Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 94 95 96 97 98 99 100 101 102 » #
    DİN rəsmisi: “Heç bir cinayət bağlı qalmayacaq”
    Demokratik və hüquqi dövlətimizdə hər bir cinayətin qarşısı qətiyyətlə alınacaq, heç bir cinayət bağlı qalmaycaq. “KƏLAMİNFO” xəbər verir ki, bunu ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbirdə Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov söyləyib. İ.Nəcəfov bəyan edib ki, cinayətkarlar məsuliyyətdən qaça bilməyəcəklər. O qeyd edib ki, insan alverinə məruz qalan bütün qurbanlar müdafiə olunur və olunacaq. O, insan alverinə qarşı mübarizədə dövlət qurumları, vətəndaş cəmiyyətləri, beynəlxalq qurumların birgə səylərinə ehtayc olduğunu söyləyib. İ.Nəcəfov hazırda insan alveri və bununla bağlı olan cinayətlərə qarşı mübarizə sahəsində Azərbaycan qanunları, ölkə prezidentinin fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları, Azərbaycanın beynəlxalq öhdəlikləri və milli fəaliyyət palanına uyğun olaraq müvafiq tədbirlərin davam etdirildiyini xatırladıb.
    05.05.11 Məqaləni oxumaq
     
    Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsi başladı
    Bu gün ATƏT-in Bakı ofisində Azərbaycanda insan alverinə qarşı mübarizə həftəsinin başlanmasına həsr olunan tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu kampaniya ATƏT-in Bakı ofisi, Daxili İşlər Nazirliyi, Azərbaycan Miqrasiya Mərkəzi, Təmiz Dünya İctimai Birliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Beynəlxalq Əmək Təşkilatı ilə birgə həyata keçirilir. Tədbirdə çıxış edən ATƏT-in Bakı ofisi rəhbərinin müavini Melissa Stoun bildirib ki, kampaniya insan alverinə qarşı mübarizə ilə bağlı ictimai məlumatlandırmanı artırmaqdan ibarətdir. O xatırladıb ki, ötən il də ATƏT-in Bakı ofisi eyni kampaniyanı dəstəkləyib və həmin tədbirlərin sonunda insan alveri ilə mübarizə məqsədilə yaradılan “Qaynar-xətt”ə 500 zəng daxil olub. O, təmsil olunduğu qurumun insan alverinə qarşı mübarizə ilə bağlı aparılan bütün tədbirləri bir daha dəstəkləməyə hazır olduğunu söyləyib.
    05.05.11 Məqaləni oxumaq
     
    Nurlana Əliyeva: “Qadınlarıın üzərinə vacib vəzifələr düşür”
    “Bu gün dünya yeniləşir və bu proses Azərbaycandan da yan keçməyib. Ona görə də, gələcəyimiz olan gənclərin sağlam ruhda tərbiyə olunması qadınlarımızın üzərinə düşən vacib vəzifələrdən biridir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyib. N.Əliyeva bildirib ki, qadınlar cəmiyyətimizin aparıcı qüvvəsidir və bütün dövrlərdə gənclərin vətənpərvər, sağlam ruhda böyuməsində onların rolu böyük olub. O qeyd edib ki, YAP-ın sıralarında birləşən on minlərlə qadın cəmiyyətimizdə nüfuza sahibdirlər və bu vəzifələrin öhdəsindən layiqincə gəlmək iqtidarındadırlar.
    05.05.11 Məqaləni oxumaq
     
    İnsan alveri qurbanları hansı ölkələrə aparılır?
    Azərbaycandan insan alveri qurbanları əsasən Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, qismən İran və digər ölkələrə aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəis müavini İmran Nəcəfov bildirib. O, getdikcə Azərbaycanda insan alveri qurbanlarının sayının azaldığının da açıqlayıb. İnsan alverinin qurbanlarına dövlət tərəfindən verilən birdəfəlik kompensasiyanın artırıldığının xatırladan İ.Nəcəfov bunun 33 manatdan 200 manata çatdırıldığını söyləyib. O, birdəfəlik müavinətin artırılmasının istisna edilmədiyini də diqqətə çatdırıb.
    05.05.11 Məqaləni oxumaq
     
    Əflatun Amaşov: "Diffamasiya haqqında" qanun bu il qəbul olunacaq”
    Bu gün Mətbuat Şurasında ATƏT-lə birgə hazırlanmış "Diffamasiya haqqında" qanun layihəsinin ilk müzakirəsi keçirildi. “KƏLAMİNFO” xəbər verir ki, MŞ sədri Əflatun Amaşov hazırda bir jurnalistin – Eynulla Fətullayevin həbsdə olduğunu xatırlatdı. O, bununla bağlı Mətbuat Şurası tərəfindən Əfv Komissiyası və digər qurumlara müraciət edildiyini bildirdi.
    05.05.11 Məqaləni oxumaq
     
