Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  16 17 18 19 20 21 22 23 24  #
    TÜRKSOY 2012-ci ili “M.F.Axundzadə ili” elan edib
    TÜRKSOY 2012-ci ili “M.F.Axundzadə ili” elan edib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazirliyin böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illik yubileyinin TÜRKSOY təşkilatı çərçivəsində qeyd edilməsi təklifi təşkilat tərəfindən müsbət dəyərləndirilib və 2012-ci il TÜRKSOY çərçivəsində “M.F.Axundzadə ili” elan edilib. Bildirilir ki, hazırda “M.F.Axundzadə ili”nin TÜRKSOY-a daxil olan bütün üzv ölkələrdə yüksək səviyyədə keçirilməsi məqsədi ilə tədbirlər planı hazırlanmaqdadır. Qeyd edək ki, 2012-ci ilin yanvar ayında Ankara şəhərində TÜRKSOY-un qərargahında “M.F.Axundzadə ili”nin rəsmi açılış mərasiminin keçirilməsi planlaşdırılır.
    09.01.12 Məqaləni oxumaq
     
    Gənc Tamaşaçılar Teatrının direktoru diploma layiq görülüb
    2011-ci ilin yekunlarına və Almaniya-Azərbaycan dostluq və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə, Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Beynəlxalq ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin sədri, Respublikanın Əməkdar artisti Mübariz Həmidov “Körpü” diplomu ilə təltif olunub. Teatrın mətbuat xidmətinin katibi Hüsniyyə Mursaquliyevanın “KƏLAMİNFO”ya verdiyi xəbərə görə, M.Həmidov bu mükafata Mədəniyyət və Turizm Nazirliyi, Alman-Azərbaycan Dostluq Cəmiyyəti və Dövlət Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə həyata keçirilən birgə layihələrin reallaşdırılmasındakı xüsusi əməyinə görə layiq görülüb.
    05.01.12 Məqaləni oxumaq
     
    Bu gün Nizami Kino Mərkəzi ictimaiyyətə təqdim olunacaq
    Bu gün kino ilinə yekun vurulacaq. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu gün saat 17:00-da Nizami Kino Mərkəzində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə 2011-ci ildə kino sahəsində ilin yekunlarına həsr olunan, o cümlədən beynəlxalq kino festivallarında müvəffəqiyyətlərə nail olmuş kinematoqrafçılarla görüş olacaq. Bu gün eyni zamanda saat 18:00-da geniş ictimaiyyət üçün Nizami Kino Mərkəzinin təntənəli təqdimat mərasimi keçiriləcək.
    27.12.11 Məqaləni oxumaq
     
    Prezident Kuboku uğrunda VI çövkən milli oyununun qalibi bu gün bəlli olacaq
    Prezident kuboku uğrunda VI çövkən milli oyunun finalına Şəki və Ağdam komandaları vəsiqə qazanıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu mərhələyə yüksəlmək üçün komandalar gərgin mübarizə aparıblar. Belə ki, Şəki komandası Balakən komandasına 2-1, Ağdam təmsilçiləri isə Ağstafa komandasına 2-1 hesabı ilə qalib gələrək finala çıxıblar. Yarışın 3-cü yer sahibi də məlum olub. Şəkililərə uduzan balakənlilərlə ağdamlılara uduzan ağstafalılar arasında keçirilən yarışdan sonra 1-0 hesabı ilə Balakən komandası 3-cü yeri qazanıb. Papaq və sürpapaq oyunlarına gəlincə isə, papaq oyununda Zaqatala komandası 1-ci, Goranboy 2-ci, Qəbələ isə 3-cü yer mükafatını, sürpapaq oyununda isə Oğuz 1-ci, Qax 2-ci, İsmayıllı isə 3-cü yer mükafatını qazanıblar. Xatırladaq ki, Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində keçirilən Prezident Kuboku uğrunda VI çövkən milli oyunu üzrə yarışın finalına vəsiqə qazanan Ağdam və Şəki komandaları arasında final görüşü bu gün keçiriləcək və qalib bəlli olacaq.
    22.12.11 Məqaləni oxumaq
     
    “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” adlı layihə davam edir
    Mədəniyyət və Turizm Nazirliyinin 2010-cu ildə başladığı “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” adlı layihəsi davam edir. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, layihə çərçivəsində seminarlar artıq respublikanın 11 şəhər və rayonunda (Gəncə, Lənkəran, Ağdaş, Şamaxı, Şirvan, Mingəçevir, Qusar, Zaqatala, Şəki, Göyçay və Sumqayıt) keçirilib. Seminarlar respublikanın tanınmış alimləri, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti və AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun əməkdaşları tərəfindən aparılır. Xatırladaq ki, layihənin əsas məqsədi mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakının təmin edilməsi və təlimlərin keyfiyyət etibarilə yeni peşə təfəkkürünün formalaşmasına və mədəniyyət sahəsinin imicinin artırılmasına xidmət edir.
    21.12.11 Məqaləni oxumaq
     
