Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    Azərbaycanlı turistlər Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinə maraq göstərir
    Ötən il Azərbaycana 1 milyon 906 nəfər xarici gəlib. Onlardan 1 milyon 494 min nəfəri turist olub. “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, nazirlik tərəfindən Azərbaycanda 309 mehmanxanaya turizm fəaliyyətinə dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərinin sayı 499-dur. Onların təxminən 35 faizi Bakı şəhərinin payına düşür. Bu obyektlərdə 30 min 793 yataq yeri var. Ötən il Azərbaycandan kənara gedən turistlərin sayı isə 3 milyon 175 min nəfər təşkil edib. Kənara gedən turistlərin əsas maraq göstərdiyi ölkələr Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir. Hazırda Azərbaycanda 211 turizm şirkəti nazirliyin lisenziyası əsasında fəaliyyət göstərir.
    26.04.11 Məqaləni oxumaq
     
    Gürcüstanlı tələbələrin Azərbaycan Turizm İnstitutunda təhsil alması təklif olunub
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Vera Kobaliya arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”Ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, habelə bəzi konkret tədbir və layihələr müzakirə edilib. Ə.Qarayev Azərbaycanda turizm sənayesinin prioritet sahələrdən biri olduğunu qeyd edib və 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan olunduğunu vurğulayıb. Ə.Qarayev Azərbaycan Turizm İnstitutunun fəaliyyəti haqqında məlumat verərək gürcüstanlı tələbələrin qeyd olunan təhsil müəssisəsində təhsil alınmasını təklif edib.
    26.04.11 Məqaləni oxumaq
     
    «Onun yarısı» efirə qayıdır
    Bir neçə ay öncə ATV telekanalında efirə çıxan və qısa zamanda milyonlarla tamaşaçı qazanan «Onun yarısı»nın yayımı müəyyən səbəblərdən dayandırılmışdı.
    Xatırladaq ki, telelayihə izdivac xarakterlidir, ora gələn subay cütlüklər evlilik qərarı alırlar. Əldə etdiyimiz məlumata görə, veriliş yenidən efirə qayıdır. Layihənin aparıcısı Zaur Baxşəliyev bu xəbəri “KƏLAMİNFO”ya təsdiqləsə də, təfərrüatı ilə danışmaq istəmədi. Söylədi ki, hələlik hazırlıqlar başlayıb. Layihə bir qədər təzələnmiş üslubda qayıdacaq. Onun efir tarixi barəsində hələ dəqiq məlumat verilmir.
    22.04.11 Məqaləni oxumaq
     
    Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək
    “Turizm ili” çərçivəsində Bakıda beynəlxalq turizm sərgisi keçiriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, sərgi Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə baş tutacaq. Assosiasiyanın sədri Nahid Bağırovun sözlərinə görə, sərginin 27 sentyabr Turizm Günündə keçirilməsi nəzərdə tutulur: “Bu günü seçməyimizin səbəbləri var. Həmin gün Azərbaycanın turizm ictimaiyyəti həm dünya turizm gününü qeyd edir, həm yay mövsümünün yekunları, həm də qarşıdan gələn payız-qış mövsümündə görüləcək işlər müzakirə edilir. Hesab edirik ki, sərginin məhz həmin gün keçirilməsinin effekti də böyük olacaq”
    3 gün davam etməsi nəzərdə tutulan sərgi ilk iki gündə yalnız turizm sektoru təmsilçiləri, üçüncü gün isə geniş ictimaiyyət üçün açıq olacaq.
    22.04.11 Məqaləni oxumaq
     
    Azərbaycan “37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkası”nda iştirak edir
    Latın Amerikasının ən iri mədəniyyət və nəşriyyat tədbirlərindən olan 37-ci Buenos-Ayres Beynəlxalq Kitab Yarmarkasının (La Feria Internacional del Libro de Buenos Aires) rəsmi açılışı olub. Azərbaycan ilk dəfə olaraq Buenos-Ayresdəki səfirliyimizin təşkilatçılığı ilə “AZƏRBAYCAN” stendi ilə sərgidə iştirak edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyindən veriblər. Sərginin açılışında Argentina hökuməti, Buenos-Ayres şəhərinin rəsmiləri və 2010-cu il Ədəbiyyat üzrə Nobel Mükafatçısı olan perulu yazıçı Mario Vargas Llosa çıxış ediblər. Milli memarlıq və ənənələrimizə uyğun qurulmuş “AZƏRBAYCAN” stendində ölkəmizin tarixinə, mədəniyyətinə, incəsənətinə, mətbəxinə, Azərbaycanın müasir mərhələsinə, davamlı inkişaf prosesinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Xocalı soyqırımına aid müxtəlif dillərdə kitab, jurnal və digər nəşriyyat vasitələri nümayiş etdirilir. Stenddə Azərbaycan mədəniyyətini və ənənələrini əks etdirən suvenirlərdən ibarət guşələr yaradılıb, habelə müvafiq film və çarxların nümayişi üçün ekranlar quraşdırılıb.
    21.04.11 Məqaləni oxumaq
     
