Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 34 35 36 37 38 39 40 41 42 » #
    “Təbəssüm” Ukraynada xüsusi diplomlara layiq görülüb
    Ukraynanın Kiyev şəhərində keçirilən “Günəşli şabalıd” II Beynəlxalq Xeyriyyə Festivalına Azərbaycan rəqsi də qatılıb. Musiqili Komediya Teatrından “KƏLAMİNFO”ya verilən xəbərə görə, “Paytaxt günləri” çərçivəsində “Vitaminlər” rəqs qrupunun təşkilatçılığı ilə keçirilən festivalda ölkəmizi teatrın nəzdində fəaliyyət göstərən “Təbəssüm” rəqs qrupu təmsil edib. Beş xarici ölkənin qatıldığı festivalın açılışı İvan Franko adına Dram Teatrında olub. Azərbaycan Milli rəqslərini ifa edən istedadlı rəqqaslarımız bu mötəbər festivalda etimadı doğruldaraq Ukrayna Mədəniyyət Nazirliyi, Kiyev şəhər meri və “Xoreoqrafiya birliyi”nin xüsusi diplomlarına layiq görülüb. Xatırladaq ki, bu layihə Ukrayna Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhər merinin rəsmi tədbirləri silsiləsinə, eyni zamanda Kiyev günləri proqramına daxildir.
    01.06.11 Məqaləni oxumaq
     
    “Onun ürəyi” uşaqlara bayram hədiyyəsi olacaq
    Azərbaycan kinosunda çoxdandır müraciət olunmayan müzikl janrında film çəkilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verdiyi məlumata görə, yeni film uşaqlar üçün nəzərdə tutulub və 1 iyun Uşaqları Beynəlxalq Müdafiə Günündə Teatr Xadimləri İttifaqının Tamaşa zalında təqdim olunacaq. Xatırladaq ki, “Onun ürəyi” bədii-musiqili nağıl filmində kompyuter qrafikasından geniş istifadə olunub. Qeyd edək ki, təqdimatı bu gün saat 19:00-da nəzərdə tutulan filmin quruluşu Samir Kərimoğluna, musiqisi Vüqar Camalzadəyə aiddir. Baş rollarda Murad Abdullayev, Aysel İbrahimova və Aygün Rəhimova çəkilib. Təkcə filmin nümayişi ilə məhdudlaşmayacaq tədbirdə təşkilatçılar tərəfindən uşaqlar üçün bir neçə sürpriz də hazırlanıb.
    01.06.11 Məqaləni oxumaq
     
    Bakı Uşaq Teatrı 10-cu ilinə qədəm qoyub
    “Körpəm” adı ilə fəaliyyətə başlayan Bakı Uşaq Teatrı 10-cu ilinə qədəm qoyub. Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan “KƏLAMİNFO”ya bildirib ki, bu sahədə Cənubi Qafqazda peşəkar olan Bakı Uşaq Teatrı səhnələşdirdiyi tamaşalarla bütün gücünü maarifləndirməyə həsr edir. Bu barədə danışan direktor uşaqların hüquqlarının pozulmasını qeyd edib, valideynlər və cəmiyyətin burada rolunun olmasını təəssüflə bildirib. “Əgər 65% uşaqlar ana südündən məhrum olunursa, evlərdə, küçə və parklarda uşaqlar başlı-başına buraxılırsa, bu uşaqların hüquqlarının pozulması deyilmi?”,-deyə vurğulayan İ.Soltan teatrda yalnız uşaqlar üçün deyil, tamaşaların yuxarı yaş təbəqələrinin nümayəndələri üçün də nəzərdə tutulduğunu bildirib.
    01.06.11 Məqaləni oxumaq
     
