Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 92 93 94 95 96 97 98 99 100 » #
    Əli Əhmədov: “Qərbin sadə insanları bəzi siyasətçilərindən daha obyektivdirlər”
    “Eurovision” müsabiqəsində qələbə Azərbaycanın həyatını müşahidə edən nailiyyətlərin, yüksəlişin təcəssümü və ifadəsidir. Bu qələbə Azərbaycan mədəniyyəti ilə yanaşı, ölkə reallıqlarını bütün dünyaya çox gözəl şəkildə nümayiş etdirə bildi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında YAP sədr müavini, millət vəkili Əli Əhmədov bildirib. O qeyd edib ki, gələn il Bakıda keçiriləcək növbəti müsabiqədə bir daha Azərbaycan gerçəkliklərinin dünyaya təqdim olunması üçün şərait olacaq. “Bu qələbə Azərbaycan ifaçılarının professionallığının sübutudur. Bəzi hallarda Azərbaycana qarşı ikili standartlar mövqeyindən yanaşmalar olur. Biz bu ikili yanaşmalar mövqeyini qəbul etmirik. Azərbaycanın Avropa müsabiqəsində qalib gəlməsi bir reallığı açıq şəkildə göstərdi ki, Qərbin sadə insanları özlərinin bəzi siyasətçilərindən fərqli olaraq daha ədalətli, daha obyektiv olurlar” - deyə Ə.Əhmədov vurğulayıb.
    18.05.11 Məqaləni oxumaq
     
    Gənclərin mənzil təminatı ilə bağlı təkliflər hazırdır
    2011-2015-ci illər Azərbaycan gəncliyi dövlət proqramına bir sıra yeni təkliflər irəli sürülüb. Təkliflər içərisində sosial ipotekanın verilmə qaydalarının daha da sadələşdirilməsi, sosial ipotekaya ayrılmış vəsaitin məbləğinin artırılması və sair daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib. İ.Babayev sosial ipotekaya ayrılan vəsaitin məbləğinin artırılacağının da mümkün olduğunu deyib: “Bilirsiniz ki, indi vəsait 35 min manata qədərdir. Bu vəsaitin qaldırılması məsələsi var. Müəyyən prosedurların azaldılması və sadələşdirilməsi prosesi, eyni zamanda verilən illik faizin bir qədər aşağı salınması müzakirə edilir. Gəncləri maraqlandıran məqamlar da var. Bu da gənc ailələr kateqoriyasının genişləndirilməsi, yəni bu gün olan 5 kateqoriyanı daha da artırmaqdır. Bütün bunlar hazırlanan təklif paketində var. İnşallah, bunlar hazırlanan son dövlət proqramında əksini tapacaq”.
    17.05.11 Məqaləni oxumaq
     
    Əflatun Amaşov: “Azərbaycan üçün 30 gündəlik, 100-ə yaxın həftəlik qəzet kifayət qədər çoxdur”
    “Azərbaycan mətbuatında reklam bazarının yaxşılaşdırılması ilə bağlı müəyyən təkliflər hazırlanaraq, müvafiq qurumlara göndərilib. Bu təkliflərin məqsədi KİV-lərə vergi güzəştlərinin edilməsi və reklam bazarının genişləndirilməsi, daha dəqiq rəsmi qurumların reklam və elanlarının KİV-lərdə yerləşdirilməsini təmin etməkdir”. Bu barədə məlumatı “KƏLAMİNFO”ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov söyləyib. Mətbuatın reklam bazarının yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışan Ə.Amaşov bildirib ki, məsələ rəhbərlik etdiyi qurumun diqqət mərkəzindədir və irəli sürdükləri təkliflər il ərzində müzakirə olunacaq: “Bu, fundamental məsələ olduğundan qanunvericiliyə dəyişiklik tələb edir. Ona görə də biz bunu bir sıra qurumlar, mütəxəssislər, millət vəkilləri ilə müzakirə etməliyik.
    13.05.11 Məqaləni oxumaq
     
