Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 49 50 51 52 53 54 55 56 57 » #
    Gələn il Mədəniyyət və Turizm Nazirliyi 20-dək turizm sərgisində iştirak edəcək
    Mədəniyyət və Turizm Nazirliyi respublikamızın turizm potensialını təbliğ etmək məqsədilə mütəmadi olaraq hər il bir sıra beynəlxalq turizm sərgilərində iştirak edir. Mədəniyyət və Turizm nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, gələn il üçün aşağıda adları qeyd olunan sərgilərdə Nazirliyin iştirakı nəzərdə tutulub.
    10.12.10 Məqaləni oxumaq
     
    Bakıda Mstislav Rostropoviç adına IV beynəlxalq festival keçiriləcək
    Bakıda dekabrın 12-də Mstislav Rostropoviç adına IV Beynəlxalq Festivalı öz işinə başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva verib. O, bildirib ki, festivalın açılışı dekabrın 12-də saat 19.00-da Azərbaycan Dövlət Filarmoniyasında olacaq və festival çərçivəsində müxtəlif günlərdə tədbirlər keçiriləcək. “Dekabrın 13-də saat 15.00-da Rostropoviçlərin Ev Muzeyində L. və M.Rostropoviçlər adına 21 saylı uşaq musiqi məktəbinin prezident təqaüdçülərinin konserti keçiriləcək. Həmin axşam Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında rejissor İvan Popovskinin “Karmen” (J.Bize) operası göstəriləcək. Dekabrın 14-də Azərbaycan Dövlət Filarmoniyasında Yuri Yuaşmetin “Moskva solistləri” kamera ansamblı çıxış edəcək.
    10.12.10 Məqaləni oxumaq
     
    Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin ilk buraxılışı oldu
    Bu gün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yaradılan və M.F.Axundov adına Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi”nin ilk buraxılışının müdavimlərinə diplomların təqdim edilməsi münasibətilə tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, iki il öncə az bir heyətlə fəaliyyətə başlayan “Gənc Ədiblər Məktəbi”nin sıraları getdikcə genişlənir. K.Tahirov qeyd edib ki, məktəbin formalaşması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi dəstək göstərilib və Milli Kitabxana da gənc ədibilər üçün münbit şərait yaradıb.
    09.12.10 Məqaləni oxumaq
     
    S.Rəhmanın 100 illiyi ilə əlaqədar tədbir keçirildi
    Bu gün Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi ilə birgə Sabit Rəhmanın 100 illiyi ilə əlaqədar tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə ölkənin bir sıra tanımış yazıçıları, şairlər, mədəniyyət və incəsənət xadimləri, xalq artistləri və digər şəxslər iştirak edib. Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq yazıçısı Çingiz Abdullayev və digər natiqlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsətən xadimi, yazıçı-dramaturq S.Rəhmanın həyat və yaradıcılığı, onun Azərbaycan ədəbi mühitindəki rolundan geniş bəhs etdilər. Qeyd edək ki, tədbirdə həmçinin Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Sabit Rəhman - 100. Biblioqrafiya” kitabının da təqdimat mərasimi keçirildi.
    08.12.10 Məqaləni oxumaq
     
    ADU-da qadın yazarların nəsr və poeziya toplusunun təqdimat mərasimi keçirilib
    Azərbaycan Dillər Universitetində (ADU) “Buta” müasir Azərbaycan, Türkiyə və ABŞ qadın yazarlarının nəsr və poeziya toplusunun təqdimat mərasimi keçirilib. ADU-dan KƏLAMİNFO-ya verilən məlumata görə, təqdimat mərasimində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədr əvəzi Rəşad Həsənov bildirib ki, bu toplunun ərsəyə gəlməsində təmsil olunduğu qurumun keçirdiyi seminarların böyük rolu olub. O, toplunun elektron versiyasının da oxucuların ixtiyarına verildiyini açıqlayıb. Qadın yazarların əsərlərinin bir topluda çap edilməsini əlamətdar hadisə hesab edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid toplunun əhəmiyyətindən bəhs edib. Sonra toplunun redaktorları və layihənin gerçəkləşməsində əməyi olan Şəhla Nağıyeva və Elison Məndəvillə birbaşa internet-əlaqə yaradılıb. Onlar gənc və perspektivli qadın yazıçılarla birgə iş görməkdən məmnun olduqlarını bildiriblər. Ş.Nağıyeva qeyd edib ki, toplu ADU-nun, eyni zamanda digər ali məktəblərin Tərcümə və Filologiya fakültələrində əyani vəsait kimi istifadə olunacaq.
    07.12.10 Məqaləni oxumaq
     
