Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    “Araz” FM Meral Konratı Bakıya gətirir
    “Araz” radiosunun “Park Bulvar”da açılan studiyası verilişlərinə start verib. Radionun bədii rəhbəri Səxavət Nur “KƏLAMİNFO”ya eksklüziv açıqlamasında bildirib ki, radionun yeni studiyasından veriliş həftə içi hər gün 2 saat – 14:00-dan 16:00-dək yayımlanır. S.Nur bildirib ki, “Araz” FM-in “Park Bulvar”dakı studiyası sabahdan etibarən isə eyni zamanda televiziya verilişinə də start verəcək və bu veriliş “Araz” FM dalğası ilə yanaşı Xəzər TV vasitəsilə də yayımlanacaq. Həftənin 5-ci günləri axşam saat 20:00-dan 21:00-dək davam edəcək veriliş canlı deyil, videoyazı formatında təqdim olunacaq. İlk televersiyanın çəkilişləri isə sabah başlayır. Verilişin ilk qonağı isə Azərbaycanda Təhminə kimi tanınan Türkiyənin məşhur sənətçisi Meral Konrat olacaq. Səxavət Nur xüsusi vurğulayıb ki, Meral Konrat “Araz” FM tərəfindən dəvət olunub və bu səbəbdən də onun informasiya hüququ radioda olduğu üçün fərdi müsahibələr hələ ki, nəzərdə tutulmayıb: “Amma sabah saat 19:00-da “Park Bulvar”da mətbuat nümayəndələri üçün Meral Konratla mətbuat konfransı təşkil olunacaq və kim istəsə qonaqdan müsahibə almaq şəraiti yaradılacaq”.
    26.05.12 Məqaləni oxumaq
     
    “Eurovision”un alovu Ayan Babakişiyevanı bürüyüb
    Hər zaman qeyri-adiliyi ilə diqqət mərkəzində olmağı xoşlayan gənc müğənni Ayan Babakişiyeva ölkəmizdə keçiriləcək 57-ci “Eurovision” Mahnı Müsabiqəsi ərəfəsində də maraqlı layihə həyata keçirib. “KƏLAMİNFO” xəbər verir ki, Ayan Babakişiyeva bu dəfə orijinal fotosessiyaları ilə rezonansa səbəb olub. Müxtəlif obrazlarda görünən müğənni “Eurovision”un builki loqosunu - alov və bayrağımızı üzü ilə yanaşı, saçlarında, hətta sinəsində də əks elətdirib. Stilist-vizajist Sabina İmanovanın sayəsində dəyişməyə müvəffəq olan müğənninin bu addımı fotoqraf Çingiz Seyfullayev tərəfindən görüntülənib.
    24.05.12 Məqaləni oxumaq
     
    Milli Qəhrəman Mübariz İbrahimova yeni mahnı həsr olunub
    Qəhrəmanlığı ilə düşmənlərimizi sarsıdan, ölümü ilə qəhrəmanlıq tariximizin yeni səhifəsini yazan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova ithaf olunan mahnıların siyahısına biri də əlavə olunub. “KƏLAMİNFO” xəbər verir ki, “Temp” studiyası xanım ifaçılar Şölə Səfərəliyeva, Xəyalə Manaflı, Vüsalə Bəşirova və Lalənin ifasında Qəhrəmanın şərəfli ömür yolunu ifadə edən mahnı ərsəyə gətirib. Sözləri Mr.Babaya və musiqisi Türkay Azəriyə məxsus olan mahnının klip çəkilişləri də artıq yekunlaşıb. Şölə Səfərəliyeva sözlərinə görə, çəkiliş gecə yarısına qədər davam edib. Hazırda isə klipin montaj işləri gedir. Klip tezliklə tamaşaçılara təqdim ediləcək. Xatırladaq ki, Ş.Səfərəliyeva klipdə həkim obrazını yaradıb. Digər müğənnilər - Vüsalə, Lala (“Qan” qrupu) və Xəyalə isə müvafiq olaraq, əsgər, ana, mələk rolunda olublar. Klipdə digər milli qəhrəman Çingiz Mustafayevin də səsindən istifadə ediləcəyi gözlənilir.
    22.05.12 Məqaləni oxumaq
     
