Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlu vəfat edib
    Əməkdar incəsənət xadimi, Dövlət Yuğ Teatrının baş rejissoru Vaqif İbrahimoğlu mayın 12-də vəfat edib. “KƏLAMİNFO” xəbər verir ki, görkəmli rejissor uzun sürən ağır xəstəlikdən sonra evində dünyasını dəyişib. Ağciyərində problem yaranan rejissor Ankaradakı Qazi Universitetinin xəstəxanasında uzun müddət müalicə olunub, bu il yanvarın 20-də vətənə dönüb. Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhəri Mərdəkan qəsəbəsində anadan olub. 1989-cu ildən «YUG» Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. 2006-cı ildə Prezident mükafatına layiq görülüb. Azərbaycan prezidentinin fəxri təqaüdçüsü olub.
    13.05.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Riqada səfərdədirlər
    Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Riqada səfərdədirlər. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında iştirak etmək üçün təşkil olunub. İclasda Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq əlaqələr və protokol sektorunun müdiri Rauf Paşayev iştirak edir. Xatırladaq ki, komissiya üzvləri və müvafiq sahələr üzrə ekspertlər tərəfindən Protokol layihəsinin razılaşdırılaraq imzalanması nəzərdə tutulan iclasda, həmçinin sadalanan sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən uzunmüddətli birgə layihələr yaradılmasının mümkünlüyü müzakirə olunacaq.
    13.05.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi əhaliyə xəbərdarlıq edir
    Mədəniyyət və Turizm Nazirliyi əhalini ayıq olmağa çağırır. “KƏLAMİNFO”ya nazirlikdən verilən xəbərdə əhaliyə tövsiyə olunur ki, “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq, turizm məhsulunun satışı zamanı ikitərəfli müqavilənin imzalanmasını tələb etsinlər. Eləcə də xarici ölkələrə turist səfərləri planlaşdırılan zaman xidmətlərindən istifadə olunan turizm şirkətlərinin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığının (lisenziya) olması barədə məlumat almaq məsləhət görülür.
    12.05.11 Məqaləni oxumaq
     
    Turizm müəssisələrinin vasitəsilə ölkəmizə gələn əcnəbi turistlərin sayı 1,5 faiz artıb
    Ötən il fəaliyyət göstərmiş turizm müəssisələrinin sayı 2009-cu illə müqayisədə 2 vahid artaraq 126-ya çatıb, onların gəlirləri 1,2 milyon manat, yaxud 6,9 faiz artaraq 19,1 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən “KƏLAMİNFO”ya bildiriblər ki, bu dövrdə əhaliyə satılmış turizm yollayış blanklarının dəyəri 25,8 milyon manat olub. Ölkədən kənarda səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 19,8 milyon manat, Azərbaycan ərazisində səyahət etmək üçün xarici ölkə vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri 4,3 milyon manat, ölkə ərazisində səyahət etmək üçün Azərbaycan vətəndaşlarına satılmış yollayış blanklarının dəyəri isə 1,7 milyon manat təşkil edib. Xidmət göstərilmiş turistlərin sayı əvvəlki illə müqayisədə 10,2 min nəfər artaraq 69,9 min nəfər, tur-günlərin sayı 75,1 min tur-gün artaraq 458,6 min tur-gün olub.
    11.05.11 Məqaləni oxumaq
     
    Günay Musayeva: “Azərbaycanın adının ilk sırada çəkiləcəyinə əminəm”
    Yaxın günlərdə Bolqarıstanda keçiriləcək «Best Model of World»da təmsil olunacaq azərbaycanlı model Günay Musayeva müsabiqədən qalib kimi ayrılacağına ümid edir. Şəxsi həyatında ona mənəvi dəstək göstərən insanın olduğunu bildirən model “KƏLAMİNFO”ya müsahibəində səhnə adamının buna ehtiyacı olduğunu bildirdi: «Həmin insanı bir ildən artıqdır tanıyıram. Bizim münasibətlər hörmət üzərində qurulub. Bu olmasa, sevgi də olmaz. Qatılmağa hazırlaşdığım hər bir yarışmada onun dəstəyini hiss edirəm. Bu dəfə də birinci olacağıma və Bolqarıstandan Azərbaycanın adının ilk sırada çəkiləcəyinə əminəm». Xatırladaq ki, Günay Musayevanın türkiyəli sənətçi Yusif Güney və müğənni Elnurla sevgi münasibətinin olduğu dəfələrlə yazılıb. Model xəbərləri bütövlüklə şayiə adlandıraraq, onlarla münasibətinin dostluq müstəvisində qurulduğunu diqqətə çatdırdı.
    10.05.11 Məqaləni oxumaq
     
