Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    İçərişəhər “Eurovision”a hazırlaşır
    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Eurovision” mahnı müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtımızın qonaqlarının “İçərişəhər” və “Qala” qoruqlarında istirahətinin rahat və mənalı keçirmələri üçün müvafiq hazırlıq tədbirlərini davam etdirir.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, otel, ticarət və ictimai iaşə obyektlərinin işçilərinə keçilən sürətli ingilis dili kursları artıq bitmək üzrədir. Bununla yanaşı, Qoruq İdarəsinin tabeliyində olan muzeylərin bələdçilərinə vahid geyim formaları hazırlanıb və muzey işçilərinə turistlərin qarşılanması və davranış qaydalarına dair seminarlar keçirilib.
    11.05.12 Məqaləni oxumaq
     
    “Traviata” tamaşası nümayiş olunacaq
    Mayın 12-də Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” tamaşası nümayiş olunacaq. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, tamaşanı Qut-İmmlinqdə (Bavariya, Almaniya) keçirilən Beynəlxalq opera sənəti festivalının bədii rəhbəri, baş dirijoru xanım Korneliya fon Kerssenbrofk idarə edəcək.
    Tamaşada əsas partiyada – Alfred rolunda Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı İqor Borko çıxış edəcək.
    10.05.12 Məqaləni oxumaq
     
    Danimarka təmsilçisi mayın 13-də Bakıda olacaq
    Danimarkanın “Eurovision” Mahnı Müsabiqəsindəki nümayəndə heyəti mayın 13-də Azərbaycana yola düşəcək. "KƏLAMİNFO” eurovision.az saytına istinadən xəbər verir ki, onlar Azərbaycanın tarixi barədə məlumat əldə edə bilmək üçün bir neçə ekskursiya da planlaşdırırlar.

    Danimarka təmsilçisi səfər ərəfəsində “Should've known better” adlı müsabiqə mahnısına yeni klip çəkilişlərinə başlayıb. Solunanın klipdəki əsas “tərəf-müqabilləri” Harald adlı at və çox qədim və yaşlı bir ağac olub.
    Qeyd edək ki, Danimarka təmsilçisi Soluna Samayı “Bakı Kristal Zalı” səhnəsində bir barabançı, skripkaçı və pianoçu ilə yanaşı, 2 vokalçı da müşayiət edəcək. Müğənninin bek vokalçılarından biri 25 yaşlı Barbara Molekodur. Mozambikdə dünyaya gələn bu ifaçının özünün də kifayət qədər geniş tamaşaçı auditoriyası var.
    09.05.12 Məqaləni oxumaq
     
    Avstriya təmsilçiləri Azərbaycan mətbəxi ilə tanış olublar
    Bakının ev sahibliyi edəcəyi 57-ci “Eurovision” Mahnı Müsabiqəsində Avstriyanı təmsil edəcək “Trackhittaz” qrupunun üzvləri Azərbaycana gəlməzdən əvvəl milli mətbəximizlə tanış olublar. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, qrup Avstriyanın 1994-cü ildə “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi Petra Freylə Vyanadakı Azərbaycan restoranında milli təamlarımızdan dadıb, hətta qəlyan da çəkib. Petra Frey “Trackhittaz” qrupunun ölkələrini gözəl təmsil edəcəklərinə inandığını deyərək, tamaşaçıları bu şoudan zövq almağa səsləyib.
    Xatırladaq ki, “Trackchittaz” “Eurovision–2012”-də “Bakı Kristal Zalı”nda “Woki mit deim popo” mahnısını ifa edəcək. Hazırda onlar Bakı səhnəsindəki çıxışlarına hazırlaşırlar.
    08.05.12 Məqaləni oxumaq
     
    Əli Abbasov: “Eurovision-2012” ilə bağlı işlər planlaşdırılan proqram üzrə həyata keçiriləcək
    “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı işlər planlaşdırılan proqram üzrə həyata keçiriləcək və telekommunikasiya, radio-televiziya verilişlərində, internetdə hər hansı problemlər olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

    Nazir bildirib ki,  müsabiqə ilə əlaqədar ən mürəkkəb sistem sayılan radio-televiziya sistemi artıq bu gün təhvil verilir. Bundan sonrakı günlər isə müəyyən və ya qeyri-müəyyən, gözlənilməyən problemlərin qarşısının almaq üçün testlərə başlanacaq: “İnternet tamamilə hazırdır və istifadəyə veriləcək. Həmçinin mobil operatorlar üzərinə düşən işləri artıq tamamlayıblar. “Eurovision-2012”-nin veb saytı öz normasında işləyir. Bundan sonra bizim əsas vəzifəmiz sistemin dayanıqlılığı və etibarlılığını, həmçinin baş verə biləcək müəyyən kiberhücum problemlərinin qarşısını almaq üçün tədbirlərin görülməsidir”.
    08.05.12 Məqaləni oxumaq
     
