Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Azərbaycan Dünya Turizm Təşkilatının konqresində iştirak edəcək
    Aprelin 11-12-də Andora Knyazlığının La Massana şəhərində Dünya Turizm Təşkilatının təşkilatçılığı ilə “Qış və dağ turizmi” mövzusunda VII Ümumdünya Konqresi keçiriləcək. ATİ-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, qış və dağ turizminin inkişaf etdirilməsi strategiyalarının geniş müzakirə olunacağı konqresdə ölkəmizi ATİ-nin rektoru, professor Cəfər Cəfərov təmsil edəcək. Aprelin 13-də isə xizək kurortunda mədəni tədbirin keçirilməsi nəzərdə tutulur.
    09.04.12 Məqaləni oxumaq
     
    Monteneqronun “Eurovison” təmsilçisi konsert verəcək
    Bakıda keçiriləcək “Eurovison-2012”-də Monteneqronu təmsil edəcək Rambo Amadeus Makedoniyada konsertə hazırlaşır. “KƏLAMİNFO” xəbər verir ki, Skopyedə keçiriləcək konsert mayın 5-də olacaq. UNİCEF-in səfiri kimi də fəaliyyət göstərən Rambo Amadeus jazz-funk janrının mahir ifaçısı kimi tanınır. O, mahnılarında satiradan da istifadə edir. Rambo Amadeusun bu il “Eurovison” Mahnı Müsabiqəsində oxuyacağı "Euro Neuro" mahnısı da satirik janrdadır. Xatırladaq ki, Monteneqro təmsilçisi “Eurovison-2012”-nin birinci yarımfinalda səhnəyə çıxacaq ilk müğənni olacaq.
    06.04.12 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyinə təklif verib
    “Rəssamlıq, diyarşünaslıq və s. dərslərin qoruqlarda, muzeylərdə keçirilməsinə biz ancaq şad ola bilərik”. “KƏLAMİNFO”nun məlumatına görə, bu fikirləri nazir Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin Təhsil Nazirliyinə bəzi dərslərin tarixi məkanlarda keçirilməsi ilə bağlı verdiyi təkliflə bağlı jurnalistlərə açıqlamasında bildirib. Bu təklifə Təhsil Nazirliyi tərəfindən müsbət cavab veriləcəyinə ümid edən Ə.Qarayev şagirdlərdə teatrlara da marağın yaradılmasının vacib olduğunu vurğulayıb: “Teatra məhəbbət uşaq yaşlarından yaranmalıdır. Əgər kimsə məktəbi qurtardıqdan sonra teatra gəlirsə, o, teatr dünyasını tam başa düşə bilməyəcək”.
    30.03.12 Məqaləni oxumaq
     
    “Azərbaycandakı “Eurovision” şousu Olimpiya Oyunlarına bənzəyəcək"
    İspaniyanın RTVE internet saytında “Avroviziya” Mahnı Müsabiqəsi 2012-yə ev sahibliyi edən Azərbaycan haqqında məqalə dərc olunub. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, məqalədə Bakıda yaşayan ispanların “Avroviziya 2012” hazırlıqları barədə təəssüratları yer alır. Müəlliflər Azərbaycanı nadir təbiətə və memarlığa sahib "rəssamlıq əsəri" kimi təsvir edir. Onlar öz həmvətənlərinə Azərbaycanın son illər ərzində sürətli iqtisadi və mədəni yüksəlişi barədə də danışırlar. Müxtəlif sahələrdə çalışan ispanlar azərbaycanlıları dostsevər, mülayim insanlar kimi səciyyələndirirlər. Məqalədə bu ekzotik, günəşli ölkənin zəngin mənəvi irsindən söhbət açılır:
    29.03.12 Məqaləni oxumaq
     
    Gənc Tamaşaçılar Teatrında 31 Mart soyqırımı qurbanları anılacaq
    Gənc Tamaşaçılar Teatrında 31 Mart – Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tamaşa nümayiş etdiriləcək. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, soyqırımı qurbanları yazıçı-publisist Vaqif Əlixanlının “Haradasan oğul” əsəri əsasında səhnələşdirilən “Əcəl atı” tamaşası ilə anılacaq. Tamaşanın quruluşçu rejissoru Ağalar İdrisoğlu, bəstəkarı Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, rejissoru Sərvər Əliyev, rəqslərin və plastik hərəkətlərin quruluşçusu Vüsal Mehrəliyevdir.
    29.03.12 Məqaləni oxumaq
     
    “Avroviziya”nın Məşvərət Qrupu San-Marinoya xəbərdarlıq etdi
    “Avroviziya” Mahnı Müsabiqəsinin Məşvərət Qrupu San-Marino təmsilçisinin builki şouda oxuyacağı "Facebook Uh, Oh, Oh" mahnısını müzakirəyə çıxarıb. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Məşvərət Qrupunun qərarına görə, bu mahnı müsabiqə qaydalarına ziddir. “Avroviziya” Mahnı Müsabiqəsi 2012-nin qaydalarında deyilir ki, “Avroviziya” Mahnı Müsabiqəsi zamanı siyasi və ya buna oxşar mövzuda heç bir söz, ifadə, jest işlətmək olmaz. Mahnının mətnində və ifasında hər hansı bir tənqidi sözün işlənməsi qadağandır. Mahnı vasitəsilə kommersiya məqsədli ismarıcların göndərilməsi yolverilməzdir. Bu qaydanı pozmaq müsabiqədən kənarlaşdırılma ilə nəticələnə bilər". Lakin Məşvərət Qrupu San-Marino Televiziyasına ölkə təmsilçisinin mahnısının sözlərini və ya yeni kompozisiyanı təqdim etməyə imkan verib. San-Marino təmsilçisi Valentina Monettanın Bakı səhnəsində ifa edəcəyi mahnı martın 22-də, Bakı vaxtı ilə saat 15.00-dək təqdim edilməlidir.
    20.03.12 Məqaləni oxumaq
     
