Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 32 33 34 35 36 37 38 39 40 » #
    Azərbaycanda teatr festivalı başlayır
    Bu gündən etibarən “Yeni Teatr” II Respublika Festivalına start verilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirminci ildönümünə həsr olunan festivalın təşkilat komitəsinə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev sədrlik edir. Təşkilat komitəsinə İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva, Teatr sektorunun müdiri Naidə İsmayılzadə, Teatr sektorunun baş məsləhətçisi Vəfa Novruzova, Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri Vasif Fərzullayev, Lənkəran Dram Teatrının direktoru İslam Həsənov, Teatr Muzeyinin müdir müavini Nazim Məmmədov, Az.TV-nin əməkdaşı, rejissor Rövnəq Həsənzadə daxildirlər. Festivalın rəsmi qonaqları sırasında isə Xalq artisti, TXİ-nin sədri Azərpaşa Nemətov, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, sənətşünaslıq namizədi Aydın Talıbzadə, dramaturq Əli Əmirli, Xalq artisti Amaliya Pənahova, Musiqili Komediya Teatrının direktoru Əliqismət Lalayev, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov, TXİ-nin katibi, teatrşünas Kəmalə Cəfərzadə yer alıblar.
    22.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan xalçaları ABŞ-da təqdim olunur
    Vaşinqtondakı Qarabağ Fondu “Azərbaycan xalçaları” aylığı çərçivəsində keçirilən silsilə tədbirləri davam etdirir. Bu barədə “KƏLAMİNFO”ya Qarabağ Fondundan məlumat verilib. ABŞ-ın Azərbaycan əsilli xalça ustası Davud Zahirpurun xalça salonunda Azərbaycan xalçalarının sərgisi keçirilib və sərgiyə 200-dən çox ziyarətçinin qatılıb. Tədbirdə Azərbaycanın dostu sayılan musiqşünas Jeffry Werbock qonaqlara Qarabağ xalçaçılıq məktəbi və bu qədim sənətin Azərbaycanda ənənəsi haqqında məlumat verib. Sərgidə 40-a yaxın xalça nümayiş olunub.
    21.06.11 Məqaləni oxumaq
     
    Dövlət Kukla Teatrı 21-ci olmağa hazırlaşır
    Bu il Bakıda Beynəlxalq Kukla Teatrı Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivala hazırlıq işləri aparılır. Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən dəvət olunan 25 ölkə festivala qatılarsa və uğurla baş tutarsa, Azərbaycan Beynəlxalq Kukla Teatrları Assosiasiyasına üzv qəbul olunacaq. Xatırladaq ki, 1966-cı ildə amerikalı prodüser Cim Henson tərəfindən yaradılan Assosiasiyanın üzvlüyündə 20 ölkə var.
    21.06.11 Məqaləni oxumaq
     
    Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümü başa vurur
    Azərbaycanda Teatr mövsümünün başa çatması ilə əlaqədar Gənc Tamaşaçılar Teatrı da özünün 83-cü mövsümünü başa vurmağa hazırlaşır. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bölgələrə səfəri çərçivəsində iyulun 6-da Kürdəmir rayon Mədəniyyət evində M.F.Axundovun “Sərgüzəşti vəziri-xani Lənkəran” tamaşasını təqdim edəcək və bununla da mövsümü başa vuracaq. Qeyd edək ki, mövsümü başa vuran teatr kollektivi 1 sentyabradək məzuniyyətə buraxılacaq.
    20.06.11 Məqaləni oxumaq
     
    14-cü TÜRKSOY Opera Günləri keçiriləcək
    Cari ilin 19-29 iyun tarixlərində Türkiyənin Mersin, Girnə və İstanbul şəhərlərində XIV TÜRKSOY Opera Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, Opera günləri çərçivəsində konsertlərin iyunun 22-də Mersində, 24-26-da Girnədə, 28-də isə İstanbulda keçirilməsi planlaşdırılıb. Məşhur tatarıstanlı şair Abdullah Tukayın 125 illik yubileyinə həsr olunacaq tədbirlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Krım, Xakasiya, Şimali Kipr, Başqırdıstan, Tatarıstan, Moldovanın Qaqauz Yerindən 13 sənətçi iştirak edəcək. Qeyd edək ki, TÜRKSOY Baş Katibliyi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan opera sənətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, bir sıra beynəlxalq vokal müsabiqələri və festivalların iştirakçısı olan, "Koroğlu" operasında Nigar, "Şah İsmayıl" operasında Gülzar, "Traviata" operasında Violetta və başqa partiyaları böyük uğurla ifa etmiş İlahə Əfəndiyeva təmsil edəcək.
    18.06.11 Məqaləni oxumaq
     
