Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Larri Mak Mötri kitabxanasını satışa çıxardı
    Amerikalı yazıçı Larri Mak Mötri kitabxanasının böyük bir hissəsini iki günlük endirimli qiymətlərlə satışa çıxardığını elan edib. “KƏLAMİNFO” “NTVMSN”-ə istinadən xəbər verir ki, kitab və Mötrisevərlər endirimli satış mərkəzinə axın edib. Mötri istifadə edilmiş və nadir tapılan kitabları illərdir ki, “Booked Up” adlı şirkətində yığıb. Dörd binada yerləşdirilən kitabların varislərinə problem yaradacağını düşünən yazar kitabların 300 minini satmağa qərar verib. “Pulitzer” mükafatlı yazarın satışa çıxardığı kitabların 850-2750 dollar arasında dəyişən qiymətləri var.
    16.08.12 Məqaləni oxumaq
     
    Azərbaycan filmlərini qarşıda beynəlxalq festivallar gözləyir
    Azərbaycan filmləri Beynəlxalq festivallara dəvət alıb. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, “Azərbaycanfilm” kinostudiyası və “Butafilm” kino şirkətinin birgə istehsalı olan “Buta" bədii filmi bu ilin sentyabr ayında Almaniyada keçiriləcək uşaq filmləri festivalında ölkəmizi təmsil edəcək. Qeyd edək ki, ssenari müəllifi və quruluşçu rejissoru İlqar Nəcəf olan ekran əsəri 2011-ci ildən indiyədək bir çox nüfuzlu festivalların mükafatına layiq görülüb. Film ötən il Asiya-Sakit Okean Kino Akademiyasının “Asia Pasific Screen Awards” mükafatını (“Ən yaxşı uşaq filmi” nominasiyası) qazanıb. Rejissor Şamil Əliyevin “Azərbaycanfilm” kinostudiyasında quruluş verdiyi “Çölçü” filmi isə MDB ölkələri, Latviya, Litva və Estoniyanın XXI “Kinoşok” açıq festivalının müsabiqə proqramına daxil edilib. Festival sentyabrın 15-dən 23-dək Rusiyanın Anapa şəhərində gerçəkləşəcək. Rejissor bildirib ki, festival çərçivəsində “Azərbaycan kinosu günləri” keçiriləcək və müsabiqədən kənar filmlər də təqdim ediləcək.
    09.08.12 Məqaləni oxumaq
     
    Mədəniyyət və Turizm Nazirliyi yaxın günlərdə e-hökumət portalına tam inteqrasiya olunacaq
    Mədəniyyət və Turizm Nazirliyi (MTN) üçün server otağı tikilərək istifadəyə verilib. Bu, “Elektron Hökumət” Dövlət İnformasiya Sisteminə (EHDİS) qoşulmaq, serverlərin saxlanılması, xidmətlərin göstərilməsi, daxili informasiyanın qorunması üçün istifadə olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqramlar təminatı şöbəsinin müdiri Qabil Abbasov “İCTnews”a bildirib. Q.Abbasov qeyd edib ki, təmsil etdiyi nazirlik bir neçə “elektron imza” alıb. Eyni zamanda 20-dək “e-imza”nın alınması üçün sifariş verib. Nazirliyin yeni elektron xidmətlər saytını (e-services.mct.gov.az) yaratdığını önə çəkən Q.Abbasovun sözlərinə görə, burada turizm sahəsi üzrə 12 elektron xidmət göstərilir: “Hazırda vətəndaşlar heç bir maneə ilə üzləşmədən bu xidmətlərdən istifadə edə bilərlər. Onu da qeyd edim ki, mədəniyyət sahəsi üzrə də elektron xidmətlər hazırlanır və yaxın zamanlarda onlar da sayta yüklənəcək”.
    03.08.12 Məqaləni oxumaq
     
    50 ekran əsəri bərpaya hazırlanır
    Hazırda Dövlət Film Fondunda köhnə filmlərin bərpa prosesi gedir. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında bildirən fondun direktoru Cəmil Quliyevin sözlərinə görə, bu işə 2010-cu ildən başlanılıb. İndiyədək 30 köhnə Azərbaycan filmi bərpa edilib: “Bu filmlər arasında “Sehrli xalat”, “Bir qalanın sirri”, “Uzaq sahillərdə”, “Şərikli çörək”, “Mahnı qanadlarında”, “Babək” kimi məşhur ekran əsərləri var”.

