Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 85 86 87 88 89 90 91 92 93 » #
    Ombudsmanların IX Bakı Beynəlxalq Konfransı keçirilib
    Bu gün “Milli azlıqların və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda Ombudsmanların IX Bakı Beynəlxalq Konfransı keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbir 18 iyun “İnsan Hüquqları Günü”nə, dövlət müstəqilliyinin 20 illiyinə, Vətəndaş və siyasi hüquqlar, İqtisadi sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktların 45 illiyinə həsr olunub. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova ölkədə milli azlıq və miqrantların vəziyyəti barədə məlumat verib. O, miqrantların sayının çox olmasını Azərbaycanın vəziyyəti, inkişafı ilə də əlaqələndirib. “9 milyon əhalisi olan ölkəmizdə 90-a qədər milli, etnik azlıq qruplar var. Bu həm də ölkədə dini müxtəlifliyə zəmin yaradıb. “Vəzifədə olduğum 9 il müddətində Aparata milli zəmində şikayət daxil olmayıb. 100 illərdir Azərbaycanda müxtəlif azsaylı xalqlar yaşayır. Onlar bütün proseslərdə bərabərhüquqlu vətəndaş kimi çıxış edirlər. Bu xalqların milli, dini ayrı seçkiliyə məruz qalmağına yol verilə bilməz. Bu sahədə görülən işlərlə bərabər, hüquqi institut da yaratmağı planlaşdırırıq”,-deyə, E.Süleymanova nəzərə çatdırıb.
    16.06.11 Məqaləni oxumaq
     
    Azərbaycanda “109” məlumat xidməti yenidən qurulacaq
    Azərbaycanda “109” məlumat xidməti modernləşdirilərək müasir standartlara uyğun olaraq yenidən qurulacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşviq Əmirov verib. O, qeyd edib ki, xidmətin tamamilə avtomatlaşdırılması nəzərdə tutulub. “Burada sorğu üçün zəng edən vətəndaşın nömrəsi avtomatik qeydə alınacaq. Burada əməliyyatçılar da xidmət göstərəcək”,-deyə M.Əmirov vurğulayıb. O, bildirib ki, bu istiqamətdə işlərə yaxın vaxtda başlanılacaq. Qeyd edək ki, “012-109” xidmətinə zəng ödənişlidir və zəng edən vətəndaşlara telefonla bağlı istənilən məlumat verilir.
    16.06.11 Məqaləni oxumaq
     
    Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı işə başlayıb
    Bu gün Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı öz işinə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, “Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya” mövzusunda keçirilən konfransda dünyanın 50-yə yaxın ölkəsini təmsil edən ombudsman və əməkdaşları iştirak edib. Konfransda çıxış edən ombudsman Elmira Süleymanova bu cür mövzunun seçilməsinin təsadüfi olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan tarixən miqrantlar üçün cəlbedici ölkə olub. Burada onlar üçün tolerant şərait yaradılıb. Ombudsman, həmçinin Azərbaycanda miqrantların sayının artdığını da qeyd edib. “Konfransda ilk dəfə özümün də üzv olduğum Asiya Ombudsman Assosiasiya rəhbərləri də iştirak edir” - deyə Elmira Süleymanova bildirib.
    16.06.11 Məqaləni oxumaq
     
    Vətəndaşlar tərəfindən Konstitusiya Məhkəməsinə 800-ə yaxın müraciət daxil olub
    Cari il ərzində Konstitusiya Məhkəməsinə məhkəmələr tərəfindən 15 müraciət daxil olub. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib. Onun sözlərinə görə, il ərzində vətəndaşlar tərəfindən isə Konstitusiya Məhkəməsinə 800-ə yaxın müraciət edilib. F.Abdullayev Konstitusiya Məhkəməsinin tövsiyələri əsasında Milli Məclisdə 8 qanuna dəyişiklik edildiyini söyləyib.
    16.06.11 Məqaləni oxumaq
     
