Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
    Nazir: “Nabrandakı mövcud vəziyyət məni tamamilə qane etmir”
    “Artıq neçə müddətdir Azərbaycanın turizm bölgəsi kimi tanınan Nabrandakı mövcud vəziyyət məni tamamilə qane etmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib. Nazir qeyd edir ki, son yoxlamalar nəticəsində Nabrandakı turistik vəziyyət istər sanitar cəhətdən, istərsə də digər cəhətlərinə görə heç bir standarta cavab vermir. “Mən bununla bağlı artıq göstərişlər vermişəm və müvafiq tədbirlər görülür” - deyə Ə.Qarayev vurğulayıb. Nazir bildirib ki, ölkədəki əksər turizm mərkəzləri çalışmalıdırlar ki, müasir dünya standartlarına uyğun xidmət göstərsinlər. “Bu gün dünyada etik turizm kodeksi var ki, təəssüflər olsun bizdə ona əməl edilmir. Bizim turizm şirkətləri bunu nəzərə almalıdırlar” - deyə o, əlavə edib.
    20.09.11 Məqaləni oxumaq
     
    İsveç “Eurovision–2012” üçün təmsilçi seçiminə başlayıb
    İsveçdə Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012” mahnı müsabiqəsinə qatılmaq üçün hazırlıq işləri aparılır. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, ölkədə artıq 57-ci “Eurovision” mahnı yarışmasına göndəriləcək mahnının seçiminə başlanılıb. Bununla əlaqədar İsveç yayım şirkəti “SVT” artıq mahnı qəbulunu həyata keçirir və həmin mahnılar “Melodifestival” müsabiqəsində ifa olunacaq. Qeyd edək ki, peşəkar münsiflər heyəti tərəfindən seçiləcək mahnılar “Melodifestival” müsabiqəsinə vəsiqə qazanacaq və 2012-ci ilin fevralında keçiriləcək finalda cəmi 8 iştirakçı birincilik uğrunda mübarizə aparmaq şansı qazanacaq. Ölkədaxili seçim mərhələsində iştirak etmək istəyən və İsveçi mötəbər müsabiqədə təmsil etmək arzusunda olanlara öz müraciətlərini təsdiqlətmək üçün sentyabrın 30-dək vaxt verilib. Xatırladaq ki, “Eurovision” müsabiqəsinin prodüserləri Henrik Conson, Krister Björkman və nümayəndə heyətinin başçısı Edvard Svillen tamaşaçılara misilsiz şou bəxş etməyə söz veriblər.
    20.09.11 Məqaləni oxumaq
     
    Ümumdünya Turizm Təşkilatının baş katibi Azərbaycana gələcək
    24-28 oktyabr tarixlərində və 2012-ci ildə Ümumdünya Turizm Təşkilatı ekspertlərinin iştirakı ilə turizm statistikasının təkmilləşdirilməsi məqsədilə seminar keçiriləcək. “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, təşkilatla nazirlik arasında əməkdaşlığa dair iki illik proqram hazırlanaraq qəbul edilib. Həmin proqramda 2011-2012-ci illərdə Bakıda seminarlar keçirilməsi nəzərdə tutulub. Noyabr ayında isə nazirliyin dəvəti ilə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin Azərbaycana səfəri nəzərdə tutulur. Qeyd edək ki, bu il Azərbaycanın turizm sahəsi üzrə fəaliyyət göstərən üç təşkilatı - Azərbaycan Turizm İnstitutu, Bakı Turizm İnformasiya Mərkəzi və Azərbaycan Turizm Assosiasiyası Ümumdünya Turizm Təşkilatına assosiativ üzv qəbul olunub.
    17.09.11 Məqaləni oxumaq
     
    Bakıda Elm Muzeyi yaradılacaq
    “Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Elm Muzeyinin yaradılması nəzərdə tutulub. Bununla bağlı AMEA müvafiq dövlət qurumları qarşısında vəsatət qaldıracaq”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov deyib. Akademik xatırladıb ki, bu məsələ ilə bağlı AMEA-nın xüsusi qərarı var və bu istiqamətdə müvafiq işlər görülür. Onun sözlərinə görə, muzeyin tikilməsində məqsəd Azərbaycan elminin keçdiyi tarixi yolu özündə əks etdirən eksponatların toplanması və qorunub saxlanması, bu sahədə ekspozisiyaların qurulması, onun daim zənginləşdirilərək təkmilləşdirilməsi, sərgilərdə nümayişi, təbliğindən ibarətdir.
    16.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan cizgi filmi mükafatına layiq görülüb
    Cizgi filmləri ustalarımız beynəlxalq festivalda böyük uğur qazanıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin sifarişi ilə “Mozalan” studiyasında çəkilmiş “Təmiz, natəmiz və biz” cizgi filmi XVI “Qızıl balıq” Beynəlxalq Cizgi Filmləri Festivalının səkkiz ölkə nümayəndələrindən ibarət münsiflər heyətinin “Yüksək peşəkarlığa görə” mükafatına layiq görülüb. Azərbaycan cizgi filminin tarixinə uğur gətirən filmin ssenari müəllifi Gülşən Tofiq qızı, rejissoru Firəngiz Qurbanova, animatorları Zemfira və Cavid Əhədovlar, bəstəkarı Firudin Allahverdidir. Qeyd edək ki, “Qızıl balığ”ın bu ilki proqramında 80-ə yaxın film iştirak edib.
    15.09.11 Məqaləni oxumaq
     
