Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 28 29 30 31 32 33 34 35 36 » #
    İlkin Əhmədov “Qarabağ şikəstəsi”nə klip çəkdirəcək
    “Mənim planlarımın əvvəlində muğam dəsgahlarımızı yazmaq durur”. Bu sözləri “KƏLAMİNFO”ya müsahibəsində Birinci Respublika Muğam Müsabiqəsinin laureatı, Akademik Opera və Balet Teatrının solisti İlkin Əhmədov deyib. Yay mövsümü və istirahət vaxtının olmasına baxmayaraq, yaradıcılıq işlərini davam etdirən gənc xanəndə cari ilin oktyabr ayında 2-ci diskini də buraxacağını bildirib: “Bilirsiniz ki, bir diskim artıq işıq üzü görüb, hal-hazırda isə ikinci diskimin üzərində işləyirəm. Allah qismət edərsə, oktyabr ayında buraxılacaq bu diskimdə xalq və bəstəkar mahnıları yer alacaq”. 2008-ci ildən Opera və Balet Teatrının solisti olan, gənc Məcnun kimi fəaliyyət göstərən İlkin Əhmədov 30 illik fasilədən sonra “Əsli və Kərəm” operasında Kərəm rolunu canlandırmağın məhz onun qismətinə düşdüyünü qeyd edib. Yayın isti günlərində elə öz yaradıcılığından da hərarətlə danışan İlkin Əhmədov “Aşıq Qərib” operasında da rol alacağını, qastrol səfərlərinin olacağını söyləməklə bərabər, Opera və Balet Teatrında yeniliklərin gözlənildiyini də vurğuladı: “Bilirsiniz, yaradıcılıqla məşğul olan şəxs elə bir sahənin işçisidir ki, orada onun üçün hər zaman iş olur. Mənim planlarım çoxdur.
    20.08.11 Məqaləni oxumaq
     
    Şəmkirdə aparılan arxeoloji qazıntıların təqdimatı keçiriləcək
    Avqustun 20-si Şəmkir rayonunun Qaracəmirli qədim yaşayış məskəni ərazisində aşkar edilən maddi-mədəniyyət nümunələrinin təqdimat mərasimi keçiriləcək. AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovun iştirakı ilə keçiriləcək təqdimat Şəmkirdə reallaşacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-dan veriblər. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə institut əməkdaşları Şəmkirin köhnə yaşayış məskənlərindən hesab olunan Qaracəmirli kəndində apardıqları arxeoloji qazıntılar zamanı eramızdan əvvəlki əsrlərə təsadüf edən şəhər yerini müəyyən ediblər. Burada Qafqazın ən qədim tikilisi, təxminən 2500 il bundan öncə inşa olunan saray tipli inzibati bina aşkarlanıb.
    19.08.11 Məqaləni oxumaq
     
    Azərbaycana gəlmək istəyən ölkələrin sayı 42-yə çatıb
    Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012” mahnı yarışmasında iştirak etmək istəyən Albaniya, Bolqarıstan, Böyük Britaniya, İrlandiya, Makedoniya, Malta, Moldova, Latviya, Litva, Polşa, Rusiya, Serbiya və Ukraynanın da adları təsdiqlənib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bu ölkələrin də müsabiqədə iştirak istəyi təsdiqləndikdən sonra 2012-ci il müsabiqəsinin iştirakçılarının sayı 42-yə çatıb. Qeyd edək ki, bunlar Azərbaycan da daxil olmaqla Almaniya, Albaniya, Avstriya, Böyük Britaniya, Belçika, Belarus, Bosniya-Herseqovina, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, Fransa, İsveç, İsveçrə, İsrail, İtaliya, İspaniya, İrlandiya, Yunanıstan, Kipr, Türkiyə, Gürcüstan, Latviya, Litva, Macarıstan, Makedoniya, Malta, Moldova, Niderland, Norveç, Polşa, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, Serbiya və Ukraynadır. Xatırladaq ki, 57-ci “Eurovision” mahnı müsabiqəsi Bakıda 2012-ci ilin mayın 22-si, 24-ü və 26-da keçiriləcək.
    17.08.11 Məqaləni oxumaq
     
    TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri öz işinə başlayıb
    Bu gündən etibarən Qazaxıstan Respublikasında Ust-Kamenoqorsk şəhərində TÜRKSOY foto-rəssamlarının VIII Beynəlxalq yaradıcılıq tədbiri start götürüb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, tədbir Qazaxıstan Respublikasının Dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönmünə həsr olunub. TÜRKSOY foto-rəssamlarının bu ilki yaradıcılıq görüşündə ölkəmizi gənc fotoqraf-rəssam, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Şamil Talıbov təmsil edir.
    17.08.11 Məqaləni oxumaq
     
    Azərbaycan kitabxanalarının beynəlxalq əlaqələri genişlənir
    Azərbaycan kitabxanaları ilə dünya kitabxanalarının əlaqələrinin genişləndirilməsi sahəsində görülən işlər davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin Kitabxana Sektorunun məsləhətçisi Samir Abbasov Azərbaycan kitabxanaları ilə Bosniya və Hersoqovina kitabxanaları arasında əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə Sarayevo və Tuzla kantonuna səfər edib. Qeyd edək ki, səfər çərçivəsində kitabxanalararası əməkdaşlığın yaradılması, sözügedən ölkə kitabxanalarında Azərbaycan guşəsinin yaradılması, kitabxana-informasiya sahəsində təcrübə mübadiləsinin aparılması və s. məsələlər müzakirə olunacaq.
    17.08.11 Məqaləni oxumaq
     
    Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
    Bu gün Bəxtiyar Vahabzadənin doğum tarixidir. Yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” şeri ilə başlayan Bəxtiyar Vahabzadə sonralar “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad”, “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət”, “Leninlə söhbət”, “Muğam”, “Gülüstan” adlı şer və poemalar yazaraq xalqın Bəxtiyarına çevrilib. 
    Əsərləri dünyanın bir çox dillərinə, o cümlədən ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar, keçmiş Sovetlər Birliyi xalqlarının dillərinə tərcümə edilən şair 70-dən artıq şeir kitabı, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin, eləcə də tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın müəllifidir.
    1925-2009. Bu rəqəmlər Bəxtiyar Vahabzadənin həyata gözünü açıb-yumduğu illəri göstərir. 84 il. Bu heç də böyük göstərici deyil, ömrünü qələminə və maarifə həsr edən bir insan üçün. O qələmə ki, “Ayaqlar altında yer oldu tapdaq., Sirrini, məğzini bilmədik ancaq... Tapdaq etdiyimiz bu qara torpaq., Əbədi mənzilin damı deyilmi?” deyə hayqırırdı. O maarifə ki, “Nə qədər istəyirsə, min o qədər fırlana., Qarşıma gah şər çıxa, gah xeyir dığırlana., Çərxi-fələk istəyir lap dolana tərsinə., Əqidəmi heç nəyə dəyişmərəm mən yenə” deyərək xalqı tarixinə sahib çıxmağa səsləyirdi.
    Xatırladaq ki, Bəxtiyar Vahabzadə uzun sürən xəstəlikdən sonra 84 yaşında Bakıda vəfat edib.
    16.08.11 Məqaləni oxumaq
     