    Məktəblərdə psixoloqların çoxu qeyri-ixtisas sahibləridir
    Azərbaycanda təhsil müəssisələrində psixoloqlar olsa da, bu sahədə kifayət qədər problemlər mövcuddur. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” İctimai Birliyinin sədri Elçin Salmanov “Orta məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsinə dəstək və təhsil müəssisələrində psixoloqların rolunun artırılması” layihəsinin yekunu olaraq keçirdiyi Dəyirmi masada deyib.
    Onun sözlərinə görə, bu sahədə ən böyük problem uşaqların psixoloqlara müraciət etmələrinin az olmasıdır. Layihənin əsas məqsədi məktəblərdə şagirdlərlə psixoloqlar arasında olan əsas maneəni aradan qaldırmaqdır. “Bakının müxtəlif rayonlarını təmsil edən 10 məktəbdə keçirilən 4 saatlıq seminarlarda məlum oldu ki, orta məktəblərin bir çoxlarında psixoloqlar öz ixtisası üzrə işləmirlər”,-deyə E. Salmanov bildirib. Daha çox bu vəzifəni yerinə yetirən şəxslər qeyri-ixtisas sahibləridir. O həmçinin məktəb psixoloq otaqlarının olmamasını da qeyd edib.
    15.06.11 Məqaləni oxumaq
     
    Qeydiyyatsız mənzillərin sakinləri
    Paytaxtda sənədsiz mənzillərin qeydiyyata alınması xəbəri yüzlərlə ailəni sevindirdi. Hazırda bununla bağlı proqramın hazırlanması istiqamətdə aidiyyəti dövlət orqanlarında iş aparılır. Amma Bakıətrafı qəsəbələrdə magistral qaz kəmərlərinin üzərində, dəmir yolu xətlərinin mühafizə zolağında xeyli sayda ev var.
    Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinə məxsus olduğu iddia edilən torpaqlarda da bələdiyyə sərəncamı ilə yüzlərlə ev tikilib. Amma Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan Dövlət Dəmir Yolu öz ərazilərində olan tikililərə sənəd verilməyəcəyini açıqlayır. ARDNŞ artıq ərazisində olan qanunsuz tikililərin vəziyyəti ilə tanış olmaq üçün reydlərə başlayıb.
    14.06.11 Məqaləni oxumaq
     
    Bakıda böyük atəşfəşanlıq olacaq
    Sabah Bakı şəhər İcra Hakimiyyəti (BŞİH)15 iyun Milli Qurtuluş günü münasibəti ilə saat 21:00-da Dənizkənarı Milli Parkda incəsənət ustalarının iştirakı ilə geniş konsert proqramı təşkil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya BŞİH-dən veriblər. Konsertdən sonra paytaxtda böyük atəşfəşanlıqda olacaq.
    BŞİH paytaxt sakinlərinə bu proqrama dəvət edir.
    14.06.11 Məqaləni oxumaq
     
    ATƏT-in Bakı ofisi Azərbaycanda 120 layihə həyata keçirib
    Son iki il ərzində ATƏT-in Bakı ofisi tərəfindən Azərbaycanda 120 layihə həyata keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün Bakıda jurnalistlər üçün keçirdiyi vida görüşündə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilgə Cankorel deyib.
    O, hazırda 60 layihə üzərində iş aparıldığını söyləyib. Onun sözlərinə görə, həyata keçirilən layihələrin və bəziləri hələ də davam etməkdədir.
    14.06.11 Məqaləni oxumaq
     
    İntellektual idarəetmə noyabrın sonlarına hazır olacaq
    “Bakı şəhərində nəqliyyatın intellektual idarəedilməsi” layihəsi cari ilin noyabrında başa çatacaq. “KƏLAMİNFO”nun məlumatına görə, bunu Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov deyib.
    Onun sözlərinə görə, layihənin gecikməsinə səbəb bir sıra əlavələrin edilməsidir. Nazirlik rəsmisi onu da bildirib ki, layihə təxminən 100 min dollara qədər bahalaşıb: “Sistemin bu il noyabrın sonlarına istifadəyə verilməsi planlaşdırılır”.
    14.06.11 Məqaləni oxumaq
     
    Ən qədim peşə və ermənilər
    Son zamanlar KİV-də yayımlanan “fahişəliklə məşğul olan erməni qadınları” başlıqlı xəbərlər artıb. Bununla bərabər məşhur Wikileaks saytı  Ermənistanla bağlı dərc etdiyi materiallarda ölkədə fahişəlik edən qadınların sayının sürətlə artdığını bildirir. 
    14.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 85 86 87 88 89 90 91 92 93 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30