Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Aydın Mirzəzadənin sürücüsünün törətdiyi yol qəzası ilə bağlı məlumat yayıldı
    Baş Prokurorluq Milli Məclisin deputatı Aydın Mirzəzadənin sürücüsünün törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. Bildirilir ki, yanvarın 23-də saat 06:50-də Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində Qocayev Faiq Əşrəf oğlu idarə etdiyi, “Aztelekom” İstehsalat Birliyinə məxsus “Honda-Accord” markalı, 10 PD 199 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada, 1955-ci il təvəllüdlü Cavadova Mariya Hidayətovnanı vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
    Hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibbi ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib. Fakta görə Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. 
    25.01.13 Məqaləni oxumaq
     
    Korrupsiya ilə bağlı cinayət işləri daha çox özəl sektorda qeydə alınıb
    Azərbaycanda korrupsiya hüquqpozmalarına yol verən idarə və təşkilatların adları açıqlanıb. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ötən il korrupsiya ilə bağlı cinayət işləri daha çox özəl sektorda qeydə alınıb. İkinci yerdə təhsil sahəsi durur ki, burada 19 cinayət işi istintaq olunaraq məhkəmələrə göndərilib.
    23.01.13 Məqaləni oxumaq
     
    Kür çayının aşağı axınında suyun səviyyəsində artım davam etməkdədir
    Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-220, Kiçik Qafqazın çaylarında 80-160, Lənkəran-Astara bölgəsi çaylarında 40-200, Naxçıvan MR çaylarında isə 50 faizini təşkil edir.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, yanvarın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. 
    21.01.13 Məqaləni oxumaq
     
    Milli Məclisin deputatları Sudana gedir
    Sabah Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Mirkazım Kazımov və Sabir Rüstəmxanlı İslam Konfransı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının  konfransı ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Sudana səfərə gedirlər. Yanvarın 23-dək davam edəcək tədbir  çərçivəsində  təşkilatın İcra komitəsinin, Siyasi məsələlər və xarici əlaqələr, İqtisadi məsələlər və ətraf mühit,  Mədəni və hüquqi  məsələlər, Sivilizasiyalar və dinlərarası  dialoq,  İnsan hüquqları və ailə məsələləri  üzrə  komitələrin  iclasları, həmçinin  Konfransın 8-ci  sessiyası keçiriləcək. toplantılarda  sülh məqsədləri üçün müasir  texnologiyalardan  istifadə,  Yaxın Şərqin nüvə  silahından  qorunması, Sudanın suverenliyinə dəstək, müsəlman dövlətləri arasında həmrəylik və birliyin təşviqi,  təhlükəsizlik məsələləri barədə fikir  mübadiləsi aparılacaq. 
    17.01.13 Məqaləni oxumaq
     
    Kənd təsərrüfatı naziri Aslan Aslanov toplantı keçirib
    Bu gün Kənd Təsərrüfatı Nazirliyində 20 yanvar faciəsinin 23-cü ildönümünə həsr olunmuş toplantı keçirilib. İlk öncə toplantı iştirakçıları 20 yanvar faciəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Nazir müavini Aslan Aslanov Azərbaycanın müstəqilliyi, öz milli azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı verib, həlak olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəmanlıq simvolu kimi qiymətləndirib. A.Aslanov 20 yanvar hadisəsinə ilk olaraq ulu öndər Heydər Əliyevin siyasi-hüquqi qiymət verdiyini söyləyib. 
    16.01.13 Məqaləni oxumaq
     
