Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  95 96 97 98 99 100 101 102 103  #
    Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycandakı ermənilərə baş çəkiblər
    Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda əsirlikdə saxlanılan 3 erməni hərbçisi və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər. Bu barədə məlumat “KƏLAMİNFO”ya BQXK-nın Azərbaycan nümayəndəliyindən verilib. Başçəkmə zamanı əsirlərin saxlanma şəraiti və fiziki durumlarının monitorinqi aparılıb, onlara yaxınlarının məktubları çatdırılıb. Əsirlərdən yaxınlarına çatdırılacaq məlumatlar alınıb.
    03.05.11 Məqaləni oxumaq
     
    AVCİYA Xaçmazda seçici hüquqlarını müzakirə edib
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Xaçmaz şəhərində növbəti seminar keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AVCIYA-nın mətbuat xidmətindən veriblər. Seminar “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihə çərçivəsində baş tutub. Tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub, tədbir iştirakçılarının sualları cavablandırılıb. Tədbir iştirakçıları öz çıxışlarında seçki şikayətlərinə baxılması prosedurunun nisbətən sadələşdirilməsinə, “Seçki Məcəlləsi”nə beynəlxalq standartlara uyğun bir sıra dəyişikliklərin edilməsinə ehtiyac olduğunu xüsusi qeyd ediblər. Tədbirin sonunda AVCİYA–nın Seçki Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı tövsiyələri iştirakçıların nəzərinə çatdırılıb. Qeyd edək ki, seminar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə reallaşıb.
    03.05.11 Məqaləni oxumaq
     
    Nazir müavini: “Büdcəyə dəyişikliklərdən sonra sosial xərclər artacaq”
    “Neft Fondundan büdcəyə transfertlər vergi daxilolmalarından çox ola bilər”. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında maliyyə nazirinin müavini Azər Bayramov deyib. Onun sözlərinə görə, dəyişikliklər nəticəsində büdcəyə üç mənbədən – Vergilər Nazirliyi, Gömrük Komitəsi və Neft Fondundan 1,5 milyard manat əlavə ediləcək: “Büdcəyə əlavə və dəyişiklik edildikdən sonra büdcənin sosial xərcləri daha da artacaq. Sosial yönümlü xərclər stabil maddədir, ona görə də ümumi büdcədəki payı ümumi büdcənin xərc hissəsindən asılıdır. Dəyişikliklərdən sonra təqribi hansı həcmə çatacağı hələ dəqiqləşməyib”.
    03.05.11 Məqaləni oxumaq
     
    Qoşunların təmas xəttində monitorinq olacaq
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq mayın 4-də Goranboy rayonu Tapqaraqoyunlu kəndinin qərbindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Maykl Okonnor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin səhra köməkçiləri Xristo Xristov, Marius Puodziunas və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi, polkovnik-leytenant Aleksandr Nepokritix keçirəcəklər.
    03.05.11 Məqaləni oxumaq
     
    Atəşkəs Tərtər rayonu istiqamətdə pozulub
    Ermənistan Silahlı Qüvvələrinin bölmələri mayın 3-də saat 05.20-dən 05.55-dək Tərtər rayonu Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
    03.05.11 Məqaləni oxumaq
     
    Paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
    Litva prezidenti Daliya Qribauskaytenin Azərbaycana rəsmi səfəri zamanı paytaxtın bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov verib. Qeyd edilib ki, mayın 2-si saat 13:00-dan tədbirlər başa çatanadək Aeroport şossesi ilə şəhərin mərkəzi istiqamətində - yəni Heydər Əliyev pr-ti, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər pr-ti, Azneft meydanı, Niyazi və İstiqlaliyyət küçələri, geriyə Neftçilər prospekti, Rəşid Behbudov, Bakıxanov Ceyhun Hacıbəyli, Vaqif küçələri, Qələbə meydanı, Atatürk prospekti, Həsən Əliyev, Səməd Vurğun küçəsi, İnşaatçılar, Hüseyn Cavid, Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermantov, 10-cu park küçələrində, mayın 3-də isə 7:30-dan 15:00-dək Fəxri Xiyaban və Şəhidlər Xiyabanı, eyni marşrutlar üzrə Azneft dairəsindən Heydər Əliyev adına beynəlxalq Hava Limanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılcaq.
    02.05.11 Məqaləni oxumaq
     
