Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 23 24 25 26 27 28 29 30 31 » #
    Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalına hazırlıq gedir
    Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı ilə əlaqədar hazırlıq işləri davam etdirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” Şirkətinin təşkilatçılığı ilə ənənəvi Beynəlxalq Caz Festivalı yüksək səviyyədə keçiriləcək. Bildirilir ki, festivalın start götürüb başa çatacağı müddət ərzində dünyanın tanınmış caz ifaçıları şəhərimizin qonağı olacaq. Xatırladaq ki, festivalın açılışı Heydər Əliyev Sarayında məşhur caz ifaçısı Reyçel Ferrelin iştirakı ilə keçiriləcək. Rəngarəng proqram təqdim olunacaq festivalın yekun konserti də oktyabrın 29-da saat 20:00-da Heydər Əliyev Sarayında keçiriləcək.
    11.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı alim Babur adına beynəlxalq mükafata layiq görülüb
    AMEA Folklor İnstitutunun Qorqudşünaslıq şöbəsinin baş elmi işçisi, tanınmış ədəbiyyatşünas və tərcüməçi, filologiya elmləri doktoru Ramiz Əsgər böyük dövlət xadimi, Hindistanda 332 il (1526-1858) hökm sürən Baburilər sülaləsinin banisi, görkəmli şair, nasir, ədəbiyyatşünas və tərcüməçi Zəhirəddin Məhəmməd Baburun “Baburnamə” kitabını Azərbaycan dilinə tərcümə etdiyinə görə Babur adına beynəlxalq mükafata layiq görülüb. Məlumatı “KƏLAMİNFO”ya AMEA Folklor İnstitutundan veriblər. Qeyd edək ki, R.Əsgər bu günə kimi XX əsr özbək şeiri antologiyasını, bu il isə tanınmış şair-hökmdar Sultan Hüseyn Bayqaranın “Divan”ını da tərcümə edib.
    10.10.11 Məqaləni oxumaq
     
    Finlandiya “Eurovision –2012” üçün mahnı seçimini başa çatdırıb
    Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision–2012” mahnı müsabiqəsində iştirak edəcək Finlandiyada mahnı seçimini başa çatdırıb. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən bildirir ki, Finlandiyanın Bakıda keçiriləcək müsabiqə üzrə yayımçısı “YLE” telekanalına yarışmada iştirak üçün 540 mahnı təqdim edilib. Bildirilir ki, bu il finlandiyalı münsiflər daha çox rok musiqisinə üstünlük veriblər ki, bu da yüksək nəticəyə nail olmaq məqsədi daşıyır. Qeyd edək ki, peşəkar münsiflər heyəti tərəfindən seçiləcək 12 mahnı əvvəlcə radiolarda dinləniləcək, daha sonra isə ən çox dinləyici rəğbəti qazanan 6 mahnı fevralın 25-də keçiriləcək final mərasimində iştirak edəcək. Xatırladaq ki, Helsinki şəhərində keçiriləcək möhtəşəm finalda münsiflər heyəti və tamaşaçıların birgə səsverməsi ilə Finlandiyanın “Eurovision–2012” mahnı müsabiqəsində Azərbaycana gələcək təmsilçisinin adı bəlli olacaq.
    07.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanda alman mədəniyyət tədbirləri keçiriləcək
    Oktyabrın 8-də Azərbaycanda alman mədəniyyəti tədbirləri keçiriləcək. Almaniyanın ölkəmizdəki səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “European Movie Festival–2011“ kino festivalı çərçivəsində 8 oktyabr tarixində Almaniyanı iki müxtəlif üslubda təqdim edilən filmləri nümayiş olunacaq. Həmin gün saat saat 16:00-da Park Bulvar Planetariumunda sənədli film rejissorları Ştefan Kolbe və Kris Raytın müzakirə tədbiri və alman sənədli filmlərin nümayişi keçiriləcək. Burada Kolbe və Rayt sənədli filmlərindən parçaların nümayişi ilə yanaşı, tamaşaçılarla onların fəaliyyətləri və Almaniyada kino incəsənəti haqqında məlumat veriləcək. 20:30-da isə "Almanya - Willkommen in Deutschland" (“Almaniyaya xoş gəlmisiniz”) bədii filminin regionda premyerasının olacağı bildirilir. Almaniyanın “Gümüş film” mükafatı və digər çoxsaylı mükafatların sahibi olan film doğma ölkəsi olan Turkiyəni tərk etmiş və alman iqtisadiyatına qastarbayter qismində yardım etmək məqsədilə Almaniyaya köçmuş Hüseyn Yılmaz və onun ailəsinin taleyini yumor və həssaslıqla təsvir edir.
    07.10.11 Məqaləni oxumaq
     
    İran mətbuatının yanlış məlumatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkzib olunub
    İran KİV-i dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında yanlış məlumat yayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, İran İslam Respublikasının “Fars Xəbər Agentliyi” və “Tehran Tayms” kimi informasiya vasitələri Azərbaycan ədəbiyyat və mədəniyyət tarixindən bütün dünyaya məlum olan gerçək faktları təhrif etməyə cəhd göstəriblər. “Tehran Tayms” Nizami Gəncəvinin Azərbaycanın qədim şəhəri Gəncədə yaşayıb-yaratdığını, vəfat etdiyini, mavzoleyinin orada yerləşdiyini yazsa da, dahi azərbaycanlını İran şairi kimi təqdim edim.
    06.10.11 Məqaləni oxumaq
     