    Riqada simfo-muğam konserti keçirilib
    Mayın 29-u Riqada, Latviya filarmoniyasında Azərbaycanın Respublika gününə həsr olunan simfo-muğam konserti keçirilib. Latviyanın musiqili şəhəri olan Lepayanın 70 nəfərlik simfonik orkestri, Azərbaycanın Əməkdar artisti Yalçın Adıgözəlov və “Qarabağ” triosu - Azərbaycanın Xalq artisti, xanəndə Mənsum İbrahimov, Əməkdar artist, tar ifaçısı Elçin Həşimov və Əməkdar artist, kamança ifaçısı Elnur Əhmədov Filarmoniya səhnəsində Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərini muğamla birlikdə Latviya tamaşaçılarına təqdim ediblər. “KƏLAMİNFO”nun məlumatına görə, konsert anşlaqla keçib. Tamaşaçılar öz təəssüratlarını bölüşərək bildiriblər ki, muğam qeyri-adi musiqidir, insanı sağaldır və ruhunu təmizləyir. Konsert haqqında məlumat birinci növbədə informasiya portallarında, radiolarda və televiziyada yayımlanıb. Şəhərin 70-ə yaxın məntəqəsində, avtobus dayanacaqlarında simfonik konsert haqqında məlumatı əks etdirən 2 metrlik reklam lövhələri yerləşdirilib.
    01.06.11 Məqaləni oxumaq
     
    Gənc Tamaşaçılar Teatrının iyun repertuarında nələr olacaq?
    Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti ay üçün öz repertuarını müəyyənləşdirib. Teatrın baş rejissoru Cənnət Səlimovanın “KƏLAMİNFO”ya verdiyi məlumata görə, artıq təqdim olunacaq tamaşaların afişası da hazırdır. Cari ilin iyunun 4-də Y.Şvartsın “İfritin kələyi”, Ə.B Haqverdiyevin “Pəri Cadu”, 5-də Ş.Perronun “Çəkməli pişik”, K.Hamsunun “Viktoriya”, 11-də B.Marvinin “Yatmış gözəl”, İ.Fəhmi və O.Kazıminin “Axırıncı qatar”, 12-də A.Şaiqin “Tıq-tıq xanım”, T.Vəliyevanın “Mənim ağ göyərçinim”, 18-də X.Əlibəylinin “Dovşanın ad günü”, M.F.Axundovun “Hekayəti Xırs quldurbasan”, 19-da Azərbaycan xalq nağılı “Göyçək Fatma”, C.Cabbarlının “Aydın”, 25-də Ərəb xalq nağılı “Ələddinin sehrli çırağı”, Ə.Əmirlinin “Mən səni sevirəm”, 26-da S. Marşakın “Pişiyin evi”, H.Cavidin “Şeyx Sənan” tamaşaları təqdim olunacaq. Qeyd edək ki, Gənc Tamaşaçılar Teatrının afişasında yer alan bu tamaşalar göstərilən tarixlərdəki ardıcıllıq üzrə saat 12:00 və 19:00-da göstəriləcək.
    28.05.11 Məqaləni oxumaq
     
    Bakı Uşaq Teatrı Türkiyədədir
    Bakı Uşaq Teatrı Ərzurumdadır. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərin məqsədi Ərzurum Gənclik və İdman Bölgə Müdürlüyü və Ərzurum teatrının birgə layihəsi olan III Gənclik Mərkəzi Teatr Festivalında iştirak etməkdir. 31 may tarixinədək davam edəcək festivala BUT “Turp” xalq nağılı əsasında “Gücümüz birliyimizdədir” tamaşası ilə qatılıb. Xatırladaq ki, keçən il festivala “Vətən” tamaşası ilə qatılan teatr 28 May Respublika Günü münasibətilə festivaldan kənar dövlətçilik maraqlarına, dövlət atributlarımıza – himnimizə və bayrağımıza həsr olunmuş həmin tamaşasını bir daha məşhur Ərzurum Universitetində təqdim edəcək!
    27.05.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti Ukraynada konfransa qatılacaq
    Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti Yaltada keçiriləcək Kiyev Təşəbbüsü Regional Proqramının iştirakçı ölkələrinin Mədəniyyət Nazirlərinin konfransında iştirak edəcək. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, konfrans cari ilin 26-27 may tarixlərində Ukraynanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi çərçivəsində keçiriləcək. Xatırladaq ki, konfrans zamanı “Kiyev Təşəbbüsü: inkişaf etməkdə olan mədəniyyətlərarası dialoq, mədəniyyət siyasəti və vətəndaş cəmiyyəti arasında sinerji – təcrübələr, problemlər və gələcək perspektivlər”, “Kiyev təşəbbüsü regionlar üzrə mədəniyyət siyasəti: son zamanlar ərzində baş verən dəyişikliklər və çətinliklər”, “Kiyev Təşəbbüsü: 2-ci Pilot Layihə: Tarixi şəhərlərdə mədəni irsin bərpa edilməsi” və “Qara Dəniz və Cənubi Qafqaz regionu Mədəniyyət Nazirlərinin Şurası konsepsiyası” kimi sənədlər müzakirə olunacaq.
    27.05.11 Məqaləni oxumaq
     