    Nazir Əli Abbasov Moskvada keçiriləcək sərgiyə qatılır
    Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altına Azərbaycan nümayəndə heyəti mayın 10-dan 13-dək Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edəcək. RİTN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, respublikanı tədbirdə təmsil edəcək nümayəndə heyətinin tərkibinə həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri daxildir. Sərgidə Azərbaycan ayrıca pavilyonla təmsil olunacaq. Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapacaq.
    02.05.11 Məqaləni oxumaq
     
    Suraxanıda korrupsiyaya qarşı mübarizəyə həsr olunan müşavirə keçirilib
    Suraxanı rayon İcra Hakimiyyətində korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərin müzakirəsinə həsr olunan müşavirə keçirilib. Müşavirədə yerli icra hakimiyyəti orqanı, rayon ərazisində yerləşən dövlət idarə, təşkilatların rəhbərləri və əməkdaşları iştirak edib. Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan (DQMK) “KƏLAMİNFO”ya verilən məlumata görə, müşavirə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının (2007-2011-ci illər) tələblərinə uyğun keçirilib. Müşavirədə DQMK-nin Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəyli “Dövlət qulluqçularının etik davranış qaydalarının ümumi əsasları” və Hüquq sektorunun müdiri Vüqar Əsgərov “Korrupsiyaya qarşı mübarizə və maraqlar toqquşmasının qarşısının alınması” mövzularında təqdimatla çıxış ediblər.
    02.05.11 Məqaləni oxumaq
     
    Ölkə səhiyyəsində Nümunəvi Tibbi-İnformasiya Sisteminin tətbiqi davam edir
    Azərbaycanda səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən Nümunəvi Tibbi-İnformasiya Sisteminin (NTİS) növbəti tətbiqinə M.Topçubaşov adına Elmi- Cərrahlıq Mərkəzində başlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən veriblər. Elmi-Cərrahlıq Mərkəzində daxili mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılıb, 40 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulub və hər birinə NTİS-in proqram təminatı yazılıb. Müxtəlif profilli cərrahi əməliyyatların aparılması ilə məşğul olan bu mərkəzdə xəstələrə göstərilən bütün növ tibbi xidmətlərin, onların müalicə və müayinə nəticələri, cərrahi əməliyyatların sistemə daxil edilməsi üçün lazımi şərait yaradılıb, hesabat və statistik formalar sistemə daxil edilib və istənilən vaxtda çap edilərək sistemdən çıxarılması təmin edilib. Burada NTİS-nin fəaliyyətini təmin etmək üçün tələb olan serverlər, əməliyyat sistemləri və müxtəlif servislər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi və Akgün Yazılım Şirkətinin mütəxəssisləri tərəfindən qurulub.
    02.05.11 Məqaləni oxumaq
     
    Məhbuslara bayram və istirahət qadağası
    Bundan sonra bir sıra məhkumlar islah qaydalarını pozduqlarına görə cəzalandırılacaqlar. “KƏLAMİNFO” xəbər verir ki, hazırda Milli Məclisdə Cəzaların İcrası Məcəlləsinə əlavə və dəyişikliklərdə nəzərdə tutulub ki, Açıq tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını pozan məhkumlara 3 ay ərzində bayram və istirahət günlərini müəssisədən kənarda keçirmək qadağan olunacaq. Əlavə və dəyişikliklərdə qeyd olunur ki, açıq tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarını qərəzli pozan məhkumlara 1 ay müddətində müəssisədən kənara çıxmaq kimi tənbeh tədbiri də tətbiq oluna bilər. Məhkumun müəssisəni icazəsiz tərk etməsi və onun üzürsüz səbəbdən ayda 2 dəfədən çox cəzaçəkmə müəssisəsinə vaxtında qayıtmaması məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrası qaydalarının qərəzli pozulması hesab olunur.
    30.04.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  95 96 97 98 99 100 101 102 103  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30