Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    İnsan
    Qisməti bir ömür taleyi sirdir

    Tarixdir zamandır dövrandır insan
    27.07.12 Məqaləni oxumaq
     
    “Genosid Almanax–3” kitabı işıq üzü görəcək
    “İrəli” Ədəbi Məclisinin “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində Almanax silsiləsindən olan 3-cü kitab “Genosid - Almanax” kitabı yaxın vaxtlarda işıq üzü görəcək. “İrəli” İctimai Birliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, kitabın çap olunmasında əsas məqsəd gənclərin son 100 ildə məruz qaldığımız hadisələrdən və Azərbaycan həqiqətlərindən xəbərdar olmasıdır. Qeyd edək ki, kitabda Üzeyir Hacıbəyli, Əhməd bəy Ağaoğlunun yazıları ilə yanaşı, müasir orta yaşlı nəsil ziyalıların, millət vəkili, tanınmış jurnalistlərin, 30-dan çox gənc yazarın və xarici ölkələrin alim və yazarlarının Qarabağ və soyqırımı haqda məqalələri, əsərləri dərc olunacaq. Xatırladaq ki, “Gənc yazarlara dəstək” layihəsi çərçivəsində indiyədək “Almanax–1”, “Xaç kölgəsi” və “Almanax–2” kitabları işıq üzü görüb. Kitablar 1000 tirajda nəşr olunub. 20-dən çox gənc yazarın əsərləri, eləcə də ivrit, fars, ingilis, rus, ərəb dillərindən tərcümə edilmiş əsərlər çap olunub.
    26.07.12 Məqaləni oxumaq
     
    Kinematoqrafçılar İttifaqı Azərbaycan filmlərini Rusiyadan gətirəcək
    Rusiya Dövlət Film Fondunda saxlanılan Azərbaycan filmləri ölkəyə qaytarılacaq. Bu barədə “KƏLAMİNFO”ya açıqlama verən Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin sözlərinə görə, Moskvada Azərbaycanın 300-dək bədii filmi var. Həmin ekran əsərlərini alıb Bakıya gətirmək üçün isə böyük məbləğdə vəsait lazımdır: “Rusiya Dövlət Film Fondunda 1923-cü ildən 1989-cu ilədək çəkilmiş ekran əsərləri saxlanılır. Sovet dövründə hansı respublikada çəkilməsindən asılı olmayaraq filmlərin orijinalları Moskvaya təhvil verilirdi. Biz 23 illik kirayə və saxlanma xərclərini ödədikdən sonra öz filmlərimizi ala bilərik”. Filmlərin qaytarılması ilə birbaşa yeni yaradılan Kinematoqrafçılar İttifaqı məşğul olacaq. Yaxınlarda təsis edilən qurumun icraçı katibi olan C.Quliyevin sözlərinə görə, təşkilatın qarşısında duran əsas məsələlərdən biri məhz budur: “Filmlərin qaytarılması üçün maliyyə ayrılması haqqında dövlətə müraciət edəcəyik.
    25.07.12 Məqaləni oxumaq
     
    Qəbələ IV Beynəlxalq Musiqi Festivalına bu gün start verilir
    Dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunan Qəbələ IV Beynəlxalq Musiqi Festivalına bu gün start veriləcək. “KƏLAMİNFO”nun məlumatına görə, Heydər Əliyev Fondunun təşəbbüsü və rəhbərliyi ilə keçiriləcək festivalda ölkəmizlə yanaşı, dünyanın görkəmli musiqiçiləri, bədii kollektivləri, tanınmış solistləri, məşhur dirijorları iştirak edəcək.

    Böyük Britaniya, Rusiya, ABŞ, İtaliya, Sloveniya, İsveçrə, Fransa, Polşadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - London Filarmonik Orkestri, Yuri Başmet və “Moskva solistləri” kamera orkestri, “Tartini” kvarteti, Şarl Dütua, Boris Berezovski, Sergey Krılov, Dmitri Yablonski, Klaudio Vandelli, Qriqori Kovalevski, Françeska Patane, Marco Kinqari, Andrey Yaroşinski, Aleksandr Çaykovski, Michal Nesteroviç, Lisa de la Salle, Moyka Zlobko və başqalarının möhtəşəm festivala qatılacağı gözlənilir.
    25.07.12 Məqaləni oxumaq
     
    Çin və Azərbaycanın turizm sahəsindəki əməkdaşlığı müzakirə olunub
    Bu gün Çinin “CİTİC Limited” şirkətinin rəhbərliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri arasında görüş keçirilib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə şirkətin vitse-prezidenti Jao Jingven və “SİTİC Tourism Group Co Ltd” şirkətinin prezidenti Ji Ruo Linin başcılıq etdikləri nümayəndə heyəti Çin və Azərbaycan arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edərək, bu əməkdaşlığın səviyyəsini daha da yüksəltməyin vacib olduğunu bildiriblər. Müzakirələr zamanı çin turist qruplarının Azərbaycana səfərinin təşkili barədə dövlətlərarası xüsusi Sazişin imzalanması məsələsinin vacibliyi də vurğulanıb. Görüşdə həmçinin Çin və Azərbaycan turizm şirkətləri arasında ikitərəfli əlaqələrin inkişafı üzrə fikir mübadiləsi aparılıb və qarşılıqlı infoturların təşkili məsələsi təklif olunub.
    25.07.12 Məqaləni oxumaq
     
