Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 43 44 45 46 47 48 49 50 51 » #
    Bakıda Xocalı faciəsinə həsr olunan filmin təqdimatı olacaq
    Fevralın 21-də Bakıda türk jurnalisti Cem Oğuzun “Qaçqın: Anar Usubovun həyat tarixi” filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Xocalı faciəsinin baş verdiyi zaman cəmi səkkiz yaşı olan oğlan öz taleyindəki gözlənilməz dəyişikliklər barədə danışır. Film mükafat almaq üçün müxtəlif beynəlxalq müsabiqələrə təqdim olunacaq. Kinofilm həm Azərbaycan, həm də ingilis dilində hazırlanıb. Filmin təqdimatı Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, filmin rejissoru Cem Oğuz çıxış edəcəklər. Tədbirdə xarici diplomatik missiyaların nümayəndələrinin iştirakı da gözlənilir.
    18.02.11 Məqaləni oxumaq
     
    “Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı yeni kitabı işıq üzü görüb
    Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru Fuad Babayevin “Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı yeni kitabı işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, kitaba müəllifin müxtəlif illərdə yazdığı, ölkəmizdəki və xarici elmi məcmuələrdə çap olunan məqalələri daxil edilib. Məqalələrdə ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının təhlilinə geniş yer verilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin vətəndaş inteqrasiyasındakı rolunun öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Nəşrə “Ön söz”ü Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev yazıb.
    17.02.11 Məqaləni oxumaq
     
    Millət vəkili: “Mədəniyyət kanalının fəaliyyətə başlaması ölkənin mədəni sahəsində yaranmış ciddi boşluğu doldurmaqda xeyli iş görəcək”
    Azərbaycanda Mədəniyyət televiziya kanalının fəaliyyətə başlaması son illər ölkənin mədəni sahəsində yaranmış ciddi boşluğu doldurmaqda xeyli iş görə biləcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O, qeyd edib ki, indiyə qədər digər kanallarda özünü “şou proqram” adlandıran bəzi verilişlər ölkənin tarixən zəngin mədəniyyətini yeni nəslə aşılanmasını tamamilə kölgədə qoymuşdu. “Təəssüf ki, bazar iqtisadiyyatının müsbət çalarları ilə yanaşı, mədəniyyət sahəsinə böyük ziyanlarını da göstərib. Yəni, müəyyən mənada dövlətin nəzarətində olmayan bir neçə kanallarda mədəniyyət sahəsi bərbad vəziyyətə düşmüşdü. Həmin kanallar öz reklam bazarlarını zənginləşdirməkdən ötrü mədəniyyət verilişləri əvəzinə, bayağı şou proqramlara üstünlük verirdilər ki, bu da cəmiyyətdə ciddi fəsadlarla nəticələnirdi. Bu baxımdan da bu sahə bilavasitə dövlətin nəzarətindən uzaqlaşmışdı”,-deyə millət vəkili vurğulayıb.
    17.02.11 Məqaləni oxumaq
     
    Polşa səfiri ADU-da ölkəsi haqda təqdimatla çıxış edəcək
    Fevralın 19-da Azərbaycan Dillər Universitetinın (ADU) İnformasiya Resurs Kompleksində (İRK) “Mədəniyyətlərarası dialoq” proqramı çərçivəsində Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikal Labendanın tələbələrlə görüşü keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya ADU-nun mətbuat xidmətindən veriblər. Gorüşdə ADU-nun rektoru Səməd Seyidov və universitetin professor-müəllim heyəti iştirak edəcək. Səfir M.Labenda öz ölkəsi haqda təqdimatla çıxış edəcək. Tədbir bədii hissə ilə başa çatacaq. Qeyd edək ki, bu görüş 2011-ci ildə “Mədəniyyətlərarası dialoq” proqramı çərçivəsində ilk görüşdür.
    16.02.11 Məqaləni oxumaq
     
    GVB Xocalı soyqrımı ilə əlaqədar silsilə tədbir keçirəcək
    Gənc Vətənpərvərlər Birliyi (GVB) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda GVB-nin regional şöbələrinin rəhbərləri, üzv təşkilatların səlahiyyətli nümayəndələri, fəxri üzvlər, təlimatçı məşqçilər və sədrin müşavirləri iştirak ediblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya GVB-dən veriblər. İclasda Bakı, Sumqayıt, Gəncə və Samuxda yaşayan gənclərin, ziyalıların birliyə fərdi qaydada üzv olması və “Xocalıya ədalət” kampaniyasına dəstək olmaq məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib. İclasda həmçinin GVB tərəfindən Xocalı soyqırımı ilə əlaqədar keçiriləcək tədbirlər planı təsdiq olunub. Tədbirlərin Bakı, Gəncə, Samux, Şəmkir, Şirvan, Mingəçevir və Sumqayıt şəhərlərində gənclər və idman idarələri ilə birgə keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Qeyd edək ki, silsilə tədbirlərə fevralın 19-dan start veriləcək və yekunda müxtəlif beynaxalq təşkilatlara və səfirliklərə bəyanat ünvanlanacaq.
    16.02.11 Məqaləni oxumaq
     
