Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    İTV-də əcnəbi seriallar subtitrlərlə verilməyəcək
    Bu gün Milli Məclisin növbədənkənar iclasında İctimai Televiziyaya dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması ilə bağlı qanunvericiliyə dəyişiklik edilib. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Eyni halda “İctimai televiziya və radio yayımı haqqında” qanuna 11 dəyişiklik edilir. N.Cəfərov iclasda bildirib ki, İTV-nin digər televiziya kanallarından fərqli olaraq yaradılanda üzərinə müəyyən öhdəliklər qoyulub və reklama digər kanallardan fərqli olaraq daha az yer verilir. “İctimai televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsinə təklif edilən dəyişikliyə əsasən, ictimai yayım xidmətinin maliyyə mənbələri sırasına dövlət büdcəsindən ayırmalar da daxil edilib.
    30.06.12 Məqaləni oxumaq
     
    Cansız rəsm əsəri canlı bağçaya çevrilib
    Nyu Yorkda bir rəsm əsəri əsasında bağça salınıb və iki ayda bu bağçanı 100 min sənətsevər gəzib, güllər və çiçəklərlə bəzədilmiş yam-yaşıl bağçanı gəzənlər özlərini sanki rəssamın tablosunun içində hiss etdiklərini bildiriblər. Bu qeyri-adi mənzərəni gəzən amerikalılar xoş ətirli nəfəsi Nyu-Yorkun Bronx bölgəsində alırlar. “KƏLAMİNFO” xəbər verir ki, may ayında qapılarını ziyarətçilərinə açan bu mistik sərgi, məşhur fransız ressam Claude Oscar Monetin “Nilufərlər" tablosunun sürəti olaraq layihələndirilib. 86 yaşındaykən ağciyər xərçəngindən ölən Monetnin 1906-cı ildə Givernidəki bağçasında çəkdiyi əsər rəssamlar dünyasının avtoritetlərdən də yüksək qiymət alıb. Qeyd edək ki, rəssamın sözü gedən tablosunu canlı olaraq bağça halında sərgiləmək fikri Paul Tukerə aiddir. “Ziyarətçilərimiz Monetnin məşhur rəsm əsərini canlı-canlı hiss edə bilirlər. Biz bağçada onun əsərində istifadə etdiyi çiçəklərin eynilərini sərgiləyirik. Təbiətdəki canlı çiçəklər hər gün dəyişilir.
    28.06.12 Məqaləni oxumaq
     
    Müğənnilər əsgərlər üçün oxuyub
    Şou-biznes nümayəndələri Silahlı Qüvvələrimizin yaradılmasının 94-cü ildönümü münasibətilə Daxili Qoşunların əsgərləri qarşısında konsert proqramı ilə çıxış ediblər. “KƏLAMİNFO”nun məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş konsertdə müğənnilər Roza Zərgərli, Samira Allahverdi, Xatun, Azad Şabanov, Elnur Məmmədov və başqaları iştirak ediblər.
    28.06.12 Məqaləni oxumaq
     
    “Qaxda turizmin inkişafına hər cür dəstək verilir”
    Son günlərdə bəzii kütləvi informasıya vasitələrində Qax rayonunda turizm fəaliyyəti ilə məşğul olan sahibkarların əsassız inçidilməsi və bu məsələlərə rayonun icra başçısı tərəfindən etinasız münasibət göstərildiyi barədə yazılar dərc edilir. “KƏLAMİNFO” Qax rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq yazılanlara aydınlıq gətirib. İcra hakimiyyətindən bildirilib ki, son 2 il ərzində rayonda fəaliyyət göstərən turizm obyektlərinin heç birindən sözügedən mövzuda şikayət daxil olmayıb: “Odur ki, rayonla bağlı KİV-də getmiş materialın reallığı əks etdirmədiyi və qərəzli xarakter daşıdığını bildiririk. Eyni zamanda bildirmək istəyirik ki, respublikamızın ən dilbər güşələrindən biri olan Qax rayonunda mövcud turizm potensialının genişləndirilməsi, yeni-yeni obyektlərin inşası, xidmət çeşidlərinin artırılması, hətta kənd turizminin (fərdi evlərdə turistlərin qəbulu) inkişafı RİH-in diqqət mərkəzində saxlanılır və bu sahədə sahibkarlara hər çür dəstək verilir”.
    21.06.12 Məqaləni oxumaq
     
    Bakıda “Kinoşok” festivalının qalib filmlərinin nümayişi başlayıb
    Bu gün Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi, MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və MDB-yə üzv, Latviya, Litva və Estoniyanın “Kinoşok” Açıq Kino Festivalı Bakıda festivalın qalib filmlərini nümayiş etdirəcək. “KƏLAMİNFO”nun məlumatına görə, festivalın yaranma tarixinin 20 illiyinə həsr olunan tədbirdə “Kinoşok”u təmsil edən bir qrup kino sənətkarı da iştirak edəcək. Dörd filmdən ibarət yubiley proqramının açılışı artıq rejissor Rüstəm Abdraşevin (Qazaxıstan) “Dirçəliş adası” filmi ilə baş tutub. Saat 21:00-da isə rejissor Yuriy Mamin (Rusiya-Fransa) “Parisə pəncərə” filmi nümayiş olunacaq. Bu gün həmçinin saat 18.00-da tədbirin qonaqları Nizami Kino Mərkəzinin Mətbuat Klubunda mətbuat konfransı keçirəcək. Sabah isə saat 19:00-da rejissor Yusup Razıkov (Özbəkistan) “Natiq” filmi, saat 21:00-da isə rejissor Şarunas Bartas (Litva-Rusiya-Fransa) “Avrasiyalı” filmi göstəriləcək.
    19.06.12 Məqaləni oxumaq
     