    Turizm sektoruna vergi güzəştlərinin tətbiqi təklif olunur
    İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) turizmlə bağlı təkliflər paketi hazırlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə təşkilatın rəhbəri Vüqar Bayramov bildirib. V.Bayramovun sözlərinə görə, sənəddə Azərbaycan turizminin indiki səviyyəsi qiymətləndirilib: “Söhbət turizmin inkişafına kompleks yanaşmadan gedir və bir sıra təkliflərimiz var. Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi, Azərbaycanın turizm sektoruna vergi güzəştlərinin tətbiq edilməsini təklif edirik. Məsələn, Rumıniyada Əlavə Dəyər Vergisi (ƏDV) 16 faizdir. Amma turizm şirkətləri bu vergini 50 faiz güzəştlə, yəni 7 faiz ödəyir. Qonşu Gürcüstanda isə turizmlə məşğul olan şirkətlər 15 illik müddətinə ƏDV-dən azad edilib. Azərbaycanda da buna ehtiyac var. Çünki vergi güzəştləri turizm şirkətlərinin xərclərini azaldır və onların inkişafını stimullaşdırır.
    07.05.11 Məqaləni oxumaq
     
    Nazir müavini Vaqif Əliyev Avstriyaya gedir
    Avstriyanın “Ebensee” əsir düşərgəsində faşizmin qurbanı olmuş soydaşlarımızın xatirəsinə abidə ucaldılıb. Abidənin rəsmi açılışı sabah keçiriləcək. “KƏLAMİNFO”nun Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq Əlaqələr və Mədəniyyət Proqramları şöbəsindən aldığı məlumata görə, tədbirdə Azərbaycanı nazirin birinci müavini Vaqif Əliyev təmsil edəcək.
    06.05.11 Məqaləni oxumaq
     
    Fəxriyyə Xələfova: “Kişilər üçün yaratdığım ətrin istehsalı son mərhələdədir”
    “Kişilər üçün yaratdığım ətrin istehsalı son mərhələdədir”. Bu sözləri “KƏLAMİNFO”ya müsahibəsində Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova deyib. Onun sözlərinə görə, ətrin adını dəqiqləşdirməsə də, artıq 3-5 real variant var: “Mən qadın ətri buraxanda layihəsi cızılmamış ətrin adının “Nuray” olacağına qərar vermişdim, çünki Nuray qardaşım qızının adıdır. Kişilərin ətrinin ad seçimində çətinlik çəksəm də, istəyirəm ki, bu ad xarici olmasın. Qulağa yatımlı bir ad olsun”. F.Xələfova, həmçinin mayın 14-də “Xəzər qızılgülü” kolleksiyasının Bakıda təqdimatı olacağını qeyd edib. O, təqdimatı beynəlxalq qadınlar klubu ilə təşkil etdiyini və tədbirin xeyriyyə məqsədi daşıyacağını vurğulayıb. “Artıq 3-cü dəfədir ki, bu klubla yeni kolleksiyalarımı təqdim edirəm” - deyə modelyer sonda əlavə edib.
    06.05.11 Məqaləni oxumaq
     
    Gül Bayramı sevinci davam edir
    Bu gün H.Sarabski adına Mədəniyyət Evi Nəsimi rayon İcra Hakimiyyəti ilə birgə Gül Bayramı ilə əlaqədar konsert proqramı təşkil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm İdarəsindən veriblər. H.Sarabski adına Mədəniyyət Evinin bədii rəhbəri Samirə İsmayılova bildirib ki, “Zorge” bağında təqdim olunacaq konsertdə Mədəniyyət Evinin dərnək üzvləri və tanınmış müğənnilər Nazpəri Dostəliyeva, Elnur, Vüqar, Ruhəngiz Allahverdiyeva, Zəminə Duyğu və Vahidə Zeynalova çıxış edəcəklər.
    06.05.11 Məqaləni oxumaq
     
    Milli musiqi nümunələrimiz ermənilərdən alınıb Vətənə qaytarıldı
    Bir müddət əvvəl Sankt-Peterburqdakı “Puşkinskiy dom” Rus Ədəbiyyatı İnstitutunda Azərbaycan musiqi folkloru nümunələrinin (səs yazılarının) və həmin materiallara aid yazılı sənədlərin saxlanıldığı müəyyən edilmişdir. Keçən əsrin 20-30-cu illərində keçirilmiş ekspedisiyalar zamanı toplanmış bir sıra muğam, aşıq musiqisi, digər Azərbaycan folkloru nümunələri erməni xalq musiqisi kimi qeydə alınmışdır. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin Rusiya tərəfi ilə apardığı danışıqlar nəticəsində sözügedən materiallar rəqəmsal daşıyıcılara köçürülərək Vətənə qaytarılıb. Xatırladaq ki, sabah saat 12:00-da Muzey Mərkəzində Rusiyada saxlanılan Azərbaycan musiqi folkloru nümunələrinə özgələrin sahib çıxmaq cəhdi haqqında mətbuat konfransında musiqi yazılarının əldə olunması ilə bağlı maraqlı faktlar açıqlanacaq, materiallar üzərində tədqiqat işləri barəsində məlumat veriləcək.
    05.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30