    Milli filmlərin istehsalı müzakirə olunacaq
    Milli Televiziya və Radio Şurasında (MTRŞ) "Azərbaycan Respublikasında milli filmlərin istehsalı sahəsində qarşıda duran vəzifələr"lə bağlı Dəyirmi masa keçiriləcək. MTRŞ-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Dəyirmi masada teleradio yayımçılarının kinorejissorların, Kinematoqrafçılar İttifaqının nümayəndələri, mütəxəssislərin iştirakı gözlənilir.
    15.09.11 Məqaləni oxumaq
     
    Mərkəzi Elmi Kitabxana 73 dövlətin 1000-ə yaxın təşkilatı ilə əməkdaşlıq edir
    Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Çexiya Milli Kitabxanasının direktoru Tomaş Bem və Çexiya Milli Muzeyinin direktoru Mixal Lukeşlə görüş keçirilib. AMEA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə MEK-lə Çexiya Milli Kitabxanası və Çexiya Milli Muzeyi arasında ikitərəfli qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və inkişafı məsələləri müzakirəsi olunub. MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli qonaqlara kitabxananın yaranma tarixi barədə ətraflı məlumat verib. Hazırda kitabxananın 73 dövlətin 1000-ə yaxın təşkilatları ilə əməkdaşlıq etdiyini söyləyən A. Kəngərli Çexiyanın 11 təşkilatı ilə əlaqə saxladığını bildirib: “Bu əlaqələr nəticəsində AMEA-nın alim və mütəxəssisləri Çexiya Respublikasının elmi tərəqqisi, nailiyyətləri ilə daima yaxından tanış olur, alınan ədəbiyyatdan öz elmi tədqiqatlarında səmərəli istifadə edirlər”. T.Bem və M.Lukeş kitabxananın rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər, gələcəkdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsini arzulayıblar.
    14.09.11 Məqaləni oxumaq
     
    Anqolalı “Dünya gözəli” oldu
    «2011 Dünya gözəli» müsabiqəsinin qalibi Anqoladan olan Leyla Lopes seçilib. Braziliyanın San-Paulu şəhərində keçirilən müsabiqədə Lopes 88 namizədi üstələyərək qalib olub. O, mükafatı ötənilki qalib meksikalı Xmena Naverettadan alıb. «KƏLAMİNFO» «Associated Press»ə istinadən xəbər verir ki, birinci vitse-miss ukraynalı Olesya Stefanko, ikinci vitse-miss isə Braziliyadan olan Prisila Maçado olub. Gözəllik yarışmasını televiziya ilə bir milyard insan izləyib.
    13.09.11 Məqaləni oxumaq
     
    Dünyanın ən böyük mozaikalı muzeyi açılır
    Türkiyədə dünyanın ən böyük mozaika muzeyi açılacaq. “KƏLAMİNFO” “Sabah” qəzetinə istinadən xəbər verir ki, Gaziantəpədəki içki fabrikinin yerində tikilən 700 metrlik mozaikası ilə dünyanın ən böyük mozaik muzeyi kimi tanınan Zeuqma Mozaik Muzeyinin bu gün rəsmi açılışı olacaq. Rəsmi açılış mərasimində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək. Qeyd edək ki, muzey böyüklüyünə və eksponatlarına görə bu günə qədər Tunisdəki Bordo Muzeyinin birinciliyini əlindən alacaq. Xatırladaq ki, yeni açılan muzeydə qazıntılar zamanı Qədim Zeuqma şəhərindən çıxan mozaikalar sərgilənəcək.
    09.09.11 Məqaləni oxumaq
     
    Dövlət Akademik Dram Teatrı Yalta IV Beynəlxalq Teatr Festivalına hazırlaşır
    Cari ilin sentyabr ayının 15-də A.P.Çexov adına Yalta Teatrında keçiriləcək IV Beynəlxalq Teatr Festivalında ölkəmizi Azərbaycan Dövlət Akademik Dram Teatrının aktyorları təmsil edəcək. Teatrın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, teatr kollektivi festival iştirakçılarına yazıçı-dramaturq Hüseynbala Mirələmovun Qarabağ həqiqətlərindən bəhs edən “Xəcalət” pyesi əsasında səhnələşdirdikləri eyniadlı tamaşanı təqdim edəcəklər. Bəhram Osmanovun quruluş verdiyi və baş rollarda Xalq artistləri Ramiz Novruzov, Nurəddin Mehdixanlı, Əməkdar artist Mətanət Atakişiyeva və başqalarının oynayacağı “Xəcalət” tamaşası festivaldan öncə, sentyabrın 13-də Simferopol şəhərində Azərbaycan diasporunun nümayəndələri qarşısında nümayiş olunacaq. Xatırladaq ki, “Teatr. Çexov. Yalta-2011” devizi altında keçiriləcək IV Beynəlxalq Teatr Festivalında Böyük Britaniya, İsrail, İspaniya, Rusiya daxil olmaqla dünyanın 11 məşhur teatr kollektivi maraqlı tamaşalar göstərəcəklər.
    08.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 26 27 28 29 30 31 32 33 34 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30