    Mədəniyyət və incəsənət işçilərinə orden və mükafatlar təqdim olunub
    Prezident İlham Əliyev tərəfindən fəxri adlarla təltif olunan bir qrup mədəniyyət və incəsənət nümayəndələrinə bu gün orden və mükafatlar təqdim olunub. “KƏLAMİNFO” xəbər verir ki, orden və mükafatları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib. “Bu gün təltif olunan insanlar mədəniyyətimizə böyük töhfə vermiş insanlar – xalqın tanıdığı və hörmət etdiyi şəxslərdir. Dövlətin yaratdığı imkanlar və bu insanların sayəsində bu gün Azərbaycan mədəniyyəti və incəsənəti yalnız ölkə daxilində deyil, eyni zamanda bütün ölkələrdə tanınır” deyən nazir Muzey Mərkəzində təşkil olunan təltifetmə mərasimində fəxri ad alanları təbrik edib. Qeyd edək ki, prezidentin imzaladığı sərəncama əsasən, mədəniyyət və incəsənət sahəsində göstərdikləri fəaliyyətlərinə görə 59 nəfər fəxri adlara layiq görülüb. Sərəncama əsasən 1 nəfər “Şöhrət” ordeninə, 2 nəfər “Xalq artisti”, 7 nəfər “Əməkdar incəsənət xadimi”, 30 nəfər “Əməkdar artist”, 1 nəfər “Əməkdar rəssam”, 13 nəfər “Əməkdar mədəniyyət işçisi”, 5 nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” fəxri adlarına layiq görülüb.
    06.10.11 Məqaləni oxumaq
     
    Şahin Növrəsli: “Azərbaycan auditoriyası peşəkar musiqini sevir”
    Sentyabrın 21-də Heydər Əliyev Sarayında ilk dəfə solo konsert proqramı ilə çıxış edən gənc və tanınmış cazmen Şahin Növrəsli növbəti konsert proqramına hazırlaşır. Musiqiçinin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, oktyabrın 15-dən 19-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində o, yenidən solo konsert proqramı ilə cazsevərlər qarşısına çıxacaq və daha sonra Avropa ölkələrinə qastrol səfərinə yollanacaq:
    05.10.11 Məqaləni oxumaq
     
    Niderlandın televiziya kanalı Azərbaycanı Avropaya tanıdacaq
    Niderland Krallığının məşhur "MaxTV" televiziya kanalının nümayəndə heyəti Azərbaycanda səfərdədir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nümayəndə heyəti Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, turizm infrastrukturu, eləcə də ölkəmizin müasirliyi, tolerantlığını hollandlara, bütövlükdə Avropaya tanıtmaq və avropalıların Azərbaycana marağının artırılmasına səbəb olacaq veriliş hazırlamaq məqsədilə ölkəmizdə səfərdədir. Qeyd edək ki, çəkiliş heyətinin səfəri zamanı son illər respublikamızda baş verən hərtərəfli dinamik inkişaf, Bakının tarixi və müasir binaları, həyata keçirilən yeni layihələr, Bakı ətrafında yeni və köhnə neft platformaları, Azərbaycanın qədim xalçaçılıq sənəti, qədim inanclara hörmət və tolerantlıq, "Avroviziya" musiqi yarışmasına hazırlıq və s. mövzulara diqqət yetirəcəyi planlaşdırılır. Xatırladaq ki, İsmayıllı, Qəbələ, Şəki və Quba rayonuna da səfər etmək niyyətində olan "MaxTV" əməkdaşlarının səfəri oktyabr ayının 9-da başa çatacaq.
    05.10.11 Məqaləni oxumaq
     
    Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimi olub
    Polşanın Krakov şəhərində Şərqi Avropa Teatr Platforması Şəbəkəsinin rəsmi açılış mərasimində Azərbaycanı YUĞ Dövlət Teatrının direktoru Tərlan Rəsulov, layihənin Azərbaycan üzrə koordinatoru, prodüser Səbuhi Məmmədov, “Simsar” studiyasının direktoru Pərviz Məmmədrzayev və “Motor Production”ın rəhbəri Alina Abdullayeva təmsil edir.
    04.10.11 Məqaləni oxumaq
     
    Bakıda İran filmləri nümayiş olunacaq
    Bakıda keçiriləcək İran Mədəniyyət Günləri çərçivəsində oktyabrın 4-də və 5-də İran İslam Respublikasının filmlərinin nümayişi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, film nümayişi proqramına 4 film daxil olunub. Oktyabrın 4-də “Günəş diyarı” və “Ağlayan söyüd”, oktyabrın 5-də isə “8-ci səma” və “Həzrət Süleyman səltənəti” filmlərinə baxış keçiriləcək. Xatırladaq ki, baxışlar göstərilən tarixlərdə saat 15:30-da Muzey Mərkəzində başlayacaq.
    04.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 23 24 25 26 27 28 29 30 31 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30