Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
    “Gənclərin dostu” Milli Mükafatının sahibləri müəyyənləşdirilir
    Azərbaycan Gənclər Mərkəzinin (AGM) “Gənclərin dostu” Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün paytaxt və regionlarda apardığı sorğu və monitorinqlər davam etdirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya AGM-dən veriblər.
    Hazırda “Gənclərin dostu” Milli Mükafatının sahiblərinin müəyyənləşdirilməsi üçün Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Astara, Quba, Qusar bölgələrində sorğu və monitorinqlərə start verilib.
    Xatırladaq ki, mükafat Azərbaycan Gənclər Mərkəzi tərfindən 2007-ci ildə təsis edilib. Mükafat gənclər təşkilatlarına maddi və mənəvi dəstək olan fiziki və hüquqi şəxslərə verilir.
    Qeyd edək ki, “Gənclərin dostu” Milli Mükafatının təqdimetmə mərasimi “Gənclər Günü ərəfədində olacaq. Qaliblərə 17 nominasiya üzrə “Gənclərin Dostu” Milli Mükafatı və başqa hədiyyələr təqdim olunacaq.
    24.01.11 Məqaləni oxumaq
     
    Respublika üzrə “Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi keçirilir
    Bu gündən etibarən mayın 01-ə qədər Mədəniyyət və Turizm Nazirlyi respublika üzrə “Mozalan” kino-jurnalı üçün ssenari müsabiqəsi keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
    Məqsəd kino-jurnala ictimai diqqəti artırmaq, onun süjetlərini müasir həyatın tələblərinə cavab verən mövzularla zənginləşdirməkdir. Müsabiqədə professional kino-dramaturqlar və digər müəlliflər iştirak edə bilər. Müsabiqəyə təqdim olunan bədii süjetlər üçün ssenarilər müasir həyatımızın problemlərini əks etdirməlidir.
    24.01.11 Məqaləni oxumaq
     
    Almaniyada “Azadlığa gedən yollar” adlı anma mərasimi keçirilib
    Berlində 20 Yanvar hadisələrinin 21-ci ildönümünə həsr olunmuş “Azadlığa gedən yollar” adlı anma mərasimi keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Almaniyadakı səfirliyindən veriblər. Tədbir Azərbaycanın Almaniyadakı səfirliyinin dəstəyi ilə Berlində fəaliyyət göstərən “Azərbaycan evi”, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (AAKM) və Berlin-Bakı Qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. AAKM-nin icraçı direktoru Samirə Patzer-İsmayılova Azərbaycan xalqının qan yaddaşına yazılmış 20 Yanvar faciəsindən və həmin günün tarixi əhəmiyyətindən danışıb.
    22.01.11 Məqaləni oxumaq
     
    Heydər Əliyev Sarayında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeni layihə təqdim olunacaq
    Yanvarın 21-də Heydər Əliyev sarayında dahi rus bəstəkarı İqor Stravinskinin “Müqəddəs Bahar” baletinin musiqisi əsasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş yeni layihə - tamaşa-balet göstəriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm NAzirliyinin mətbuat xidmətindən veriblər. Layihə nazirliyin təşkilati dəstəyi ilə baş tutacaq. Tamaşa- baletin quruluşçu baletmeysteri Rusiya Balet Akademiyasının professoru Edvard Smirnovdur. Tamaşada Azərbaycan Dövlət Rəqs Ansamblının üzvləri də iştirak edəcəklər.
    20.01.11 Məqaləni oxumaq
     
    AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qanlı Yanvar” mövzusunda sərgi keçirilib
    Bu gün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Qanlı Yanvar” mövzusunda sərgi keçirilib. KƏLAMİNFO xəbər verir ki, sərgidə çıxış edən AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri namizədi Aybəniz Əliyeva-Kəngərli Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar tarixində öz ölkəsi, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Xalqımız o müdhiş gecəni neçə illər keçməsinə baxmayaraq daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini ifadə edir”,-deyə Mərkəzi Elmi Kitabxananın direktoru əlavə edib.
    19.01.11 Məqaləni oxumaq
     
