Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
    SAMF Şamaxıda görüş keçirib
    Söz Azadlığını Müdafiə Fondu (SAMF) Şamaxı tarix-diyarşünaslıq muzeyində görüş keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan veriblər. Görüşdə muzeyin direktoru Firqiyyə Zamanova muzeyin yaranma tarixindən, eksponatların mühafizəsindən, gündəlik fəaliyyətlərindən danışaraq qeyd edib ki, fəaliyyəti dövründə muzey 3 dəfə yerini dəyişib, sonuncu dəfə 2008-ci ildən keçmiş “Döyüş Şöhrəti” muzeyinin binasına köçüb.
    01.03.11 Məqaləni oxumaq
     
    Argentinada Azərbaycan turizminin təbliğinə dair tədbir keçirilib
    Buenos-Ayresdə Azərbaycan turizm sektorunun təşviqinə dair tədbir keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycanın Argentinadakı səfirliyindən veriblər. Tədbirdə Argentinanın Avropa və Asiya ölkələri üzrə 60-a yaxın turist operator şirkətləri, aparıcı turizm assosiasiyalara və turizm sektorunun təşviqi ilə məşğul KİV-lərin nümayəndələri iştirak ediblər.
    28.02.11 Məqaləni oxumaq
     
    Haaqada “Xocalıya ədalət” kampaniyası çərçivəsində müraciət təqdim olunacaq
    Xocalı faciəsinin 19-ci ildönümü ilə əlaqədar sabah “Xocalıya ədalət” kampaniyasının Niderland üzrə komitəsinin təşəbbüsü ilə Beynəlxalq Ədalət Məhkəməsinin yerləşdiyi Haaqanın Sülh Sarayına müraciət təqdim olunacaq. KƏLAMİNFO xəbər verir ki, Azərbaycanın Niderland Krallığındakı səfirliyindən bildiriblər ki, kampaniyanın Hollandiya üzrə əlaqələndiricisi, bu ölkənin Milli Qəhrəmanı Gert van Dam tərəfindən Haaqada Xocalı soyqırımına həsr olunmuş abidənin ətrafında anma tədbiri keçiriləcək. Mərasim Beynəlxalq Ədalət Məhkəməsinin qarşısında izdihamlı toplantı şəklində davam etdiriləcək. Mərasimə holland ictimaiyyətinin nümayəndələri, Azərbaycan və türk icmalarının təmsilçiləri, yerli QHT-lərin fəalları qatılacaqlar.
    25.02.11 Məqaləni oxumaq
     
    Bu gün Əli bəy Hüseynzadənin 147 yaşı tamam olur
    Bu gün XX əsrin tanınmış ədibi, filosof və ideoloqu Əli bəy Hüseynzadənin 147 yaşı tamam olur. KƏLAMİNFO xəbər verir ki, Əli bəy Hüseynzadə 1864-cü il 24 fevralda Salyanda anadan olub. Atası Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə anası Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır. Kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Tiflisə köçüb. Atasını erkən itirən Ə.Hüseynzadə o zaman Qafqaz şeyxülislamı olan babası Axund Əhməd Səlyaninin himayəsində böyüyüb. Tiflis gimnaziyasını bitirib(1875-1885), uşaqlıq və tələbəlik illərində türk, fars, ərəb, alman və rus dillərini öyrənib.
    24.02.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyini qeyd edecək
    Martın 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Gənc Tamaşaçılar Teatrında Azərbaycanın görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə təntənəli yubiley keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Mərasimdə mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Yazıçılar Birliyinin məsul şəxsləri, elm və mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, Ali məktəblərin professor və müəllim heyəti, tələbələr, şagirdlər, bir sözlə bütün Şaiqsevərlər toplaşacaq. Mərasimdə həmçinin yubiley münasibəti ilə nəşr olunan “Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011” kitabı təqdim olunacaq.
    24.02.11 Məqaləni oxumaq
     
    Mətbuat Şurasında “Elm və həyat” jurnalının 50 yaşı qeyd ediləcək
    Sabah Azərbaycan Mətbuat Şurasında (MŞ) “Elm və həyat” jurnalının 50 yaşı qeyd ediləcək. MŞ İdarə Heyəti üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçiləri, tanınmış alimlər və redaksiya kollektivinin qatılacağı mərasimdə Azərbaycan mətbuatı və maarifçiliyi tarixində özünəməxsus yeri və rolu olan jurnalın yarım əsrdə keçdiyi yola nəzər salınacaq. Xatırladaq ki, “Elm və həyat” jurnalı 1961-ci ilin martında işıq üzü görüb. Respublikada “Bilik” Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayevdir. Vaxtı ilə tirajı 180 minə qədər yüksələn nəşr 1998-ci ildə Meksikada təsis edilən “Qran Pri” mükafatına layiq görülüb. “Elm və həyat” 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutu və jurnalın yaradıcı kollektivinin təsisçiliyi ilə nəşr edilməkdədir.
    23.02.11 Məqaləni oxumaq
     
