Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 40 41 42 43 44 45 46 47 48 » #
    Dövlət sifarişli “Mart hadisələri, yaxud Qara oyunlar” sənədli-bədii filminin təqdimatı keçiriləcək
    Sabah Beynəlxalq Muğam Mərkəzində rejissor Mehriban Ələkbərzadənin “Salnamə” studiyasında dövlət sifarişi ilə çəkdiyi “Mart hadisələri, yaxud Qara oyunlar” sənədli-bədii filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Film tariximizin ən ağrılı acılı səhifələrindən biri- 1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnaklarının törətdiyi soyqırımdan bəhs edir. Filmin ssenari müəllifləri Nadir Bədəlov, Mehriban Ələkbərzadə, quruluşçu rejissor Mehriban Ələkbərzadə, quruluşçu operator Adil Abbas, quruluşçu rəssam Əziz Məmmədov, bəstəkar Azad Vəliyev və montaj edəni Ramiz Hüseynovdur.
    30.03.11 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev ÜTT-nın Baş Qərargahında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib
    Cari ilin prezident İlham Əliyev tərəfindən “Turizm İli” elan edilməsi ilə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ÜTT-nın Baş Qərargahında təşkil olunmuş ikitərəfli görüşlərdə iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nzirliyin mətbuat xidmətindən veriblər. Ə.Qarayev 2011-ci ilin Turizm İli elan olunması və Azərbaycanın Prezidenti tərəfindən ölkədə turizmin inkişafı ilə bağlı 5 illik proqramın imzalanması, eyni zamanda bu məsələnin Hökumətin siyasətində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. İclasda Ə.Qarayev 7-9 aprel 2011-ci il tarixdə Bakı şəhərində keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Forumda iştirakı təsdiq olunmuş yüksək vəzifəli şəxslər haqqında məlumat verib və ÜTT-nın əməkdaşlarını bu mühüm tədbirdə iştirak etmək üçün dəvət edib. Cari ilin 28-30 aprel tarixlərində Bakı Sərgi Salonunda keçiriləcək Azərbaycan Beynəlxalq Sərgisi və II Daxili Turizm Sərgisi haqqında məlumat diqqətə çatdırıldıqdan sonra ÜTT-nin səlahiyyətli nümayəndəsi sərgilərdə iştirak etmək üçün Bakıya dəvət olunub. Nazir 17-19 may 2011-ci ildə ABŞ-ın Las-Veqas şəhərində keçiriləcək Dünya Turizm Sammitində iştirak edəcəyi ilə bağlı razılığını və Sammit çərçivəsində ÜTT-nın Baş Katibi ilə görüşməkdən məmnun olacağını bildirib.
    30.03.11 Məqaləni oxumaq
     
    Ümumdünya Turizm Təşkilatı ilə Mədəniyyət və Turizm Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
    Ümumdünya Turizm Təşkilatının (ÜTT) Rəqabət, Xarici Əlaqələr və Əməkdaşlıq üzrə icraçı direktoru Marcio Favilla ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev arasında Statistika potensialının artırılması üçün seminarların keçirilməsi proqramı (SPAP) (2011-2012) üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. M.Favilla bu proqramın əhəmiyyətini xüsusi olaraq qeyd edərək, statistik məlumatların ÜTT üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, keçiriləcək seminarlara mərkəzi bankların və digər maliyyə institutlarının təmsilçilərinin dəvət olunmasını təklif edib. M.Favilla 2011-ci ildə BMT ÜTT-nin könüllü üzvləri olmaq üçün Azərbaycandan iki namizədin: Azərbaycan Turizm Assosiyası və Bakı Turizm İnformasiya Mərkəzinin namizədliklərinin təqdim olunduğunu qeyd edib. Bu namizədlər cari ilin iyun ayında Keniyanın Mombasa şəhərində keçiriləcək iclasda İcraiyyə Şurasına təqdim olunacaqlar və sözügedən Şura öz növbəsində bu barədə müvafiq rəylərini Koreya Respublikasında Baş Assambleyaya təqdim edəcək.
    29.03.11 Məqaləni oxumaq
     
    Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək
    Martın 29-u Milli Kitabxanada müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 80 illik yubileyi ilə əlaqədar tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Kitabxanadan veriblər Tədbirdə şairin yeni çapdan çıxan “Seçilmiş əsərləri”nin (7 cilddə) və Milli Kitabxana tərəfindən hazırlanan “Nəriman Həsənzadə” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək.
    18.03.11 Məqaləni oxumaq
     