    "EuroClub" və "EuroVillage"in yeri açıqlanıb
    "EuroClub"un ünvanı Əl Oyunları Sarayı, "EuroVillage"in ünvanı isə Bakı Bulvarı ərazisində, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında olacaq. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, "EuroClub" “Avroviziya” Mahnı Müsabiqəsinin əsas və əyləncə dolu məkanlarından biridir. Nümayəndə heyətləri, müsabiqədə akkreditasiya olunan media nümayəndələri və fanların vaxtlarını maraqlı keçirdiyi şənlik və musiqili yer məhz "EuroClub"dur. 2500 kv.m sahəsi olan "EuroClub" mayın 13-dən açılacaq. Bakıdakı "EuroClub"a giriş akkreditasiya və dəvətnamələrlə olacaq. Burada mayın 22 və 24-dəki yarımfinallardan, eləcə də mayın 26-dakı final mərhələsindən sonrakı şənlik mərasimləri, DJ-lərin iştirakı ilə gündəlik musiqi və əyləncə dolu proqramlar təşkil olunacaq. 5330 kv.m ərazini əhatə edəcək "EuroVillage"in rəsmi açılışı isə mayın 19-da olacaq. "Bakı Kristal Zalı"ndan 3 km məsafədə yerləşən "EuroVillage"də gündəlik şou proqramlar, müxtəlif konsertlər, müsabiqəyə aid aksessuarların satışı təşkil olunacaq.
    19.03.12 Məqaləni oxumaq
     
    Azərbaycanın “Avroviziya”dakı mahnısının klipi təqdim olundu
    Azərbaycanın “Avroviziya” Mahnı Müsabiqəsindəki təmsilçisi Səbinə Babayevanın "When the music dies" mahnısının klipi təqdim olunub. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, mahnının müəllifləri isveçli Anders Bagge, Sandra Bjurman, Stefan Örn, Johan Kronlunddur. Mahnı sevgi fəlakəti və onun dərin ağır tәәssüratlarından bəhs edir. "When the Music Dies" mahnısında Avropa musiqisinin son tendensiyaları ilə Azərbaycanın milli musiqisinin sintezi var. Mahnı yazısında Azərbaycan milli musiqi alətləri-kamança, balaban, dəf və qaval zərbəli alətlərin səsi, eləcə də unikal muğam vokal ifasının elementləri istifadə olunub. Muğam partiyasını isə Alim Qasımov ifa edir.
    19.03.12 Məqaləni oxumaq
     
    Rumıniyanın “Avroviziya-2012” təmsilçisi bəlli oldu
    Daha bir ölkə “Avroviziya-2012” Mahnı Müsabiqəsi üçün təmsilçisini seçib. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Rumıniyanı mayda Bakı səhnəsində Mandinga təmsil edəcək. Ölkənin Milli Finalında 15 iştirakçı mübarizə aparıb. Nəticədə Mandinga bu ölkənin müsabiqədəki təmsilçisi seçilib. Mandinga Bakıda "Zaleilah" adlı mahnıyla çıxış edəcək. Mahnı ispan və ingilis dilində ifa olunacaq. Qeyd edək ki, Rumıniya "Bakı Kristal Zalı"nda mayın 22-də keçiriləcək birinci yarımfinalda finala keçmək uğrunda mübarizə aparacaq.
    13.03.12 Məqaləni oxumaq
     
    “Eurovision” sınaq və qəbul imtahanlarının vaxtına təsir edəcək
    Bu ilin may ayının müəyyən günlərində Bakıda keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsi zamanı paytaxtda sınaq və qəbul imtahanları keçirilməyəcək. “KƏLAMİNFO” xəbər verir ki, belə bir fikirlə TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında bildirib. “Elə ediləcək ki, müsabiqənin keçiriləcəyi günlərdə imtahan olmasın. Çünki hazırda Bakı şəhərinin bir yerindən başqa yerinə nə qədər müddətə gedib çatmağı müəyyən eləmək çətindir. Ona görə də kütləvi tədbirlər olan günləri biz imtahan keçirməyi istəməzdik” - deyə M.Abbaszadə vurğulayıb. Həmin günlərdə sınaq imtahanlarının yalnız regionlarda keçiriləcəyini bildirən komissiya sədri bildirib ki, imtahan cədvəlləri martın 10-dan sonra təsdiqlənəcək. Sınaq imtahanları aprel ayından keçiriləcək.
    07.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 13 14 15 16 17 18 19 20 21 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30