    “Euronews" kanalının nümayəndələri İçəri Şəhərlə tanış olublar
    Bakıda səfərdə olan “Euronews" kanalının nümayəndələri bu gün İçəri Şəhərlə tanış olublar. Bu barədə məlumatı KƏLAMİNFO-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən veriblər. Kanalın Müşahidə Şurasının sədri Pyer Luici Malesani və Baş İcraçı direktoru Filip Kaylanın “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və Qoruq ərazisində gəzintisi keçirilib. Kiçik Qala küçəsi ilə başlayan gəzinti zamanı qonaqlara arxitektur binalar və Dördbucaqlı Qala barədə məlumat verilib. Bildirilib ki, Dördbucaqlı Qala Bakının şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək, ərazini nəzarətdə saxlamaq və geniş əraziyə malik qaladan silah anbarı kimi istifadə etmək üçün tikilib. Kiçik Qala küçəsində qonaqlar burada yerləşən təndirdə olub və təzə bişmiş çörəyin dadına baxıblar. Daha sonra ölkəmizin qədim iqtisadi əlaqələrinin mövcud olmasının göstəricisi olan Buxara karvansarasında olan qonaqlara məlumat verilib ki, karvansara XV əsrin sonunda İçərişəhərin ticarət magistralının üzərində tikilib.
    15.01.11 Məqaləni oxumaq
     
    Mirzə Babayevin ölümündən 8 il ötür
    Bu gün Azərbaycanın məşhur müğənnisi və aktyoru Mirzə Babayevin ölümündən 8 il ötür. KƏLAMİNFO xəbər verir ki, M.Babayev 2003-cü il yanvarın 13-də, 90 yaşında dünyasını dəyişib. 1913-cü ildə dünyaya gələn istedadlı sənətkar Azərbaycanın musiqi tarixində özünəməxsus yer tutur. M.Babayev 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, Bülbülün sinfinə daxil olur. M.Babayevin həm də aktyorluq istedadı var idi. Elə bu istedaddan irəli gəlirdi ki, o, 20-dən artıq filmdə özünəməxsus obrazlar yaradıb. Müğənninin oxuduğu elə mahnılar var idi ki, ancaq onun adı ilə bağlı idi. “Mirzə müəllimin mahnıları” ifadəsi xalq dilində artıq məxsusi deyimə çevrilmişdi. O, ifa etdiyi mahnının bütöv obrazını yaradırdı. M. Babayev həmçinin Azərbaycan estrada musiqisini çox-çox yüksəklərə qaldırıb, onu sevdirib, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaradıb.
    14.01.11 Məqaləni oxumaq
     
    “Euronews” kanalının nümayəndə heyəti Azərbaycanda səfərdədir
    Məşhur “Euronews” kanalının nümayəndə heyəti Azərbaycanda səfərdədir. KƏLAMİNFO xəbər verir səfər çərçivəsində nümayəndə heyəti bu gün Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.
    13.01.11 Məqaləni oxumaq
     
    Dövlət Akademik Opera və Balet Teatrında yeni kollektiv formalaşacaq
    Yanvarın 20-nə kimi Dövlət Akademik Opera və Balet Teatrında yeni kollektiv formalaşacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya teatrın direktor müavini Azər Mirzəyev verib. Onun sözlərinə görə, yeni formalaşacaq kollektivdə həm aktyor heyətində, həm də digər yaradıcı heyətdə müxtəlif dəyişikliklər gözlənilir. “Yeni kollektiv müqavilə sistemi ilə formalaşacaq. Kadr dəyişiklikləri qaçılmazdır. Burada teatra yeni aktyorların gəlişi, o cümlədən yeni inzibati işçilərin işə götürülməsi də olacaq. Eyni zamanda kollektivdən gedənlər də olacaq”,-deyə direktor müavini vurğulayıb. O, qeyd edib ki, yeni kollektiv formalaşdıqdan sonra teatrda tamaşaların afişaları bəlli olacaq.
    12.01.11 Məqaləni oxumaq
     
    “Gənclərin Dostu” Milli Mükafatının sahibləri müəyyənləşdirilir
    Azərbaycan Gənclər Mərkəzi “Gənclərin Dostu” Milli Mükafatını təqdim etməyə hazırlaşır. Mərkəzdən KƏLAMİNFO-ya bildirilib ki, bunun üçün artıq regionlarda sorğu və monitorinqlərə start verilib. Sorğu və monitorinqlər Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Zaqatala, Lənkaran, Astara, Quba, Qusar bölgələrində aparılacaq. Nəzərdə tutulan proqrama əsasən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində 1000, digər nəzərdə tutulan bölgələrdə isə 700 respondent arasında keçirilən sorğular nəticəsində nominantlar müəyyənləşəcək. Qeyd edək ki, mükafatlar “Gənclər günü” ərəfəsində təqdim olunacaq.
    12.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 46 47 48 49 50 51 52 53 54 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30