    “Qaçqınkom” Firuddin Cəlilov və Eldar Namazov haqda hüquq-mühafizə orqanlarına müraciət edəcək
    “Ermənistandan olan məcburi köçkünlərin mülkiyyət sənədlərinin guya Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində yandırılması ilə bağlı böhtan xarakterli yazıları yazan və yayan adamlar barəsində Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə müraciət olunacaq. Artıq bununla bağlı müvafiq şöbəyə tapşırıq vermişəm”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu YAP qərargahında keçirdiyi mətbuat konfransında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, bir neçə gündür mətbuatda keçmiş təhsil naziri Firudin Cəlilov və prezidentin sabiq müşaviri Eldar Namazova istinadən “Qaçqınkom”un yeni binaya köçürülməsi zamanı Ermənistandan olan qaçqınların şəxsi mülkiyyət sənədlərinin yandırıldığı barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həmin sənədlərin yandırılması qaçqınları Ermənistan dövlətini məhkəməyə vermək imkanından məhrum edir: “Mən üzümü tutub onlardan soruşuram, sizin şəxsi mülkiyyət sənədləriniz haradadır, harada saxlanır? Şəxsi mülkiyyət sənədini hər bir kəs özündə müqəddəs bir sənəd kimi qoruyub saxlayır.
    13.05.11 Məqaləni oxumaq
     
    Seçici hüquqlarının müdafiəsinə həsr olunan seminar keçirilib
    Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Şamaxı şəhərində seçici hüquqlarının müdafiəsinə həsr olunan seminar keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya AVCİYA-dan veriblər. Seminar Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilib. AVCİYA-nın “Seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihəsi çərçivəsində baş tutan seminarda AR Seçki Məcələsinə dəyişikliklərlə bağlı assosiasianın tövsiyyələri iştirakçıların diqqətinə çatdırılıb. Bundan başqa, tədbirdə seçici hüquqlarının müdafiəsi, seçki şikayətlərinə baxılması sahəsində mövcud problemlər müzakirə olunub. Seminarda QHT nümayəndələri, müəllimlər, KİV və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Tədbirin sonunda AVCİYA Seçki Qərargahını rəhbəri Məhərrəm Zülfüqarlı, seçki qərargahının üzvü Osman Ağayev, tarix üzrə fəlsəfə doktoru Dəyanət Musayev və Ankara Universitetin magistratura şöbəsinin məzunu Anar Şirinov tədbir iştirakçılarının suallarına cavab veriblər.
    13.05.11 Məqaləni oxumaq
     
    Bakıda “Gənclər təşkilatlarının IV Respublika Sərgisi” keçiriləcək
    Gənclər və İdman Nazirliyi iyun ayında Bakıda “Gənclər təşkilatlarının IV Respublika Sərgisi”ni keçirəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Burada məqsəd gənclər təşkilatlarının fəaliyyətinin təbliğ olunması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarını stimullaşdırmaqdır. Sərgidə hər bir təşkilat üçün 8 kv.m sahə ayrılacaq və ayrılmış sahədə stendlər quraşdırılacaq. Sərgidə iştirak edəcək gənclər təşkilatları onlar üçün ayrılmış sahədə fəaliyyətləri ilə bağlı filmlər, bukletlər, nəşr etdirdikləri kitablar, çap məhsulları, uğurlu layihələrin təqdimatlarını edə biləcək və ictimai fəaliyyətlə məşğul olmaq istəyən gənclərlə birbaşa ünsiyyətdə olacaqlar. Stendlərin icarəsi və quraşdırılması Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçiriləcək. Sərgidə iştirak etmək istəyən gənclər təşkilatları qeydiyyat formasını doldurub mayın 31-ə qədər nazirliyə müraciət etməlidirlər. Nizamnamə məqsədləri gəncləri əhatə etməyən və dövlət qeydiyyatı olmayan təşkilatlar sərgidə iştirak edə bilməyəcəklər.
    12.05.11 Məqaləni oxumaq
     
