Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 39 40 41 42 43 44 45 46 47 » #
    Nazir müavini: “Tarixi abidələr və mədəni qoruqlarla bağlı xüsusi Dövlət Proqramı hazırlanır”
    Hazırda Azərbaycanda tarixi abidələr və mədəni qoruqlarla bağlı xüsusi Dövlət Proqramı hazırlanır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib. V.Əliyev qeyd edib ki, proqram artıq Nazirlər Kabinetinə təqdim olunub və ayrı- ayrı nazirliklər tərəfindən baxıldıqdan sonra təsdiq olunmaq üçün Prezidentə təqdim olunacaq. “Bu proqram çərçivəsində tarixi abidələrin və mədəni qoruqların mühafizəsi, pasportlaşdırılması, sərhədlərinin müəyyənləşdirilməsi və s. öz əksini lazımı şəkildə tapacaq”,-deyə nazir müavini vurğulayıb. Onun sözlərinə görə, bu, işğal altında olan Dağlıq Qarabağdakı tarixi abidələrimizin taleyi ilə də daha çox bağlıdır. â€śİşğal olunmuş torpaqlarımızdakı tarixi mədəni abidələrimiz hər an təcavüzə məruz qalma şəraitindədirlər. Ona görə də biz bu proqramla çalışırıq ki, orada belə bir fakt aşkar olunan kimi YUNESKO-ya müraciət əsasında onun araşdırılmasına nail olaq”,-deyə V.Əliyev əlavə edib.
    08.04.11 Məqaləni oxumaq
     
    Safura Əlizadə mahnı bəstələyib
    “Eurovision-2010” təmsilçimiz Safura Əlizadə mahnı bəstələyib. Müğənninin KƏLAMİNFO-ya bildirdiyinə görə, bu, onun ilk bəstəsi hesab olunur. Məhəbbət mövzusunda olan mahnı orta ritmdədir. Safura deyir ki, mahnının sözləri ingilis dilindədir və söz müəllifi də elə müğənninin özüdür. O, ilk müəllifi olduğu mahnısını yaxın günlərdə geniş kütləyə təqdim edəcəyini bildirib. Sözünün davamında sənətçi qeyd etdi ki, bundan əlavə, o, başqa müəlliflərə məxsus olan 2 vətənpərvər mahnını lentə yazdırır. Yeni mahnılarının sayını bir qədər çoxaldan Safura tezliklə bunları albom şəklində hazırlayacağını dedi. Söhbəti zamanı o, sentyabrda verəcəyi konsertindən də söz açdı. Dedi ki, məhz həmin tarixi seçməsinin özəl səbəbi var. Belə ki, o, həmin ayın 20-də doğum gününü səhnədə, dinləyicilərinin əhatəsində keçirmək istəyir. Qeyd edək ki, bu il Almaniyada keçiriləcək “Eurovision-2011”-ə Safura qonaq qismində qatılacaq və təmsilçilərimizə dəstək olacaq.
    07.04.11 Məqaləni oxumaq
     
    Moldovanın “Eurovision-2011” təmsilçisi Bakıdadır
    Bu gün Moldovanın “Eurovision-2011” təmsilçisi “Zdob şi Zdub” qrupu Bakıya gəlib. KƏLAMİNFO xəbər verir ki, tanıtım turu çərçivəsində Bakıya bir günlük səfər edən qrup bu gün İctimai Televiziyanın “Yeni Gün” proqramının qonağı olub. Qrup, həmçinin İTV-də yayımlanan “Eurovision xəbərləri” proqramında canlı çıxış edəcək. Qeyd edək ki, Moldova təmsilçilərinin İctimai Televiziyada mətbuat nümayəndələri ilə görüşü planlaşdırılır.
    06.04.11 Məqaləni oxumaq
     
    Gənc xanım modelyerlərin Bakı Beynəlxalq Moda Festivalı keçiriləcək
    Aprelin 6-da Gənclər və İdman Nazirliyi tərəfindən www.fashion.az saytının və Moda Agentliyinin iştirakı ilə gənc xanım modelyerlərin Bakı Beynəlxalq Moda Festivalı start götürür. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Festivala Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan və Ukraynadan ümumilikdə 12 gənc xanım modelyer qatılır. Festivalın şərtlərinə əsasən hər bir modelyer 10 geyimdən çox olmayan kolleksiya ilə çıxış etməlidir. Həmin geyimlərdən biri milli üslubda olmalı və ya milli geyim elementlərini özündə əks etdirməlidir. Festival aprelin 7-dək davam etdiriləcək.
    05.04.11 Məqaləni oxumaq
     
    Bakıda “10-cu Azərbaycan Turizm Sərgisi” keçiriləcək
    Aprelin 28-30-da Bakıda “10-cu Azərbaycan Turizm Sərgisi” və “2-ci Ümumrespublika daxili Turizm Sərgisi” keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Turizm İdarəsinin rəisi Aydın İsmiyev verib. O qeyd edib ki, hər iki sərgi paralel olaraq eyni vaxtda keçiriləcək. “Daxili turizm sərgisinə Azərbaycanın 18 bölgəsi qatılacaq. Bunların sırasına Gəncə, Şamaxı, Şəki, İsmayıllı, Quba, Qusar, Lənkəran, Lerik, Naxçıvan və s. bölgələr daxildir”-deyə A.İsmiyev vurğulayıb. Onun sözlərinə görə, “10-cu Azərbaycan Turizm Sərgisi” bu il yubiley xarakteri daşıdığı üçün əvvəlki illərdən fərqli keçiriləcək. Qeyd edək ki, hər iki sərgi “Baku Expo” Mərkəzində keçiriləcək. Sərginin əsas təşkilatçısı “İteca Caspian” şirkətindən KƏLAMİNFO-a bildiriblər ki, “AITF 2011” yubiley sərgisində dünyanın 150-dən çox şirkəti iştirak edəcək.
    05.04.11 Məqaləni oxumaq
     