    Azərbaycan Meksikada mədəniyyət yarmarkasında təmsil olunur
    Mexiko şəhərində ənənəvi “Dost ölkələrin mədəniyyət yarmarkası” başlayıb. 15 gün davam edəcək yarmarkada Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan səfirliyi də təmsil olunur. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyimizdən veriblər. Yarmarka, Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklər vasitəsi ilə öz ölkələrinin mədəniyyətinin təbliği və tanıdılması üçün Mexiko şəhərinin hökuməti tərəfindən təşkil edilib. Təşkilatçıların bildirdiyinə əsasən, 30 milyonadək əhalisi olan Mexiko şəhərində gündəlik olaraq bir neçə milyon şəhər sakini və turist yarmarkanı ziyarət edirlər. Azərbaycan üçün ayrılmış ərazidə milli suvenirlər, xalçalar, Azərbaycanın tarixi, mədəniyyəti, mətbəxi, musiqisi, adət-ənənələri haqda məlumatlarla yanaşı, ölkə haqda məlumatlar, Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə çap və elektron materiallar nümayiş etdirilir və paylanılır.
    25.05.11 Məqaləni oxumaq
     
    «Eurovision» qalibimizin qızı müğənni olmaq arzusundadır
    «Eurovision»un builki qalibləri Nigar Camal və Eldar Qasımov müsabiqənin rəsmi saytına geniş müsahibə veriblər. “KƏLAMİNFO”nun məlumatına görə, onlar müsabiqə başa çatsa da, rahat yuxu yata bilmədiklərini bildiriblər.
    Bunu daima tədbirlərdə, görüşlərdə və onlar üçün təşkil edilən ziyafətlərdə iştirak etdikləri ilə əsaslandırıblar. Nigar Camal deyib ki, müsabiqədən üç gün sonra yatdığı yuxu cəmi 7 saat edib: «Amma qələbə sevinci bizə bütün yorğunluq və yuxusuzluğu unutdurub».
    Nigar Camal onu da vurğulayıb ki, onun səhnədə böyük uğurundan sonra böyük qızı müğənni olmaq arzusuna düşüb. O, gələcəkdə anası kimi «Eurovision» səhnəsinə çıxmaq həvəsindədir.
    24.05.11 Məqaləni oxumaq
     
    Aydın İsmiyev: “Ermənilərin Dağlıq Qarabağdakı turizm fəaliyyəti ilə bağlı etiraz bildirəcəyik”
    “Dağlıq Qarabağda ermənilər tərəfindən otellərin, turizm müəssisələrinin açılması, onların orada turizm fəaliyyəti göstərməsi qanunsuzdur”. “KƏLAMİNFO”un məlumatına görə, bunu Mədəniyyət və Turizm Nazirliyinin Turizmin təşkili şöbəsinin müdiri Aydın İsmiyev bildirib. “Təbii ki, onlar bizdən lisenziya almayıblar, almayacaqlar da”,-deyən şöbə müdirinin sözlərinə görə, tövsiyə oluna və siyahı yerləşdirilə bilər ki, turistlər orada yerləşməsinlər: “Oralar bizim ərazilərdir, ermənilər tərəfindən işğal edilib, müvəqqəti olaraq ora nəzarət imkanlarını itirmişik, lakin bu, o demək deyil ki, onlar turizm fəaliyyəti ilə məşğul ola bilərlər. Biz hər yerdə bildiririk ki, o ərazilər Azərbaycanın işğal altında olan torpaqlarıdır və ermənilərin orada fəaliyyət göstərməsi qeyri-qanunidir. Onların Qarabağda turizm xidməti göstərməsi qanunsuzdur”.
    23.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 34 35 36 37 38 39 40 41 42 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30