Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Eleonora Hüseynova YUNESKO Baş Assambleyasının dördüncü sessiyasının prezidenti seçilib
    Parisdə YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması haqqında 2003-cü il Konvensiyasının iştirakçı dövlətlərinin Baş Assambleyasının dördüncü sessiyası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada ölkəmizi YUNESKO yanında Daimi Nümayəndə, səfir Eleonora Hüseynova, nümayəndəliyin müşaviri Anar Kərimov, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə, YUNESKO üzrə Milli Komissiyanın nümayəndəsi Leyla Hacıyeva və YUNESKO-nun qeyri-maddi mədəni irs üzrə eksperti, musiqişünas Sənubər Bağırova təmsil edirlər. Sessiyanın açılışında Prezident, beş Vitse-Prezident və Məruzəçidən ibarət iclasın bürosu təyin olunub. Eleonora Hüseynova yekdilliklə iki il müddətinə Baş Assambleyanın Prezidenti seçilib.
    05.06.12 Məqaləni oxumaq
     
    Gənc reper teleseriallardan oxuyacaq
    Gənc reper Orxan Həyat son dövrlərdə hər kəsin marağına səbəb olan bir mövzuya müraciət edib. “KƏLAMİNFO”nun məlumatına görə, bu yaxınlarda sənətçilərlə birgə böyük aksiyaya hazırlaşan reper davamlı uğurları ilə sənətində irəliləyişlər edir. Reperin yeni mahnısı “Teleserial” adlanır. Reytinqi yüksək olan bir çox serialın mövzularını sənətçi bu mahnıda bir arada birləşdirib.
    Orxan Həyat yay aylarında bir çox planlaşdırılmış layihələri ilə gündəmdə olacaq və yayın sonunda tamaşaçılarını çox maraqlı bir sürpriz gözləyir. Azərbaycan incəsənətinin çox sevilən bir xanım sənətçisi ilə maraqlı duet hazırlanır. Adı sirr saxlanılan sənətçi reperlə birgə tamaşaçıları yayın sonunda çox təəccübləndirəcək və möhtəşəm duetlə sevənlərinin qarşısına çıxacaqlar.
    05.06.12 Məqaləni oxumaq
     
    “Eurovision–2013” – Stokholm, Gothenburq və ya Malmoda
    İsveçin Milli Televiziyasında Lorinin qalibiyyətindən bir neçə gün sonra təşkil edilən görüşdə Martin Österdahl “Eurovision” Mahnı Müsabiqəsi 2013-ün icraçı prodüseri təyin olunub. “KƏLAMİNFO”nun məlumatına görə, 38 yaşlı Martinin televiziya, musiqi və mətbuat sahəsində böyük təcrübəsi var. O, 2007-ci ildə İsveçin “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisini müəyyən edən Melodifestivalen yarışmasında layihə meneceri və münsiflər heyətinin sədri olub. “Bu işin mənə həvalə olunmasına görə fəxr edirəm. Biz çalışacağıq ki, gələn ilin may ayında televiziyada çox yaddaqalan anlar yaşadaq” - deyə Martin Österdahl bildirib. Müsabiqənin keçiriləcəyi məkan hələlik dəqiq məlum olmasa da, Avropanın ən nüfuzlu televiziya şousuna ev sahibliyi etməyə iddialı üç şəhərin adı çəkilir. Bunlar İsveçin paytaxtı Stokholm, ölkənin əsas sənaye və mədəniyyət mərkəzləri hesab edilən Gothenburq və Malmo şəhərləridir.
    05.06.12 Məqaləni oxumaq
     
