Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    İranın islami irşad və mədəniyyət naziri Bakıya gəlir
    Bu gün İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni ölkəmizə səfərə gəlir. Səfərdə məqsəd bu gündən başlayaraq Azərbaycanda İran Mədəniyyəti Günləri keçirilməsidir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iranlı həmkarı günün ikinci yarısında görüşü planlaşdırılıb. Qeyd edək ki, oktyabrın 7-dək davam edəcək İran Mədəniyyət Günləri bu gün saat 17:00-da Muzey Mərkəzində sərgi açılışı, 18:00-da isə Muğam Mərkəzində rəsmi açılış ilə start götürəcək.
    03.10.11 Məqaləni oxumaq
     
    Gənc Tamaşaçılar Teatrı yeni layihə həyata keçirib
    Dövlət Gənc Tamaşaçılar Teatrı Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) təşəbbüsü ilə yeni layihə həyata keçirib. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tələbə adını qazanmış abituriyentləri təmirdən çıxmış teatr, onun zəngin tarixi ilə yaxından tanış etmək, tələbələrə qiymət kitabçaları və tələbə biletləri təqdim etmək keçirilən layihənin əsas qayəsini təşkil edib. Həmçinin, tələbələrin teatra cəlb olunması və teatrın imkanlarından onların hərtərəfli tərbiyəsi üçün geniş istifadə olunması AİSU və Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsinin əsas məqsədidir.
    03.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanda Avropa Kino Festivalı keçiriləcək
    Oktyabr ayının 6-dan 10-dək Bakıda Avropa İttifaqı Nümayəndəliyi, Avropa İttifaqına üzv Dövlətlərin Azərbaycanda təmsil olunmuş səfirlikləri, "Park Cinema" və "Azercell Telekom"un birgə təşkilatçılığı ilə Avropa Kino Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalın təşkilində məqsəd Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri qurmaq və inkişaf etdirmək, Avropa kino sənayesi vasitəsilə Avropa dəyərləri haqqında anlayışı daha da artırmaqdır. 
    Qeyd edək ki, ölkəmizdə hər il keçirilməklə mühüm tədbirə çevrilən festival zamanı müasir Avropa filmlərinin nümayişi ilə yanaşı, Avropanın dünya şöhrətli film rejissorları və aktyorları da tədbirdə iştirak edəcəklər. Festivalın qonaqları fransız kinorejissoru Olivier Horley, avstriyalı kinorejissor Maykl Qlavoqqer, polşalı kinorejissor Marek Leçki, almaniyalı sənədli film rejissorları Stefan Kolbe və Kris Vrayt, litvalı kinorejissor İnesa Kurklietite və yunanıstanlı aktyor Gennadios Patsisdir.
    01.10.11 Məqaləni oxumaq
     
    Çingiz Mustafayev incə məxluqlara olan hisslərini ekrana gətirəcək
    “Planlarımda yeni mahnı, klip, konsert, albom, hamısı var. Amma bunların bəzilərini həyata keçirmək üçün maddiyyat lazımdır, sponsor lazımdır və hazırda onlarla danışıq gedir”. Bu sözləri “KƏLAMİNFO”ya açıqlamasında gənc müğənni və gitara ifaçısı Çingiz Mustafayev deyib.
    30.09.11 Məqaləni oxumaq
     
    Ankarada türkdilli ölkələrin müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş sərgi təşkil olunacaq
    Keçmiş sovetlər birliyi dağıldıqdan sonra müstəqillik əldə etmiş türkdilli ölkələrin müstəqilliyinin 20-ci ildönümünə həsr olunmuş rəsm və foto sərgisi təşkil olunacaq. “KƏLAMİNFO”nun məlumata görə, sərgi Beynəlxalq türk mədəniyyət təşkilatı TÜRKSOY tərəfindən Ankarada həyata keçirəcək. 
    Qeyd edək ki, oktyabrın 3-də Türkiyə Nazirlər Kabineti Mətbuat, İnformasiya və Nəşriyyat İdarəsinin rəsm qalereyasında rəsmi açılışı olacaq sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Türkmənistan rəssamlarının və fotoqraflarının əsərləri nümayiş etdiriləcək.
    Xatırladaq ki, açılış mərasimində Ankara Dövlət Opera və Balet Teatrının azərbaycanlı solisti Nailə Əhmədova və qazaxıstanlı Ünüşan Kuloğlunun ifasında türk dünyası bəstəkarlarının əsərləri səslənəcək.
    30.09.11 Məqaləni oxumaq
     