    Elxan Rzayev: “Oxucuya ağıllı əsərlər verin”
    Ədəbiyyat, söz gəlir gətirmir. Bu baxımdan ədəbiyyata gələnləri kamikadze də hesab etmək olar. KƏLAMİNFO xəbər verir ki, bu barədə 525-ci qəzetin redaktoru, Milli Kitab Mükafatı müsabiqəsinin münsifi Yaşar Əliyev deyib. O, müsabiqəni Azərbaycan ədəbiyyatına edilən xeyriyyə aksiyası kimi dəyərləndirib. Onun sözlərinə əsaən, ədəbiyyat, söz bu gün gəlir mənbəyi deyil və gənclərin ədəbiyyata gəlməsi təqdirə layiqdir. “İndiki zamanda sözlə, ədəbiyyatla yaşamaq, dolanmaq çox çətindir. Bu gəncləri vəzifələrini yerinə yetirən kamikadze də adlandırmaq olar”,-deyə o əlavə edib. Kitab klubunun rəhbəri Elxan Rzayev isə, gəncləri oxucularını inkişaf etdirməyə cağırıb. O bildirib ki, zaman keçdikcə, inkişaf genişləndikcə əsərlərin də mövzusu dəyişməlidir. O, əsərlərin zamana, mövcud vəziyyətə uyğun yazılmasını vacib hesab edib. “Ağıllı oxucuya ağıllı əsər verin”,-deyə E. Rzayev gənc yazarlara müraciət edib.
    17.03.11 Məqaləni oxumaq
     
    Almaniyada Zərifə Əliyevanın ad gününə həsr edilmiş poçt markası təqdim olunub
    Almaniyanın Maqdeburq şəhərində oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın ad gününə həsr edilmiş poçt markası təqdim olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) mətbuat xidmətindən veriblər. Üç min tirajla dövriyyəyə buraxılmış poçt markası bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində hazırlanıb.
    16.03.11 Məqaləni oxumaq
     
    Azərbaycan Moskvada MDB-nin Turizm Şurasının iclasında iştirak edir
    Bu gün Azərbaycanın da iştirakı ilə Rusiyanın paytaxtı Moskvada Turizm sahəsində əməkdaşlıq haqqında Sazişin iştirakçısı olan dövlətlərin Turizm Şurasının iclası keçirilir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsindən veriblər. İclasda Azərbaycanı Turizm İdarəsinin Bakı Turizm İnformasiya Mərkəzinin direktoru Zakir Əliyev təmsil edir. İclasda 10-a yaxın məsələ, o cümlədən MDB-nin 20 illiyinə həsr edilmiş Tədbirlər Planı və 2011-2012-ci illər üçün humanitar əməkdaşlıq sahəsində Prioritet Tədbirlər Planının həyata keçirilməsinin gedişi müzakirə ediləcək. Şura üzvləri 2012-2013-cü illərdə Birlik ölkələrində Gənclərin Beynəlxalq Əməkdaşlığı Strategiyasının həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsi barədə təklifləri də müzakirə edəcəklər. Təkliflərin siyahısında YUNESKO-nun “Dünya irsi” proqramına daxil edilmiş kulturoloji təyinatlı obyektlərin siyahısı əsasında MDB üzvü olan dövlətlərin həmin dövlətlərin ərazilərindən keçən və “Varyaqlardan yunanlara aparan yolun izi ilə” mövzusunda transsərhəd turizm marşrutlarının yaradılması barədə təklif də var.
    15.03.11 Məqaləni oxumaq
     
    Bakı məktəbliləri arasında rəsm müsabiqəci keçiriləcək
    Martın 17-də Bakı məktəbliləri arasında ümummilli lider Heydər Əliyevin 88–ci ildönümünə həsr olunan rəsm işləri üzrə müsabiqə keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən veriblər. Paytaxtın 152 saylı orta məktəbində təşkil olunacaq müsabiqədə VII–XI sinif şagirdləri iştirak edəcəklər. Müsabiqənin yekununda Bakının hər rayonundan 1 nəfər olmaqla 11 qalib seçiləcək. Qaliblərin işləri respublika turunda iştirak etmək üçün Təhsil Nazirliyinə təqdim olunacaq.
    14.03.11 Məqaləni oxumaq
     
    Bakıda Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin II Respublika müsabiqəsi start götürüb
    Bu gün R.Behbudov adına 2 nömrəli Uşaq Musiqi Məktəbində Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsi öz işinə başlayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Müsabiqənin I turu bu gün və sabah, II tur isə 16-17 mart tarixlərində keçiriləcək. Belarusun əməkdar artisti, Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri, professor, sənətşünaslıq doktoru Boris Niçkovun sədrlik etdiyi Münsiflər Heyətinin tərkibinə respublikanın tanınmış musiqiçi və müəllimləri daxildir.
    14.03.11 Məqaləni oxumaq
     
    Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı təmsil edəcək
    Azərbaycan “Eurovision 2011” mahnı müsabiqəsində “Running Scared” mahnısı ilə təmsil olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsi məlumat yayıb. Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib. Xatırladaq ki, İTV-nin yanvar ayının 10-dan etibarən bir ay müddətində elan etdiyi mahnı müsabiqəsinə yerli bəstələrlə yanaşı, xarici bəstələr də təqdim olunub. Şirkətin Baş direktoru, münsiflər heyətinin sədri İsmayıl Ömərov seçimin çox çətin olduğunu, amma sonda 5 mahnı sırasından güclü mahnının seçildiyini bildirib.
    14.03.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 40 41 42 43 44 45 46 47 48 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30