Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 37 38 39 40 41 42 43 44 45 » #
    ABŞ-da Azərbaycanın mədəniyyət günləri keçiriləcək
    Mayın 7-8-i tarixlərində ABŞ-ın Hyuston şəhərində İpək Yoluna həsr olunacaq Hyuston Beynəlxalq Festivalı keçiriləcək. Festival çərçivəsində təşkil olunacaq tədbirlərdə İpək Yolu ölkələri və Hyustonla qardaşlaşmış şəhərlərlə yanaşı, ölkəmizin rəsmi heyət və ifaçı qruplarından ibarət nümayəndə heyətinin də iştirakı nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konsert proqramından sonra (mayın 9-da) Hyuston və Bakı şəhərlərinin qardaşlaşmasının 35 illiyi ilə əlaqədar xüsusi proqramın təşkil edilməsi də planlaşdırılır.
    05.05.11 Məqaləni oxumaq
     
    Muğamla bağlı ayrıca Dövlət Proqramı qəbul olunacaq
    Azərbaycanda muğam sənətinin qorunması üçün ayrıca Dövlət Proqramı qəbul ediləcək. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı Milli Məclisdə hazırlanan “Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” yeni Qanun layihəsində nəzərdə tutulub. Qanun layihəsində göstərilir ki, dövlət muğam sənətinin qorunması və inkişaf etdirilməsi sahəsində bir sıra müddəalarla yanaşı, ayrıca Dövlət proqramının qəbul olunmasına da təminat verir. Qanunda göstərilir ki, dövlət həmçinin Azərbaycanda bu sənətin inkişaf etdirilməsi və milli xüsusiyyətlərin qorunması proseslərinə nəzarəti həyata keçirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanı yanında daimi fəaliyyət göstərən və yüksək peşəkarları əhatə edən Muğam Şurasının yaradılmasına da təminat verir.
    05.05.11 Məqaləni oxumaq
     
    Azərbaycan ilk dəfə Kann festivalında xüsusi pavilyonla təmsil olunacaq
    Azərbaycan ilk dəfə olaraq Kann film festivalında xüsusi pavilyonla təmsil olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. O qeyd edib ki, mayın 11-dən 16-na qədər Fransanın Kann şəhərində keçiriləcək festivalda özü də iştirak edəcək. “Əvvəlki festivalda Azərbaycan sadəcə reklam xarakterli lövhələrin vurulması ilə kifayətlənirdi. Bu il isə müxtəlif ölkələrin pavilyonlarının sırasında Azərbaycanın pavilyonu da qurulacaq. Mayın 14-də Kann festivalı çərçivəsində Azərbaycan pavilyonunun təqdimatı keçiriləcək. “Orada son illər ölkədə çəkilən filmlərin, reklam materiallarının təqdim olunması nəzərdə tutulur” - deyə nazir vurğulayıb. Nazir deyir ki, festival çərçivəsində Fransanın tanınmış kino xadimləri ilə görüşləri olacaq: “Jerar Depardye ilə yeni filmlərin çəkilişi ilə bağlı danışıqlar aparılacaq və müqavilələr imzalanaq. Bu bizim ilk təqdimatımızdır. Bu addımdan sonra Azərbaycan filmlərinin Kann festivalının proqramına daxil edilməsi üçün lazımi işlər görülməlidir. Bizim siyasətimiz ondan ibarətdir ki, tədricən Azərbaycan kinosunu tanıdaq və tezliklə biz buna nail olacağıq”.
    05.05.11 Məqaləni oxumaq
     
    Xalq çalğı alətlərimizin xaricə satışı qadağan olunacaq
    Bundan sonra kütləvi istehsal olunan çalğı alətlərindən üstünə “Azərbaycan” sözü yazılmayanı ölkə xaricinə ixrac olunmayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu, Milli Məclisdə yeni hazırlanan “Azərbaycanın muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsində nəzərdə tutulub. Qanun layihəsinin 6.2 maddəsində qeyd olunur ki, Azərbaycanda kütləvi istehsal olunan xalq çalğı alətlərinə “Azərbaycan” sözü nəqş edilir və belə seçdirməsi olmayan Azərbaycan xalq çalğı alətlərinin ölkə xaricinə çıxarılmasının qarşısı alınır.
    04.05.11 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev İran səfirini qəbul edib
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhramini qəbul edib. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüş zaman Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dinamikasının yüksək inkişafı qeyd edilib. Görüşdə tərəflər cari ilin oktyabr ayında Azərbaycanda İran Mədəniyyət günlərinin keçirilməsini müzakirə ediblər. Mədəniyyət günlərinin açılışı zamanı İranın yeni təyin olunmuş mədəniyyət naziri Mohammad Hosseininin də iştirak etməsinin mümkünlüyü nəzərdən keçirilib. Həmçinin, İran Mədəniyyət günləri çərçivəsində musiqi, əlyazma, teatr, əl işləri və rəssamlıq nümunələrinin təqdim olunması və təşkilatı işlər ilə bağlı əvvəlcədən işçi qrupunun ölkəmizə səfəri barəsində razılığa gəlinib.
    04.05.11 Məqaləni oxumaq
     
