mədəni istirahət məkanlarından birinə çevrilməsi, gənc, istedadlı rəssamların yaradıcılığının dəstəklənməsi, təbliği və əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim edilməsi məqsədi ilə “Gümüş maska” Müasir İncəsənət Sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirlityinin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sərginin açılışı bu gün saat 17:00-da Dövlət Gənc Tamaşaçılar Teatrının binasında olacaq. Gənc rəssamlar Gündüz Ağayev, Təkin Əfəndiyev, İnarə Rəsul və heykəltəraş heykəltəraş Məmməd Rəşidovun müasir incəsənət əsərləri (rəngkarlıq, kiçik həcmli heykəltəraşlıq, installyasiya və s. ) sərgidə nümayiş etdiriləcək.
    29.10.10 Məqaləni oxumaq
     
    Azərbaycan və Özbəkistan arasında mədəni əlaqələrin genişlənməsinə dair protokol imzalanıb
    Bu gün Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanda keçirilən Özbəkistan Kinosu Günlərinin yekunlarına həsr olunan mətbuat konfrası keçirilib. KƏLAMİNFO xəbər verir ki, mətbuat konfrasında Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov, “Özbəkkino” Milli Agentliyi Baş direktorunun müavini, Özbəkistanın əməkdar mədəniyyət xadimi Cahangir Qasımov, Özbəkistanın xalq artisti, aktyor Ulmas Əlixodjayev, Özbəkistanın əməkdar incəsənət xadimi, kinorejissor Kamara Kamalova, rejissor və aktyor Mansur Abduxalikov və digər şəxslər iştirak ediblər.
    28.10.10 Məqaləni oxumaq
     
    Bakıda ilk dəfə teatr problemlərinə həsr olunmuş Beynəlxalq konfrans keçiriləcək
    Noyabrın 9-da Bakıda müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elimi-praktik konfransı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Konfransda Avropa, Asiya və Amerika qitələrinin tanınmış teatr mütəxəssisləri, rejissor və dramaturqları, kulturoloqlarının iştirakı nəzərdə tutulub. Azərbaycanda ilk dəfə keçiriləcək Beynəlxalq elmi-praktik konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Moldova, Avstriya, Yunanıstan, Koreya, Tunis, Oman, Çernoqoriya, Cin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Honq-Konq, Küveyt kimi ölkələrdən tanınmış teatr simaları var. Dövlət Proqramında belə elmi-praktik konfransların mütəmadi, daha dəqiq desək, iki ildən bir keçirilməsi nəzərdə tutulub. Elmi-praktik konfrans çərçivəsində tanınmış teatr xadimlərinin ustad dərsləri və treninqlərin keçməsi planlaşdırılır.
    28.10.10 Məqaləni oxumaq
     
    Azərbaycan noyabrda Londonda Beynəlxalq turizm sərgisində iştirak edəcək
    Azərbaycan noyabrın 8-11-də Londonda keçiriləcək Beynəlxalq turizm sərgisinə qatılacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turzim Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev verib. Onun sözlərinə görə, sərgidə ölkəmizdən 9 yerli turizm şirkəti də təmsil olunacaq. “Ümumilikdə sərgidə 180 dövlət iştitirak edir. Yerli şirkətlərimizlə bərabər Azərbaycanı Dövlət Mahnı və Rəqs Ansambılı da təmsil edəcək. Artıq şirkərlər üçün 60 kv.m-lik stend də icarəyə götürülüb. Beynəlxalq sərgidə Nazirliyin bir çox nümayəndələri də iştirak edəcək”,-deyə A.İsmiyev bildirib.
    27.10.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 51 52 53 54 55 56 57 58 59 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30