    “Eurovision–2012”-də iştirak edəcək ölkələrin sayı 29-a çatdı
    Ölkəmizdə ilk dəfə keçiriləcək “Eurovision–2012” mahnı yarışmasında iştirak etmək istəyən daha 4 ölkə təsdiqlənib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, hələlik son olaraq təsdiqlənən ölkələr İspaniya, Fransa, Yunanıstan və Bosniya-Herseqovina olub. Qeyd edək ki, Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” mahnı müsabiqəsində iştirak etmək üçün bu vaxta qədər təsdiqlənən ölkələrin sayı Azərbaycan da daxil olmaqla - Türkiyə, Almaniya, Avstriya, Belçika, Belarus, Çexiya, Danimarka, Estoniya, Ermənistan, Finlandiya, İsveç, İsveçrə, İsrail, İtaliya, Kipr, Gürcüstan, Macarıstan, Niderland, Norveç, Xorvatiya, Rumıniya, San-Marino, Slovakiya, Sloveniya, İspaniya, Fransa, Yunanıstan və Bosniya-Herseqovina olmaqla 29-a çatıb.
    13.08.11 Məqaləni oxumaq
     
    Qahirədə “Azərbaycan günü” keçirilib
    Azərbaycanın müstəqilliyinin 20 illiyi çərçivəsində İSESCO-un rabitə və ictimaiyyətlə əlaqələr üzrə eksperti Dr. Salah Əlcəfəravinin (əvvəllər İSESCO-un Avropa və Amerika üzrə nümayəndəsi olmuşdur) iştirakı ilə Misirin ictimai-siyasi və mədəniyyət xadimlərinin, din adamlarının, işgüzar dairələrin və gənclərin iştirakı ilə Qahirədə “Azərbaycan günü” keçirilib. Tədbirdə Azərbaycanla bağlı Misirin “Nil” peyk televiziya kanalı tərəfindən bir saatlıq veriliş hazırlanıb və efirə verilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Misirdəki səfirliyimizdən veriblər. “Azərbaycan günü”nə həsr olunmuş bir saatlıq verilişdə səfir Ş.Abdullayev və Dr. Salah Əlcəfəravi çıxış edib və “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri kimi Azərbaycana səfər etmiş misirli gənclər öz təəssüratlarını bölüşüblər.
    12.08.11 Məqaləni oxumaq
     
    “5-ci Türkiyə teatrları görüşü”nə “YUĞ”un rejissoru da qatılacaq
    Dünəndən etibarən Türkiyənin İzmir şəhərində keçirilən “5-ci Türkiyə teatrları görüşün”ə Yuğ Dövlət Teatrının rejissoru Rasim Aşın da qatılıb. Teatrdan bu barədə “KƏLAMİNFO”ya verilən məlumatda R.Aşının artıq 5 ildir İzmir şəhərində təşkil edilən tədbirə qonaq qismində dəvət olunduğunu bildirilib. Qeyd edək ki, müasir teatr mövzusunda müzakirələrin aparılacağı görüşdə Türkiyənin məşhur teatrlarının rəhbərləri Ahmet Önəl, Nurqut İlhan, Mehmet Esatoğlu, Tuncər Cücənoğlu, həmçinin rejissor və yazıçılar iştirak edəcək. Tədbir avqustun 14-ə kimi davam edəcək.
    12.08.11 Məqaləni oxumaq
     
    İngiltərədə Beynəlxalq Folklor Festivalı başlayıb
    300-dən çox sənətkarın rəqs, musiqi ifası, əl işlərini nümayiş etdirdiyi, paradlar, sərgilər, seminarlarla bol olan 47-ci Billingem Beynəlxalq Folklor Festivalı start götürüb. “KƏLAMİNFO” “Sabah” qəzetinə istinadən xəbər verir ki, Belarus, Kosta Rika, Macarıstan, Gürcüstan, Koreya, Serbiya və s. kimi ölkələrdən olan folklor qruplarının iştirak edəcəyi festival şənbə gününə kimi İngiltərənin müxtəlif məkanlarda baş tutacaq. Qeyd edək ki, hər günün öz planlaşdırılmış proqramı olan festivalda uşaqlar üçün də xüsusi tədbirlər təşkil olunub. Sonuncu gün isə bütün qrupların iştirakı ilə Festival Arenada əlvida qala konserti və eyni zamanda boru və zərb alətlərinin konserti də təşkil olunacaq. Festival atəşfəşanlıqla bitəcək.
    10.08.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 28 29 30 31 32 33 34 35 36 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30