Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 91 92 93 94 95 96 97 98 99 » #
    Azay Quliyev: “Eurovision”la bağlı layihə olarsa, müsabiqədənkənar da baxa bilərik”
    “Bu il “Turizm” ilidir və ümid edirik ki, turizm mövzusunda QHT-lər arasında elan etdiyimiz müsabiqəyə maraq çox olacaq”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Onun sözlərinə görə, bir neçə gün əvvəl elan edilən müsabiqədə 7 istiqamət üzrə qaliblər seçiləcək: “Müsabiqə iyunun 3-də başa çatacaq. Bilirsiniz, bu, çox yeni bir sahədir, QHT-lər bu istiqamətdə formalaşmayıblar. Amma biz istəyirik ki, bu sahədə təcrübəsi olanlar digərləri ilə bölüşsünlər. Xüsusilə kənd turizminin inkişafı, yeni turizm marşrutlarının müəyyənləşdirilməsi, işğal altında olan turizm məkanlarımızın bir daha aşkarlanması, yerli və beynəlxalq ictimaiyyətə təqdim olunması ilə bağlı təşəbbüsləri gözləyirik. Eyni zamanda bu gün turizm sahəsində kifayət qədər maariflənməyə ehtiyac var.
    19.05.11 Məqaləni oxumaq
     
    “Reklam haqqında” qanuna dəyişikliklər ediləcək
    Azərbaycanda “Reklam haqqında” qanuna dəyişiklik ediləcəyi gözlənilir. Bu barədə “KƏLAMİNFO” müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O qeyd edib ki, hazırda qanunda kifayət qədər boşluq var və xüsusilə də bu, reklamların dili ilə bağlıdır. “Plüralizm şəraitində yaşadığımız üçün demokratiya ab-havası bir çox sahəyə sirayət edib. Lakin elə dəyərlərimiz var ki, onun olduğu kimi qorunması və gələcək nəsillərə ötürülməsi hər birimizin vətəndaşlıq borcudur. Biz bunu biznes maraqlarına qurban verməməliyik” - deyə J.Əliyeva vurğulayıb. Millət vəkili deyib ki, hazırda komitədə bununla bağlı müzakirələr gedir.
    19.05.11 Məqaləni oxumaq
     
    Əfv Komissiyası araşdırma aparır
    “Əfv Komissiyası daim işləyən orqandır. Zaman-zaman quruma müraciətlər daxil olduqca araşdırma aparılır”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əfv Komissiyasının üzvü, millət vəkili Azay Quliyev deyib. O, 28 May Respublika günü ilə bağlı əfv olub-olmayacağı haqda heç bir açıqlama vermək istəmədiyini deyib: “Hazırda komissiyanın işi ilə bağlı məlumat vermək istəməzdim. Çünki bu istiqamətdə müəyyən işlər var ki, davam edir”.
    19.05.11 Məqaləni oxumaq
     
    İtaliyada milli azlıqların qorunması mövzusunda seminar keçiriləcək
    Mayın 20-də İtaliyanın Boltzano şəhərində “Milli azlıqların qorunması: Boltzano tövsiyələri və ATƏT-in siyasəti” mövzusunda seminar keçiriləcək. Seminarda ATƏT Parlament Assambleyasının üzvü olan ölkələrin nümayəndə heyətlərinin üzvləri təmsil olunacaqlar. Bu tədbirdə Azərbaycanın təşkilatdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova iştirak edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə yap.org.az saytına R.Aslanova bildirib. Onun sözlərinə görə, seminar iki sessiyadan və yekun mərasimdən ibarət olacaq. Birinci sessiyada Boltzano tövsiyələrinin prinsipləri və onların həyata keçirilməsi, milli azlıqların qorunması və dövlətlərin suverenliyi, milli azlıqların qorunmasında ATƏT PA-nın rolu və sairə üzrə çıxışlar olacaq.
    19.05.11 Məqaləni oxumaq
     
    “Viza rejiminin sadələşdirilməsi ilə bağlı hər iki tərəfdə siyasi iradə olmalıdır”
    Yaxın gələcəkdə Azərbaycanla Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqlar başlayacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Avropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia söyləyib. Səfir xatırladıb ki, viza rejiminin sadələşdirilməsi məsələsi Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozonun Azərbaycana səfəri zamanı da müzakirə edilib. Onun sözlərinə görə, Barrozu da danışıqların tez bir zamanda başlayacağının söyləyib: “Mən deyərdim ki, bu, bir neçə həftənin məsələsidir.
    18.05.11 Məqaləni oxumaq
     
