Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 47 48 49 50 51 52 53 54 55 » #
    “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda Dəyirmi masa keçiriləcək
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini başa vurub. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan veriblər. Qeyd edək ki, üç ay ərzində layihə çərçivəsində işğal altında olan tarix-diyarşünaslıq muzeyləri barəsində geniş informasiya bazası yaradılıb, 300-dən artıq eksponatın surətləri çıxarılıb, o cümlədən muzeylərin hazırki fəaliyyəti ilə bağlı çoxsaylı görüşlər keçirilib. Bununla yanaşı toplanılan materiallar əsasında www.diyarshunasliq.az informasiya portalı istifadəyə verilib. Layihənin yekun təqdimatı “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda keçiriləcək Dəyirmi masada ictimai müzakirəyə çıxarılacaq. Dəyirmi masanın yanvarın 14-ü “Kaspian plaza” Biznes Mərkəzində keçirilməsi qərara alınıb.
    11.01.11 Məqaləni oxumaq
     
    Ötən il Azərbaycan kinoları 20-ə yaxın ölkədə nümayiş olunub
    Ötən il Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər İsveçrə, Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Ukrayna, Gürcüstan, Çexiya, Almaniya, Polşa, Rumıniya və İranda keçirilən beynəlxalq kinofestivallarda nümayiş etdirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdüri Yusf Şeyxov verib. O, qeyd edib ki, həmçinin Kanada, Yaponiya və Fransada “Qala”, Rusiya və Macarıstanda “Cavad xan”, Fransada “Kabusun gözü ilə” bədii filmlərinin, Sloveniyada “Onun adı Mixaylo idi”, Almaniyada “Ümid yeri”, Sankt-Peterburqda “Qafqaz qartalının uçuşu” sənədli filmlərinin nümayişi baş tutub. “Ötən ilin noyabrında keçirilmiş və 15 ölkənin təmsil olunduğu VII “START” Beynəlxalq tələbə filmləri festivalı da ilin yaddaqalan hadisələrindəndir”,-deyə sektor müdüri vurğulayıb.
    08.01.11 Məqaləni oxumaq
     
    Nigar Köçərli: “MKM-in növbəti dəfə keçirilməsi çoxları üçün gözlənilməz idi”
    Hər il keçirilməsi planlaşdırılan Milli Kitab Mükafatının bu ilki hazırlıq mərhələsini öyrənmək üçün MKM-nin təsisçisi Nigar Köçərli ilə əlaqə saxladıq.

    - Milli Kitab Mükafatına noyabrın 25-dən başlanılıb. Hazırda MKM hansı mərhələdədir?

    - Yanvarın 10-a qədər əsərlərin qəbulu davam edəcək. Bundan sonra peşəkar ekspertlər əsərləri oxuyub qiymət verəcəklər. 2 ay 10 gün müddətində onlar əvvəlcə 20 ən yaxşı əsəri – “long list”i seçəcəklər, bundan sonra 10 gün müddətində isə 10 ən yaxşı əsəri – “short list”i səsləndirəcəklər. Beləliklə - “qısa siyahı”ya düşənlər – finalçılar martın 27-də məlum olacaq. Ondan sonra 17 nəfərlik Münsiflər Heyəti öz işinə başlayacaq və mayın 31-də mükafatlandırma mərasimi keçiriləcək. Birinci yerin sahibi 3 min manat, ikinci yerin sahibi 2 min manat, üçüncü yerin sahibi isə min manat qazanacaq.
    07.01.11 Məqaləni oxumaq
     
    Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgi keçirilir
    Rusiya Kulturologiya İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi yanvarın 10-a kimi davam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sərgini Mədəniyyət və Turizm Nazirliyi, nazirliyin Elmi-Metodiki Mədəniyyətşünaslıq Mərkəzi və Rusiya Kulturologiya İnstitutu təşkil edib. Sərgidə rəssamlarımızın Azərbaycana həsr olunmuş əsərləri nümayiş etdirilir. Tətbiqi sənət ustalarının əl işləri isə Azərbaycanın nəsildən-nəslə ötürülən zəngin ənənələrindən xəbər verir.
    05.01.11 Məqaləni oxumaq
     
    Noyabrda Azərbaycandan 44 723 turist Türkiyəyə səyahət edib
    Cari ilin noyabr ayında Türkiyəyə 27 mln-dan çox turist səyahət edib. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni il ərəfəsində Türkiyəyə turistlərin böyük marağının olması ilə ilin sonuna yaxın bu rəqəmin daha da artacağı gözlənilir. Türkiyəyə səyahət edənlər arasında liderliyi alman və İran turistləri bölüşür.İlk onluqda rusların da adı çəkilir. Azərbaycandan isə təkcə noyabr ayında 44 723 turist Türkiyəyə səyahət edib. Türkiyə Turizm Nazirliyinin məlumatına görə, turistlər qışda daha çox Belek, Uludağ dağ xizək kurortuna vəAntalyanın mehmanxanalarına getməyə üstünlük verirlər.
    29.12.10 Məqaləni oxumaq
     