    Serbiya təmsilçisinin şərəfinə parti verilib
    “EuroClub”da Serbiyanın “Eurovision–2012” təmsilçisi Zeljko Yoksimoviçin də şərəfinə parti keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç də iştirak edib. Gecədə İsveç, Ukrayna, Kipr, Makedoniya və digər ölkələrin “Eurovision–2012”dəki təmsilçiləri iştirak edib. Serbiya təmsilçisi Zeljko Yoksimoviç partiyə gələn bütün qonaqları salamlayıb və hər kəsə uğurlar diləyib. Daha sonra Zeljko ona “Eurovision–2004”də ikincilik qazandıran mahnısını, eləcə də builki “Nije Ljubav Stvar”  mahnısının instrumental və “Bakı Kristal Zalı”nda ifa edəcəyi versiyasını səsləndirib.
    Qeyd edək ki, Səfir Zoran Vayoviç builki təmsilçilər arasında favoritinin Zeljko olduğunu deyib və hər kəsi “Məşəlini alovlandırmağa” səsləyib.
    21.05.12 Məqaləni oxumaq
     
    İstiqlal Muzeyində “Eurovision” sərgisi təşkil olunub
    Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 35 ildir ki, 18 may tarixi Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. “KƏLAMİNFO” xəbər verir ki, dünyanın bir çox ölkəsində qeyd olunan Muzeylər Günündə əsas məqsəd xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək etməkdir. 170-dən çox muzeyə sahib olan ölkəmizdə də bu gün münasibəti ilə bir çox tədbir həyata keçirilir, muzeylərdə “Açıq qapı” elan olunur. Günün ab-havasını yaşadacaq muzeylərdən biri də Azərbaycan İstiqlal Muzeyidir. Muzeydən verilən məlumata görə, ekspozisiyada 18 May – Beynəlxalq Muzeylər Gününə və “Eurovision-2012” mahnı müsabiqəsinə həsr olunmuş sərgi keçiriləcək. Sərginin təşkilatçıları Azərbaycan İstiqlal Muzeyi və Qərb Universitetidir. Builki Muzeylər Gününün daha yaddaqalan olması ondan ibarət olacaq ki, “Eurovision-2012” Mahnı Müsabiqəsi məhz Bakıda keçiriləcək.
    18.05.12 Məqaləni oxumaq
     
    “Eurovision-2012”-nin növbəti məşqlərinə start verilib
    “Eurovision–2012”nin final gününə yaxınlaşdıqca təmsilçilər arasında finala keçmək həyəcanı və qalib olmaq istəyi artır. “KƏLAMİNFO”nun müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, artıq ikinci yarımfinalın digər 10 ölkəsinin təmsilçiləri möhtəşəm müsabiqənin Bakı səhnəsi sayılan “Bakı Kristal Zalı”ndadırlar.

    Qeyd edək ki, bu gün “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin ikinci yarımfinalında çıxış edən 10 ölkənin təmsilçilərinin məşqləri keçiriləcək. Ardıcıllığa görə Sloveniya, Xorvatiya, İsveç, Gürcüstan, Türkiyə, Estoniya, Slovakiya, Norveç, Bosniya və Herseqovina, Litva “Bakı Kristal Zalı”nın səhnəsində bu gün məşq edəcək ölkələrdir. Məşqlərdən sonra isə hər bir ölkə təmsilçisi ayrıca olaraq mətbuat konfransı keçirəcək.
    Xatırladaq ki, hər bir ölkə təmsilçisinə ənənəvi olaraq məşq və mətbuat konfransı üçün 40 dəqiqə vaxt ayrılıb.
    17.05.12 Məqaləni oxumaq
     
    “İmpuls” adlı qobelen sərgisi keçiriləcək
    Bu gün Muzey Mərkəzində 80-dək müəllifin 100-dən çox əsəri sərgilənəcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “İmpuls” qobelen adlanan sərginin keçirilməsində məqsəd geniş ictimaiyyəti dekorativ-tətbiqi sənət ustalarının yaradıcılığı ilə yaxından tanış və təbliğ etmək, qobelen sahəsində yaradıcılıq axtarışlarının stimullaşdırılması, bu unikal sənətin yaşadılması və ənənələrinin konseptual baxımdan yaradıcı surətdə inkişaf etdirilərək gələcəyə ötürülməsidir.

