Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
    “Eurovision” formatına uyğun “Asiavision” layihəsinə start veriləcək
    “Eurovision” formatlı yeni bir möhtəşəm mahnı yarışması həyata keçiriləcək. “KƏLAMİNFO”nun İctimai Televiziyadan əldə etdiyi məlumata görə, yeni layihə “Asiavision Song Contest” (“Asiavision Mahnı Müsabiqəsi”) adlanacaq. Bildirilir ki, bu barədə Asiya Yayımları Birliyinin (ABU) Dehlidə keçirilən Baş Assambleyasının iclasında açıqlama verilib və yeni layihəyə 2012-ci ildə Baş Assambleyanın Seulda keçiriləcək iclası zamanı start veriləcək. Qeyd edək ki, yeni şounun meneceri vəzifəsini Koreyanın KBS telekanalının beynəlxalq əlaqələr departamentinin prodüseri Kenni Kihyung Bae həyata keçirəcək. Xatırladaq ki, K.K.Bae “Eurovision – 2012” mahnı müsabiqəni yaxından izləmək üçün Azərbaycana gələcəyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın yeni “Asiavision Mahnı Müsabiqəsi”nə qonaq qismində dəvət olunması da nəzərdə tutulub.
    10.11.11 Məqaləni oxumaq
     
    Sənədli filmimiz beynəlxalq festivalda mükafat alıb
    İdman Kinosu Beynəlxalq Federasiyası tərəfindən 29-cu Milan Beynəlxalq Festivalında ölkəmizi təmsil edən “Yerə dəyən top göylərə qalxar” sənədli filmi “Ən yaxşı film” mükafatına layiq görülüb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalın final mərhələsində “Olimpiya oyunları”, “Sənədli filmlər”, “Tele-şou və yeni texnologiyalar”, “İdman və cəmiyyət”, “Kinofilmlər”, “İdman və reklam” və “Kino və televiziya - Böyük çempionlar” adlı yeddi nominasiya üzrə yarışan filmimiz “Kino və televiziya - Böyük çempionlar” nominasiyasında uğur qazanıb. Bildirilir ki, ölkəmizdə futbolun yaranmasının 100 illiyinə həsr olunan film cari ilin sentyabr ayında Rusiyanın Lipetsk şəhərində keçirilən 7-ci Beynəlxalq İdman Filmləri Festivalında da “Olimpiya ideallarına sədaqət” nominasiyası üzrə I yer qazanıb. Qeyd edək ki, “Salnamə” studiyasında çəkilən filmin müəllifi Arzu Urşandır. Arzu Urşanın verdiyi məlumata görə, Milan festivalı zamanı film Almaniya və Braziliyada keçiriləcək İdman Filmləri Festivalına da dəvət alıb. Xatırladaq ki, festivalda ölkəmizi təmsil edən “Çovqan” filmi isə fəxri diplom və xüsusi medala layiq görülüb.
    05.11.11 Məqaləni oxumaq
     
    I Bakı Beynəlxalq Kukla Sərgisi bu gün start götürür
    Bu gün I Bakı Beynəlxalq Kukla Biennalesi start götürəcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Biennalesin əsas məqsədi etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmizlə uzunmüddətli məhsuldar əməkdaşlığa nüfuzlu təşkilatları cəlb etmək və Azərbaycan tamaşaçısını geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış etməkdir. Bildirilir ki, gələcəkdə yalnız müasir ustaların deyil, həmçinin antikvar kukla sərgiləri də Azərbaycanda təşkil olunacaq. Azərbaycan, Belarus, Çexiya, İtaliya, Fransa, Latviya, Niderland, Rusiya və Ukraynada 19 kukla ustasının iştirak edəcəyi I Bakı Beynəlxalq Kukla Biennalesində ustad dərslərinin keçirilməsi də planlaşdırılıb. Biennalenin rəsmi açılışı bu gün saat 18:00-da Muzey Mərkəzinin Sərgi Qalereyasında keçiriləcək.
    04.11.11 Məqaləni oxumaq
     
    Nazim Səmədov mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə təyin edilib
    Prezident İlham Əliyevin Sərəncamı ilə Nazim Adil oğlu Səmədov mədəniyyət və turizm nazirinin müavini vəzifəsinə təyin edilib.Bu barədə məlumatı “KƏLAMİNFO”ya Mədəniyyət və Turizm Nazirliyindən veriblər. Qeyd edək ki, N.Səmədov bu təyinata qədər Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
    03.11.11 Məqaləni oxumaq
     
    “Xalq Yaradıcılığı Paytaxtları” Proqramı davam edir
    Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, o cümlədən milli sənətkarlığın dəstəklənməsinə istiqamətləndirilmiş “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” Proqramı çərçivəsində işlər davam edir. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 2011-ci ildə bu layihəyə uyğun olaraq sənətkarlar məskəni olan İsmayıllı “Azərbaycanın Sənətkarlıq Paytaxtı” elan olunub. Bildirilir ki, təsdiq edilən illik tədbirlər planında nəzərdə tutulan təntənəli mərasimlərin, respublika və beynəlxalq səviyyəli elmi-praktiki konfransların, dəyirmi masaların, konsertlərin, müsabiqələrin, festivalların, sərgilərin, yarmarkaların, info-turların və sair tədbirlərin təşkili bu günədək yüksək səviyyədə həyata keçirilib.
    02.11.11 Məqaləni oxumaq
     