    Azərbaycan Mədəniyyəti Türkiyədə nümayiş olunur
    Ankarada “CerModern” İncəsənət Mərkəzində Azərbaycan Mədəniyyət Günlərinin açılış mərasimi keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, hər iki ölkənin mədəniyyət və turizm nazirləri tədbir çərçivəsində təşkil olunmuş xalq sənəti sərgisinin açılışını bildirən qırmızı lenti kəsdikdən sonra vurğulanıb ki, Ankara və İzmir şəhərlərində keçiriləcək bu tədbir iki ölkənin nazirlikləri arasında imzalanmış mədəni əməkdaşlıq protokoluna əsasən həyata keçirilir. “Bu tədbir, əslində bir xalqın musiqi, mədəniyyət inciləri və mədəni irsinin nümayişdir. Çünki Azərbaycan və Türkiyə xalqları bir milləti təmsil edirlər. Türkiyədə qardaş Azərbaycanın zəngin mədəniyyəti çox yaxşı tanınır və sevilir”-deyə Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay bildirib.
    19.06.12 Məqaləni oxumaq
     
    Mədəniyyətin təbliği üçün bloqçu gənclər hazırlanır
    “Azərbaycan mədəniyyətinin və həqiqətlərinin təbliğində internetdən və bloqçuluqdan istifadənin öyrədilməsi” mövzusunda gənclərə peşəkarlar təlim keçirlər. Təlimləri həyata keçirən Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, artıq bu çərçivədə 30 gənc mədəniyyətin təbliğində internetdən istifadə və bu işdə bloqçuluq etməklə bağlı bilgiləndirilib.

    Hal-hazırda isə onlara bloq yaratma vərdişləri aşılanır. Müxtəlif universitetləri təmsil edən 30 tələbə layihənin mövzusuna uyğun olaraq təlim keçir və mədəniyyətimizin internet məkanında təbliği istiqamətində kadr kimi hazırlanır. Təlimlər Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasının dəstəyilə “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsi çərçivəsində keçirilir.
    15.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanın turizm potensialı Honq-Konqda
    Sabahdan etibarən Çinin Honq-Konq şəhərində keçiriləcək “İTE and MİCE” Beynəlxalq Turizm Sərgisində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, “ATA Travel”, “İmprotex” turizm şirkətləri və “Gallery hotel”, “Excelsior” mehmanxanaları da təmsil olunacaq. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sərgidə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 27 kv.m sahə icarəyə götürülüb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və çin dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub. Xatırladaq ki, Azərbaycan ikinci dəfədir ki, “İTE and MİCE” beynəlxalq turizm sərgisində iştirak edir. Sərgi 17 iyun 2012-ci il tarixinədək davam edəcək.
    14.06.12 Məqaləni oxumaq
     
    İctimai rəydə “Eurovision-2012” peşəkar səviyyədə iş adlandırılıb
    “Eurovision–2012” ilə bağlı ictimai rəy sorğusu keçirilib. “Rəy” Monitorinq Mərkəzindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 2012-ci il mayın 27-dən 31-dək keçirilən ümummilli ictimai rəy sorğusuna yaşı 18 və yuxarı olan 1300 respondent cəlb edilib. Məlum olub ki, Azərbaycanda Avropanın ən böyük musiqi bayramına maraq kəskin şəkildə artıb. Əgər 2011-ci il mayın 15-16-da (finaldan dərhal sonra) keçirilmiş sorğu zamanı Bakı əhalisinin 59%-nin müsabiqəni bu və ya digər səviyyədə izlədiyi üzə çıxmışdısa, bu il həmin rəqəm 89%-ə qalxıb. Ümumilikdə isə ölkə üzrə bu göstərici 78% təşkil edib. Sorğu nəticələri göstərir ki, gənclər müsabiqəni əvvəldən axıradək on-layn rejimində izləyib, daha yaşlı nəsil isə konsert proqramlarına fasilələrlə baxıb və ya sonrakı gün gedən reportajlarla tanış olub.
    08.06.12 Məqaləni oxumaq
     
    “Empatiya” sənədli filminin təqdimatı olub
    “De-institusionalizasiya və nativ Qayğı” Dövlət Proqramının icrasına və eləcə də ölkəmizdə uşaq müdafiəsi sahəsində həyata keçirilən tədbirlərə dəstək məqsədilə “İRƏLİ” İctimai Birliyi “Dünyaya Baxışâ€ť Beynəlxalq Humanitar Təşkilatının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə “Sosial İşçilər: Uşaq Müdafiəsi Sistemi İslahatına yeni baxışâ€ť adlı layihəni uğurla başa vuraraq, bu layihə çərçivəsində yeni sənədli filmin çəkilişini yekunlaşdırıb. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda sosial işçilər üçün artan ehtiyaclara hökumət və qeyri-hökumət təşkilatlarının diqqətinin cəlb edilməsi, uşaq müəssisələrindən bioloji ailələrinə qaytarılan uşaqların hazırkı vəziyyəti barəsində məlumatlılığın artırılması məqsədilə “İRƏLİ” Prodakşın tərəfindən çəkilən “Empatiya” sənədli filminin təqdimatı olub. Təqdimatda səslənib ki, ailə himayəsindən mərhum olan uşaqların ailələrə verilməsi haqqında çox danışılsa da bu işə vətəndaşlar tərəfindən maraq o qədər yüksək deyil.
    06.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 8 9 10 11 12 13 14 15 16 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30