Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    Ağsuda aparılan arxeoloji tədqiqatların son nəticələri açıqlanacaq
    İyunun 11-də “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyası Ağsu şəhərində KİV nümayəndələri üçün “Ağsuda aparılan arxeoloji tədqiqatların ən yeni nəticələri” və “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turlarının təqdimatına həsr olunan brifinq keçirəcək. “KƏLAMİNFO”nun məlumatına görə, Ağsu arxeoloji ekspedisiyasının rəis müavini, AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli qeyd edib ki, brifinq iştirakçıları yolüstü “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turuna daxil olan Diri Baba türbəsini (Qobustan) və Şamaxı rayon Tarix Diyarşünaslıq Muzeyini ziyarət edəcəklər. İştirakçılar Ağsuda aparılan qazıntılarla, bərpa və konservasiya işləri ilə tanış olacaq, arzu edənlərə qazıntı işlərində iştirak etmək imkanı yaradılacaq. Mədəni irsin təbliğində fəal iştirak edən KİV nümayəndələrinə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Ağsu arxeoloji ekspedisiyasının xüsusi diplomları təqdim ediləcək.
    08.06.11 Məqaləni oxumaq
     
    Turizm sahəsində təlim filmi çəkiləcək
    “Prezidentin sərəncamı ilə bu il “Turizm ili” elan olunduqdan sonra digər qurumlar kimi QHT-lər də bu işə ictimai dəstək vermək istiqamətində aktiv fəaliyyətə başlayıblar. Amma bundan əvvəl də Qeyri-Hökumət Təşkilatları turizm sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar müxtəlif layihələr həyata keçiriblər”. “KƏLAMİNFO” xəbər verir ki, bunu QHT-lərə Dövlət Dəstəyi Şurasının Icraçı Direktoru Fərasət Qurbanov deyib. Onun sözlərinə görə, turizm sahəsində təşəbbüslər şura tərəfindən daim dəstəklənib və dəstəklənməkdədir: “Məsələn, əvvəlki illərdə yaşıl turizmin inkişafına dair layihələr müsbət cavablandırılıb. Bu layihələr nəticəsində ölkənin turizm imkanları olan rayonlarında əhalinin fərdi təsərrüfatlarının imkanları öyrənilib, onların turizmə, turistlərin istirahəti və yaşaması üçün yararlı olan yerləşmə məkanları müəyyənləşib və həmin kənd evlərindən ibarət kataloq yaradılıb. Bu kataloq ictimaiyyət arasında elektron vasitələrlə yayınlanır və rayonlara səfər edən turistlər həmən yerləşmə məkanlarının xidmətlərindən istifadə edirlər. Artıq cənub regionu üzrə Astara rayonunun belə bir kataloqu hazırdır.
    07.06.11 Məqaləni oxumaq
     
    Səfirin Misirdə Azərbaycan xalçalarına həsr olunmuş məqaləsi dərc edilib
    UNESCO-nun Qeyri-maddi irs siyahısına salınmış Azərbaycan xalçaçılıq sənətinin Misirdə və ərəb dünyasında daha geniş şəkildə təbliği məqsədlə Misir Mədəniyyət Nazirliyi və Qahirə Opera evinin mətbuat orqanı olan “Əl-Xəyal” jurnalının may-iyun ayları üzrə olan sayında “Azərbaycan gözəllik, incəsənət və zərif ilmələrin paytaxtıdır” adı altında səfir Ş.Abdullayevin Azərbaycan xalçalarına həsr olunmuş məqaləsi dərc edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Misirdəki səfirliyimizdən bildiriblər.
    07.06.11 Məqaləni oxumaq
     
    Milli Kitab Mükafatı münsiflərin ballarını açıqlayıb
    Milli Kitab Mükafatının təsisçisi Nigar Köçərli Münsiflər Heyətinin finala düşən 10 əsərə verdiyi balı açıqlayıb. “KƏLAMİNFO” xəbər verir ki, MKM-in qalibi Pərvizin “Yad dildə” əsərinə Niyazi Mehdi, Rafiq Əliyev, Cəmil Həsənli, Şahbaz Xuduoğlu, Rüstəm İbrahimbəyov, Elçin Şıxlı və Mehriban Ələkbərzadə 10 bal verib. MKM-dən imtina etmiş münsiflərdən Rəşad Məcid Pərvizə 7 bal, Çingiz Abdullayev 5 bal, Rəbiyyət Aslanova isə 3 bal verib. Vaqif Səmədoğlu isə heç bir səsvermədə iştirak etməyib.
    07.06.11 Məqaləni oxumaq
     
    Litvada təhsil alan tələbələr “Azərbaycan Kino Gecəsi” keçirib
    Litva Respublikasında təhsil alan Azərbaycan tələbələri Kaunas şəhərində “Azərbaycan Kino Gecəsi” adlı tədbir keçiriblər. “KƏLAMİNFO”nun məlumatına görə, 50 nəfərdən çox yerli və xarici tələbənin, o cümlədən müəllim-professor heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan “Odlar Yurdu Təşkilatı”nın Litvadakı nümayəndəsi tələbə Samir Musayev gələn qonaqlara öz təşəkkürünü bildirib. Çıxışdan sonra tələbələrimiz Azərbaycan kino sənətinin tarixinə həsr olunmuş qısa təqdimat ediblər. Təqdimatdan sonra isə beynəlxalq film festivalları üçün çəkilmiş, altyazısı ingilis dilində olan qısametrajlı “Ev” və “Düyün” filmləri nümayiş etdirilib. Filmlər arasındakı fasilədə isə qonaqların Azərbaycan milli şirniyyatlarını dadmaqlara fürsətləri olub. Sonda isə gələn qonaqlara ölkəmizin milli ornamentlərini özündə əks etdirən hədiyyələr təqdim edilib.
    07.06.11 Məqaləni oxumaq
     
