Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Bakıda kitabxanaçılıq sahəsində Beynəlxalq Konfrans keçirilir
    Bu gün Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda Beynəlxalq konfrans öz işinə başlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, tədbiri giriş sözü ilə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev açaraq, kitabxanaların hər bir xalqın tarixində ən önəmli sərvət olduğunu bildirib: “Biz dünya xalqlarının kitabxanaları ilə bir sıra ikitərəfli layihələr həyata keçirmişik, bundan sonra da kitabxana sahəsində yüksək inkişafa nail olmaq məqsədilə bu işbirliyini davam etdirəcəyik. İndi Azərbaycan kitabxanaları ilə dünya kitabxanaları arasında qarşılıqlı inteqrasiya sahəsində mühüm addımlar atılır”.
    18.10.11 Məqaləni oxumaq
     
    Bakı Beynəlxalq Caz Festivalı davam edir
    Bakıda keçirilən Beynəlxalq Caz Festivalı davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalın proqramı bu gün Beynəlxalq Muğam Mərkəzində saat 19:00-da “Yeni adlar” caz layihəsi, 21:00-da isə pinoçu Elçin Şirinovun ifasında davam etdiriləcək. Qeyd edək ki, festivalın açılış mərasimi oktyabrın 15-i Heydər Əliyev Sarayında məşhur caz ifaçısı Reyçel Ferrelin iştirakı ilə baş tutub. Xatırladaq ki, dünyanın tanınmış caz ifaçılarının iştirak etdiyi Bakı Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə ənənəvi olaraq keçirilir.
    18.10.11 Məqaləni oxumaq
     
    Məşhur opera yeni quruluşda səhnələşdirilir
    Cüzeppe Verdinin məşhur “Aida” operası Dövlət Akademik Opera və Balet Teatrında yeni quruluşda operasevərlərə təqdim olunacaq. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, əsas partiyasının Çinarə Şirinin ifa edəcəyi tamaşanı italyan drijor Canluka Mardjiano idarə edəcək. Qeyd edək ki, digər partiyalar Gürcüstanın Xalq artisti Teymuraz Ququşvilinin, Azərbaycanın Əməkdar artistləri Fidan Hacıyeva və Əli Əsgərovun, vokal ifaçıları Əvəz Abdullayev və Əkrəm Poladovun ifasında səslənəcək. Xatırladaq ki, yeni quruluş veriləcək opera cari ilin oktyabrın 29-da səhnədə olacaq.
    17.10.11 Məqaləni oxumaq
     
    “The Richmond Folk Festival”ında ölkəmizi muğam cütlüyü təmsil edir
    Bu gün ABŞ-ın Virciniya ştatında Beynəlxalq Musiqi Festivalı start götürüb. Bakı şəhər Mədəniyyət və Turizm İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “The Richmond Folk Festival” adlanan beynəlxalq festivalda ABŞ, Böyük Britaniya, İslandiya, Hindistan, Braziliya, Pakistan, Bolqarıstan, Çexiya və digər ölkələrin musiqiçiləri iştirak edəcəklər. Azərbaycanı isə festivalda instrumental muğam cütlüyü – kamançada İmamyar Həsənov və tonbəkdə Peyman Hadadi təmsil edəcək. Qeyd edək ki, tanınmış kamança ustası İ.Həsənov bildirib ki, beynəlxal festivalda muğam cütlüyü Üzeyir Hacıbəylinin “Koroğlu” operasının ikinci pərdəsindən “Saray qızlarının rəqsi”, R.Əfəndiyevin “Rəqs”, C.Cahangirovun “İncəlik rəqsi”, həmçinin “Çobanlar rəqsi” və “Toy rəqsi” kimi el havalarını, “Şur”, “Mahur”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” muğamlarından ibarət kompozisiya təqdim edəcək.
    15.10.11 Məqaləni oxumaq
     
    Fəxriyyə Xələfova: “Təklif etdiyim ideyalar beynəlxalq tendensiyaya çevrilə bilər”
    Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova Gürcüstana gedəcək. Modelyerin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, səfərin məqsədi qonşu ölkədə keçiriləcək moda həftəsində iştirak etməkdir: “Oktyabrın 13-dən 16-dək Gürcüstanda moda həftəsi keçirilir. Bu ölkədə mütəmadi olaraq moda həftələri təşkil edilir və artıq beynəlxalq səviyyəli hesab olunur. Beynəlxalq ümumi moda qrafiki üzrə, məsələn, Milan, Paris, Nyu-York kimi Gürcüstanda da keçirilən moda həftəsi beynəlxalq səviyyəli sayılır. Adətən yerli dizaynerlər iştirak edir. Qonşu ölkə olaraq məni 2-ci dəfədir dəvət edirlər. Gürcüstan moda həftəsinin açılış və bağlanış mərasimlərində dünyada moda sahəsində tanınmış mütəxəssislər dəvət edilir. Mən bağlanış mərasimində iştirak edəcəm”.
    14.10.11 Məqaləni oxumaq
     
