Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Opera və Balet Teatrı yeni mövsümə “Arşın mal alan”la başlayacaq
    Ənənəyə uyğun olaraq Opera və Balet Teatrı hər il yeni teatr mövsümünə görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus əsərlərdən biri ilə başlayır. 
    Teatrdan verilən məlumata görə, bu dəfə də sentyabrın 18-də 105-ci teatr mövsümünə milli musiqi sənətimizin incilərindən biri olan “Arşın mal alan” tamaşası ilə start veriləcək.
    Tamaşa V  Üz.Hacıbəyli Beynəlxalq Musiqi festivalının açılışına və ölməz əsərin 100 illik yubileyinə həsr olunub. Qeyd edək ki, tamaşada əsas rollarda teatrın təcrübəli solistləri ilə yanaşı, həm də istedadlı gənc vokalçılar iştirak edəcəklər.
    10.09.13 Məqaləni oxumaq
     
    Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür
    Bu gün  - avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günüdür. Bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunub. Bu, xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini təsdiq edən daha bir faktdır. Müstəqillik illərində Azərbaycan muğamı özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mühüm xidmətləri vardır. Məhz Azərbaycanın birinci xanımının ciddi səyləri nəticəsində muğam UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan edilib.
    27.08.13 Məqaləni oxumaq
     
    Naxçıvanlı və gəncəli gənclərin Şimali Kiprə səfəri zamanı nələr yaşandı?
    Naxçıvan və Gəncə ali təhsil müəsissələrinin professor və tələbə heyəti Şimali Kiprə səfər edib. Səfər Şimali Kipr Doğu Akdeniz Universiteti və Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. AKDC mətbuat xidmətindən  verilən məlumata görə, Gəncə RİH və Naxçıvan Muxtar Respublikası Ali Məclisininin dəstəyi ilə gerçəkləşən səfər zamanı onlar müxtəlif sahələri əhatə edən kurslarda iştirak ediblər. 
    35 fərqli ölkədən olan tələbələrin iştirakı ilə keçirilən Azərbaycan-Yaz axşamı adlı bədii gecədə də iştirak edən heyətə AKDC sədri Orxan Həsənoğlu başçılıq edib.
    04.08.13 Məqaləni oxumaq
     
    Saib Təbrizinin Azərbaycan dilindəki şeirlərinin surəti tapılıb
    Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutu Berlində yaşayan soydaşımız M.Hüseyninin yardımı ilə XVIII əsrdə yaşamış böyük Azərbaycan şairi Saib Təbrizinin Qahirənin Darül-kutub kitabxanasında saxlanan külliyyatından onun Azərbaycan dilindəki şeirlərinin surətini əldə edib.
    “Azadinform” AMEA-ya istinadən xəbər verir ki, gözəl nəstəliq xətti ilə köçürülmüş bu divanın əvvəlində Saibin Təbrizdə doğulub bu şəhərdə boya-başa çatması, sonra İsfahana köçməsi, 1677-ci ildə burada vəfat edərək Səadətabad məhəlləsində dəfn olunması və qəbri üzərində həkk olunub.  Həmçinin Saib şeirlərindən beytlər qeyd edillib. Burada həmçinin Saib Təbrizinin vəfatı ilə maddeyi-tarix yazmış Mir Vüqari və osmanlı şairi Nəhif əfəndinin şeirləri də köçürülüb. Bu qeydlər Saibin təbrizli deyil, isfahanlı olduğunu iddia edənlərə tutarlı cavabdır.
    09.07.13 Məqaləni oxumaq
     