    “Aşıq sənəti haqqında” ayrıca qanun hazırlana bilər
    Azərbaycanda “Aşıq sənəti haqqında” qanun layihəsinin qəbul olunması gözlənilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov verib. O qeyd edib ki, qanun “Mədəniyyət haqqında”, “Təhsil haqqında”, “Tarix və mədəniyyət abidlərinin qorunması haqqında”, “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” qanunlardan, digər normativ aktlardan və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarət olaraq hazırlanacaq. “Nəzərə alsaq ki, aşıq sənətinin Azərbaycanda kifayət qədər tarixi var və bu gün də bu ənənənin yaşadılması qarşımızda duran vacib amillərdəndir, o zaman bu sahədə ayrıca qanuna xüsusi ehtiyac var. Əks halda tarixin müxtəlif mərhələlərində bu sənət yadellilərin təsirinə məruz qaldığı kimi gələcəkdə də qalması qaçılmazdır” -deyə millət vəkili vurğulayıb.
    03.05.11 Məqaləni oxumaq
     
    Luvr muzeyinin direktoru Azərbaycana gəlir
    3-5 may 2011-ci il tarixində Fransanın məşhur Luvr muzeyinin direktoru Anri Luaret Azərbaycana səfər edəcək. “KƏLAMİNFO”nun Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin Anri Luareti qəbul etməsi planlaşdırılır. Səfər zamanı Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili nəzərdə tutulur. Eləcə də Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü kimi məsələlərin müzakirə olunması gözlənilir. Səfər zamanı Anri Luaretin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirməyi, Müasir İncəsənət Muzeyində rəssam Əliyar Əlimirzəyevin sərgisinin açılış mərasimində iştirakı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, Qala Qoruğunda “Qala Arxeoloji Etnoqrafik Muzey Kompleksini və Mərdəkan qalalarını ziyarət edəcəyi nəzərdə tutulub. Səfər proqramına, həmçinin Əbülfəs Qarayevin yanında KİV-in iştirakı ilə mətbuat konfransı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin rəhbərliyi ilə görüş daxil edilib.
    03.05.11 Məqaləni oxumaq
     
    “Muskomediya”da “Xanuma”nın premyerası olacaq
    Mayın 10-da Musiqili Komediya Teatrı premyera keçirəcək. Gənc Tamaşaçılar Teatrında baş tutacaq “Xanuma” adlı tamaşanın quruluşu gürcü rejissoru Koça Kohanadzeyə məxsusdur. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, iki hissəli operettada baş rolu Xalq artisti Afaq Bəşirqızı oynayacaq. Bundan əlavə, Xanım Qafarova, Ələkbər Əliyev, Naibə Orucova, Əzizaga Əzizov və b. aktyorlar da tamaşada rol alıblar.
    02.05.11 Məqaləni oxumaq
     
    Turizm sərgiləri işə başlayıb
    Bu gün “Baku Expo Centre” sərgi mərkəzində II Ümumrespublika daxili turizm sərgisi və “AİTF-2011” 10-cu Beynəlxalq turizm və səyahətlər sərgisi işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, sərgini açan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda turizmin inkişafı ilə bağlı dövlət proqramının icrasına başlandığını elan edib. Onun sözlərinə görə, proqram 6 illikdir. Ə.Qarayev bildirib ki, ötən il Azərbaycana 1,5 mln. nəfərdən artıq turist gəlib: “Hazırda ölkədə 500-ə yaxın hotel fəaliyyət göstərir, son 3 ildə yerləşdirmə yerləri 3 dəfə artaraq 35 minə çatıb. Bu ilin sonu-gələn ilin əvvəlində ölkədə 6 ədəd 5 ulduzlu hotel istifadəyə veriləcək”. Nazir Azərbaycanda turizm sahəsinin bir qədər də inkişaf edərək iqtisadiyyatın ayrılmaz hissəsinə çevriləcəyinə ümidini ifadə edib. Sərginin təşkilatçılarından olan “ITE Group” şirkətinin təmsilçisi Edvard Stroon deyib ki, builki tədbirdə iştirakçıların sayı 20 faizdən çox artıb. Sərgilər aprelin 30-dək davam edəcək. Tədbirdə 24 ölkənin 230 şirkəti iştirak edir.
    28.04.11 Məqaləni oxumaq
     
    Ümummilli liderin doğum gününə həsr olunmuş kitab bayramları keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayında respublikanın şəhər və rayon mərkəzi kitabxanalarında ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş ənənəvi kitab bayramları keçiriləcək. Nazirlikdən “KƏLAMİNFO”ya bildiriblər ki, Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana sektoru respublikanın şəhər və rayonlarında keçiriləcək IV Kitab bayramının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar bütün təşkilatı işlərin koordinasiyasını, habelə tədbirin Nazirliyin saytında işıqlandırılmasını həyata keçirir.
    28.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 37 38 39 40 41 42 43 44 45 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30