    Parlamentin Mədəniyyət komitəsi layihələr təqdim edəcək
    Bu il Milli Məclisin Mədəniyyət komitəsi parlamentin müzakirəsinə bir sıra qanun layihələri təqdim edəcək. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində komitə üzvü, millət vəkili Jalə Əliyeva bildirib. Onun sözlərinə görə, bu qanun layihələrinin bəziləri parlamentin ötən çağırışdan qalan layihələrdir. Millət vəkili qeyd edib ki, hazırda komitəyə təqdim olunan layihələr arasında ən aktualı “Mədəniyyət abidələrinin qorunması haqqında” qanun layihəsidir. Müəllifi millət vəkili Rafael Hüseynov olan layihə sadəcə, abidələrin deyil, mədəniyyət abidələrinin qorunması haqqındadır. “O cümlədən “Yaradıcı təşkilatlar haqqında” və “Dil haqqında” qanun layihələri də komitənin hazırkı gündəmindədir.
    19.04.11 Məqaləni oxumaq
     
    Azərbaycan kitabları Londonda
    Londonda Beynəlxalq Kitab Sərgisi keçirilib. Azərbaycanın Böyük Britaniyadakı səfirliyindən KƏLAMİNFO-a verilən məlumata görə, sərgidə Azərbaycan təmsil olunub. Dünyanın 100-dən artıq ölkəsindən 2000-ə qədər nəşriyyat şirkətinin təmsilçilərinin iştirak etdiyi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri tərəfindən Azərbaycan stendi quraşdırılıb və təqdim olunub. Stenddə 82 adda 300 nəşr məhsulu nümayiş etdirilib. Azərbaycan stendi sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb, çoxsaylı çap məhsulu paylanıb. Nümayəndə heyətimiz sərgidə əsasən ölkəmizin iqtisadiyyatı, turizm imkanları, tarixi, mədəniyyəti və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgi iştirakçılarına məlumat verib. Sərgi beynəlxalq təmasların yaradılmasına və əməkdaşlığın genişləndirilməsinə töhfə verib.
    15.04.11 Məqaləni oxumaq
     
    İlhamə Qasımova dünya səhnəsinə çıxır
    İlhamə Qasımova «Eurovision-2011»-in milli finalından məğlub kimi ayrılsa da, qarışda onu böyük dünya səhnələri gözləyir. Sənətçi bundan sonra yaradıcılığının demək olar ki, əsas hissəsini Almaniya ilə bağlayacaq. Bu barədə KƏLAMİNFO-ya danışan sənətçi bildirib ki, yaxın günlərdə Almaniyaya səfəri nəzərdə tutulub. İlk olaraq onun klipi çəkiləcək. Çəkilişlər başa çatan kimi sənətçi oradakı səsyazma studiyasında isveçrəli bəstəkarın ona təqdim etdiyi mahnını lentə yazdıracaq. «Klip çəkiləndən sonra onun yayım işləri ilə məşğul olacağıq. Belə nəzərdə tutulub ki, yayım dünyanın tanınmış telekanallarında həyata keçirilsin. Eyni zamanda yerli izləyicilərə də klipi izlədəcəyik» - deyə sənətçi qeyd etdi. Sözünün sonunda İlhamə Qasımov Almaniya səfəri çərçivəsində ingilisdilli mahnılardan ibarət albomunu hazırlayacağını bildirdi. Onun böyük səhnəyə çıxışı istiqamətində də hazırlıqlar görülür.
    14.04.11 Məqaləni oxumaq
     
    Nigar Köçərli: “Faiq Ağayevin auditoriyası kitab oxuyanların sayından daha çoxdur”
    Faiq Ağayevin auditoriyası kitab oxuyanların sayından çoxdur. Bu sözləri "Əli və Nino" Nəşriyyat Evinin rəhbəri Nigar Köçərli deyib.
    Onun sözlərinə görə, "Əli və Nino" Nəşriyyat Evinin məqsədi məşhur müğənniləri kitab satıcısı kimi sınamaqla onların fanatları və gəncləri kitaba cəlb etməkdir. “Təəssüf ki, Azərbaycanda kitab oxumurlar. 9 milyon əhalisi olan Azərbaycanda cəmi 10 kitab dükanı olduğu halda, 4 mln. əhalisi olan qonşu Gürcüstanda 75 kitab dükanı var. Bu problemi aradan qaldırmaq üçün müəyyən aksiyalar keçirmək lazımdır”-,deyə N.Köçərli bildirib. O, oxucuları cəlb etmək üçün seçdikləri müğənnilərin savad və dünya görüşlərini nəzərə aldıqlarını qeyd edib. Təbii ki, toyxana müğənnisini gəlib kitab satsa hamı güləcək.
    11.04.11 Məqaləni oxumaq
     
    Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
    Aprelin 7-də Bakıda, “Gülüstan” sarayında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun rəsmi açılış mərasimində iştirak etdi.
    “Ümumi dəyərlərə qovuşaq, müxtəlif mədəniyyətlərlə zənginləşək” devizi altında keçirilən Forumda 20 dövlətin mədəniyyət nazirləri, bir neçə ölkənin nazir müavinləri, aparıcı beynəlxalq təşkilatlar, o cümlədən İSESKO-nun baş direktoru, YUNESKO-nun baş direktorunun müavini, Avropa Şurası Parlament Assambleyasının sədri, bir sıra dünya şəhərlərinin merləri, görkəmli mədəniyyət xadimlərinin, alimlərin və mütəxəssislər də daxil olmaqla 500 nəfərə yaxın nüfuzlu nümayəndə iştirak edir.
    11.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30