    Gənc Tamaşaçılar Teatrı “Məhv olmuş gündəliklər”i vərəqləyir
    Dövlət Gənc Tamaşaçılar Teatrı Xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”inə ikinci səhnə ömrü bəxş edib. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, eyniadlı tamaşa üzərində yeni heyətin yaradıcılıq işləri başa çatmaq üzrədir. Musiqi tərtibatı Mixail Simanovskiyə məxsus olan tamaşada əsas rolları Əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Nəsibə Eldarova, Rasim Cəfərov, Elnur Hüseynov, Nicat Kazımov, Elnur Kərimov, Günel Məmmədova, Şəbnəm Hüseynova, Elşən Rüstəmov, Sərvər Əliyev, Rəşad Səfərov, Kərəm Hadızadə, Elşən Şirəliyev, Manaf Dadaşov, Asya Atakişiyeva, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev ifa edəcəklər.
    17.06.11 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev: “Azərbaycana 50-60 min turistin gələcəyi gözlənilir”
    “Eurovision-2012” müsabiqəsinin Bakıda keçirilməsi ilə bağlı Azərbaycana 50-60 min turistin gələcəyi gözlənilir. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Onun sözlərinə görə, Bakıya gələcək turistlərin qəbulu üçün bir sıra nazirliklər və dövlət qurumları öz səlahiyyətləri çərçivəsində müvafiq işlər görürlər. “Bunun üçün Azərbaycanda 6 beşulduzlu otel istifadəyə veriləcək və bundan başqa qonaqların qəbulu üçün 3 kompleksdə hazırlıq gedir”,-deyə nazir vurğulayıb. Ə.Qarayev turistlərin online sistemi ilə təmin olunması üçün sentyabr-oktyabr aylarından başlayaraq bütün otellərdə online sistemi qurulacağını da əlavə edib.
    16.06.11 Məqaləni oxumaq
     
    «Eurovision» qalibləri Natəvan Həbibiyə dəstək olacaqlar
    Xəbər verdiyimiz kimi, müğənni Natəvan Həbibi iyunun 14-də Türkiyədə keçiriləcək «Turkvision» yarışmasında Azərbaycanı təmsil edəcək. “KƏLAMİNFO”nun məlumatına görə, nümayəndə heyəti sabah qonşu dövlətə yola düşür. Heyətin sırasına daxil olan radio aparıcısı İlahə Şıxlinskaya bildirib ki, müsabiqə Pamuqqalada keçiriləcək. Həmin yarışmaya «Eurovision»un builki qalibləri Eldar və Nigar da qonaq qismində qatılacaq və təmsilçimizə dəstək olacaqlar. Qeyd edək ki, N.Həbibi yarışmada Murad Arifin bəstəsi olan «Təyyarələr»i səsləndirəcək.
    11.06.11 Məqaləni oxumaq
     
    Uşaqlarımız Beynəlxalq Festivala hazırlaşır
    Bolqarıstanın Albena şəhərində “Dəniz simfoniyası” adlı Beynəlxalq Uşaq Festival - müsabiqəsi keçiriləcək. Ölkəmizi bu festivalda “Günay” Uşaq Teatrı təmsil edəcək. Teatrın rəhbəri Larisa Tarusovanın “KƏLAMİNFO”ya verdiyi məlumata görə, Azərbaycanın ilk dəfə qatılacağı festivalda teatrın kollektivi “Balıqçı və balıq nağılı” adlı tamaşanı təqdim edəcək. Xatırladaq ki, “Dəniz simfoniyası” Beynəlxalq Uşaq Festivalının cari ilin iyul ayının 10-dan 16-dək keçirilməsi planlaşdırılıb.
    10.06.11 Məqaləni oxumaq
     
    İctimai Televiziyanın aparıcısı jurnal redaktoru oldu
    İctimai Televiziyanın məşhur simalarından olan teleaparıcı Leyla Əliyeva yaxın günlərdə satışa çıxarılacaq «Həzz» adlı jurnala baş redaktorluq edir. “KƏLAMİNFO” məlumat verir ki, dərgi müasir insanların həyat tərzi ilə bağlı məqamları özündə əks etdirəcək. Və hər bir kəs burada özünə lazım olan nələrisə əldə edə biləcək. «Bizdə Avropadan fərqli olaraq jurnal sahəsi bir o qədər inkişaf mərhələsini tapmayıb. Mənim yerli dərgilərdən oxuduqlarım var. Amma istədim ki, buraxacağım jurnal tək qadınların və ya tək kişilərin yox, bütöv bir ailənin oxuya biləcəyi, onları ətrafına toplaya biləcək bir dərgi olsun» - deyən Leyla Əliyeva bildirdi ki, jurnal həm dəbi işıqlandıracaq, həm maraqlı insanlarla müsahibələr olacaq, həm də tarixi yazılar yer alacaq. Bir sözlə, baş redaktor ictimaiyyətin marağını təşkil edən məqamların «Həzz»də əksini tapacağına söz verdi.
    09.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 32 33 34 35 36 37 38 39 40 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30