    “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsi həyata keçirilir
    “Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsini həyata keçirməyə başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər.
    Layihə çərçivəsində mədəniyyətin təbliğinə və müxtəlif istiqamətlər üzrə müzakirəsinə həsr olunacaq yeni sayt yaradılacaq. Həmçinin gənclərə mədəniyyətimizin təbliğində İKT vasitələrindən maksimum yaranmaq, onlara bu məqsədlə bloq yaratmaq, bloqçuluqdan istifadə yollarının öyrədilməsi planlaşdırılır. Bu çərçivədə təlimlər keçiriləcək. Təlimlər həm də mədəniyyətimizlə bağlı gənclərin dərindən bilgiləndirilməsinə həsr ediləcək. Bundan başqa layihə çərçivəsində mədəniyyət məsələlərinə həsr olunmuş, ekspertlərin fikir və təkliflərinin əks  olunduğu broşürün nəşri və onun QHT-lər, gənclər təşkilatları, müvafiq qurumlar arasında yayılması, eyni zamanda virtual məkanda yayılması planlaşdırılır.
    07.05.12 Məqaləni oxumaq
     
    “Eurovision–2012”-nin ən cazibədarı və ən yaraşıqlısı
    “Eurovision–2012”nin ən cazibədar xanımı və ən yaraşıqlı kişi təmsilçisi bəlli olub. “KƏLAMİNFO” xəbər verir ki, bunu dəqiqləşdirmək üçün Xorvatiyanın eurosong.hr saytı maraqlı səsvermə keçirib və ən cazibədar xanım və yaraşıqlı oğlan təmsilçi müəyyən olunub. Səsvermənin nəticələrinə görə, “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin ən cazibədar qadın iştirakçısı 42.2%-lə Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, ən yaraşıqlı kişi təmsilçi isə Almaniya təmsilçisi Roman Lob seçilib.
    Qeyd edək ki, keçirilən səsvermə nəticəsində xanım təmsilçilər arasında  26.91%-lə Maya Sar (Bosniya və Herseqovina), 14.22%-lə Elena İonescu (Rumıniya), 10.55%-lə İvi Adamou (Kipr), 6.12%-lə Anqun (Fransa), kişi təmsilçilər arasında isə 29.11%-lə Jónsi (İslandiya), 16.66%-lə Kurt Kalleya (Malta), 12.21%-lə Paşa Parfeny (Moldova), 6.57%-lə Ott Lepland (Estoniya) ilk beşlikdə qərarlaşıblar.
    07.05.12 Məqaləni oxumaq
     
    BDYPİ â€śEurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar sürücülərə müraciət edib
    Respublika Baş Dövlət Yol Polisi İdarəsi “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar sürücülərə müraciət edib. Bu barədə “KƏLAMİNFO”ya idarədən məlumat verilib. Məlumatda qeyd edilir ki, bu ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığını nəzərə alaraq istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər. Həmçinin müsabiqə ilə əlaqədar yük avtomobillərinin paytaxtda girişinə məhdudiyyət qoyulacaq. Bunun üçün hüquqi şəxslərə müraciət edilib. Müraciətdə hüquqi şəxslərdən mayın 8-dən sonunadək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunub.
    05.05.12 Məqaləni oxumaq
     
    Bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bir neçə şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib: “Vafi Turizm” MMC (hüquqi ünvanı: İsmayıllı şəhəri, Nizami küçəsi), “Z-Company 2007” MMC (hüquqi ünvanı: Bakı şəhəri, Zivərbəy Əhmədbəyov küçəsi, ev 33), “RX Travel” MMC (Bakı şəhəri, Əlövsət Quliyev küçəsi, ev 131, mənzil 39), “Premium Travel” MMC (Bakı şəhəri, Ak. Şamil Əzizbəyov küçəsi, ev 88), “Zenit Tour” MMC (Bakı şəhəri, Aşıq Alı küçəsi, ev 3, mənzil 103) Qeyd edək ki, lisenziyalar Prezidentin “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar” haqqındakı Fərmanına və Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” Qərarlarına uyğun olaraq verilib.
    04.05.12 Məqaləni oxumaq
     
    Serbiya təmsilçisi eşitmə və danışma qabiliyyəti olmayan insanları da düşünür
    Serbiyanı Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək bəstəkar və müğənni Zeljko Yoksimoviç “Nije lyubav stvar” adlı müsabiqə mahnısının yeni rəsmi videosunun çəkilişlərinə başlayıb. “KƏLAMİNFO” eurovision.az saytın istinadən xəbər verir ki, Serbiya təmsilçisi mahnının simfonik və instrumental versiyalarından sonra onun daha orijinal formasını təqdim edəcək. Bu dəfə Zeljko Yoksimoviç jestlərin dili ilə danışacaq. O, mahnının yeni versiyasını eşitmə və danışma qabiliyyətindən məhrum olan insanlar üçün işləyir. Mahnının mətnini 2011-ci ildə “Mənim istedadım var” yarışmasının qalibi Nenad Mahmutoviç jestlərin dili ilə çatdıracaq. Mahnının rəsmi videosu yaxın vaxtlarda nümayiş etdiriləcək.
    03.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 11 12 13 14 15 16 17 18 19 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30