Pakistanın Sind əyalətinin Larkana şəhərində “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatlarının təqdimolunma mərasimi keçirilib. Mərasimdə Pakistanın sabiq Prezidenti Asif Əli Zərdari, Sind əyalətinin Baş naziri Kaim Əli Şah, əyalət kabinetində təmsil olunan nazirlər, Milli Assambleyanın üzvləri, senatorlar iştirak ediblər. Asif Əli Zardari Pakistanın böyük qızı Bənazir Bhuttonun Pakistanın həyatında oynadığı əvəzsiz roldan danışıb, bütün mənalı ömrünü demokratiyanın bərqərar olunmasına həsr etdiyini, habelə Pakistanda qadın və uşaqların problemlərinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Sonra sabiq Prezident Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı-2013” mükafatı ilə təltif olunduğu elan edib.
|