Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 90 91 92 93 94 95 96 97 98 » #
    Bakıda Regional Rabitə Birliyinin komissiya iclası işə başlayır
    Bu gün Bakıda Regional Rabitə Birliyinin (RRB) Rabitə iqtisadiyyatı üzrə komissiyasının 27-ci iclası öz işinə başlayır. “KƏLAMİNFO” xəbər verir ki, iclasın açılış mərasimində rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov iştirak edir. İkigünlük toplantı çərçivəsində geniş spektrli məsələlərə baxılacağı nəzərdə tutulur. Tədbir iştirakçıları əsasən RRB-nin 2010-cu il büdcəsinin icra olunmasının yekunları, İKT sahəsində iqtisadi münasibətlər sistemi, rabitə sahəsində tarif qoyma metodologiyası, MDB ölkələrində rouminq tariflərinin tənzimlənmə imkanlarına dair təkliflər, poçt şöbələrində maliyyə xidmətlərinin inkişafı və təkmilləşdirilməsi, universal xidmətlərin inkişaf mexanizmlərinin əsas istiqamətləri, rabitə və informasiya texnologiyaları sahəsinin inkişaf strategiyaları və digər məsələləri müzakirə edirlər.
    24.05.11 Məqaləni oxumaq
     
    “Korrupsiya qarşı mübarizə Azərbaycanda biznesin inkişafı üçün əla stimul ola bilər”
    “Hesab edirəm ki, bu gün Azərbaycan investisiya sahəsində böyük bir inkişaf yolunu keçir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dünya Bankı Qrupunun İnvestisiya mühiti üzrə məsləhət xidmətləri layihəsinin rəhbəri İrina Niderberqer bildirib. O qeyd edib ki, bu sahədə inkişafı daha yüksək mərhələyə keçirmək üçün Azərbaycan hökumətində kifayət qədər resurs var. “Azərbaycan prezidentinin ilin əvvəlindən korrupsiyaya qarşı ciddi mübarizəyə başlaması ölkədə investisiya mühitinin yaxşılaşdırılması üçün münbit şərait yaradıb. Belə islahatlar Azərbaycanda biznesin gələcək inkişaf üçün əla stimul ola bilər. Bu yöndə ölkə başçısının mütəmadi verdiyi tapşırıqlar Azərbaycan üçün gələcək təhlükəsiz iqtisadi mühitdən xəbər verir” - deyə İ.Niderberqer vurğulayıb. O qeyd edib ki, belə bir şəraitdə təmsil etdiyi Dünya Bankı Azərbaycanda yeni layihələrin həyata keçirilməsini planlaşdırır.
    24.05.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı ekspert: “Gürcüstanda indiki çaxnaşmaların tamamilə başqa səbəbləri var”
    Son illər ərzində “rəngli” inqilablar silsiləsindən sonra Gürcüstan yeganə dövlətdir ki, o, inqilabın gözləntilərini qismən də olsa doğruldub. Bunları “KƏLAMİNFO”ya müsahibəsində siyasi ekspert Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, əslində Gürcüstanda indiki çaxnaşmaların tamamilə başqa səbəbləri var. “Rusiya ilə bağlı münasibətlərdə ciddi problemlər var, bir çoxları Mixail Saakaşvilinin ifrat qərbçi və avro-Atlantik siyasətinin fiaskoya uğradığını qeyd edirlər. Amma bunu yalnız M.Saakaşvilinin ünvanına yazmaq o qədər də düzgün olmazdı. Bəzi hallarda Qərb dövlətləri də ardıcıl siyasət yürütməyiblər.
    24.05.11 Məqaləni oxumaq
     
    Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfərdir
    Azərbaycanda cari il aprelin 1-nə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edib. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya bildiriblər ki, cəmi əmək pensiyası alan şəxslərin 39 faizi kişi, 61 faizi isə qadındır. Onlardan 64 faizi yaşa görə, 25 faizi əlilliyə görə, 11 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır. Qeyd edək ki, əmək pensiyası – “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü var:- yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
    24.05.11 Məqaləni oxumaq
     
    Jurnalistlərə tikiləcək binanın təməl qoyma mərasimi mayın sonuna qədər baş tutmaya bilər
    “Jurnalistlərə tikiləcək bina üçün yer ayrılıb və bununla bağlı layihə sənədləri hazırlanıb. Demək olar ki, texniki sahədə olan işlərin 90 faizi başa çatdırılıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli söyləyib.
    24.05.11 Məqaləni oxumaq
     