    Belçika Senatının Fəxri Prezidenti Əbülfəs Qarayevlə görüşüb
    Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Belçika Senatının Fəxri Prezidenti xanım Ann Mari Lizini qəbul edib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Qarayev xanım Lizinə Azərbaycana və ölkəmizin Avropada tanınmasına və təbliğ olunmasında göstərdiyi xüsusi marağa görə öz təşəkkürünü bildirib və onun yenidən Bakıda görməyindən məmnunluğunu ifadə edib. Görüşdə Belçika, Avropa İttifaqı və Avropa Şurası ilə olan əlaqələr haqda fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində olan əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, xanım Anne Mari Lizin öz növbəsində Azərbaycanın turizm və mədəniyyət potensialı haqqında məlumatların Avropa ictimaiyyətinə çatdırılması ilə bağlı layihələrini cənab nazirin diqqətinə çatdırıb.
    14.10.11 Məqaləni oxumaq
     
    “Eurovision–2012” Milli seçim turuna 2 gün qaldı
    “Eurovision–2012” üçün Milli seçim turu başlamaq üzrədir. “KƏLAMİNFO” İTV-yə istinadən xəbəbr verir ki, Eurovision Mahnı Müsabiqəsinin Azərbaycan üzrə təşkilatçı yayımçısı İctimai Teleradio bu müsabiqə ölkəmizin təmsilçisini müəyyən etmək üçün Milli seçim turuna start verir. Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision” mahnı yarışmasında iştirak etmək arzusunda olanların sənədləri cari ilin oktyabr ayının 15-dən 25-dək anket formasında qəbul ediləcək. İTV-dən bildiriblər ki, müsabiqə tam olaraq “Eurovision” Mahnı Müsabiqəsinin qaydalarına və tələblərinə uyğun aparılacaq. Seçim turunda şəffaflığı və obyektivliyi təmin etmək, ictimaiyyətin rəyini öyrənmək məqsədilə peşəkar münsiflər heyəti ilə yanaşı, tamaşaçıların rəyi eyni dərəcədə nəzərə alınacaq.
    13.10.11 Məqaləni oxumaq
     
    Azərbaycanın “Eurovision -2012” ilə bağlı ehtiyat variantları var
    Azərbaycanda “Eurovision -2012” müsabiqəsinin keçirilməsi ilə bağlı ehtiyat variant kimi Tofiq Bəhramov adına Respublika Stadionunda da təmir aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib. O, qeyd edib ki, hazırda əsas tikinti Bayraq Meydanında aparılır. “Amma ehtiyat variant kimi Respublika Stadionu da “Eurovison” müsabiqəni qəbul edə bilər. Bununla yanaşı, Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi də müsabiqəni qəbul etməyə hazırdır. Amma həmin binanın müasir standartlara uyğunlaşdırılması üçün müəyyən işlər görülməlidir. Biz müsabiqəni keçirmək üçün heç bir problem görmürük. İnanıram ki, Azərbaycan 2012-ci ilin mayında müsabiqəni çox layiqli şəkildə keçirəcək”,-deyə nazir əlavə edib.
    13.10.11 Məqaləni oxumaq
     
    Rusiyalı nazir: “Azərbaycan Avropa ilə Asiya arasında bütün sahələrdə körpü rolunu oynayır”
    “Ölkələrin hərtərəfli inkişafı və müasirləşdirilməsi zamanı insanın intellektini maarif və mədəniyyət formalaşdırır. Ona görə ictimai inkişafın humanitar sahəsi barədə ciddi düşünmək lazımdır və bu təşəbbüsün Bakı tərəfindən verilməsi təqdirəlayiq haldır”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakı Beynəlxalq Humanitar Forumunda iştirak üçün ölkəmizdə səfərdə olan Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev bildirib. O qeyd edib ki, Azərbaycan bu gün də Avropa ilə Asiya arasında bütün sahələrdə körpü rolunu oynayır. “Azərbaycan xalqının mehribançılığı, rəhbərliyinin müdrikliyi - bunların hamısı humanitar sahədə başlıca məsələlər barədə müzakirə aparmaq üçün Bakını əlverişli məkana çevirib” - deyə rusiyalı nazir vurğulayıb. Nazir deyir ki, bu gün Bakıda olan dəyişiklik onu valeh edir: “Azərbaycan demək olar ki, sürətlə dəyişir”.
    12.10.11 Məqaləni oxumaq
     
    300 milyon sterlinq qiymətində olan rəsm əsərləri zibilliyə atılıb
    Fransız rəssamı Henri Matisse, ispan rəssamı Pablo Pikasso və italyan rəssamı Amedeo Modigliniyə aid rəsm əsərləri oğurlanıb. “KƏLAMİNFO” “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Matisse, Pikasso və Modiglianinin məşhur əsərləri İngiltərənin ən böyük muzeylərinin birindən oğurlanıb. Əsərlərin axtarışını həyata keçirən polis bu 3 məşhurun əsərlərini zibil qutusundan tapıblar. Şəkillər tapılsa da, amma xoşagəlməz hal da müşahidə olunub. Belə ki, rəsmlər öz işini həyata keçirən zibilyığan maşın tərəfindən əzilərək tanınmaz hala salıb. Qeyd edək ki, oğurlanaraq zibilliyə atılan rəsm əsərlərinin hər birinin 100 milyon sterlinq dəyərində qiyməti olub.
    11.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 22 23 24 25 26 27 28 29 30 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30