Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 93 94 95 96 97 98 99 100 101 » #
    “Dövlət qurumlarının fəaliyyəti haqqında müraciətlər araşdırılır”
    Əgər dövlət qurumlarının fəaliyyəti haqqında mətbuata, cəmiyyətə birbaşa açıqlama verilmirsə, bu o demək deyil ki, onlar araşdırılmır. Onlar araşdırılır və müvafiq tədbirlər görülür. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Admistrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. O, araşdırmanın nəticəsi haqqında məlumatın yalnız məhkəmədən sonra müəyyən olunduğunu vurğulayıb. Ə.Həsənovun sözlərinə əsasən, dövlət qurumlarının fəaliyyəti ilə bağlı mətbuatda açıqlanan məlumatlar həm Prezident Administrasiyası, həm də Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və müvafiq hüquq-mühafizə orqanlarında araşdırılır.
    11.05.11 Məqaləni oxumaq
     
    Əli Abbasov Moskvada beynəlxalq sərgidə iştirak edir
    Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti Moskvada bu gün start götürən “Svyaz Ekspokomm-2011” 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edir. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, respublikamızı tədbirdə təmsil edən nümayəndə heyətinin tərkibinə, həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri daxildir. Builki sərgidə Azərbaycan ayrıca pavilyonla təmsil olunur. Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapıb. Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın İT-bazarının imkanları, eləcə də respublikada həyata keçirilən layihələr, xüsusən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Trans-Avrasiya super informasiya magistralı (TASİM) və elektron hökumət haqqında məlumatlandırılacaqlar.
    11.05.11 Məqaləni oxumaq
     
    Yaqub Mahmudov: “Heydər Əliyevin xalqımızın milli şüurunun formalaşması və oyanışında rolu əvəzedilməzdir”
    “Azərbaycan tarix boyu bir çox sınaqlarla üz-üzə qalıb. Bu sınaqlardan uğurla çıxmaq üçün daim güclü liderə ehtiyac yaranıb. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, proseslərin önündə gedərək bütün sınaqlardan şərəflə çıxıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib. Y.Mahmudov dünyanın tarixi şəxsiyyətləri arasında Heydər Əliyevin ön sırada olduğunu bildirib. O, Heydər Əliyevin adının Azərbaycan tarixinə xalqımızın xilaskarı kimi düşdüyünü vurğulayıb. Y.Mahmudovun sözlərinə görə, tarixin bütün dönəmlərində ulu öndər Azərbaycan xalqına şərəflə xidmət edib, dövlətimizin inkişafı üçün misilsiz fəaliyyət göstərib.
    10.05.11 Məqaləni oxumaq
     
    Abid Şərifov: “Paytaxtda su ilə bağlı xüsusi problemin olması barədə yayılan məlumatlar yalandır”
    “Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı yaranmış problemlər kiçik xarakterlidir”. Bu barədə jurnalistlərə açıqlamasında baş nazirin müavini Abid Şərifov bildirib. O, qeyd edib ki, yaranan xırda problemlər kəmər istifadəyə veriləndə suyu test edib buraxmağa imkanın olmaması səbəbindən ortaya çıxır. “Paytaxtda su ilə bağlı xüsusi problemin olması barədə yayılan məlumatlar yalandır. Sözsüz ki, Bakıda su - kanalizasiya sistemi ilə bağlı çox işlər görülməlidir.
    10.05.11 Məqaləni oxumaq
     
    Azərbaycanın döyüş sursatları Türkiyədə nümayiş olunur
    Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi nümayədə heyəti Türkiyəyə səfər edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Sənayesi Nazirliyindən veriblər. Səfərdə məqsəd 10-13 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2011” X Beynəlxalq Müdafiə Sənayesi Sərgisində iştirak etməkdir. İlk dəfə olaraq “İDEF-2009” beynəlxalq sərgisinə 27 adda məmulatla qatılan Müdafiə Sənayesi Nazirliyi bu sərgidə 89 adda məmulat nümayiş etdirəcək. Bu sərgidə Azərbaycanın pilotsuz uçan aparatları, yeni növ atıcı silahları və döyüş sursatlarının da nümayiş etdirilməsi nəzərdə tutulub.
    10.05.11 Məqaləni oxumaq
     