     50 ekran əsəri, o cümlədən “Yaramaz”, “Arşın mal alan”, “Nəğmə müəllimi”, “Mən mahnı qoşuram” kimi filmlər isə bərpaya hazırlanır: “Keçmişdə bütün filmlər indikindən fərqli lentlərlə çəkilib. Zaman keçdikcə onların keyfiyyəti aşağı düşür, saxlanma müddəti azalır. Bərpa zamanı filmlərin neqativləri təmizlənir, səs fonoqramları qaydaya salınır, yuyulur, başqa kimyəvi proseslər həyata keçirilir və rəqəmsal lentlərə köçürülür”.
    01.08.12 Məqaləni oxumaq
     
    “Miss Civilization–2012”-yə kastinqlər davam edir
    CFC Organization və ATV kanalı birgə “Miss Civilization-2012” mədəniyyətlər kraliçası gözəllik müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının seçilməsi üçün kastinqlər keçirir. “KƏLAMİNFO” xəbər verir ki, müsabiqənin mətbuat katibi Azər Nəsibov kastinqə start verildiyi gündən artıq çoxlu sayda müraciətlər daxil olduğunu bildirib: “Azərbaycanı müsabiqədə təmsil etmək üçün hətta ölkəmizdən kənarda - Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və başqa ölkələrdə yaşayan gənc xanımlar da iştirak ərizəsi ilə müraciət edirlər.
    Bunun üçün yaşadıqları ölkədən bir baş müsabiqənin saytına daxil olub, iştirakçı anketini doldurmaqla lazımi e-mail ünvanına göndərərək, seçim turlarına qatılmaq şansı qazanırlar”.
    Qeyd edək ki, avqustun 8-dək davam edəcək anket qəbulundan sonra, seçimlər başlanacaq və 20 ən layiqli iştirakçı Azərbaycan seçiminin finalına vəsiqə qazanacaq. Azərbaycan finalı avqustun 25-də keçiriləcək.
    Xatırladaq ki, ilk dəfə Azərbaycanda keçiriləcək və 24 ölkə gözəllərinin iştirak edəcəyi müsabiqə sentyabr ayında gerçəkləşəcək.
    31.07.12 Məqaləni oxumaq
     
    “Uçan xalça” Bakıya gəlir
    Yeni tikilən Xalça Muzeyində toxuculuq sexi də fəaliyyət göstərəcək. Bunu “KƏLAMİNFO”ya açıqlamasında muzeyin direktoru Röya Tağıyeva dedi. Onun sözlərinə görə, burada qədim nümunələrin kiçikölçülü oxşarları, eləcə də müasir xalçalar toxunaraq sərgi-satış ekspozisiyaları təşkil ediləcək.
    31.07.12 Məqaləni oxumaq
     
    Nizami Mərkəzində Kino günü qeyd olunacaq
    2012-ci il avqustun 2-də Nizami Kino Mərkəzində Kino Gününə həsr olunmuş bədii gecə keçiriləcək. “KƏLAMİNFO” Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına əsasən xəbər verir ki, proqramda təbriklər və təltiflərlə yanaşı, dövlət sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Dolu" bədii filminə ilkin baxış yer alıb.

    Qarabağ müharibəsi mövzusunda çəkilmiş filmin ssenari müəllifi Aqil Abbas, quruluşçu rejissoru Elxan Cəfərov, operatoru Nadir Mehdiyev, rəssamı Rafiq Nəsirov, bəstəkarı Polad Bülbüloğludur.
    28.07.12 Məqaləni oxumaq
     
    Mərhum dostum Zöhrab
    Məmmədova ithaf

    Hər bir tanışlığın bir tarixi var

    Hər tarixin də bir başlanğıcı var
    27.07.12 Məqaləni oxumaq
     
    Viləş-Su bəndi
    Bir hündür güşəyə meylini saldın

    Xeyir duanı da dağlardan aldın
    27.07.12 Məqaləni oxumaq
     
    Elə sevin kədərə də hazır ol!
    Bu dünyanın sevincini dadanda,

    Elə sevin, kədərə də hazır ol.
    27.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 6 7 8 9 10 11 12 13 14 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30