    Qeyd edək ki, Azərbaycan rəssamlarının qobelen əsərləri müxtəlif sərgilərdə nümayiş olunsa da Bakıda belə geniş miqyaslı qobelen sərgisi ilk dəfə keçirilir. Qobelen əsərləri, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, Dövlət Rəsm Qalereyası, Dövlət Rəssamlıq Akademiyasının fondundan və rəssamların şəxsi kolleksiyalarından götürülüb.
    Xatırladaq ki, mayın 22-dək davam edəcək sərgi saat 18:00-da açılacaq.
    16.05.12 Məqaləni oxumaq
     
    Vauçerlərin biletlərə dəyişdirilməsi başlayır
    Bu gün saat 15:00-da etibarən “Eurovision” Mahnı Müsabiqəsi 2012-nin birinci və ikinci yarımfinalları və finalının əsas məşqlərinin (21 may, 23 may və 25 may) vauçerlərinin biletlərə dəyişdirilməsinə start veriləcək. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, vauçerlərin biletlərə dəyişdirilməsi prosesi istirahət günləri də daxil olmaqla hər gün “Gülüstan” sarayında saat 10.00-dan 22.00-dək həyata keçiriləcək.
    Qeyd edək ki, “Eurovision–2012”-nin şoularının vauçerlərini alan hər bir şəxs şəxsiyyəti təsdiqləyən sənəd əsasında biletləri əldə edə bilər.
    Xatırladaq ki, mayın 16-dan etibarən isə “Eurovision” Mahnı Müsabiqəsinin birinci və ikinci yarımfinalları (22 may, 24 may) və final mərhələsinin (26 may) vauçerləri biletlərə dəyişdiriləcək.
    15.05.12 Məqaləni oxumaq
     
    “Eurovision” səhnəsində növbəti 9 ölkə məşqlərə başlayır
    Bu gün növbəti 9 ölkənin “Eurovision–2012” təmsilçiləri “Bakı Kristal Zalı”nda məşq edəcək. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, bugünkü məşq saatı İsrail, San-Marino, Kipr, Danimarka, Rusiya, Macarıstan, Avstriya, Moldova və İrlandiyaya məxsusdur.

    Qeyd edək ki, ənənəvi olaraq hər bir ölkəyə məşq üçün 40 dəqiqə vaxt ayrılıb. Saat 11:00-dan 19:20-dək davam edəcək məşqlərdən sonra hər bir ölkə təmsilçisi mətbuat konfransında medianın suallarını cavablandıracaq.
    15.05.12 Məqaləni oxumaq
     
    “Bakı Kristal Zalı”nda məşq edən ilk 9-luq səhnənin möhtəşəm olduğunu bildirib
    “Eurovision” Mahnı Müsabiqəsi 2012 çərçivəsində 42 ölkədən 9-nun “Bakı Kristal Zalı”nda ilk məşqi və mətbuat konfransı keçirilib. “KƏLAMİNFO” eurovision.az saytına istinadən xəbər verir ki, Monteneqro təmsilçisi Rambo Amadeus, Yunanıstan təmsilçisi Eleftheria Eleftheriou, Latviyadan Anmari, İslandiya təmsilçisi Qreta Salome və Jonsi, Albaniyanın nümayəndəsi Rona Nişliu, Rumıniya təmsilçisi “Mandinga”, İsveçrə təmsilçisi “Sinplus”, Belçikadan İris və Finlandiya təmsilçisi Pernilla möhtəşəm səhnədə uğurlar çıxış ediblər.
    Qeyd edək ki, mətbuat konfransında iştirak edən təmsilçilərin hər biri jurnalistlərə Bakıya olan sevgilərini və məhəbbətlərini dilə gətiriblər. Burdakı ab-havanın ilk gündən onlara xoş təsir bağışladığını və məmnun olduqlarını söyləyiblər. Təmsilçilər arenada hər bir incəliyin bütün detallara qədər nəzərə alındığını bildiriblər.
    14.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 10 11 12 13 14 15 16 17 18 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30