Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
    MEK direktoru A.Əliyeva-Kəngərli İranda səfərdə olub
    Bu günlərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru Aybəniz Əliyeva-Kəngərli respublikamızın bir sıra mədəniyyət qurumlarının əməkdaşları ilə birgə İranda səfərdə olub. MEK-dən KƏLAMİNFO-ya verilən məlumata görə, Azərbaycanın Təbrizdəki Konsulluğunun təşkilati dəstəyi ilə gerçəkləşən səfərdə əsas məqsədlərdən biri kitabxananın xeyli müddətdir həyata keçirdiyi ümummilli lider Heydər Əliyev irsinin təbliği mövzusunda daha bir tədbirin keçirilməsi olub. Səfər çərçivəsində konsulluqda MEK tərəfindən hazırlanaraq nəşr etdirilən “Heydər Əliyev və Azərbaycan elmi” adlı kitabın təqdimat mərasimi keçirilib. Səfər zamanı Kitabxananın direktoru və nümayəndə heyətinin digər üzvləri Təbriz Mərkəzi Kitabxanasına baş çəkib, kitabxananın strukturu, fəaliyyəti, iş prinsipi ilə yaxından tanış olublar. Burada hər iki kitabxana arasında aparılan kitab mübadiləsini və əməkdaşlığı daha da inkişaf etdirmək üçün müəyyən məsələlər müzakirə edilib.
    02.12.10 Məqaləni oxumaq
     
    BSU-da “XV-XVII yüzil rus ədəbiyyatında türklər” kitabının təqdimat mərasimi olub
    Bakı Slavyan Universitetində Ankarada işıq üzü görmüş “XV-XVII Yüzil Rus Ədəbiyyatında Türklər” kitabının təqdimatı olub. KƏLAMİNFO xəbər verir ki, kitabın müəllifi Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Telman Cəfərovdur. Monoqrafiyanı müəllifin 2003-cü ildə Moskvada nəşr edilmiş “XV-XVII əsrlər rus ədəbiyyatında türk elementləri” kitabının mətni təşkil edib. Nəşrin “Girişâ€ťində slavyan və türk xalqlarının qədim dövr və Kiyev Rusu zamanındakı əlaqələrinə, ortaq ədəbi-tarixi abidələrə və dəyərlərə, mövzunun Avrasiya tarixi-mədəni arealının müasir araşdırmaları müstəvisində nəzərdən keçirilməsinin önəminə diqqət yetirilir.
    30.11.10 Məqaləni oxumaq
     
    Fransa Milli Araşdırmalar Mərkəzi ilə AMEA arasında müqavilə imzalanıb
    Fransa Milli Araşdırmalar Mərkəzi (FMAM) ilə AMEA arasında yeni layihələrin yerinə yetirilməsi sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya AMEA-dan veriblər. Müqavilə AMEA prezidenti Mahmud Kərimovun Fransaya səfəri çərçivəsində baş tutub. M.Kərimovla FMAM direktoru arasında imzalanan müqavilə ölkəmizdə mühüm əhəmiyyət kəsb edən geofizika və arxeoloji sahələri əhatə edir. Müqaviləyə əsasən bu layihələri Fransa tərəfi maliyyələşdirəcək.
    29.11.10 Məqaləni oxumaq
     
    “EcoVision” jurnalının növbəti sayı işıq üzü görüb
    Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) milli biznesin inkişafına dəstək vermək, iş adamlarını ən zəruri informasiya ilə təmin etmək məqsədilə təsis etdiyi “EcoVision” jurnalının növbəti sayı işıq üzü görüb. ATİB-in mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, son dövrlər Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı baxımından bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Bununla yanaşı, türkdilli ölkələr arasında da əlaqələrin gücləndirilməsi baxımından bir sıra ciddi addımlar atılıb. Bu və digər məsələlərə jurnalın bu sayında Azərbaycan Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncının müsahibələrində aydınlıq gətirilir. Jurnalın bu sayının əsas mövzusu Azərbaycan iqtisadiyyatı üçün prioritet istiqamət olan turizm sektoru ilə bağlıdır. Həmçinin jurnalın bu sayından etibarən ortaq tariximizlə bağlı məqalələr də oxucuların diqqətinə çatdırılır.
    26.11.10 Məqaləni oxumaq
     
