Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 48 49 50 51 52 53 54 55 56 » #
    Millət vəkili: “Mədəniyyət haqqında” qanuna ediləcək dəyişikliklərdə efir məkanı ilə bağlı məsələlər xüsusi yer alacaq”
    “Mədəniyyət haqqında” qanuna ciddi dəyişikliklər edilməsi gözlənilir və burada dil və televiziya ilə bağlı məsələlər də diqqətdən kənarda qalmayacaq”. Bunları KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O, qeyd edib ki, 1996-cı ildə qəbul edilən qanun həm vaxt baxımından, həm də mənəvi baxımdan aşınmalara məruz qalıb. “Həmin dövrdən bəri Azərbaycan və dünya ictmaiyyətində, bunların bir –birinə inteirqasiyasında, eyni zamanda ictimaiyyətdə televiziyanın aparıcılıq missiyasında çox dəyişikliklər olub. Kifayət qədər irəliləmələr var. Bütün bunlar da şüphəsiz ki, Mədəniyyət haqqında qanunda ediləcək dəyişikliklərdə yer almalıdır”,-deyə millət vəkili vurğulayıb. Onun sözlərinə görə, televiziyalarda efir məkanı ilə bağlı dəyişikliklər burada xüsusi yer alacaq.
    22.12.10 Məqaləni oxumaq
     
    Uşaqlar üçün xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II respublika müsabiqəsinə yekun vurulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. Müsabiqənin I turu 01-10 dekabr tarixində zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda, II turu isə 14-15 dekabr tarixlərində ancaq Bakı şəhərində keçirilib. Müsabiqədə respublikanın müxtəlif rayon və şəhərlərinin uşaq musiqi və incəsənət məktəblərindən 598 şagird iştirak edib. İki yaş qrupunda tar, kamança, saz, kanon, balaban və qarmon musiqi alətləri üzrə keçirilən müsabiqədə münsiflər heyətinin qərarı ilə Bakı, Gəncə, Şəki, Şirvan, Ağcabədi, Göygöl, Qusar, Samux şəhər və rayonlarının, habelə Naxçıvan Muxtar Respublikası uşaq musiqi və incəsənət məktəblərinin şagird, müəllim və konsertmeysterləri Mədəniyyət və Turizm Nazirliyinin müxtəlif dərəcəli diplomları, Fəxri fərmanları və pul mükafatları ilə təltif olunublar.
    21.12.10 Məqaləni oxumaq
     
    SAMF-da işğal altında olan rayonların muzey direktorları ilə görüş keçirilib
    “Söz Azadlığı Müdafiə Fondun”da (SAMF) işğal altında olan rayonların tarix-diyarşünaslıq muzeylərinin direktorları ilə görüş keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-ın mətbuat xidmətindən veriblər. Tədbirdə çıxış edən fondun sədri, tanınmış şair Musa Yaqub fondun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsi barədə tədbir iştirakçılarına məlumat verib, üç ay ərzində layihə iştirakçılarının gördüyü işlərdən danışıb. Fondun icraçı direktoru Vüqar Tofiqli isə layihənin məqsədi kimi respublika üzrə virtual diyarşünaslıq muzeylər şəbəkəsini yaratmaq olduğunun qeyd edib. Əlaqəli məlumat bazasının yaradılmasının əhəmiyyətindən danışan layihə direktoru bildirib ki, yaradılan resurs vasitəsi ilə ilk olaraq Azərbaycanın işğal altında olan maddi-mədəni irsi haqqında məlumatlar geniş ictimaiyyətə çatdırılacaq.
    21.12.10 Məqaləni oxumaq
     
    “Azərbaycanfilm” kinostudiyası özünün yeni loqotipini yaratmaq üçün müsabiqə elan edib
    “Azərbaycanfilm” kinostudiyası özünün yeni loqotipini yaratmaq üçün müsabiqə elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Loqo elektron qrafik formatda və ya kağız üzərində işlənmiş təsvirdən ibarət olmalıdır. Qalib işin müəllifinə 1000 manat dəyərində mükafat veriləcək. Müsabiqəyə işləri 2011-ci il fevralın 1-dək “Azərbaycanfilm” kinostudiyasına təqdim etmək lazımdır.
    20.12.10 Məqaləni oxumaq
     
    H.Cavidin Ev Muzeyi maraqlı eksponatlarla zənginləşir
    Hüseyn Cavidin Ev Muzeyi gündən-günə maraqlı eksponatlarla zənginləşir və regionda ən çox ziyarət olunan yerlərdən birinə çevrilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Muzeyin direktoru Bəhruz Axundov söyləyib. O qeyd edib ki, bu günlərdə H.Cavidin Naxçıvandakı ev muzeyinə xeyli yeni eksponat gətirilib. B.Axundovun verdiyi məlumata görə, Naxçıvan Özəl Universitetinin rektoru, professor İsmayıl Əliyev vaxtilə mərhum sənətkarımız Mircəlil Seyidov tərəfindən ona hədiyyə olunan “Şairin yuxusu” adlı rəsm əsərini muzeyə bağışlayıb. Bundan başqa, Azərbaycanın əməkdar rəssamı Ülviyyə Həmzəyeva dahi qələm ustasının sürgün illərini əks etdirən ”Hüseyn Cavid” əsərini muzeyə hədiyyə edib. Qeyd edək ki, hər iki əsər muzeyin “Hüsen Cavid repressiya illərində” bölməsində yer alıb.
    20.12.10 Məqaləni oxumaq
     