    Firəngiz Əlizadə X Beynəlxalq Motsart Müsabiqəsində Beynəlxalq Münsiflər Heyətinin üzvü olub
    Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə ötən həftə Avstriyanın Zalsburq şəhərində təşkil olunan X Beynəlxalq Motsart Müsabiqəsində Beynəlxalq Münsiflər Heyətinin üzvü kimi iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən veriblər. Dahi avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın 255 illiyinə həsr edilən Zalsburqun “Mozarteum” konsert salonunda təşkil olunan imüsabiqədə dünyanın müxtəlif ölkəsindən 32 yaşadək olan gənc musiqiçilər 4 kateqoriyada – violonçel, skripka, piano və bəstəkarlıq kateqoriyalarında məharətlərini göstəriblər. “Mozarteum” Universitetinin rektoru Reynhart fon Qutzaytın rəhbərlik etdiyi münsiflər heyətində Pavel Qililov, Pol Qulda, Robert Levin, Jan Bernard Pomiye, Mariya Tipo, Fu Sonq kimi dünyanın sayılıb-seçilən musiqiçiləri arasında professor F.Əlizadə həm gənc pinoçuların, həm də bəstəkarların istedad və bacarıqlarını qiymətləndirən beynəlxalq münsiflər heyətində təmsil olunub. Berlin İncəsənət Akademiyasının nümayəndəsi kimi müsabiqəyə qatılan Firəngiz xanım müsabiqə iştirakçılarının sənət göstəricilərini həm bəstəkar, həm də müasir musiqi ifaçılığı üzrə ekspert kimi qiymətləndirib.
    23.02.11 Məqaləni oxumaq
     
    Bakıda II Respublika Muğam Müsabiqəsi keçirilir
    Bu gün Heydər Əliyev Fondunun dəstəyi, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə II Respublika Muğam Müsabiqəsi başlayıb. KƏLAMİNFO xəbər verir ki, müsabiqənin açılışı ilə bağlı Kamera və Arqan Musiqi zalında tədbir keçirilib. Tədbirdə çıxış edən Milli Kolnservatoriyanın rektoru Siyavuş Kərimi qeyd edib ki, müsabiqəyə qatılmaq üçün 40-dan artıq namizəd sənəd verib. Onun sözlərinə görə, onlardan müsabiqədə iştirak etmək üçün 18 nəfər seçilib. Sonra mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müvini Elmar Qasımov müsabiqə ilə bağlı fikirlərini söyləyiblər.
    22.02.11 Məqaləni oxumaq
     
    TRT “Xocalı soyqrımı” na həsr edilmiş film çəkib
    TRT kanalının Bakı nümayəndəliyi Xocalı faciəsinə həsr edilmiş 30 dəqiqəlik “Eşidin artıq” adlı film çəkib. Bu barədə KƏLAMİNFO-ya Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib. Filmin təqdimtının sabah Türkiyənin Bakıdakı səfirliyində keçiriləcəyi bildirilib. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, TRT-nin Bakı nümayəndəsi Yüksəl Dəyərcan, parlamentin üzvləri və digər rəsmi şəxslərin iştirakı nəzərdə tutulub.
    21.02.11 Məqaləni oxumaq
     
    Azərbaycan İstiqlal Muzeyində “Yaddaşın yolları” adlı tədbir-sərgi təşkil olunacaq
    Fevralın 23-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 19-ci ildönümü ilə əlaqədar “Yaddaşın yolları” adlı tədbir-sərgi təşkil olunacaq. Muzeydən KƏLAMİNFO-ya verilən məlumata görə, sərgidə Qərb Unverisitetinin və Rəssamlıq Akademiyasının gənc rəssamlarının işləri sərgilənəcək. Qeyd edək ki, tədbirin bədii hissəsi Humanitar Litseyin tələbələri tərəfindən təşkil ediləcək. Xatırladaq ki, tədbirdə bir sıra dövlət qurumlarının, ali təhsil müəssisələrinin və digər qrumların nümayəndələri də iştirak edəcəklər.
    21.02.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30