    Əlillər üçün praktik əhəmiyyət kəsb edən kitab nəşr olunub
    “Tibbi-sosial ekspertiza və reabilitasiyanın hüquqi, təşkilati və metodiki əsasları” adlı yeni kitab nəşr olunub. Bu haqda məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilib. Nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Vüqar Həsənovun və şöbənin baş məsləhətçisi Mirağa Mirqədirovun tərtib etdiyi və müvafiq normativ-hüquqi aktlar barədə məlumatların təqdim olunduğu kitab eyni zamanda mühüm praktik əhəmiyyət kəsb edir. 4 bölmədən ibarət olan topluda Tibbi-Sosial Ekspert Komissiyalarında və Respublika Tibbi-Sosial Ekspertiza Mərkəzində (RTSEM), reabilitasiya müəssisələrində istifadə edilən sənədlərin siyahısı barədə hüquqi-praktik bilgilər verilir, həmin sənədlərin hazırlanma formaları təqdim edilir.
    Qeyd edək ki, yeni kitabda əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi meyarları, əlilliyin səbəbləri, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya müəssisəsinə qəbul edilməsi, onların bərpa-müalicə xidməti ilə, həmçinin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu arabalarla, protez-ortopedik vasitələrlə təmin olunma və s. ilə bağlı qaydalar da yer alıb. Bu isə kitabın tibbi-sosial ekspertiza və reabilitasiya xidmət ilə bağlı hüquqi maarifləndirmə baxımından əlverişli sayılır.
    15.01.13 Məqaləni oxumaq
     
    Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən atım müşahidə olunur
    Son günlərdə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən atım müşahidə olunur.  Kür çayının Surra məntəqəsində 8 sm, Salyanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Şirvanda 1 sm, Bankədə isə 8 sm azalma müşahidə olunub.
    Hazırda Surra məntəqəsində suyun səviyyəsi 385 sm (2012-ci il yanvarın 11-də 553 sm), Şirvanda 252 sm (2012-ci il yanvarın 11-də 449 sm ), Salyanda 314 sm (2012-ci il yanvarın 11-də 405 sm), Bankədə 237 sm (2012-ci il yanvarın 11-də 306 sm), Araz çayının Novruzlu məntəqəsində isə 155 sm (2012-ci il yanvarın 11-də 270 sm) təşkil edir. 
    11.01.13 Məqaləni oxumaq
     
    Fövqəladə Hallar Nazirliyi dəm qazı ilə bağlı əhaliyə xəbərdarlıq etdi
    Son zamanlar qaz cihazlarının  istismarı zamanı əhali arasında dəm qazından zəhərlənmə halları qeydə alınmaqdadır. Müəyyən olunub ki, bu hadisələrin əksəriyyəti vətəndaşların təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verir. Dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzı bağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.
    10.01.13 Məqaləni oxumaq
     
    “Azercell” reklamı Fazil Mustafanın iradına görə dayandırmayıb
    “Azercell Telekom” MMC-nin həyata keçirdiyi bəzi kampaniyalara dair reklam lövhələri haqqında bir sıra mətbuat orqanlarda məlumat dərc olunub. Məlumatda Azercell şirkətinin “Reklam və İnformasiya İdarəsi”nin rəis əvəzinə istinad olunaraq, reklamların dayandırılması qeyd edilir. Şirkətdən bildirilib ki, “Azercell Telekom” MMC sözügedən məsələ ilə əlaqədar belə bir açıqlama verməyib, şirkətdə istinad olunan adda struktur bölməsi və vəzifəli şəxs yoxdur.
    10.01.13 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Müxalifətin parlaq namizədi yoxdur”
    Radikal müxalifətin nəzarəti altında olan mətbuat orqanlarında gedən yazıların analizi göstərir ki, bu gün həmin düşərgənin qarşıdan gələn prezident seçkilərində iştirak edəcək parlaq namizədi yoxdur. Eyni zamanda, onlarının hər hansı birinin hansısa şəkildə səs toplayacağına, həmin düşərgəyə uğur gətirəcəyinə ümidləri yoxdur. Bunu hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə “Yeni Müsavat” qəzetində gedən “Elşad Abdullayev prezidentliyə namizədliyini versə...” adlı yazıda əksini tapan fikirlərə, versiyalara münasibətini bildirərkən dilə gətirib. â€śBu, bir tərəfdən onların cəmiyyət içərisində geniş diqqətçəkən liderlərinin olmadığını göstərirsə, digər tərəfdən, elə həmin düşərgənin özünün indiki ölkə Prezidenti İlham Əliyevi qeyd-şərtsiz qəbul etməsini sübut edir” - deyən millət vəkilinin sözlərinə görə, eyni zamanda, qarşıdan gələn prezident seçkilərində iştirak etmək istəyində olan namizədlərin təxmini adları da bəllidir:
    09.01.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30