    Allah bu ömrü bizə verib ki…
    Bəlkə də işi göz qabağında olduğundan danışmağı o qədər sevmirdi. Haqqında da deyirdilər ki, qapalı adamdır. Ancaq bir neçə il bundan əvvəl birtəhər razı salıb onunla görüşmək üçün tanış ünvana – Milli Dram Teatra yollananda qapıda öncə o zamankı rəhbərliyin yeni qaydası ilə üzləşmişdim: “gözləmə salonunda gözləmək qadağandır!” Ya-ğışda, qarda, fərqi yoxdur, hansı hava şəraiti olursa-olsun - teatrın qapısının çöl tərəfində kimi və nə qədər istəyirsən gözləyə bilərsən. Düzü, sənət ocağının yolunu tanıyandan bəri belə qadağa ilə rast-laşmamışdım. Səyavuş Aslan əlbəttə, bu münasibəti eşidincə bərk əsəbləşdi. Onun polislə uzun ol-mayan mübahisəsindən sonra "sərhəd"i keçməyə müvəffəq oldum. Görüşünə həvəslə tələsdiym mü-sahibimin ovqatının belə təlx olması qabaqcadan verəcəyim sualları da istər-istəməz alt-üst etdi.
    29.06.13 Məqaləni oxumaq
     
    Qurban Pirimovun məşhur tarı və digər əşyaları barədə bilgilər əldə olunub
    Söz Azadlığını Müdafiə Fondunun (SAMF) kollektivi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə â€śİşğal altındakı ərazilərdə fəaliyyətdə olmuş muzeylərdəki maddi-mədəni irsə aid eksponatlar haqqında məlumatların toplanılaraq siyahılaşdırılması və ictimai müzakirəyə təqdim edilməsi” layihəsi çərçivəsində müvafiq tədbirlərini davam etdirir. 
    21.06.13 Məqaləni oxumaq
     
    Zülfü Adıgözəlovun yubiley gecəsi keçiriləcək
    Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli xanəndə Zülfü Adıgözəlovun anadan olmasının 115 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Yubiley iyunun 12-də, saat 19:00-da  Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
    Qeyd edək ki, Zülfü Adıgözəlov öz bənzərsiz ifası ilə milli musiqi xəzinəmizi zənginləşdirib. Onun böyük məharətlə ifa etdiyi muğamlar və xalq mahnıları Azərbaycan milli radiosunun qızıl fondunda qorunub saxlanılır.
    12.06.13 Məqaləni oxumaq
     
    Vaqif Səmədoğlu 74 yaşını qeyd edir
    Bu gün Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. Vaqif Səmədoğlu (Vəkilov) 1939-cu il iyunun 5-də Bakıda Xalq şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.

    06.06.13 Məqaləni oxumaq
     
    Erməni yazıçı Əkrəm Əylisini müdafiə etdi
    Tanınmış erməni yazıçı, “Kirvə” əsəri ilə Ermənistanda böyük qalmaqal yaradan Levon Cavaxyan azərbaycanlı həmkarı Əkrəm Əylisinin müdafiə edib. Gürcüstanda azərbaycanlılarla görüşdə çıxış edən Levon Cavaxyan Əkrəm Əylislinin humanist yazıçı olduğunu bildirib. “Biz hamımız təbliğatın qurbanlarıyıq. Mənim “Kirvə” hekayəm Bakı Tolerantlıq Mərkəzinin mükafatını alanda ermənilər məni xeyli tənqid etdilər. Halbuki mənim hekayəm bir erməni və azərbaycanlının dostluğu haqqında idi. Erməni jurnalist dünyası müsbət erməni obrazını qəbul edir, amma müsbət azərbaycanlı obrazını şübhə altına alır. 
    Hərbi düşmənçilik bax buna gətirib çıxarır. Hətta ziyalıların təfəkkürü bulanıqdır. Günlərin bir günü “pis azərbaycanlılar” arasında Əkrəm Əylisli peyda olur ya da özünkülər arasında “pis”.
    29.05.13 Məqaləni oxumaq
     
    Nigar Rəfibəylinin 100 illiyi qeyd edilib
    Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi Nigar Rəfibəylinin 100 illiyi münasibətilə tədbir keçirilib.
    ADU-dan verilən məlumata görə, tədbirdə bildirilib ki, Nigar Rəfibəyli milli ədəbiyyatı zərif lirikanın dəyərli nümunələri ilə zənginləşdirən sənətkardır. Ana vətənə bağlılıq, insanın mənəvi ucalığı və yurdun əsrarəngiz təbiət gözəlliklərinin özünəməxsus tərzdə tərənnümü onun yaradıcılığının ideya-bədii leytmotivini təşkil edib.
    23.05.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30