    Cenevrədə Radiorabitə üzrə İşçi Qrupun 6-cı iclası keçiriləcək
    Bu gün İsveçrənin Cenevrə şəhərində Radiorabitənin İşçi Qrupunun 6-cı iclası keçiriləcək.
    Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “KƏLAMİNFO”ya bildiriblər ki, iclasda Beynəlxalq Mobil Rabitənin baza stansiyaları tərəfindən istifadə olunmuş kanallardan UHF zolağında rəqəmsal yerüstü yayım xidmətinə göstərilən maneələrin qiymətləndirilməsi; VHF/UHF zolaqlarında rəqəmsal yerüstü televiziya xidmətləri  meyarlarının və VHF zolağında yerüstü FM səs yayımı standartlarının planlaşdırılması; HDTV studio siqnalları üçün rəqəmsal interfeys; televiziya şəkillərinin keyfiyyətinin qiymətləndirilməsi; audio proqramın səs ucalığı və səviyyəsinin ölçülməsi üçün alqoritmlərin müəyyənləşdirilməsi və digər mövzularda müzakirələr aparılacaq.
    24.05.11 Məqaləni oxumaq
     
    Aran iqtisadi rayonunda sosial-iqtisadi inkişaf perspektivləri müzakirə olunub
    Yevlax şəhərində İqtisadi İnkişaf Nazirliyi və Yevlax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Aran iqtisadi rayonunun sosial-iqtisadi inkişafı: istehsalın modernləşdirilməsi ilə rəqabətqabiliyyətli məhsul istehsalının artırılması” mövzusunda konfrans keçirilib.
    “KƏLAMİNFO” İİN-ə istinadən bildirir ki, tədbirdə İqtisadi İnkişaf Nazirliyi, Yevlax rayon İcra Hakimiyyəti, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, eləcə də Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. 
    23.05.11 Məqaləni oxumaq
     
    Özəl pensiya fondları 2015-ci ildən daha tez fəaliyyətə başlaya bilər
    “Özəl pensiya fondları 2015-ci ildən tez yaradıla və Azərbaycanda bu sistem daha tez tətbiq oluna bilər”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov deyib. Onun sözlərinə görə, bir həftə əvvəl Azərbaycanda səfərdə olan Dünya Bankı ekspertləri ölkəmizdə pensiyaların üçüncü elementinin (yığım) tətbiqinin vaxtının yetişməsi ilə bağlı təqdimat ediblər: “Düşünürük ki, ilkin olaraq könüllü ödəmələr hesabına yığım sisteminin tətbiqinə başlamaq və bundan sonra ikinci elementə keçmək imkanı var. Bu o deməkdir ki, bu gün bizə ödənən 25 faizlik sosial sığorta haqlarının müəyyən bir hissəsi yığım sisteminə yönəldilməlidir. Bu da ödəniləcək məbləğ qədər fondun gəlirlərinin azalması ilə nəticələnəcək. Sual çıxır: onda bu gəlirlər hansı vəsait hesabına kompensasiya oluna bilər? Bu sual hələ açıqdır”.
    21.05.11 Məqaləni oxumaq
     
    YAP Qadınlar Şurası müsabiqə keçirəcək
    Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası YAP-ın üzvü olan alim, yazıçı, şair qadınlar arasında elmi, bədii, publisistik əsərlərin müsabiqəsini elan edir. Partiyanın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsabiqə Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpa edilməsinin 20-ci ildönümünə həsr olunur. Müsabiqəyə təqdim edilən əsərlər 2011-ci il mayın 25-dən sentyabrın 25-dək qəbul ediləcək. Müsabiqənin yekun mərasimi 2011-ci il oktyabrın əvvəllərində keçiriləcək. Qaliblərə mükafatlar təqdim olunacaq.
    20.05.11 Məqaləni oxumaq
     
    Azərbaycanda özəl klinikalar nəticəsiz müalicəyə görə məsuliyyət daşıyacaq
    Bundan sonra Azərbaycanda özəl tibb müəssisələrində müəyyən məbləğ ödəyərək müalicə olunan xəstə müalicə nəticəsində mənfi nəticələrlə üzləşərsə, qanunla onun hüquqları təmin olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu, hazırda Milli Məclisin Sosial siyasət komitəsində hazırlanan “Pasientlərin hüquqları haqqında” qanunda nəzərə alınıb. Qanunda həkimlərin səhvlərinə görə inzibati və məhkəmə məsuliyyəti öz əksini tapacaq. Burada pasientlərin informasiya əldə etmək hüququ da nəzərdə tutulacaq, xəstələrin razılığı olmadan hansısa müalicə üsullarından istifadə qadağan ediləcək. Qeyd edək ki, bu il qanunun Milli Məclisin plenar iclaslarının birində müzakirəyə çıxarılması gözlənilir.
    20.05.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 90 91 92 93 94 95 96 97 98 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30