Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 45 46 47 48 49 50 51 52 53 » #
    Mübariz İbrahimova həsr olunmuş “Turan döyüşçüsü” kitabının təqdimatı keçiriləcək
    Fevralın 4-də Gənc Tamaşaçılar Teatrında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Turan döyüşçüsü” kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənc Tamaşaçılar Teatrından veriblər. Kitabın müəllifi Türk Xalqlarının Ümumdünya Assambleyasının birinci vitse-prezidenti, Dünya Azərbaycanlıları Konqresinin Asiya ölkələri üzrə müavini Yəhya Yusif Canıyardır. Təqdimat mərasimində Mədəniyyət və Turizm Nazirliyinin təmsilçiləri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. Kitabın təqdimatı Mübariz İbrahimovun doğum gününə ithaf olunur. Xatırladaq ki, Mübariz İbrahimov 1988-ci ilin fevralın 7-də doğulub.
    02.02.11 Məqaləni oxumaq
     
    “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi keçiriləcək
    Cari il martın 16-da Azərbaycanda “AutoShow” 7-ci Azərbaycan Beynəlxalq Avtomobil Sərgisi keçiriləcək. “Iteca Caspian LLC”nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Xəzəryanı regionun ən böyük avtomobil sərgisi ilk dəfə olaraq “Bakı Ekspo” sərgi kompleksində keçiriləcək və onun həm daxili, həm də xarici meydançalarında təşkil olunacaq. “Iteca Caspian LLC” və onun tərəfdaşı Böyük Britaniyanın “ITE Group PLC” şirkətləri sərginin təşkilatçıları qismində çıxış edirlər. Artıq 5 ildir ki, sərgiyə Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (“UFI”) tərəfindən verilmiş keyfiyyət nişanı onun beynəlxalq statusunu bir daha təsdiq edir.
    01.02.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm şirkətlərini Misirdəki hadisələr ilə bağlı xəbərdar edib
    Mədəniyyət və Turizm Nazirliyi Azərbaycandan olan turizm şirkətlərinə Misirdə baş verən məlum hadisə ilə əlaqədar xəbərdar edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Nazirlik son günlər Misir Ərəb Respublikasında baş verən ixtisaşlarla əlaqədar olaraq, turizm şirkətləri tərəfindən adı çəkilən ölkəyə müvəqqəti olaraq fərdi və ya qrup şəklində turistlərin göndərilməsini tövsiyə etmir.
    31.01.11 Məqaləni oxumaq
     
    Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin yubileyi ilə əlaqədar sərgi keçirilib
    Bu gün M.F.Axundov adına Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitab sərgisi keçirilib. KƏLAMİNFO xəbər verir ki, sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin kollektivi və digər görkəmli mədəniyyət xadimləri iştirak ediblər.
    Sərgi zamanı 3 dildə nəşr olunan “Mədəniyyət” kataloqunun 4-cü sayı və “Bizim nəşrlər” kataloqunun təqdimat mərasimi keçirilib. Sərgidə təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahələrini əhatə edir.
    Qeyd edək ki, bu gün Mədəniyyət və Turizm Nazirliyinin 5 yaşı tamam olur.
    29.01.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyinin kollektivi Fəxri Xiyabanı ziyarət edib
    Mədəniyyət və Turizm Nazirliyinin kollektivi nazirliyin yaradılmasının 5 illiyi münasibətilə bu gün Fəxri Xiyabana gələrək ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
    KƏLAMİNFO xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzülüb.
    28.01.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar kitab sərgisi keçiriləcək
    Sabahdan etibarən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin 5 illik yubileyi ilə əlaqədar 2006-2010-cu illərdə işıq üzü görmüş nəşr məhsullarından ibarət kitab sərgisi başlayacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Eyni zamanda 3 dildə nəşr olunan “Mədəniyyət” kataloqunun 4-cü sayının və “Bizim nəşrlər” kataloqunun təqdimat mərasimi keçiriləcək. Sərgidə təqdim olunan kitabların əksəriyyəti mədəniyyət, incəsənət, ədəbiyyat, kulturologiya, mədəni irsin qorunması və turizm sahələrini əhatə edir.
    28.01.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Bakıda Gürcüstan görkəmli rəssamı Mamuka Tsetskhladzenin fərdi sərgisini təşkil edəcək
    Yanvarın 29-dan etibarən Mədəniyyət və Turizm Nazirliyi Bakıda, Dövlət İncəsənət Muzeyində Gürcüstan təsviri sənətinin görkəmli nümayəndəsi, rəssam Mamuka Tsetskhladzenin “Şəhərlər” adlı fərdi sərgisini təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
    Azərbaycan tamaşaçısı Mamuka Tsetskhladzenin yaradıcılığı ilə 90-cı illərin ortalarından tanışdır. O, dəfələrlə Bakıda keçirilən Gürcüstan təsviri sənəti sərgilərinin iştirakçısı olub. Gürcüstan torpağında anadan olub, Azərbaycan, Almaniya, Fransa, Rusiya, Macarıstan, Estoniya və digər ölkələrdə yaşayan və  yaradıcılığını bu ölkələrdə davam etdirən rəssam bir çox beynəlxalq sərgilərdə iştirak edib. Onun məharətlə yaratdığı əsərlər içərsində müxtəlif şəhərlərin təsviri üstünlük təşkil edir.
    27.01.11 Məqaləni oxumaq
     
    Yanvarın 28-də “Eurovision-2011” milli seçimlərin 3 iştirakçısı müəyyən olunacaq
    Yanvarın 28-də “Eurovision-2011” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün 5 iştirakçıdan 3-ü müəyyənləşəcək. KƏLAMİNFO xəbər verir ki, dünəndən etibarən finalçılar hər biri ayrı ayrılıqda hər gün eyni vaxtda 1 saatlıq canlı solo ifalarını nümayiş etdirəcəklər. Hazırda 5 iştirakçı Aynişan Quliyeva, İlqarə İbrahimova, Eldar Qasımov, İlhamə Qasımova və Nigar Camal 3-lüyə düşmək uğrunda mübarizə aparır.
    26.01.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Bakıda Beynəlxalq Gənclər İlinə həsr olunan konsert keçirəcək
    Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yanvarın 28-də Azərbaycan Dövlət Filarmoniyasında Beynəlxalq Gənclər İlinə və 2 Fevral Gənclər Gününə həsr olunmuş “Gəncliyin səsi” layihəsi çərçivəsində konsert keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
    Beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri maraqlı proqram ilə çıxış edəcək. Proqramda gənc bəstəkarların simfonik əsərləri ilk dəfə səslənəcək. Konsertin solisti kimi gənc pianoçu, Beynəlxalq müsabiqələr laureatı Zakir Əsədov çıxış edəcək.
    Qeyd edək ki, 2010-cu ilin avqust ayından 2011-ci ilin avqust ayına qədər BMT tərəfindən dünyada Beynəlxalq Gənclər günü elan edilib. Azərbaycan bu layihədə aktiv iştirakçıdır.
    25.01.11 Məqaləni oxumaq
     
    Elçin Eyyubovun “45 gün cəhənnəmdə” romanı Azərbaycan dilinə tərcümə olunub
    Yazıçı Elçin Eyyubovun “45 gün cəhənnəmdə” romanı Azərbaycan dilinə tərcümə olunub. Roman Azərbaycan xalqının uzun illər yaşadığı faciəni özündə əks etdirir. KƏLAMİNFO xəbər verir ki, əsər əvvəlcə rus dilində yazıldığından azərbaycandilli oxucuların diqqətindən kənarda qalıb.
    24.01.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 45 46 47 48 49 50 51 52 53 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30