    Roland Kobia: “İnstitusional sahəyə ayrılan yardım 100 milyon avrodan ibarət zərfdir”
    Gələn il Azərbaycanda institusional sahə ilə bağlı həyata keçirilən tədbirlərə ayrılacaq vəsait artırılacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Apropa İttifaqının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Roland Kobia söyləyib. O, Avropa Birliyinin Azərbaycan hökuməti, parlament, vətəndaş cəmiyyəti və iqtisadi sektorlara institusional sahədə yardım göstərdiyini xatırladıb. “Onların potensialı daha da təkmilləşsə, biz fəaliyyətimizi daha yaxşı qura bilərik”,-deyən R.Kobia bu sahəyə ayrılan vəsaitdən də danışıb. O açıqlayıb ki, institusional sahəyə ayrılan yardım 100 milyon avrodan ibarət zərfdir. Bu tədbirlər üçün başqa maliyyə zərfləri də var. Onun sözlərinə görə, gələn il bu sahəyə ayrılan vəsait 75 faiz artırılacaq. “Şərq tərəfdaşlığı” ilə bağlı əməkdaşlığa toxunan R.Kobia xatırladıb ki, bu proqram 2 il əvvəl başlayıb və bir sıra layihələr mövcuddur ki, onlar da Azərbaycanın xeyrinə həyata keçiriləcək.
    18.05.11 Məqaləni oxumaq
     
    İqbal Ağazadə: “Amnistiya qəbul etməklə onların “dilini balacalatmaq” olar”
    “Mənə elə gəlir ki, beynəlxalq aləmdə Azərbaycanın əleyhinə işləyənlərin qarşısını almaq üçün ciddi addımlar atmağın vaxtıdır”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində “Ümid” partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib. İ.Ağazadə deyir ki, bu gün beynəlxalq miqyasda dövlətimizin əleyhinə işləyən kifayət qədər fakt var. “Hakimiyyət bu barədə ciddi düşünməlidir. Mənə elə gəlir ki, istər Avropa İttifaqından, istərsə də digər beynəlxalq qurumlardan ara-sıra üzərimizə gələn ədalətsiz bəyanatlara sözlə cavab verməkdənsə, addımlar atmaq lazımdır. Məsələn, mayın 28-i amnistiya aktı qəbul edib, onların “dilini balacalatmaq” olar. Əks halda Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi yersiz qətnamələrə başqa cür “dur” demək olmayacaq” - deyə millət vəkili vurğulayıb.
    18.05.11 Məqaləni oxumaq
     
    Əmək sahəsində ayrı-seçkiliyə son qoyulacaq
    Azərbaycanda məşğulluq və əmək sahəsində ayrı-seçkiliyə qarşı mübarizə üzrə planın hazırlanmasına həsr olunmuş seminar öz işinə başlayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) “KƏLAMİNFO”ya verilən məlumata görə, seminar Beynəlxalq Əmək Təşkilatının (BƏT) Layiqli Əməyə Texniki Dəstək Qrupunun və BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə ofisi tərəfindən təşkil olunub.
    18.05.11 Məqaləni oxumaq
     
    Beynəlxalq Sosial Təminat Assosiasiyasının Avropa rəhbəri Azərbaycana gəlir
    19-22 may tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşanın Sosial Sığorta Təşkilatının prezidenti Zbiqnev Derdzyukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olacaq. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Azərbaycanın inkişaf etmiş Avropa ölkələri ilə bir sırada üzv olduğu BSTA-nın Avropa Şəbəkəsinin yaxın gələcəkdəki fəaliyyəti, eləcə də Dövlət Sosial Müdafiə Fondu ilə Polşanın Sosial Sığorta Təşkilatı arasında gələcək əməkdaşlığı nəzərdə tutan istiqamətlərlə bağlı müzakirələr aparılacaq.
    18.05.11 Məqaləni oxumaq
     
    Milli ordunun çavuşu əsgər yoldaşını və özünü qətlə yetirib
    Müdafiə Nazirliyinin Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı Hərbi Hissəsində qətl hadisəsi qeydə alınıb. Müdafiə Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, milli ordunun kiçik çavuşu, 19 yaşlı Əliyev Elvin Əkbər oğlu əsgər yoldaşı, 19 yaşlı Abdullayev Tofiq Madar oğlunu avtomat silahla qətlə yetirib. Daha sonra E.Əliyev özünü öldürüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Qeyd edək ki, hadisəni törədən E.Əliyev Ordubad, T.Abdullayev isə Şərur rayon Hərbi Komissarlıqlarından hərbi xidmətə çağırılıblar.
    18.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 91 92 93 94 95 96 97 98 99 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30