    Elldən “Progressive House” janrında tam yeni mahnı
    Odlar Yurdu Azərbaycanın paytaxt Bakıda mükəmməl keçirilən “Eurovision–2012” mahnı müsabiqəsindən dərhal sonra bu mötəbər yarışmanın qalibi Eldar Qasımov öz yeni musiqi layihəsinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, müğənni sıx qastrolları və iş qrafikinə baxmayaraq, artıq iki aydır ki “I’m Free” adlı yeni sinql üzərində işləyir. Yeni sinqlla bağlı təəssüratlarını bölüşən Ell bu mahnının onda tamamilə yeni hisslər yaşatdığını etiraf edib: “Mənim üçün bu layihə, bu mahnı tam yeni bir hissdir. Mən heç vaxt bu üslubda oxumamışam və buna görə də “Progressive House” musiqi stilinin pərəstişkarları, ifaçıları qarşısında böyük məsuliyyət hiss edirəm. Mən özümü başqa tərəfdən tanımaq istəyirəm. Bu bir imtahan kimidir”. Qeyd edək ki, mahnının müəllifləri Ell özü, “AzeriLife Music Entertainment” prodüserlik mərkəzi – DJ və prodüser Aligee (Əli Abasbəyli) və Rasif Babayevdir.
    04.06.12 Məqaləni oxumaq
     
    Əhməd Cavadın 120 illik yubiley tədbiri qeyd ediləcək
    Böyük Azərbaycan şairi, tərcüməçi, tanınmış ictimai xadim Əhməd Cavadın 120 illik yubileyi qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, yubiley mərasimi zəngin və rəngarəng proqramla tərtib olunub. Məşhur sənət adamları şair haqqında danışacaq, şeirlərdən parçalar oxunacaq, sözlərinə bəstələnmiş musiqilər səsləndiriləcək. Qeyd edək ki, Əhməd Cavad ədəbi simalarla zəngin olan çoxəsrlik Azərbaycan ədəbiyyatında özünün sarsılmaz iradəsi və aydın siyasi mövqeyi, çox yüksək mətanət və geniş miqyaslı düşüncə tərzi ilə parlaq şair-təbliğatçı nümunəsidir. O, Azərbaycan ədəbiyyatı tarixinə milli inqilabi poeziyanın banisi kimi daxil olub və bu günədək həmin ədəbi prosesin təkrarsız nümayəndəsi kimi yaşayır. Əhməd Cavad Azərbaycanın dövlət himninin sözlərinin müəllifidir.
    04.06.12 Məqaləni oxumaq
     
    Tarixə Nənələr Günü də yazıldı
    “Eurovision–2012”-nin ən yadda qalan iştirakçıları “Buranovskiye babuşki” qrupu öz vətənlərini layiqincə təmsil etmələri səbəbindən Udmurtiyada onların şərəfinə tarixi gün elan olunub. “KƏLAMİNFO”nun məlumatına görə, Udmurtiya Respublikasının rəhbəri Aleksandr Volkov bildirib ki, nənələrin Bakıda mayın 26-da final konsertində uğurlu çıxışından sonra elə həmin tarix – 26 May Nənələr Günü elan olunub. Qeyd edək ki, hazırda nənələr qastrola hazırlaşır. Möhtəşəm müsabiqədə ikincilik qazanan nənələr yay ərzində Latviyada, Belarusda olacaq. Qrup Junior “Eurovision 2012”-nin Rusiya üzrə seçim turunda, iyunun 12-də isə Rusiya günündə çıxış edəcək.
    04.06.12 Məqaləni oxumaq
     
    Turizm şirkətlərinə lisenziyalar verilib
    Mədəniyyət və Turizm Nazirliyi tərəfindən may ayı ərzində bəzi şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Alean Company” MMC, “Sahil Travel” MMC, “AYF Safari İnternational” MMC, “Bakı-Tur” MMC və “Fun Travel” MMC bu lisenziyaları alıb. Qeyd edək ki, xüsusi razılıqlar sənədləri Azərbaycan prezidentinin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qaydalar”a və Nazirlər Kabinetinin “Fəaliyyət növlərinin xüsusiyyətlərindən asılı olaraq xüsusi razılıq ( lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər barədə” qərarına uyğun olaraq verilib.
    01.06.12 Məqaləni oxumaq
     
    YAP GB “Avroviziya-2012”-də Rumıniyanı təmsil edən “Mandinqa” qrupunun üzvləri ilə görüşüblər
    Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri “Avroviziya- 2012” mahnı müsabiqəsində Rumıniyanı təmsil edən “Mandinqa” qrupunun üzvləri ilə görüşüblər. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, YAP Gənclər Birliyinin sədri Seymur Orucov qonaqları salamlayaraq ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib. Dövlətlərarası münasibətlərin bütün sahələri, xüsusi ilə mədəniyyətlərarası əlaqələri uğurla əhatə etdiyi vurğulanıb.