    I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı davam edir
    I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı davam edir. “KƏLAMİNFO”nun məlumata görə, festivalın proqramına uyğun olaraq bu gün Akademik Milli Dram Teatrında “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı elmi simpozium keçirilir. Simpoziumda festivalda iştirak etmək üçün ölkəmizə gələn 16 ölkənin Kukla Teatrları əməkdaşları arasında müzakirələr aparılıb, bu sahədə daha yüksək nailiyyətlərə malik olmaq üçün yeni-yeni ideyalar və təkliflər irəli sürülüb. Kukla Teatrları arasında qarşılıqlı inteqrasiyanın mühümlüyü simpoziumun müzakirə obyekti olub.
    02.11.11 Məqaləni oxumaq
     
    Çingiz İsmayılov: “Azərbaycanda çay və ada turizmi inkişaf etdirilməlidir”
    Azərbaycanda turizmin qeyri-neft sektorunun aparıcı sahəsinə çevrilə bilməsi üçün böyük potensial mövcuddur. “KƏLAMİNFO” xəbər verir ki, bunu Azərbaycanda Regional Turizm Mərkəzinin direktoru Çingiz İsmayılov Azərbaycanda ənənəvi turizmin inkişafı ilə bağlı keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, hazırda kifayət qədər iri turizm layihələri reallaşdırılır: “Məsələn, “Şahdağ” qış turizm kompleksinə 2 milyard manat ayrılıb. Bu, olduqca böyük məbləğdir və turizm layihəsinə bu qədər vəsait heç vaxt ayrılmayıb. Yəni işlər görülür, amma çatışmazlıqlar da var. Azərbaycan ənənəvi turizmin inkişafı üçün zəngin potensiala malikdir, amma əsas məsələ bu potensialdan necə istifadə etməyimizdir”. Ç.İsmayılovun sözlərinə görə, ölkədə çay turizminin inkişafı üçün böyük imkanlar var: “Kür çayının Azərbaycan ərazisində 400-500 kilometri çay turizmi üçün yararlıdır. Ancaq bundan istifadə olunmur. Halbuki bu, Aran bölgəsində bir çox problemlərin həllinə səbəb olar. Çay turizmi bu regionda məşğulluğun artması, balıqçılığın inkişafı, eyni zamanda Kürün lildən tutulmaması üçün əla vasitədir”.
    02.11.11 Məqaləni oxumaq
     
    Bakıda birinci Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir
    Bu gün Bakıda birinci Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, bu festival Azərbaycan teatr tarixində ilk dəfədir baş tutur. “Azərbaycan teatr tarixində yenilik olan bu festival çərçivəsində 22 tamaşa göstəriləcək. Festivalda iştirak etmək üçün Azərbaycana dünyanın 16 ölkəsindən nümayəndə gəlib”,-deyə o əlavə edib. Nazir müavininin sözlərinə əsasən, festival çərçivəsində Azərbaycan teatrları dünyanın müxtəlif teatr assosiasiyalarına üzv olacaq. Beynəlxalq Kukla Teatrları Assosiasiyası- UNİMA-nın vitse-prezidenti Donislav Dubrava 75 ölkəni əhatə edən UNİMA-nın Azərbaycan teatrları ilə də əməkdaşlıq etməyi yüksək qiymətləndirib.
    01.11.11 Məqaləni oxumaq
     
    Belluçi illərə meydan oxudu
    Hollivudun və dünya kino sənətinin cazibədar ulduzlarından olan Monika Belluçi yenə adından böyük heyranlıqla bəhs etdirib. “KƏLAMİNFO” “Fashion”a istinadən xəbər verir ki, Dolce&Gabbananın reklam video-roliki üçün özündən iyirmi yaş kiçik gənc maniken Biyanka Balti ilə kamera qarşısına keçən 1964-cü il təvəllüdlü ulduz görənləri heyrətə gətirib. Hündürdabanlarda və firmanın yeni kolleksiyasındakı təsirli kəsimlər və modellərlə Baltini kölgədə qoyan Belluçi illərə necə meydan oxunduğunu əyani şəkildə göstərib.
    31.10.11 Məqaləni oxumaq
     
    Akademik Milli Dram Teatrı diploma layiq görülüb
    Dövlət Akademik Milli Dram Teatrı diploma layiq görülüb. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, diplom teatr kollektivinə Daşkənddə keçirilən “Theatre.UZ/2011” Beynəlxalq Teatr Festivalında verilib. Beynəlxalq Teatr Festivalının təşəbbüskarları Özbəkistanın Mədəniyyət və İdman İşləri Nazirliyi, "Mədəniyyət və incəsənət Forumu" Fondu və "Özbəkteatr" Birliyi olub. Bildirilir ki, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna və başqa ölkələrin teatr kollektivlərinin iştirak etdiyi teatr bayramında səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, aktyor və rejissorlar, tələbələr, jurnalistlər də iştirak ediblər. Xatırladaq ki, Dövlət Akademik Milli Dram Teatrı festivalda fransız dramaturqu Jan Koktonun "İnsan səsi" tamaşası ilə təmsil olunub.
    28.10.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 20 21 22 23 24 25 26 27 28 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30