    Antalyada TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının növbəti toplantısı keçiriləcək
    Noyabırın 24-25-də Türkiyənin Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII dönəm toplantısı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Cari ilin may ayında Moldovanın Qaqauziya vilayətində təşkil edilmiş TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) XXVII toplantısının qərarı əsasında TÜRKSOY-un Dönəm koordinatoru seçilmiş Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil ediləcək iclasda TÜRKSOY Baş katibi Düsen Kaseinov ilə birlikdə təşkilata üzv ölkələrin mədəniyyət nazirləri iştirak edəcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi toplantıda Nazirliyin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov və Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Günay Qurbanova tərəfindən təmsil olunacaq.
    24.11.10 Məqaləni oxumaq
     
    Gələn il Xalça Muzeyinin açılışı olacaq
    Bakıda müasir standartlara cavab verən Xalça Muzeyi inşa olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu sözləri mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib. Onun sözlərinə görə, Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi, Azərbaycan mədəniyyətinin bariz nümunəsidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə nəticəsində 2011-ci ildə Xalça Muzeyi istifadəyə veriləcək.
    24.11.10 Məqaləni oxumaq
     
    Sevda Məmmədəliyeva Belarusa səfər edib
    Mədəniyyət və turzm nazirinin müavini Sevda Məmmədəliyeva Belarusun paytaxtı Minskə səfər edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Səfərdə məqsəd Azərbaycanın klassik əsərlərindən olan “Arşın mal alan” tamaşasının Minskdə keçirilən təqdimatında iştirak etməkdir. Səfər çərçivəsində S.Məmmədəliyeva Belarusun mədəniyyət nazirinin müavini Vladimir Karaçeviskiy ilə görüşüb. Görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı müzakirə olunub.
    23.11.10 Məqaləni oxumaq
     
    Bakıda “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək
    Dekabrın 16-17-də Bakıda Mədəniyyət və Turizm Nazirliyi və TÜRKSOY-un (Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı) birgə təşkilatçılığı ilə “Türkdilli xalqların musiqi alətləri” mövzusunda Beynəlxalq Simpozium keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Simpoziumun əsas vəzifələri türkdilli xalqların musiqi alətlərini bir-biri ilə birləşdirən ümumi və fərqli əlamətlərin müəyyənləşdirilməsi, musiqi alətlərinin texnologiya və akustikası, ikonoqrafiya elementlərinin araşdırılması, bəstəkarlıq yaradıcılığında ənənəvi musiqi alətləri, türk xalqlarının musiqi alətlərinin kolleksiyalarının müəyyən edilməsi və yox olmuş alətlərin bərpası, mühafizəsi, etnoorqanologiya problemləridir. Simpozium plenar və bölmə iclaslarından ibarət olacaq.
    22.11.10 Məqaləni oxumaq
     
    Səməd Seyidovun kitabı yenidən nəşr olunub
    Bu günlərdə Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, professor Səməd Seyidovun “Yaradıcılığın fenomenologiyası (tarix, təzadlar, şəxsiyyət)” kitabı Rusiyada yenidən nəşr olunub. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A.B.Dmitriyev və psixologiya elmləri doktoru, professor Q.İ.Yefremovanın rəy verdikləri kitab Moskvadakı Rusiya Dövlət Sosial Universitetinin nəşriyyatında nəfis tərtibatda 1000 tirajla nəşr edilib. İki fəsildən ibarət olan kitabda müəllif oxucunu yaradıcılığın təbiəti haqqında müxtəlif fikirləri ilə tanış edir. Xatırladaq ki, kitab ilk dəfə 2009-cu ildə nəşr edilib. Rus dilində nəşr olunan kitab “Psixologiya yaradıcılığının tədqiqi tarixi” və “Şəxsiyyətin fenomenologiyası” fəsillərindən ibarətdir.
    20.11.10 Məqaləni oxumaq
     
    “Nar Festivalı” çərçivəsində Bakıda aksiya keçirilir
    Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Nar Festivalı” çərçivəsində “İRƏLİ” İctimai Birliyinin könüllüləri tərəfindən Azərbaycanda yerləşən diplomatik nümayəndəliklərə nar səbətləri və 12 Noyabr 2010-cu il tarixində saat 12:00-da Göyçayda keçiriləcək “Nar Festivalı”na dəvətnamə paylanacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İRƏLİ”dən veriblər. Qeyd edək ki, Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Nar Festivalı” artıq 5-ci ildir ki, keçirilir. İlk dəfə olaraq bu il festival beynəlxalq səviyyədə və 40 nəfər xarici qonağın iştirakı ilə baş tutacaq. Festival gün ərzində müxtəlif proqramlarla davam edəcək.
    12.11.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30