Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Dövlət Gənc Tamaşaçılar Teatrı Beynəlxalq “Fəcr” Festivalına hazırlaşır
    Dövlət Gənc Tamaşaçılar Teatrı 2012-ci ildə ikinci beynəlxalq teatr festivalında iştirak etməyə hazırlaşır. Teatrın mətbuat xidmətinin katibi Hüsniyyə Mursaquliyevanın “KƏLAMİNFO”ya verdiyi xəbərə görə, teatrın bir qrup üzvü Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən V Beynəlxalq Monodram Festivalında iştirak etmək üçün BƏƏ-də səfərdədir. Teatrın başqa bir heyəti isə İranda ənənəvi olaraq keçirilən 33-cü “Fəcr” Beynəlxalq Teatr Festivalında çıxış etmək üçün İrana səfər edəcək. Yanvar ayının 28-dən fevral ayının 2-dək kollektivin iştirak edəcəyi festivalda yaradıcı heyət görkəmli italyan aktyoru və dramaturqu Peppino De Filipponun “Don Rafael trombonçu” tamaşası ilə çıxış edəcək. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova olan tamaşada rolları Əməkdar artistlər Gülər Nəbiyeva, Şövqi Hüseynov, Seyidşah Məmmədov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər. Qeyd edək ki, kollektiv festivalda İranın “Dramatik İncəsənət Mərkəzi”nin seçimi ilə iştirak edəcək.
    24.01.12 Məqaləni oxumaq
     
    Dünyanın ən bahalı kitabı
    Dünyanın ən bahalı kitabı satılıb. “KƏLAMİNFO” Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, Londonda təşkil olunan sərgidə John James Audubonun 4 cilddən ibarət olan “The Birds of America” (“Amerikanın quşları”) adlı kitabının bir nüsxəsi açıq satış nəticəsində rekord qiymətə - 6.5 milyon pounda satılaraq dünyanın ən bahalı kitabı adını qazanıb. Kitabı satın alan Michael Tollemache hətta bu kitabın qiymətsiz olduğunu ifadə edib. Qeyd edək ki, kitabda təxminən 500 quş növünün minə qədər rəsmi orijinal rəng çalarları ilə yer alıb. Xatırladaq ki, eyni kitabın başqa bir nüsxəsi 2000-ci ildə ABŞ-da təxminən 8.8 milyon dolara alıcı tapmışdı.
    23.01.12 Məqaləni oxumaq
     
    “Eurovision–2012”nin Milli Seçim turunun sonuncu həftəsi start götürür
    Bir həftəlik fasilədən sonra bu gün “Eurovision–2012”nin Milli seçim turunun 8-ci, sonuncu həftəsi start götürür. İctimai Televiziyadan “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycanı 2012-ci ildə “Evrovision” Mahnı Müsabiqəsində təmsil etmək istəyən növbəti “9-luq” – Tofiq Hacıyev, Rinat Allimov, Arzu İsmayılova, Əli Məmmədli, Ülkər Quliyeva, Abbas Kərimli, Zaur Əmiraslanov, Ülvi Rəşidov və Caspian Dreamers 5 gün müddətində İctimai Televiziyanın canlı efirində yarışacaq. “Eurovizion–2012” Mahnı Müsabiqəsində ölkə təmsilçiliyinə iddialı olan namizədlər həftənin 5 günü İctimai Televiziya ilə birbaşa yayımlanan Milli seçim turunda xüsusi proqramını yerinə yetirəcəklər. Həftənin 5-ci günü isə tamaşaçı SMS-i və münsiflərin qərarı ilə Milli seçim turlarının 8-ci, sonuncu qalibi müəyyənləşəcək.
    23.01.12 Məqaləni oxumaq
     
    20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş “Açıq qapı” günü keçiriləcək
    19 yanvar 2012-ci il tarixdə Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan “açıq qapı” günü keçiriləcək. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, sabah saat 19:00-da yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı pyesi əsasında hazırlanan “Xəcalət” tamaşası nümayiş olunacaq. Quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, bəstəkarı Xalq artisti Səyavuş Kərimi olan tamaşada Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, Əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov, Məzahir Cəlilov və Xədicə Novruzlu oynayacaqlar. Qeyd edək ki, tamaşaya giriş pulsuzdur.
    19.01.12 Məqaləni oxumaq
     
    İstiqlal Muzeyində 20 Yanvar şəhidləri yad olunacaq
    20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi yad olunacaq. İstiqlal Muzeyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, yanvarın 17-si saat 12:00-da İstiqlal Muzeyində 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə “20 Yanvar şəkillərin dili ilə” sərgi-tədbir keçiriləcək. Sərgidə Qərb Universitetinin dizayn fakültəsinin tələbələrinin 60-dan artıq əsərləri nümayiş olunacaq. Tədbirin sonunda tanınmış operator polkovnik-leytenant Seyidağa Mövsümlünün 20 Yanvar hadisələrinə həsr olunan sənədli film də nümayiş olunacaq.
    13.01.12 Məqaləni oxumaq
     