    “Uşaq kitab karvanı – ipək yolu ilə” Goranboya çatır
    “Uşaq kitab karvanı – ipək yolu ilə” tədbirlər çərçivəsində ölkə turu davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müstəqilliyimizin 20 illiyinə həsr olunan “Uşaq kitab karvanı – İpək yolu ilə” regionlararası tədbirin iştirakçıları bu gün günün ikinci yarısında Goranboy rayonuna çatacaqlar. Məlumatda bildirilir ki, Goranboyda bu karvanı nağıl qəhrəmanları, uşaqlar, yeniyetmələr, valideynlər gözləyəcək, goranboylu uşaqlar şeir, şən mahnılar və maraqlı səhnəciklərlə qonaqları qarşılayacaqlar. Keçirilən şənlik zamanı Goranboy Uşaq Kitabxanasına 500-dən çox müasir uşaq ədəbiyyatı hədiyyə ediləcək.
    30.09.11 Məqaləni oxumaq
     
    “In Between” müasir Avstriya incəsənəti sərgisinə start verilib
    Azərbaycan Milli İncəsənət Muzeyində “In Between” müasir Avstriya incəsənəti sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin, Avstriya Təhsil, İncəsənət və Mədəniyyət Federal Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə keçirilən sərgidə müasir Avstriya rəssamlıq sənətini təmsil edən 36 rəssamın 40-dan çox əsəri nümayiş etdirilir.
    29.09.11 Məqaləni oxumaq
     
    Gənc rejissorların kino axşamının dəqiq vaxtı açıqlanıb
    “Bu meydan, bu ekran–2010” müsabiqəsinin qalibləri tərəfindən çəkilmiş qısametrajlı filmlərdən ibarət “Gənclərin qısa filmləri” kino axşamı cari ilin sentyabr ayının 30-da keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, kino axşamının proqramda “Cinema” Gənc Kinematoqrafçılar Mərkəzində istehsal olunan rejissor Fehruz Şamıyevin “Yol”, “Sinema Evi” MMC-də Novruz Hikmətin rejissorluğu ilə çəkilən “Mənim atam” və “Ayan-Z” MMC-nin istehsalında rejissor Kəmalə Rzayevanın “Şəbəkə” filmləri nümayiş olunacaq. Xatırladaq ki, tədbir göstərilən tarixdə saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
    29.09.11 Məqaləni oxumaq
     
    Əbülfəs Qarayev Azərbaycan haqqında 2 bələdçi kitabın təqdimatında olub
    Ümumdünya Turizm Gününə həsr olunmuş tədbirlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatı tərəfindən çap olunan “Azerbaijan-Live Work Explore” və “Baku Mini Visitors’ Guide” adlı bələdçi kitabların təqdimat mərasimi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, təqdimat mərasimində nazir Əbülfəs Qarayev Azərbaycanın mənsub olduğu zəngin mədəniyyəti, tarixi, adət-ənənələri və turizm potensialını əks etdirən bu bələdçi kitabların ölkəmizin beynəlxalq aləmdə təbliğ olunması üçün faydalı olacağına əminliyini bildirib: “Bu layihənin həyata keçirilməsi üçün dünyanın müxtəlif nəşriyyat evlərinə göndərilən müraciətlərə ilk olaraq müsbət cavab verən nəşriyyatlardan biri məhz “Explorer Publishing & Distribution” nəşriyyatı olub. Başlanan işin davamı olaraq ərəb dilində “Baku Mini Visitors’ Guide” kitabının hazırlanması üçün “Explorer Publishing & Distribution” nəşriyyatı ilə müzakirələr aparılacaq”.
    29.09.11 Məqaləni oxumaq
     
    Azərbaycan haqqında bələdçi kitabın ərəb dilində nəşr olunması haqda müqavilə imzalanıb
    Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Ərəb Əmirliklərinin “Explorer Publishing & Distribution” nəşriyyatının icraçı direktoru Alisteyr Makkenzi ilə Azərbaycan haqqında olan “Baku Mini Visitors’ Guide” adlı bələdçi kitabının ərəb dilində də hazırlanması və nəşr olunması üçün müqavilə imzalayıb. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu layihə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və bir sıra xarici nəşriyyat evlərinin iştirakı ilə “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində həyata keçirilir. Xatırladaq ki, bu gün həmin kitabın ingilis dilində nəşrinin təqdimatı keçirilib və təqdimatda mədəniyyət və turizm naziri Ə.Qarayev də iştirak edib.
    29.09.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 24 25 26 27 28 29 30 31 32 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30