    Binəqədi qəsəbəsində ümummilli lider Heydər Əliyev yad edildi
    Ümümmilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Sayokan döyüş sistemi üzrə II açıq Respublika Turnirinə Binəqədi İdman Kompleksində yekun vuruldu. “KƏLAMİNFO” xəbər verir ki, turnir millət vəkili Hacı Madər Musayevin təşəbbüsü, Binəqədi rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Binəqədi qəsəbə bələdiyyəsi və Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin təşkilatçılığı ilə keçirildi. Turnirdə Binəqədi, Suraxanı, Qaradag, Yasamal, Sabunçu, Nərimanov, Sumqayıt, Xaçmaz, Beyləqan, Qubadlı, Şuşa, Agcəbədi, Fizuli, Ağdam, komandaları iştirak edirdi. İştirakçılar Sayokanın Alaqan, Basaqar, Cəng döyüş sistemlərində mübarizə aparırdılar.
    10.05.11 Məqaləni oxumaq
     
    Qulu Məhərrəmli: “Rəşad Məcidin bu cür zarafatları birinci dəfə deyil”
    “Rəşad Məcidin bu cür zarafatları birinci dəfə deyil”. Bu sözləri “KƏLAMİNFO”ya müsahibəsində teleaparıcı Qulu Məhərrəmli “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin “Diffamasiya haqqında” qanunun müzakirəsində səsləndirdiyi fikrə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Rəşad Məcid beyni çox yaxşı işləyən, xəbəri yaradıb və idarə etməyi bacaran açıq təfəkkürlü bir insandır. “Bunu normal sayıram. Biz yumoru, ironiyanı başa düşməliyik. Əgər biz bu qanunun müzakirəsində kimlər üçünsə əlavə səlahiyyətlər axtarışına çıxsaq və o adamlar sabah jurnalistləri yazdıqlarına görə şallaqlamağı cəza növü kimi təqdim etsələr, ciddi problemlər ortaya çıxacaq” - deyə Q.Məhərrəmli vurğulayıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Parlament Elmira Süleymanovanın maaşını qaldırdı
    Bu gün Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa edilmiş dəyişikliklə bağlı müzakirə olub. “KƏLAMİNFO” xəbər verir ki, səsvermə nəticəsində İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın əmək haqqı 1320 manatdan 1800 manata qədər artırılıb.
    06.05.11 Məqaləni oxumaq
     
    Naxçıvan İqtisad məhkəməsi ləğv olunur
    Azərbaycan Milli Məclisi Naxçıvan Muxtar Respublikasının İqtisad məhkəməsinin ləğv olunması barədə Konstitusiya qanuna dəyişikliyi birinci oxunuşda qəbul edib. “KƏLAMİNFO”nun məlumatına görə, Konstitusiyanın 45-ci maddəsində olunan dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisad məhkəməsi ümumi və ixtisaslaşdırılmış məhkəmələrlə əvəz olunub. “Naxçıvan Muxtar Respublikasının ümumi və ixtisaslaşdırılmış məhkəmələri qanunla səlahiyyətlərinə aid edilmiş işlər üzrə birinci instansiya məhkəmələridir” deyən Əli Hüseynli bildirib ki, bu dəyişiklik Azərbaycanda İqtisad məhkəmələrinin ləğv olunmasının Naxçıvanda da tətbiq olunmasına yönəlib.
    06.05.11 Məqaləni oxumaq
     
    Elmir Vəlizadə Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək
    Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə mayın 11-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçiriləcək 7-ci Ümumdünya informasiya və kommunikasiya sammitində iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. Nazir və nazir müavinləri səviyyəsində təşkil olunacaq sammit iştirakçılara telekommunikasiya və yeni texnologiyaların gələcəyinə dair müxtəlif fikir və strategiya ətrafında müzakirələr aparmaq imkanı verir. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri bu imkandan istifadə edərək “Ağıllı cəmiyyət və mobil inqilab” mövzusunda öz fikirlərini bölüşəcək, eləcə də bu gün sürətlə təkamül edən rəqəmli mühitdə yeni imkanların birgə açılması yollarını müzakirə edəcəklər. Sammitə gələn qonaqlar həmçinin Cənubi Koreyanın informasiya texnologiyaları sahəsinin ən iri sərgisi olan World IT Show 2011-in ekspozisiyası ilə tanış olacaqlar. Builki sərginin mövzuları simsiz rabitə, genişzolaqlı şəbəkələr, şəbəkə texnologiyaları, lokal və korporativ şəbəkələr, LAN/WAN, simsiz LAN-texnologiyalarıdır.
    06.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 93 94 95 96 97 98 99 100 101 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30