Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 84 85 86 87 88 89 90 91 92 » #
    Füzuli Ələkbərov: 2015-ci ilə kimi ölkədə yoxsulluğun tamamilə aradan qaldırılacağı gözlənilir
    “Bu gün ölkəmizdə uğurla həyata keçirilən modern sosial siyasətin malik olduğu konkret parametrlərdən biri yoxsulluğun azaldılmasıdır. Qeyd edilən istiqamətdə Prezident İlham Əliyevin 2008-ci il sentyabrın 15-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" uğurla icra edilir’. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına müsahibəsində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. Nazirin sözlərinə görə, bunun nəticəsidir ki, 2010-cu ilin yekunlarına əsasən, ölkəmizdə yoxsulluq səviyyəsi 9 faiz təşkil edib və 2015-ci ilə kimi ölkədə yoxsulluq probleminin tamamilə aradan qaldırılacağı gözlənilir. F.Ələkbərov bildirib ki, 2003-2010-cu illər ərzində ölkəmizə 900 mindən çox iş yerinin açılması yoxsulluğun ləğvinə uğurlu töhfə verib, digər tərəfdən, əmək haqqı sisteminin mütəmadi təkmilləşdirilməsi, vətəndaşların məşğulluq imkanlarının artırılması və onların potensial imkan və qabiliyyətləri sayəsində gəlirlərini artırmasına münbit şəraitin yaradılması və s. amillər bu uğurun əldə edilməsində mühüm rol oynayıb.
    24.06.11 Məqaləni oxumaq
     
    Dövlət qulluqçularının 300 nəfərinin yaşı 65 və ondan yuxarıdır
    Hazırda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ölkədə dövlət qulluqçularının reyestrini aparır. Sözügedən reyestrə 12000 dövlət qulluqçusu haqqında məlumat daxildir. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov verib. Komissiya sədri deyib ki, reyestrə daxil edilən dövlət qulluqçularının 300 nəfərinin yaşı 65 və ondan yuxarıdır. B.Xəlilov deyib ki, 65 yaşa çatan işçilər barəsində iki qərardan biri qəbul ediləcək. "Onlar ya təqaüdə göndəriləcək, ya da çalışdıqları dövlət orqanının rəhbərinin razılığı ilə onlarla 1 il müddətinə əmək müqaviləsi bağlanacaq. Bu hal 5 dəfə təkrar oluna bilər",- deyə komissiya sədri bildirib. B.Xəlilov hazırda Azərbaycanda 30 min dövlət qulluqçusunun olduğunu vurğulayıb.
    23.06.11 Məqaləni oxumaq
     
    Ermənilər dörd istiqamətdə atəşkəsi pozub
    Ermənilər dünən saat 16.10-dan 16.50-dək Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 13.35-dən 13.50-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, 18.25-dən 18.27-dək və 22.50-dən 22.55-dək Tərtər rayonu Yarımca kəndi yaxınlığında yerləşən mövqelərdən, 22.50-dən 22.55-dək və 23.40-dan 23.45-dək Ağdam rayonu Cəvahirli və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iri çaplı pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Azadinform”a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.
    23.06.11 Məqaləni oxumaq
     
    Hakimlərin geniş iclası keçirilib
    Respublikanın bütün rayon, şəhər və apelyasiya məhkəmələri sədrlərinin və hakimlərin iştirakı ilə geniş seminar-müşavirə keçirilib. Ali Məhkəmədən “KƏLAMİNFO”ya verilən məlumata görə, 250-dən çox hakimin iştirak etdiyi müşavirədə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev son illər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatlarının müsbət nəticələrini qeyd edib, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayının 2 dəfə artırıldığını, yeni mütərəqqi qaydalarla seçilmiş 235 nəfər yüksək hazırlıqlı hüquqşünasın hakim vəzifələrinə təyin edildiyini bildirib. O, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilməklə 60-dək hakimin məhkəmə sistemindən kənarlaşdırıldığını qeyd edib.
    22.06.11 Məqaləni oxumaq
     
    Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqlərin nəticələri açıqlanıb
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə iyun ayının II ongünlüyü üçün növbəti monitorinq həyata keçirib. Nazirliyin mətbuat xidmətindən “Kəlaminfo”ya verilən məlumata görə, iyun ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən 141 m3/san azalaraq 459 m3/san təşkil edib. Monitorinqlərin nəticələrinə əsasən, Kür çayında Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub.
    22.06.11 Məqaləni oxumaq
     