    “Əlavə təsir” bədii filminə ilk baxış keçiriləcək
    Dövlət sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında rejissor Elxan Cəfərovun çəkdiyi “Əlavə təsir” bədii filminin ilk baxışı keçiriləcək. Tədbir fevralın 16-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Film ölkədə daxili sabitliyi təmin edən, ictimai asayişi qoruyan, vətəndaşların təhlükəsizliyi keşiyində dayanan Azərbaycan polisinin fəaliyyətinə həsr olunub.Bu barədə KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Filmin ssenari müəllifləri Elza Ağayeva, Ramiz Fətəliyevdir. Filmin bəstəkarı isə Aygün Səmədzadədir. “Əlavə təsir” də Əbdülqəni Əliyev, Kənan Mahmudov, Elxan Qasımov, Əbdül Mahmudov, Xalidə Quliyeva, Gülzar Qurbanova və başqa aktyorlar yer alıb.
    15.02.11 Məqaləni oxumaq
     
    Bu gündən Bakıda II Beynəlxalq Muğam Festivalı başlayır
    Bu gündən Bakıda II Beynəlxalq Muğam Festivalı başlayır. KƏLAMİNFO xəbər verir ki, festival müddətində gənc muğam ifaçılarının müsabiqəsi təşkil olunacaq. Münsiflər heyətində yerli sənət adamları ilə yanaşı, xarici mütəxəssislər də təmsil olunacaq. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə festivalın açılışı Beynəlxalq Muğam Mərkəzində olacaq. Festival 8 gün davam edəcək. Xatırladaq ki, Birinci Beynəlxalq Muğam Festivalı 2009-cu ildə keçirilib.
    14.02.11 Məqaləni oxumaq
     
    Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İranda Beynəlxalq Teatr Festivalında iştirak edib
    Dövlət Gənc Tamaşaçılar teatrının bir qrup aktyoru İran İslam Respublikasınında hər il ənənəvi olaraq keçirilən 32-ci Beynəlxalq “Fəcr ongünlüyü” Teatr Festivalında iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya teatrdan veriblər. Dünyanın müxtəlif ölkələrinin aparıcı teatr kollektivlərinin iştirak etdiyi festival İslam İnqilabının 32-ci ildönümünə hərs olunub. “Dramatik İncəsənət Mərkəzi”nin dəvəti ilə İrana yola düşən kollektiv Qumbat və Qavuz şəhərlərində dahi ingilis yazarı U.Şekspirin “Otello” tamaşası ilə çıxış edib.
    14.02.11 Məqaləni oxumaq
     
    “Qaradağlı faciəsi” kitabının təqdimat mərasimi olub
    Bu gün “Qaradağlı faciəsi” kitabının təqdimat mərasimi olub. KƏLAMİNFO xəbər verir ki, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiə Mərkəzinin təşəbbüsü ilə həyata keçirilib. Kitab Dağlıq Qarabağda erməni terroruna məruz qalmış daha bir bölgənin faciəsini, eyni zamanda qəhramanlıq tarixini əks etdirib. Müəəllif, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı kitabın nəşrinin vacibliyindən danışıb. “Xocalı faciəsi ilə əlaqədar informasiya blokadasını yarmaq müəəyyən qədər mümkün olsa da, digər qanlı faciələr haqqında bunu etmək qeyri- mümkün olub. Diqqətdən kənarda qalmış və az öyrənilmiş belə qətliamlardan biri də Xocavənd rayonunun Qaradağlı kəndində baş verənlərdir”,-deyə o bildirib.
    12.02.11 Məqaləni oxumaq
     
    Bakıda Lütfi Zadənin 90 illiyi ilə bağlı tədbir keçirilib
    Bu gün Bakıda dünya şöhrətli alim Lütfi Zadənin anadan olmasının 90 illiyi münasibəti ilə tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Lütfi Zadənin həyat və elmi fəaliyyətindən danışıb. Onun sözlərinə görə, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi elektron hesablama texnologiyasında da yeni bir inqilab etmək ərəfəsindədir. Nazir həmçinin məşhur alimin anadan olmasının 90 illiyi münasibətilə “Dostluq” ordeni ilə təltif edilməsi ilə bağlı prezident İlham Əliyevin Sərəncamını xatırladıb. Tədbirdə həmçinin Lütfi Zadənin prezident İlham Əliyevə yazdığı təşəkkür məktubu oxunub. Daha sonra alimin həyat və elmi fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş olunub.
    11.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 43 44 45 46 47 48 49 50 51 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30