    YAP Gənclər Birliyinin sədri Bakı şəhərində “Avroviziya- 2012” mahnı müsabiqəsinin böyük müvəffəqiyyətlə keçdiyini və Rumıniyanın təmsilçisinin bu müsabiqədə iştirakının önəmini vurğulayıb. S.Orucov deyib ki, Rumınyia təmsilçisinin “Avroviziya-2012 mahnı müsabiqəsində iştirakı və ifa etdiyi mahnı Azərbaycan gəncləri tərəfindən xüsusi maraqla qarşılanıb.
    30.05.12 Məqaləni oxumaq
     
    Məşhurların obrazı canlandırılacaq
    Yazıçı-dramaturq Əli Əmirli “Siz teatrı sevirsinizmi?” adlı pyesi üzərində işləri bitirib. Bu barədə “KƏLAMİNFO”ya məlumat verən ədibin sözlərinə görə, əsər onun müəllim kimi çalışdığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik yubileyinə həsr edilib. Universitetin rektoru, professor Timuçin Əfəndiyevin ideyası əsasında yazılan pyesin sənədli-bədii kollaj janrındadır: “Bu əsərdə müxtəlif dövrlərdə yaşayan və fəaliyyət göstərən bir çox məşhur tarixi şəxsiyyət yer alıb. Burada 1923-cü ildə nəinki Azərbaycanda, bütün Şərqdə  ilk yaradılan Teatr məktəbi əsasında formalaşan, zamanın tələblərinə uyğun olaraq ayrı-ayrı inkişaf mərhələlərini keçərək Teatr institutuna, daha sonra İncəsənət İnstitutuna və nəhayət, 1991-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə çevrilən unikal sənət və təhsil ocağının səhnə modelini yaratmağa çalışmışam. Bu bir həqiqətdir ki, bu gün Azərbaycanda mədəniyyətin, o cümlədən teatr kimi möhtəşəm bir sənətin istiqamətini müəyyən edən sənətkarların əksəriyyəti məhz 90 yaşlı bu təhsil müəssisəsinin yetirmələridir”.
    29.05.12 Məqaləni oxumaq
     
    Kann kino festivalı çərçivəsində səssiz filmlərin taleyi müzakirə olunub
    Kann kino festivalının maraq dairəsinə klassik kino irsinin qorunması da daxil edilib. “KƏLAMİNFO”nun məlumatına görə, XX əsrin ən yaxşı filmlərindən bir neçəsi – Keysuke Kinositanın “Narayan haqqında əfsanə”, Alfred Hiçkokun “Dairə”, hind rejissoru Şankar Udeyin “Kalpana” səssiz filmləri rəqəmsal keyfiyyətdə tamaşaçılara təqdim olunub. “Dünyada çəkilmiş səssiz filmlərin 75 faizini artıq itirmişik. Səbəbi də çox sadədir: plyonkanın sıradan çıxması. Bu reallıqdır. Filmlər əldən gedir və biz bunu onları qaytarmaq mümkün olmadığı məqamda anlamağa başlayırıq” fikirlərini festivalın fəxri qonağı, görkəmli amerikan kino xadimi, “The Film Foundation” şirkətinin rəhbəri Martin Skorseze bildirib. Onun sözlərinə görə, bu sahədə qəti addımlar atılmalıdır: “Gözləmə mövqeyində qalmaq olmaz, filmləri bərpa edib rəqəmsal formata çevirmək lazımdır”.
    26.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 9 10 11 12 13 14 15 16 17 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30