    Elmira Süleymanova: “Məhkəmələr haqqında şikayətlər çoxdur”
    Azərbaycanda məhkəmələr haqqında şikayətlər çoxdur və bu, sirr deyil. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova söyləyib. E.Süleymanova Ombudsman Aparatı əməkdaşlarının məhkəmə proseslərində iştirak etməməsi məsələsinə də münasibət bildirib: “Avropa İnsan Hüquqları üzrə komissar cənab Hammerberq çox böyük çalışmalardan sonra Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq protokolunu qəbul etdi ki, o, üçüncü tərəf kimi məhkəmələrdə iştirak edər. Mən çox maraqlanıram, o, bir dəfə də olsun iştirak edibmi? Əlbbətdə yox. Baxmayaraq ki, xüsusi əlavə protokol da var. Nə üçün? Çünki məhkəmələr haqqında şikayətlər çoxdur və bu, sirr deyil. Heç kimə sübut etmək olmaz ki, məhz nəyə görə kiminsə məhkəmə işinə çıxdım, amma sizin işinizə çıxmadım. Ona görə də bu məsələlər tarazlaşdırılmalıdır. Ancaq bununla yanaşı, demək olmaz ki, biz məhkəmələrlə işləmirik. Qanuna uyğun olaraq, əgər süründürməçiliyə yol verilirsə, qərarlarla bağlı şikayətlər varsa, biz mütləq şəkildə müraciət edirik və vəziyyəti araşdırmağı, ədalətli, qanun çərçivəsində qərar qəbul etməyi xahiş edirik.
    12.05.11 Məqaləni oxumaq
     
    Elmir Vəlizadə Seulda sammitə qatılıb
    Bu gün Cənubi Koreyanın paytaxtı Seul şəhərində 7-ci Ümumdünya informasiya və kommunikasiya sammiti işə başlayıb. “Ağıllı cəmiyyət və mobil inqilab” şüarı altında keçirilən builki sammitdə Azərbaycanı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə təmsil edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən veriblər. Nazir və nazir müavinləri səviyyəsində təşkil olunan sammit iştirakçılara telekommunikasiya və yeni texnologiyaların gələcəyinə dair müxtəlif fikir və strategiya ətrafında müzakirələr aparmaq imkanı verir. Tədbirə toplaşan dünya ölkələrinin nümayəndələri bu imkandan istifadə edərək öz təcrübələri və fikirləri ilə bölüşəcək, eləcə də bu gün sürətlə təkamül edən rəqəmli mühitdə yeni imkanların birgə açılması yollarını müzakirə edəcəklər.
    11.05.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: "Jurnalistlərin peşəkarlığını artırmasaq, qarşıdurmalar davam edəcək"
    “Diffamasiya haqqında” qanun jurnalistlərin media təşkilatları qarşısında ciddi məsuliyyətini yaradır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov bildirib ki, bundan sonra jurnalistlər daha məsuliyyətli olmalıdırlar. “Media qurumları və onlara rəhbərlik edən insanlar öz qəzetlərində, mətbu orqanlarında bu işə daha məsuliyyətli yanaşmalıdırlar. Onlar, həmçinin jurnalistlərin peşəkarlığının artırılması istiqamətində ciddi işlər görməlidirlər. Jurnalistlərin peşəkarlığının artırmasaq, onların peşəkarlığını təmin etməsək, jurnalistlə vətəndaş, digər strukturlar arasında qarşıdurmalar davam edəcək” - deyə Ə.Həsənov əlavə edib.
    11.05.11 Məqaləni oxumaq
     
    Mətbuat azadlığı ilə bağlı qərəzli hesabatlar xüsusi məqsəd daşıyır
    “Hazırda Azərbaycanda jurnalist fəaliyyətinə görə həbsdə olan jurnalist yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib. Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda azad düşüncə, azad fikir, azad yazı praktikası mövcuddur. Onun sözlərinə görə, bu gün istənilən jurnalist istənilən məmuru tənqid edə, istənilən dövlət qurumunun fəaliyyətini araşdıra bilər. “Belə olan halda Azərbaycanda jurnalistikanın və yaxud mətbuatın qeyri-azadlığı haqqında səslənən fikirlər subyektivdir və reallığı əks etdirmir” deyən Ə.Həsənov əlavə edib ki, beynəlxalq təşkilatların mətbuat azadlığı ilə bağlı hesabatları qərəzlidir və bu bəyanatlar Azərbaycan dövlətinə və onun siyasətinə təzyiq, təsir göstərmək məqsədi daşıyır:
    11.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 92 93 94 95 96 97 98 99 100 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30