    “Muğam Televiziya Müsabiqəsi – 2011”-in “Böyük Final”ına 8 gün qaldı
    “Muğam Televiziya Müsabiqəsi-2011”in yarımfinal mərhələsi başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, 20 nəfər gənc xanəndədən ibarət yarımfinalçılar arasından “Böyük final”a 6 nəfər keçib. Tanınmış incəsənət xadimləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Ramiz Zöhrabov, Səkinə İsmayılova, Mənsum İbrahimov, Əməkdar incəsənət xadimi Nadir Axundov gənc xanəndələrdən Səbinə Ərəbli, Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Nigar Şabanova, Məmməd Nəcəfov və Ariz Hüseynovu 70 balla qiymətləndirərək finala keçmələrinə vəsiqə veriblər. Xatırladaq ki, “Böyük final” cari ilin 10 iyun tarixində saat 21:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
    04.06.11 Məqaləni oxumaq
     
    Çingiz Abdullayev: “Axmaq sensasiyalarla və ya kimisə təhqir etməklə kitab yazmaq olmaz”
    «Mən yazıçıları pislərə və yaxşılara bölmürəm, mən onları yaza bilənlərə və yaza bilməyənlərə bölürəm». Bunu “KƏLAMİNFO”ya müsahibəsində Yazıçılar İttifaqının katibi, yazıçı Çingiz Abdullayev bildirib. Çingiz Abdullayev Yazıçılar İttifaqına qarşı «qruplaşma» yaradan və özünü postmodernist adlandıran gənc yazıcılara da münasibət bildirib: «Axı sensasiya, söyüşlə və ya axmaq yazı yazanda sən nə qazanırsan? Yazıçı o adamdır ki, kitab yaza bilir və bu kitab oxucuları cəlb edir. Mən deyə bilmərəm ki, onların çoxu belə yazıçıdır. Biri özünü söyür, o birisi başlayır Füzulini, ya Mirzə Cəlili təhqir etməyə. Bir yazıçımız var idi, başlamışdı Səməd Vurğunun əleyhinə yazı yazmağa. Təbii ki, biz Yazıçılar İttifaqında yığışıb onu ittifaqdan xaric etdik. Sonra başladı bizi təhqir etməyə.
    03.06.11 Məqaləni oxumaq
     
    Nabrana turizm infoturu təşkil olunur
    İyunun 4-5-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Palma” İstirahət Mərkəzinin təşkilatçılığı ilə Nabranın turizm potensialının təqdimatı ilə bağlı Xaçmaz rayonuna infotur təşkil ediləcək. Nazirliyin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tur regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədi daşıyır. Xatırladaq ki, respublikamızın ən gözəl rayonlarından olan Xaçmaza yerli turizm şirkətləri və kütləvi informasiya vasitələrinin iştirakı ilə infoturun təşkil olunması da layihənin əsas məqsədləri içərisindədir. Qeyd edək ki, bu infoturda Mədəniyyət və Turizm Nazirliyi, turizm şirkəti əməkdaşları və Kütləvi İnformasiya Vasitələri nümayəndələrindən ibarət 40 nəfərlik heyətin iştirakı nəzərdə tutulub.
    02.06.11 Məqaləni oxumaq
     
    “Eurovision-2011” yarışmasının qaliblərinin şərəfinə marka çap olunur
    “Eurovision-2011” yarışmasının qalibləri Eldar və Nigarın şərəfinə “Azərmarka” şirkəti tərəfindən marka çap olunur. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Nəfis şəkildə 15 min tirajla çap olunan markalarda qaliblərimizin fotosu həkk olunacaq. Markalar çap olunduqdan sonra kütləvi şəkildə satışa buraxılacaq. Məktubların üzərinə vurulan bu markalar bütün dünyaya yayılacaq.
    02.06.11 Məqaləni oxumaq
     
    Almaniyanın Giessen Universitetində Azərbaycan kitab bölümü açılıb
    Almaniyanın Giessen Universiteti Kitabxanasının Şərqşünaslıq və Türkologiya bölməsində Azərbaycan kitab bölümü açılıb. Bu barədə “KƏLAMİNFO”ya Diasporla iş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bu bölümə müxtəlif mövzuda Azərbaycan, türk, rus, alman, ingilis və fransız dillərində 200-dən artıq kitab təqdim edildiyi bildirilib. Bölmənin rəhbəri Dr. Bernhard Friedmanın Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciətindən sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə və onunla birgə əməkdaşlıqda adı çəkilən kitab bölümünün açılmasına qərar verilib. Dr.Friedmanın sözlərinə görə, universitetin rəhbərliyi Azərbaycan Respublikasına artan marağı və Azərbaycan haqqında daha ətraflı məlumat almaq üçün universitetin nəzdində həmin ölkəyə aid kitab bölümünün açılmasını məqsədəuyğun sayıb və yardım üçün Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciət edib.
    02.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30