    Gənc azərbaycanlı yazıçının hekayəsi Vilnüsdə litva dilində çap edilib
    Litvanın “Šiaurės Atenai“ (“Şimal Afinası”) ədəbiyyat və incəsənət həftəlik qəzetinin 6 iyul 2012-ci il tarixində çapdan çıxan 25 (1091) saylı nəşrində Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir Pərvinin (Pərvin Ələmdar qızı Nurəliyeva) “Samir üçün” adlı hekayəsi dərc edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hekayəni Litva dilinə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Mahir Həmzəyev və litvaşünas Edita Ratkuviene çeviriblər.
    11.07.12 Məqaləni oxumaq
     
    Opera və Balet Teatrı festivala hazırlaşır
    Dövlət Akademik Opera və Balet Teatrının Simfonik Orkestri Almaniyada keçiriləcək “Opera Sənəti" Festivalında iştirak edəcək. Teatrdan “KƏLAMİNFO”ya verilən məlumata görə, orkestr bu festivalda artıq beşinci dəfə iştirak edəcək. Orkestrin səfəri avqustun 8-dən 13-dək baş tutacaq. 60 nəfərlik heyət avqustun 12-də festivalın “Qrand final” adlanan Qala-konsertində iştirak edəcək. Konsertdə Qərbi Avropa bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları – Ü.Hacıbəyli, Q.Qarayev və F.Əmirovun da əsərləri səslənəcək. Ənənə üzrə hər il yay aylarında keçirilən “Qut-İmmlinq” opera festivalında bu il Avropa, ABŞ, Latın Amerikası, Yaponiya, ümumilikdə 34 ölkədən dəvət olunmuş vokal sənəti ulduzları, dirijor və rejissorlar iştirak edəcəklər. Festival çərçivəsində keçirilən tamaşa və konsertlər Almaniya və Avropanın televiziya kanalları və KİV-də geniş işıqlandırılır.
    06.07.12 Məqaləni oxumaq
     
    6-cı “Xalq ulduzu” Xəyalə Qafarzadə oldu
    “Xalq Ulduzu” televiziya müsabiqəsinin 6-sı məlum olub. “KƏLAMİNFO” xəbər verir ki, ATV telekanalında yayımlanan “Xalq Ulduzu – 6” mahnı yarışması layihəsinin qalibi bəlli olub. 4 ay ərzində davam edən yarışmada Xəyalə Qafarzadə və Sərvər Məmmədzadə finalda mübarizə aparıblar. Finalçılar arasından qalibin müəyyən olunması həftə ərzində tamaşaçılar tərəfindən SMS səsverməsinin nəticələrinə əsasən elan olunub. Elə bu SMS-lərə görə, Xəyalə Qafarzadə 52.48 % səslə müsabiqənin qalibi olub. Digər finalçı Sərvər Məmmədzadə isə 47.52 %-lə ikinci yerin mükafatını qazanıb. Qaliblərə kubok və diplomlar təqdim olunub. Qeyd edək ki, 16 həftə ərzində keçirilən və 150-dən çox bəstəkar və xalq mahnılarının ifa olunduğu “Xalq Ulduzu – 6”-nın münsiflər heyətində Xalq artisti Aybəniz Haşımova, bəstəkar Tahir Əkbər, xanəndələr Almaz Orucova və Teyyub Aslanov təmsil olunub.
    05.07.12 Məqaləni oxumaq
     
    Teleaparıcılıq təklif olunan nənələr “Eurovision–2013”-ə də qoşula bilər
    Bakının ev sahibliyi etdiyi “Eurovision–2012”-nin möhtəşəm “Kristal Zalı”nda müsabiqənin ikincisi olan “Branovskiye babuşki” diqqət mərkəzində qalmağa davam edir. “KƏLAMİNFO” xəbər verir ki, indi də nənələrə televiziyada iş təklif edilib. Qrupun ifaçılarından Natalya Yakovlevna Puqaçova “Rossiya 1” telekanalında “V qostax u skazki” (“V qostəx u skazki”) verilişində aparıcı ola bilər. Bununla yanaşı müğənni Filip Kirkorov “Buranovskiye babuşki” qrupunu 2013-cü ildə keçiriləcək “Eurovision” Mahnı Müsabiqəsində yenə də ölkə təmsilçisi qismində gördüyünü bildirib. Onun sözlərinə görə, nənələr İsveçdəki müsabiqədə iştirak edərək birinci yerə sahib ola bilər. “Hər halda Dima Bilanda bu alınmışdı” - deyə Filip Kirkorov bildirib.
    05.07.12 Məqaləni oxumaq
     
    Nəzakət Teymurova: “Üzdəki qırış da bir gözəllikdir”
    Bu gün Xalq artisti, prezident təqaüdçüsü Opera və Balet Teatrının solisti Nəzakət Teymurovanın ad günüdür.

    Yubileyini evdə yaxın ətrafları ilə qeyd etdiyini deyən muğam ifaçısı “KƏLAMİNFO”ya açıqlamasında ilk təbriki kimdən aldığını da bildirdi: “Məni ilk təbrik edən yaxın rəfiqəm və qızım Nigar oldu. Hələ də təbriklər davam edir. Hazırda ailəmlə bağdayam. Tələbələrim, yaxın dostlarım və ailəmlə bərabər ad günümü burada qeyd edəcəyik”.
    04.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 7 8 9 10 11 12 13 14 15 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30