    “Qaynar xətt”ə aprel ayında 106 müraciət daxil olub
    Cari ilin aprel ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə 106 müraciət daxil olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ETSN-dən veriblər. Müraciətlər nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb. Belə ki, ağacların kəsilməsi ilə əlaqədar 21, aşma təhlükəsinin olması ilə əlaqədar 72, havadan gələn kəskin qoxu ilə bağlı 3, məişət tullantılarının qalaqlanması ilə bağlı 5, yerin təkindən istifadə ilə bağlı 1, çirkab suların axıdılması ilə bağlı 3, radiasiya ilə bağlı isə 1 müraciət daxil olub. Qeyd edək ki, araşdırmalar zamanı daxil olan müraciətlərin çox hissəsinin şəxsi xarakterli olduğu və fərdi konfliktləri həll etmək məqsədi daşıdığı məlum olub.
    05.05.11 Məqaləni oxumaq
     
    Zakir Qaralov Özbəkistanın baş prokuroru ilə görüşüb
    Özbəkistanın baş prokuroru Rəşitjan Kodirovun rəhbərlik etdiyi nümayəndə heyəti baş prokuror Zakir Qaralovla görüşüb. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, Z.Qaralov 2010-cu ilin sentyabr ayında "Özbəkistan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Baş Prokurorluğu arasında əməkdaşlıq və hüquqi yardım haqqında Saziş"in imzalanmasının ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığı diqqətə çatdırıb. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Özbəkistanın həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləməsi, 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın obyektiv və birmənalı mövqeyinin əhəmiyyəti vurğulanıb.
    05.05.11 Məqaləni oxumaq
     
    E.Vəlizadə: “Azəbaycanda informasiya təhlükəsizliyinə milli təhlükəsizliyin tərkib hissəsi kimi baxılır”
    Ölkəmizdə informasiya təhlükəsizliyinə diqqət artırılır və Azəbaycanda bu sahəyə milli təhlükəsizliyin tərkib hissəsi kimi baxılır. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Bakıda “Kiber və milli təhlükəsizlik: NATO siyasəti və milli baxışâ€ť mövzusunda keçirilən konfransda rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib. “İnformasiya təhlükəsizliyi ilə bağlı qanun, normativ-hüqüqi bazalar mövcuddur. Bütün bunlar ölkəmizdə informasiya təhlükəsizliyinin təmin edilməsi və cinayətkarlara qarşı mübarizə aparmaq üçün hüquqi əsas yaradır”,-deyən E.Vəlizadə əlavə edib ki, ölkəmizdə informasiya təhlükəsizliyinin səviyyəsini yüksəltmək məqsədilə əsas beynəlxalq standartların milli dilə tərcümə edilərək qəbulu həyata keçirilir. Onun sözlərinə görə, son iki ildə 10 standart təsdiq olunub və daha 6 standart isə təsdiq edilmək üçün hazırlanıb. E.Vəlizadə vacib hesab edir ki, formalaşan informasiya cəmiyyətində dövlətin dünyada cərəyan edən proseslərə uyğun, milli təhlükəsizlik konsepsiyası olmalıdır. Nazir müavini dünyada bu məsələlərlə bağlı baş verən proseslərdən də bəhs edib.
    04.05.11 Məqaləni oxumaq
     
    BSU-da Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş konfrans keçirilir
    Bu gün Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” ənənəvi II Beynəlxalq elmi konfrans öz işinə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, konfransa respublikanın ali məktəblərindən və elmi müəssisələrindən 173, Türkiyə, Amerika Birləşmiş Ştatları, Rusiya, Belarus, Gürcüstan, Litva, Polşa, Qazaxıstan universitetlərindən isə 30 alim və tədqiqatçı qatılıb. Konfransda çıxış edən BSU-nun rektoru Kamal Abdulla keçən il bu konfransın Naxçıvan Dövlət Universiteti ilə birgə keçirildiyini, bu il isə Azərbaycanın digər bir şəhəri Gəncə Dövlət Universiteti ilə birgə keçirdiklərini qeyd edib. Konfransın işi yüksək qiymətləndirən K/Abdulla bu cür konfransların vacib olduğunu vurğulayıb.
    04.05.11 Məqaləni oxumaq
     
    Ombudsman Şuşa, Laçın və Kəlbəcərin işğalı ilə bağlı bəyanat verib
    Ombudsman Elmira Süleymanova Şuşa, Laçın və Kəlbəcərin işğalı günləri ilə bağlı BMT-nin baş katibi, baş katibin müavini, Uşaqlar və silahlı münaqişələr problemi üzrə xüsusi nümayəndəsi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycanın xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına bəyanat ünvanlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ombudsman Aparatından veriblər. Bəyanatda qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı 20 ildən artıq müddətdə hərbi təcavüzü nəticəsində 20 min nəfərdən artıq azərbaycanlı həlak olub, 50 min nəfər yaralanıb, müxtəlif dərəcəli xəsarətlər alaraq əlil olub, 4.500 nəfər itkin düşüb, qadınlar, qocalar, uşaqlar əsir və girov götürülüb, amansız işgəncələrə məruz qalıb, bir milyon nəfər azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib, 1000-dək yaşayış məntəqəsi dağıdılıb.
    04.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 94 95 96 97 98 99 100 101 102 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30