    Nuşirəvan Məhərrəmli: “Aparıcıların səhnə mədəniyyəti çox aşağıdır”
    “Bu gün ölkənin radio və televiziyalarındakı mövcud vəziyyət bizi qane etmir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. O qeyd edib ki, bu gün Azərbaycanın teleradio məkanındakı əksər aparıcılar hələ də normal nitq qabiliyyətinə malik deyillər. “Kanallardakı aparıcıların Azərbaycan dilini səlist bilməməsi, ləhcə ilə danışması, başqa dillərdən olan ifadələri tez-tez işlətmələri bizi çox narahat edir. Müşahidələrimiz göstərir ki, istər radio, istərsə də televiziya məkanında bu gün aparıcıların səhnə mədəniyyəti çox aşağıdır. Bundan başqa, narahatedici məqamlardan biri də odur ki, bəzən verilişlərdə Azərbaycan üçün xarakterik olmayan mövzular müzakirə olunur. Həmin mövzular da bəzən bu səbəbdən cəmiyyətdə yersiz müzakirə obyektinə çevrilir” - deyə MTRŞ sədri vurğulayıb.
    04.04.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi vakant yerlər üçün müsahibə elan edib
    Bu gündən Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı müsahibə elan edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan nazirliyin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün ərizə (2 nömrəli əlavə) və ağ fonda rəngli 1 ədəd fotoşəkil ( 3 x 4 sm ölçüdə) təqdim edilməlidir. Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu nazirlikdə aparılır. Ərizələr şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00-dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.
    04.04.11 Məqaləni oxumaq
     
    Rəbiyyət Aslanova: “Azərbaycana tibbi turizm məqsədi ilə gələnlər üçün müəyyənləşdirilmiş 30 günlük müddət azdır”
    “Azərbaycana tibbi turizm məqsədi ilə gələnlər üçün müəyyənləşdirilmiş 30 günlük müddət çox azdır”. KƏLAMİNFO xəbər verir ki, bu barədə Milli Məclisin İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova komitənin bu gün keçirilən iclasında bildirib. O, qeyd edib ki, viza verilməsi qaydalarının sadələşdirilməsi müsbət hal olsa da, dövlətin təhlükəsizliyi və turizm şirkətlərinin fəaliyyəti üçün daim diqqətdə saxlanılmalıdır. “Buna görə də Avropa ölkələrində tətbiq olunan əlavə 15 gün, həmçinin Azərbaycan sahillərində dayanan gəmilərdəki əcnəbi dənizçilərin şəhərə çıxması üçün viza verilməsi də Azərbaycan qanunvericiliyində əksini tapmalıdır”,-deyə komitə sədri vurğulayıb. Qeyd edək ki, iclasda bununla bağlı nəzərdə tutulan “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
    01.04.11 Məqaləni oxumaq
     
    Milli Kitab Mükafatının 10 ən yaxşı əsəri elan olunub (siyahı)
    Bu gün Milli Kitab Mükafatının 10 ən yaxşı əsəri (qısa siyahı) elan olunub. KƏLAMİNFO xəbər verir ki, Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli bildirib ki, MKM-yə təqdim olunmuş 112 əsərdən 10-u ekspertlər tərəfindən bəyənilərək seçilib. Onun sözlərinə görə, yaxın günlərdə www.mkm.az saytında “onluğ”a düşən hər əsərdən bir parça yerləşdiriləcək və oxucular arasında elektron səsvermə aparılacaq. Səsvermənin qalibi xüsusi diplom ilə təltif olunacaq. MKM-nin qalibləri isə mayın 31-də elan olunacaq. Birinci yerin qalibi üç min, ikinci yeri tutan iki min, üçüncü yeri tutan isə min manat pul mükafatı ilə təltif olunacaq. Amerika yazıçısının ingilis dilindən Azərbaycan dilinə ən yaxşı tərcüməsi isə Amerika səfirliyi tərəfindən 1000 manatla mükafatlandırılacaq.
    01.04.11 Məqaləni oxumaq
     
    Nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsinə yekun vurulub
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən Uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin nəfəsli və zərb alətləri üzrə II Respublika müsabiqəsinə yekun vurulub. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Fleyta, qoboy, klarnet, truba, trombon, valtorna, tuba, saksofon, zərb alətləri ixtisasları üzrə iki yaş qrupunda keçirilmiş müsabiqədə Bakı, Gəncə, Sumqayıt, Şirvan şəhərlərindən, Abşeron, Hacıqabul, Füzuli, Quba, Qusar, Sabirabad, Samux rayonlarından, Naxçıvan Muxtar Respublikasından 100-ə yaxın şagird iştirak edib. Müsabiqə ölkəmizdə nəfəs və zərb alətləri üzrə ifaçılıq məktəbinin kifayət qədər yüksək səviyyəsini, uşaqlarla yaxşı işləməyi bacaran müəllimlərin, istedadlı gənclərin olduğunu nümayiş etdirib. Belarus Dövlət Musiqi Akademiyasının kafedra müdiri, professor, sənətşünaslıq doktoru Boris Niçkovun sədrlik etdiyi, tanınmış musiqiçi və müəllimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən 24 gənc ifaçı müsabiqənin laureatı adına, müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görülüb.
    01.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 39 40 41 42 43 44 45 46 47 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30