    Bakı Nobel İrsi Fondunun sədrinə “Qütb Ulduzu” ordeni təqdim edilib
    Stokholmda, Nobel mükafatının təqdimetmə mərasimi günü, İsveçin Xarici İşlər Nazirliyində, Kral Protokol İdarəsinin rəhbəri xanım Karolina Visini İsveç Kralı adından Bakı Nobel İrsi Fondunun sədri, doktor Toğrul Bağırova “Qütb Ulduzu” ordeni təqdim edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm nazirliyindən veriblər. Fədakarlıq ordeni olan “Qütb Ulduzu” 23 fevral 1748-ci ildə İsveç kralı I Frederik tərəfindən təsis edilib. 1975-ci ilə qədər orden işinə, elmə, ədəbiyyata, elmi və faydalı işlərə sıx bağlı olan, yeni və faydalı təşkilatların yaradılmasında mühüm rolu olan həm İsveç həm də xarici vətəndaşlara verilir. 1975-ci ildən sonra yenilənən ordenlər artıq yalnız xarici vətəndaşlara və kral ailəsinin üzvlərinə təqdim olunur.
    18.12.10 Məqaləni oxumaq
     
    Cari ilin 11 ayında Şəkiyə 13178 nəfər turist gəlib
    Son illər Şəkidə turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Şəki şəhər İcra Hakimiyyətindən veriblər. Məlumata görə, yeni mehmanxanalar, kotteclər, turizm xidməti obyektləri, digər sosial obyektlər inşa edilir, körpülər tikilir, yollar salınır. Eyni zamanda, şəhərdə genişmiqyaslı tikinti-quruculuq, abadlıq işləri aparılır, meydan və xiyabanlar öz simasını dəyişir, şəhər abadlaşır, gözəlləşir. Bütün bu amillər, Şəkiyə gələn turistlərin sayının artmasına səbəb olub. Belə ki, 2004-cü ildə rayona gələn turistlərin sayı cəmi 2800, cari ilin 11 ayında isə turistlərin sayı 13178 nəfər olub. Onlardan 1938 nəfərini xarici turistlər təşkil edib. İlin sonunadək rayona gələn turistlərin sayının 13400 nəfərə çatacağı gözlənilir.
    17.12.10 Məqaləni oxumaq
     
    Polad Bülbüloğlu Qazaxıstan Prezidentinin Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülüb
    Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Qazaxıstan Prezidentinin Sülh və Tərəqqi Dövlət Mükafatına layiq görülüb. KƏLAMİNFO RİA-Novosti saytına istinadən xəbər verir ki, bununla bağlı prezident Nursultan Nazarbayev tərəfindən Fərman imzalanıb. Fərmanda bildirilir ki, Polad Bülbüloğlu bu mükafata türkdilli ölkələr arasında mədəniyyət sahəsində münasibətlərin inkişafına yönəlmiş aktiv fəaliyyətinə, xalqlar arasında qarşılıqlı etimadın yüksəlməsinə verdiyi töhfəyə görə layiq görülüb.
    16.12.10 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndələri İKT-yə üzv ölkələrin Turizm Nazirlərinin yeddinci iclasında iştirak ediblər
    Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri İranın paytaxtı Tehran şəhərində keçirilən İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin Turizm Nazirlərinin yeddinci iclasında və İKT üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərin iclasında iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Nazirliyin mətbuat xidmətindən veriblər. İclasda 29 ölkə və İKT-nin 9 struktur qurumları iştirak edib. İclasın başlanğıcında ənənəvi olaraq Quranın ayəsi oxunub. İclasın açılışı üçün ilk çıxış İranın Mədəni İrs, Əl-sənətkarlığı Sənayesi və Turizm Təşkilatının sədr müavini Ameri tərəfindən olub. İlkin olaraq Yüksək Vəzifəli Şəxslərin iclasının İKT-nin Katibliyi tərəfindən təklif etdiyi gündəlik təsdiq edilib. İclasın ikinci günü İKT üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərindən ibarət olan İşçi Komitənin iclası olub. Bu iclasda İKT üzv ölkələri arasında turizmin inkişafına dair Qətnamənin və Tehran Bəyannaməsinin layihələri hazırlanıb.
    11.12.10 Məqaləni oxumaq
     
    Bakıda Avropa Film Festivalı keçiriləcək
    Bu gündən dekabrın 16-dək Bakda Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanda təmsil olunan Aİ-ə üzv ölkələrin səfirlikləri birgə Avropa Film Festivalının keçirilməsini planlaşdırır. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.
    10.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 48 49 50 51 52 53 54 55 56 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30