    Kanadada fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dili məktəbi tədbir keçirib
    Kanadanın Ottava şəhərində fəaliyyət göstərən “Qarabağ” adlı Azərbaycan dili məktəbinin təşəbbüsü ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Kanadadakı səfirliyimizdən veriblər.
    20.12.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı gənc bəstəkarın Avropa uğurları
    Gənc azərbaycanlı bəstəkar Günay Mirzəyevanın Avropa ölkələrində silsilə konsertləri keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ştutgart Konservatoriyasının məzunu, Azərbaycan Respublikasının Dövlət proqramının təqaüdçüsü olan gənc bəstəkarımız hazırda İtaliyanın paytaxtı Roma şəhərində Santa Cecilia Konservatoriyasında və eyni zamanda Almaniyanın Karlsruhe şəhərində bəstəkar Volfgang Rihmin sinfində doktorantura təhsili alır. Bir sıra uğurlara imza atan Günay Mirzəyevanın Milanda məhşur Teatro Dal Verme konsert zalında skripka üçün yazılmış “Təsadüflər” əsərinin premyerası olub. Əsəri İtaliyan skripkaçısı Marco Fusi ifa edib. Qeyd edək ki, həmin əsər Romada keçirilən Germi Music Festivalı çərçivəsində, Teatro Nuovo Colosseo zalında da uğurla səslənib. Həmyerlimizin İtaliyanın Lucca şəhərində Festival Cluster çərçivəsində Gitara solo üçün yazdığı “Muğam impulsları 2” əsəri məhşur finlandiyalı gitara ifaçısı Patrik Kleemola tərəfindən ifa olunub.
    20.12.11 Məqaləni oxumaq
     
    Uşaq xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək
    Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunmuş Uşaq xalq çalğı alətləri orkestrinin konserti keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, uşaq xalq çalğı alətləri orkestrinin tərkibində Bakı, Sumqayıt şəhər, Abşeron rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri çıxış edəcəklər. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevdir. Konsert proqramına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi daxil edilib. Tədbir 18 dekabr 2011-ci il tarixində saat 17:00-da keçiriləcək.
    16.12.11 Məqaləni oxumaq
     
    Turizm şirkətlərinə “Bird Watching” üzrə marşrutun texniki pasportu təqdim ediləcək
    Şirvan Milli Parkı və Mahmudçala gölü ərazilərində quşları müşahidə etmə (Bird Watching) marşrutu keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, marşrutu nazirliyin nümayəndəsi, “Azərbaycan Ornitoloji Cəmiyyəti”nin əməkdaşları, turizm şirkətləri və kütləvi informasiya vasitələri nümayəndələri həyata keçirib. Ekskursiyaya rəhbərliyi “Azərbaycan Ornitoloji Cəmiyyəti”nin sədri E.Sultanov edib. Bildirilir ki, infoturun keçirilməsində əsas məqsəd yerli turizm şirkətlərinin ölkəmizdə bu turizm növünün potensialı haqqında geniş məlumatlandırmaq olub. İnfotur layihəsi çərçivəsində iki müxtəlif (Bird Watching) quşları müşahidə üzrə marşrutun texniki pasportu hazırlanaraq turizm şirkətlərinə təqdim ediləcək ki, bu da turizm şirkətlərinə yeni növ turizm məhsulunu beynəlxalq və yerli bazara çıxarmaq imkanı yaradacaq.
    15.12.11 Məqaləni oxumaq
     
    Əbulfəs Qarayev Doha Forumu çərçivəsində ikitərəfli görüşlər keçirib
    Doha Forumu çərçivəsində nazir Əbülfəs Qarayev bir sıra ikitərəfli görüşlər keçirib. “KƏLAMİNFO”ya verilən məlumata görə, Ə.Qarayev ilk olaraq Ümumdünya Turizm Təşkilatının (ÜTT) baş direktoru Taleb Rifai ilə görüşüb. Azərbaycanla təşkilat arasında yüksək münasibətlərin yarandığı vurğulanan görüşdə gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib. Nazir Əbülfəs Qarayev Forum çərçivəsində, həmçinin qətərli həmkarı Hamad bin Abdəl Əziz Kavari ilə də görüşüb. İki dövlət arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olması qeyd olunub. Görüş zamanı münasibətlərin konkret fəaliyyətlər ilə daha da dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
    14.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  16 17 18 19 20 21 22 23 24  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30