    Xarici ölkələrlə müqayisədə Azərbaycanda kitabların qiyməti yüksəkdir?
    Gənclərin kitab oxumamasının səbəbi kitabların baha qiymətə satılmasıdırmı? KƏLAMİNFO bu suala cavab tapmaq üçün tələbələr arasında sorğu aparıb. Araşdırmanın nəticəsi isə birmənalı deyil. Belə ki, gənclərlə söhbət zamanı onların mütaliəyə maraqları olduğunu duyduq. Onlar əsasən mütaliə üçün kitabxanalara üz tuturlar. Buna səbəb isə kitab mağazalarında bahalığın olmasıdır. Tələbə Fatimə Kərimova kitabların bahalığından şikayətlənib: “Qiymətlər büdcəmə uyğun olmadığından, ancaq kütləvi kitabxanalara üz tutmalı oluram.
    28.12.10 Məqaləni oxumaq
     
    Sumqayıtda “Breyn-rinq” intelektual oyunu üzrə məktəblərarası kubok təşkil olunub
    Sumqayıtda “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyi və “Məktəbli” kitab evi Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt şəhər Təhsil Şöbəsinin dəstəyi ilə “Breyn-rinq” intelektual oyunu üzrə Məktəblərarası Kuboku təşkil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyindən veriblər. Kubokun təşkil edilməsində başlıca məqsəd yeniyetmə və gənclərin kitab oxumağa olan həvəsini artırmaq, həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsinə töhfə verməkdir. Kubokda Sumqayıt şəhərinin ən yaxşı 11 məktəbindən 4 nəfərdən ibarət 11 komanda iştirak edib. Qeyd edək ki, Kubok çərçivəsində 3-cü yerə 11 saylı orta məktəbin komandası, 2-ci yerə 28 saylı orta məktəbin komandası, 1-ci yerə isə 1 saylı orta məktəbin komandası layiq görülüb. Qaliblərə “Avropa Tələbələr Forumu-Sumqayıt” İctimai Birliyinin təsisçisi Azər Məhərrəmov tərəfindən diplomlar və “Məktəbli” Kitab Evinin hədiyyələri verilib.
    28.12.10 Məqaləni oxumaq
     
    İngilis və rus dillərində “Daha yaxşı bilmək üçün nəzər yetirin” adlı buklet çap edilib
    Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi” layihəsi çərçivəsində ingilis və rus dillərinə “Daha yaxşı bilmək üçün nəzər yetirin” adlı buklet çap edilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya təşkilatın sədri İlkin Ağayev verib. Onun sözlərinə görə, bu bukletlərin əcnəbilər arasında yayılması ilə bağlı olaraq xüsusi aksiya və tədbirlər keçiriləcək. Belə ki, konkret olaraq Bakı Dövlət Universiteti, eləcə də Azərbaycan Dövlət Neft Akademiyasında əcnəbi tələbələrin dəvət edilməsi ilə tədbirlər təşkil olunacq və onlara Azərbaycan həqiqətləri ilə bağlı məlumat verildikdən sonra bu həqiqətlərlə bağlı əhatəli məlumatlar olan internet saytlarının əksini tapdığı bukletlər tələbələrə paylanacaq. Ölkəmizdəki müxtəlif diplomatik korpusların nümayəndələrinə də sözügedən bukletlər paylanacaq.
    28.12.10 Məqaləni oxumaq
     
    “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin yaranmasının 10 illiyinə həsr olunan tədbir keçiriləcək
    Dekabrın 24-də Bakıda Rusiyanın Çelyabinsk vilayətindəki “Ozan” Azərbaycan Mədəniyyət Mərkəzinin yaranmasının 10 illiyinə həsr olunan tədbir keçiriləcək. Milli QHT Forumundan KƏLAMİNFO-ya verilən məlumata görə, “Çelyabinsk və Azərbaycan-dostluq və əməkdaşlıq yolunda” mövzusunda keçiriləcək tədbirdə iki ölkənin dostluq və əməkdaşlıq münasibətlərindən söhbət açılacaq, Azərbaycan və Çelyabinskinin on günlük dekadası haqqında məluat veriləcək. Həmçinin konfransda Çelyabinsk-Azərbaycan arasında 2011-2012-ci illərdə birgə əməkdaşlıq proqramı da ictimaiyyətə təqdim olunacaq.
    24.12.10 Məqaləni oxumaq
     
    ADU-da xalq şairi Nəriman Həsənzadə ilə görüş olacaq
    Sabah Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli ziyalısı, xalq şairi Nəriman Həsənzadə ilə görüş keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-dan veriblər. Görüşü giriş sözü ilə ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov açacaq. Görüşdə tanınmış ədəbiyyat xadimləri – Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Buludxan Xəlilov, Rüstəm Kamal, millət vəkili Məlahət İbrahimqızı, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc iştirak edəcəklər. ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi Elmira Mustafayeva şairin həyat və yaradıcılığı haqqında məruzə edəcək. Tədbirdə şairin şerləri oxunacaq, sözlərinə yazılmış musiqilər səslənəcək. ADU tələbələri ədəbi kompozisiyalar təqdim edəcək.
    23.12.10 Məqaləni oxumaq
     
    Səhifələr : # « 47 48 49 50 51 52 53 54 55 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30