    Bayram Səfərov: “Bir daha ermənilərə çağırış edirəm ki, bu zülmdən özünüzü qurtarın”
    Qarabağ azərbaycanlıları Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazan görüşünə böyük ümid bəsləyir və ciddi nəticə gözləyir. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Bayram Səfərov bildirib. O qeyd edib ki, Dağlıq Qarabağda yaşayan və Azərbaycan vətəndaşı olan ermənilər bizdə gedən inkişafı görür və bundan bəhrələnmək istəyirlər. “Biz öz torpaqlarımıza darıxdığımız qədər oradakı sadə ermənilər də bizim ora qayıtmağımız üçün çox darıxırlar. Dağlıq Qarabağda 1992-ci ilə qədər yaşamış ermənilər və onların övladları Azərbaycan vətəndaşlarıdır. Dövlət onları vətəndaşlıq qeydiyyatından çıxarmayıb və istəsələr, Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi ala bilərlər” - deyə B.Səfərov vurğulayıb.
    22.06.11 Məqaləni oxumaq
     
    Azərbaycan çox təhlükəli seysmik zonada yerləşir
    “Azərbaycan çox təhlükəli seysmik zonada yerləşir”. “KƏLAMİNFO” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov deyib. Onun sözlərinə görə, Ərəb piltəsinin hərəkəti nəticəsində davamlı olaraq sıxılma prosesi gedir və deformasiya prosesləri nəticəsində zəlzələlərin, vulkan püskürmələrinin, yerdə yarıqların və yeni çatların əmələ gəlməsi müşahidə olunur. F.Qədirov bu hadisənin Azərbaycanda infrastrukturlar, xüsusilə də neft infrastrukturu üçün ciddi təhlükə yaratdığını bildirib. “Bizim aparacağımız tədqiqatlar iki istiqamətdə olacaq. Birinci yol CPR tədqiqatlarıdır. Bu, dünyada çox məşhurdur. İkinci isə bilavasitə neft yataqlarında digər seysmik metodlarla əmələ gələn zərərləri öyrənməkdir” - deyə F.Qədirov əlavə edib.
    21.06.11 Məqaləni oxumaq
     
    Səhiyyə Nazirliyinin imtahanından 14 həkim keçə bilmədi
    Səhiyyə Nazirliyi iyunun 17-də keçirdiyi kardiologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsini açıqlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. İmtahanda 14 iştirakçı uğur qazana bilməyib. Nəticələrlə bağlı ümumi siyahı nazirliyin rəsmi www.health.gov.az internet səhifəsində yerləşdirilib.
    21.06.11 Məqaləni oxumaq
     
    Zahid Oruc: “İctimai Palata deyilən qurumun arxasınca heç kim getmir”
    “Artıq dəfələrlə sübut olunub ki, Azərbaycanda İctimai Palata deyilən qurumun arxasınca heç kim getmir, çünki bu təşkilatın rəhbərliyində duranlar özləri ictimaiyyətdə tamamilə iflasa uğratmış adamlardır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Ana Vətən Partiyasından olan millət vəkili Zahid Oruc deyib. Onun fikrincə, bu gün aktiv ictimai fəaliyyətdə, ümumiyyətlə, İctimai Palata tərəfdarları yoxdur. “Onlar ancaq siyasi imitasiya ilə məşğul olmağa can atırlar ki, bu da təbii ki, daim nəticəsiz olacaq. “Biz də müxalifət olaraq mövcuduq deyə bu cür aksiyalar keçirmək haqqında şişirdilmiş məlumatlar yaymaqla məşğuldurlar. İnanmıram bunlar Azərbaycanın xeyrinə hərəkət etsinlər” - deyə Z.Oruc vurğulayıb.
    20.06.11 Məqaləni oxumaq
     
    Həkimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı iş aparılır
    Azərbaycanda həkimlərə dövlət qulluqçusu statusunun şamil olunması çox vacib haldır. Hazırda bu sənəd üzərində Səhiyyə və Ədliyyə nazirliklərində birgə iş aparılır. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Oqtay Şirəliyev deyib. O, qeyd edib ki, dövlət qulluğunda çalışanların 65 yaş həddi ilə bağlı Səhiyyə Nazirliyində müvafiq iş gedir. “Hazırda bununla bağlı qanun mövcuddur və onun mexanizmləri işlənib hazırlanır. Səhiyyə Nazirliyində müəyyən tibb mütəxəssisləri var ki, onların yaşı 65-dən yuxarıdır. Lakin onlar kifayət qədər iş təcrübəsinə və potensiala malikdirlər”,-deyən nazir bu mütəxəssislərin iş fəaliyyətindən yararlanacaqlarını söyləyib. Onun sözlərinə görə, elə tibb mütəxəssisləri də var ki, onların yaşı 65-i keçməsi ilə bərabər, iş təcrübələrini də itiriblər. O.Şirəliyev həmin şəxslərin yüksək təminatla təqaüdə göndəriləcəyini deyib.
    18.06.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 84 85 86 87 88 89 90 91 92 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30