    Bakıda Avropa film festivalı keçiriləcək
    Dekabrın 10-16-da Bakıda Avropa Film Festivalı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Festival Aİ ölkələri və Azərbaycan arasında mədəni əlaqələrin qurulmasına və inkişafına, kino sənəti vasitəsilə Avropa dəyərlərinin və mədəniyyətinin daha yaxşı qavranılmasına yönəlib.
    Avropa Film Festivalının proqramı çərçivəsində Azərbaycanda təmsil olunan 14 Avropa İttifaqı ölkələrindən olan filmlər nümayiş etdiriləcək. (Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Yunanıstan, Fransa. İtaliya, Litva, Macarıstan, Hollandiya, Avstriya, Polşa, Rumıniya, Böyük Britaniya). Filmlər miqrasiya, işsizlik, bürokratiya, yaşlaşmaq kimi məsələlərdən başlayaraq qlobal istiləşməyədək olan ictimai və qlobal mövzulara toxunur.
    04.12.10 Məqaləni oxumaq
     
    Beynəlxalq Muğam Mərkəzində “Qəlbin rəngləri” sənədli filminin təqdimatı keçiriləcək
    Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində “Qəlbin rəngləri” sənədli filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
    Film “Yaddaşâ€ť sənədli filmlər studiyasında çəkilib. SSRİ xalq rəssamı, Dövlət mükafatları laureatı Tahir Salahovun həyat və yaradıcılığına həsr oluub.
    Filmin ssenari müəllifi Toğrul Cuvarlı, rejissoru Ziya Şıxlinski, operatoru Adil Abbasovdur.
    03.12.10 Məqaləni oxumaq
     
    “Kuklalar” bədii filminin təqdimatı keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə dekabrrın 10-da Beynəlxalq Muğam Mərkəzində “Kuklalar” bədii filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. “Sınaqfilm” studiyasında çəkilmiş filmin rejissor Çingiz Rəsulzadədir.
    03.12.10 Məqaləni oxumaq
     
    Bakıda Özbəkistanın I Milli Sərgisinin açılışı keçirilib
    Bu gün “Bakı Expo center” Sərgi Mərkəzində Özbəkistanın I Milli Sərgisinin açılışı keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirin açılışında çıxış edən Azərbaycan Baş nazirinin müavini Yaqub Eyyubov bildirib ki, sərgi iki ölkə prezidentlərinin təşəbbüsü və tapşırığı ilə həyata keçirilir. Y.Eyubov qeyd edib ki, bu cür sərgilərin keçirilməsi sübut edir ki, hər iki dövlət dost və qardaş ölkədir. Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi bizim potensiyalımıza uyğun olmasada bu cür sərgilərin keçirilməsindən istifadə edərək çalışacağıq ki, bu həcmi artıraq. Y.Eyyubov gələcəkdə də bu cür sərgilərin keçirilməsinin davam edəcəyini söyləyib.
    03.12.10 Məqaləni oxumaq
     
    Dövlət Film Fonduna son bir ildə 72 film daxil olub
    Son iki ildə Dövlət Film Fonduna (DFF) müxtəlif şəxsi fondlar üzrə 497 arxiv sənədi daxil olub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində DFF-nin sədri Cəmil Quliyev bildirib. C.Quliyevin sözlərinə görə, daxil olan arxiv sənədləri Azərbaycan mədəniyyət tarixində iz qoymuş ayrı-ayrı şəxsiyyətlərin adına açılmış fondlar üzrə yerləşdirilib. “Bunlar bilavasitə həmin insanlara aid sənədlərdir. Bu “Mikayıl Mikayılov Fondu” 32 sənəd, “Səməd Mərdanov Fondu” 52 sənəd, “Əkbər Fərzəliyev Fondu” 36 sənəd, “Arzu Bağırov Fondu” 31 sənəd, “Eldar Mansurov Fondu” 42 sənəd, “Atamoğlan Rzayev Fondu” 10 sənəd, “Məlik Dadaşov Fondu” 190 sənəd, “Tahir Salahov Fondu” 26 sənəd, “Süleyman Ələsgərov Fondu” 38 sənəd və “Xan Babayev Fondu” 40 sənəddən ibarət olan arxivlərdir”,-deyə Fondun sədri bildirib. C.Quliyev həmçinin qeyd edib ki, son bir il ərzində 72 saxlama vahidi həcmində filmlər daxil olub. “Bunlardan 22-i kaset şəklində, 50-i isə divikam şəklində daxil olub”,-deyə sədr vurğulayıb.
    03.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 49 50 51 52 53 54 55 56 57 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30