    Uşaq və gənclər üçün optimist filmlər nümayiş olunacaq
    Sabah “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində alman yazıçısı və ssenaristi Erix Kestnerin əsərləri əsasında çəkilmiş uşaq və gənclər üçün optimist filmlər seriyasının nümayişi başlanacaq. Mərkəzdən “KƏLAMİNFO”ya verilən məlumata görə, yanvarın 13-də “Uçan sinif”, 20-də “Emil və xəfiyyələr”, 27-də isə “Düymə və Anton” filmləri təqdim olunacaq. Xatırladaq ki, uşaq və gənclərdə həyatsevərlik və nikbin əhval-ruhiyyə aşılayan hər üç film Erix Kestnerin eyniadlı əsərləri əsasında ekranlaşdırılıb.
    12.01.12 Məqaləni oxumaq
     
    Bakı Kitab Klubu “Ramil Səfərova kömək edək!” adlı aksiya keçirir
    Bakı Kitab Klubu “Ramil Səfərova kömək edək!” adlı aksiyaya start verib. Bakı Kitab Klubundan “KƏLAMİNFO”ya verilən məlumata görə, Kamil Səfərovun macar dilindən tərcümə etdiyi “Pal küçəsinin oğlanları” kitabının satışından əldə edilən gəlir onun növbəti kitabının nəşrinə sərf olunacaq.
    12.01.12 Məqaləni oxumaq
     
    “Sahə” bədii filmi Hindistana gedəcək
    Sabah Hindistanın Puna şəhərində 10-cu Beynəlxalq Pune Film Festivalı start götürəcək. “KƏLAMİNFO”nun xəbərinə görə, bu festivalda ölkəmizi “Narimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi təmsil edəcək. Kinostudiyadan verilən məlumata görə, “Sahə” kinofestivalın tammetrajlı bədii filmlər üzrə müsabiqə proqramında nümayiş olunacaq. Kinofestival Puna Film Fondu və Maxaraştra ştatının hökuməti tərəfindən təşkil olunub. Müsabiqə çərçivəsində komediya, sənədli, idman haqqında və uşaq filmləri nümayiş etdiriləcək. Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Moldova, Ukrayna, Gürcüstan, Bolqarıstan, Türkiyə, Yunanıstan, Rumıniya və digər ölkələri əhatə edən müsabiqənin əsas məqsədi müxtəlif köklərə malik xalqların kino mədəniyyətlərinin qiymətləndirilməsinə və qavranılmasına yardımçı olmaq, həmçinin dünya xalqları arasında əməkdaşlığın və dostluğun inkişafına zəmin yaratmaqdır. Bir sıra festivallarda uğura imza atan “Sahə” bu festivalda da uğura iddialıdır.
    12.01.12 Məqaləni oxumaq
     
    Bakı Turizm Peşə məktəbi ilk şagird qəbuluna başlayır
    Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Turizm İnstitutunun (ATİ) nəzdində 11 saylı Bakı Peşə Litseyinin bazasında Bakı Turizm Peşə Məktəbinin yaradılması və şagird qəbulu prosesinə start verilib. “KƏLAMİNFO”nun məlumatına görə, ATİ-nin prorektoru Eldar Aslanov 2012/2013-cü tədris ilinin birinci yarısı üçün şagird qəbulu ilə bağlı açıqlamasında bildirib ki, Turizm İnstitutu Bakı Turizm Peşə Məktəbində əsasən turizm agenti, aşbaz, barmen, bufetçi, ofisiant, Milli park bələdçisi, dağ-xizək turizm növü üzrə bələdçi, bərbər (kişi və qadın), mühasib fərdi kompyuter operatoru, əməliyyatçı mühasib, ekoloji turizm bələdçisi, kimyəvi təmziləmə aparatçısı ixtisasları üzrə kadr hazırlanacaq. Təhsil müddəti 1 il olmaqla dərslər Azərbaycan və rus dillərində keçiriləcək. Sənədlərin qəbulu 12 yanvar – 12 fevral 2012-ci il tarixində bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək, şənbə günü 10:00-dan 13:00-dək qəbul ediləcəkdir.
    10.01.12 Məqaləni oxumaq
     
    İnsan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair kitabxanalara tapşırıqlar verilib
    Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırılması məqsədilə kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsinə dair tapşırıqlar verilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu məqsədlə şəhər, rayon mərkəzi kitabxanalarında yaradılmış hüquqi-informasiya mərkəzlərinin fəaliyyəti gücləndirilməli, mərkəzlər mütəmadi olaraq yeni nəşrlərlə zənginləşdirilməli və insan hüquqlarının aktual problemlərinə həsr olunmuş tədbirlər keçirilməlidir. Qeyd edək ki, tapşırıqlar “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın 4.15-ci bəndinə əsasən həyata keçirilir.
    10.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 15 16 17 18 19 20 21 22 23 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30